Məhkəmə qərarları › İş №2(102)-692/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-692/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-692/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-692/21 (Açar sözlər: kredit məbləğinin geri qaytarılması, zaminlik müqaviləsinin xitamı ) Bakı şəhəri, xx xxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Cavabdeh1, onun vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması” tələbinə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1602/2018 nömrəli, xx xxxxxx 2018-cu il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə 31 mart 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2014-ci il tarixli, kredit müqaviləsinə əsasən, sonuncuya 18 ay müddətinə, illik 26 faizlə 19000 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsinin təminatı olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilə də xx.xx.2014-ci il tarixdə zaminlik müqavilələri bağlanmışdır.

3. Kredit müqaviləsinin müddəti xx xxxxxxx 2015-ci il tarixli əlavə müqaviləyə əsasən 36 ay müəyyən edilmişdir.

4. Cavabdeh1 bank qarşısındakı öhdəliklərini lazım ınca yerinə yetirməmişdir. a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İKB ASC iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı İKB ASC-nin xeyrinə xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 14242,94 ABŞ dolları əsas, 3586,32 ABŞ dolları faiz, 2561,17 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 20390,43 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılıb ki, Cavabdeh1 bank qarşısındakı öhdəliklərini lazımınca yerinə yetirməmişdir.

7. İddiaçı borcun məbləğini xx xxx 2017-ci ilə hesablamış və barədə maliyyə arayışı təqdim etmişdir.

8. İddia tələbinin hüquqi əsası kimi iddiaçı Mülki Məcəllənin 21, 442, 445.2.1, 448.1, 467, 472.1, 472.2 və 501-ci maddələrinə istinad etmişdir.

9. Cavabdeh1 iddianı qismən qəbul edərək göstərib ki, həqiqətən də İddiaçından kredit götürmüş və ötən dövr ərzində xeyli məbləğdə borc ödəmişdir. Lakin maddi imkanının pisləşməsi və ABŞ dollarının Azərbaycan manatına münasibətdə dəyərinin artması səbəbindən ödəniş cədvəli üzrə ödənişləri davam etdirə bilməmiş, nəticədə borcu yaranmışdır. Hazırda iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcu məbləği ilə razıdır və həmin məbləği hissə-hissə ödəyə bilər. Tələb edilən cərimə borcunun məbləğini isə şişirdilmiş hesab edir və iddia tələbini bu hissədə qəbul etmir.

10. Cavabdeh1 iddia tələbinin cərimə borcunun tutulması hissəsində rədd edilməsi, əsas və faiz borcunun isə ondan hissə-hissə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-6123/2017 nömrəli, xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx.xx.2014-cü il tarixli, 23-M-1-0-768-14 nömrəli bank hesab, kredit və zaminlik müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 14.242,94 (on dörd min iki yüz qırx iki ABŞ dolları, doxsan dörd sent) ABŞ dolları məbləğində əsas, 3.586,32 (üç min beş yüz səksən altı ABŞ dolları, otuz iki sent) ABŞ dolları məbləğində faiz, 500 (beş yüz) ABŞ dolları məbləğində cərimə, cəmi 18.329,26 (on səkkiz min üç yüz iyirmi doqquz ABŞ dolları, iyirmi altı sent) ABŞ dolları məbləğində borcun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. (hakim Fuad Abdıyev)

12. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən edib ki, İddiaçı ilə Cavabdeh1, zaminlər Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli Bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən İddiaçı Cavabdeh1 18 ay müddətinə illik 28% ödəmək şərti ilə 19.000 ABŞ dolları məbləğində kredit vermişdir. Cavabdeh1 həmin məbləğdə krediti Bankdan qəbul etmiş və krediti, habelə ona hesablanmış faizləri, gecikdirməyə yol verdiyi təqdirdə isə hesablanmış cərimə məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirə bilmədiyindən tərəflər arasında xx.xx.2015-ci il tarixdə xx.xx.2014-cü il tari xli kredit müqaviləsinə dair razılaşma bağlanmışdır. Həmin Razılaşmaya əsasən tərəflər kredit müqaviləsi ilə verilmiş və həmin vaxta ödənilməmiş qalan 14321,15 ABŞ dolları kredit borcunun illik 26 faizlə xx.xx.2017-ci il tarixədək ödənilməsi barədə razılığa gəlmişdilər. Lakin Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır.

13. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur.

14. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını, eləcə də Cavabdeh1 iddianı əsas və faiz məbləği hissəsində qəbul etməsini nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir.

15. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, faiz və cərimə borcunu ayrıayrılıqda nəzərdən keçirib, hesab edib ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində tam təmin edilməlidir.

16. Cərmə borcu hissəsində birinci instansiya məhkəməsi işin hallarını, o cümlədən aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alıb, belə qənaətə gəlib ki, cərimə borcu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış və tələb edilən cərimə məbləği endir ilməli və 500 ABŞ dolları məbləğində müəyyən edilməlidir.

17. Birinci instansiya məhkəməsi zaminlər Cavabdeh2 və Cavabdeh3 Banka dəymiş ziyan və borc tələbi ilə bağlı məhkəmə xərcləri də daxil olmaqla borcalanla eyni həcmdə Bank qarşısında birgə cavabdehlik daşımağı barədə öhdəlik götürmələrini müəyyən etmişdir.

18. Birinci instansiya məhkəməsi hesab edir ki, iddia tələbi Cavabdeh3 aid hissədə təmin edilməli, Cavabdeh3 zamin kimi Cavabdeh1 iddiaçı qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığından, iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımalı, xx.xx.2014-cü il tarixli müqavilə üzrə yaranmış əsas, faiz və məhkəmə tərəfindən müəyyən edilmiş cərimə (dəbbə pulunu) borcu cavabde hlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

19. Bununla belə, birinci instansiya məhkəməsi belə nəticəyə gəlib ki, iddia tələbi “borcun Cavabdeh2 tutulması” hissəsində təmin edilməməlidir. Çünki İddiaçı ilə Cavabdeh1, zaminlər Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli Bank hesab, kredit və zaminlik müqaviləsi 18 ay müddətinə bağlanmışdır. İddiaçı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 arasında xx.xx.2015-ci il tarixdə xx.xx.2014-cü il tarixli bank hesab, kredit və zaminlik müqaviləsinə əlavə bağlansa da, iddiaçı ilə Cavabdeh2 arasında belə bir müqavilə və ya razılaşma bağlanmamışdır.

20. Məhkəmə hesab edib ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh1 və zamin Cavabdeh2 bir gə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı bank zaminə qarşı xx.xx.2017-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminlərə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminlərə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Bu səbəbdən də iddia tələbi zamin Cavabdeh2 aid hissədə rədd edilib.

21. Birinci instansiya məhkəməsi Cavabdeh1 borcun hissə-hissə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahişi ilə bağlı qey d edib ki, bu məsələ hazırki mərhələdə deyil, artıq məhkəmə tərəfindən qəbul edilmiş qətnamənin icra olunması mərhələsində baxılan və həll edilən məsələdir ki, bununla da bağlı cavabdehə onun aidiyyəti hüququları izah edilmişdir.

22. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 427.3, 442, 443.1, 448.1, 448,2, 462.1, 463.1, 465.2, 467, 472.1, 472.2, 477.0.4, 739.2 və 743-ci maddələri əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

23. Cavabdeh (borclu) Cavabdeh1 qətnamədən apelyasiya şikayəti verib, qətnamənin ləğv, faiz və cərimə borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

24. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, devalvasiya olduğundan Cavabdeh1 borcunu ödəmək imkanı olmayıb. Məhkəmə Cavabdeh1 maddi vəziyyətini, himayəsində xəstə ö vladının olmasını nəzərə almayıb.

25. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1602/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə apellyasiya şikayətinə əsasən, Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Rafael Eyvazov (sədrlik edən və məruzəçi), Sənan Hacıyev, Fuad Talışinski)

26. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, tərəflər arasında müvafiq kredit və zaminlik müqavilələrinin bağlanması, cavabdeh tərəfindən öhdəliyin lazımınca icra olunmaması işin mübahisə edilməyən hallarıdır. Cavabdeh apellyasiya şikayətində kredit borcunun məbləğini mübahisələndirmiş, lakin birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə əs assızlığının və qanunsuzluğunun nədən ibarət olmasını əsaslandırmamış, borcun reallıqda nə qədər təşkil etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi borcun dəqiqləşdirilməsi üçün müvafiq ekspertizanın təyin olunması ilə bağlı apellyasiya şikayətinin dəlili ilə razılaşmamış və qeyd etmişdir ki, ekspertizanın təyin olunması üçün real əsaslar mövcud olmalı, təqdim olunmuş sübutlarla tələb olunan məbləğ arasında uyğunsuzluq müəyyən edilməlidir.

28. Apellyasiya instansiyası işdə olan sübutlardan da (kredit müqaviləsi, ödəniş cədvəli, maliyyə arayışı və s.) kredit borcunun hesablanmasında kredit müqaviləsinin şərtlərinə hər hansı uyğunsuzluğun mövcudluğunu müəyyən etməmişdir.

29. Apellyasiya instansiyası dəbbə pulunun birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilən məbləğin ilə də razılaşaraq qeyd edib ki, tutulması qət edilmiş 500 ABŞ dolları cərimə məbləği 14.242,94 ABŞ dolları əsas borc məbləğinə münasibətdə tənasübsüz deyildir.

30. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin digər dəlilləri ilə də razılaşmayaraq, qeyd edib ki, cavabdehin maddi vəziyyətinin pisləşməsi ilə əlaqədar kredit ödənişlərini vaxtında həyata keçirməməsi, onu kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliklərin icrasından azad edə bilməz. Əksinə, bu hal, iddiaçıya kredit borcunun məhkəmə qaydasında tələb etmək hüququnu vermişdir. Həmçinin, ölkədə devalivasiyanın baş verməsi cavabdehi müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin icrasından da azad etməmişdir. Kassasiy a şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

31. Cavabdeh1 (xxx oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianının rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, devalvasiya olub. Bunu cavabdehin əvvəlcədən görə bilməsi mümkün deyildi. Bundan əlavə, mühasibatlıq ekspertizası təyin olunmadan, maddi vəziyyəti nəzərə alınmadan qanunsuz olaraq faiz və cərimə tutulması düzgün deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

34. Məhkəmə iclasında iştirak edən Cavabdeh1, onun və kili Vəkil kassassiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər.

35. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, iş üzrə iddiaçının nümayəndəsi və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmişlər. Buna görə da məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilmə məsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə

743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə b ilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamən in yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

37. Hazırkı kassasiya şikayətində Cavabdeh1 apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş etsə də, kassasiya şikayətinin dəlili yalnız tələb edilən faiz və cərimə məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməməsi barədədir. Başqa sözlə, kassasiya şikayətində tutulan faiz və cərimə borcu mübahisələndirilir. Buna görə də hazırki kassasiya baxışının predmeti yalnız mübahisələndirilən həmin hissədən ibarətdir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilə n hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən (hazırkı qərarın 2630-cu bəndləri) tam qiymət verilib.

40. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə qanuni nəticəyə gəlmişdir.

41. İddia tələbi öhdəlik münasibətlərindən irəli gəlib, kredit borcunun qaytarılması barədədir.

42. İşin apellyasiya instansiyası tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, iddiaçı bankla Cavabdeh1 arasında kredit müqaviləsi bağlanıb, kredit müqaviləsi üzrə cavabdehə kredit verilib, cavabdeh kredit müqaviləsi üzrə öhdəlikləri icra etməyib.

43. Apellyasiya instansiyası işdə olan sübutlardan (kredit müqav iləsi, ödəniş cədvəli, maliyyə arayışı və s.) kredit borcunun hesablanmasında kredit müqaviləsinin şərtlərinə hər hansı uyğunsuzluğun mövcudluğunu müəyyən etməmişdir.

44. Buna görə də kollegiya hesab edir ki, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq yuxarıda qeyd edilən maddi hüquq normalarına əsasən iddianı Cavabdeh1 qarşı qismən təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Çünki işin müəyyən edilmiş halları həmin normaların dispozitiv şərtlərinə uyğun gəlir, eləcə də sübutlar prosessual qaydalara uyğun qiymətləndirilib.

45. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.

46. Məhkəmə k ollegiyası mühasibatlıq ekspertizası təyin olunmaması ilə bağlı kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, Cavabdeh1 birinci instansiya məhkəməsində iştirak etmiş və hər hansı ekspertiza təyin edilməsi barədə vəsatət verməmişdir. Üstəlik, apellyasiya məhkəməsi həmin dəlilə də qiymət verib.

47. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1602/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qə tnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar