Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-692/2025 18.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin cavabdeh Paşayev Kamran Adil oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması, kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi,ipoteka predmetinin ilkin satış qiyməti, ekspert rəyləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC-nin Cavabdeh qarşı “kredit borcu” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 0 5 noyabr 2024-cü il tarixli 2(103)-3065/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 18 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 2022/00226-01 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya istehlak məqsədilə 36 ay müddətinə, illik 30,78 faiz hesablanmaqla 50.000 (əlli min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 73.20 kv.m. ümumi sahədən ibarət 47 nömrəli mənzilini İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin qarşısı nda ipoteka ilə yüklü etmişdir. Müqavilədə ipoteka predmetinin likvid dəyəri 111.000 (bir yüz on bir min) manat qiymətləndirilmişdir.
2. İddiaçı Bank Olmayan Kredit Təşkilatı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh kreditin əsas borcu üzrə 39.123,55 manat məbləğində qalıq, ona hesablanmış 2629,69 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 42.753,24 manat məbləğində borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00226-01 №-li kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 39.123,55 manat əsas, 2.629,69 manat faiz, 1000 manat məbləğində dəbbə pulu borcun və dövlət rüsumu kimi ödənilmiş 220 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, məhəllə 6017, ev 7B, 47 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 111.000 AZN məbləğində müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 39.123,55 manat əsas, 2.629,69 manat faiz, 1000 manat məbləğində dəbbə pulu borcun və dövlət rüsumu kimi ödənilmiş 220 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə bir likdə çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00226-01 №-li kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 30% hesablanmaq şərti ilə 50.000 manat məbləğində kredit verilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, məhəllə 6017, ev 7B, 47 nömrəli mənzilini (Azərbaycan Respublikası Daşınmaz Əmla kın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il tarixli çıxarış Qeydiyyat № **********) ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə xx.xx.2022-ci il tarixli 2022/000226-01İP №-li İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2022-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqıında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış Qeydiyyat №1********). İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri tərəflərin razılığına əsasən 111.000 manat məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan etibarən onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Bu səbəbdən İddiaçı BOKT ASC tərəfindən cavabdehə Poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimələrdən də göründüyü kimi, cavabdeh sözügedən məktubu qəbul etmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cava bdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. 19 oktyabr 2023-cü il tarixinə kreditin əsas borcu üzrə 39.123,55 manat məbləğində qalıq, ona hesablanmış 2.629,69 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 42.753,07 manat məbləğində borc yaranmışdır.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Səbail Rayon Məhkəməsinin e-2(009)-157/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbi və tələbin ipoteka predm etinə məhkəmə qaydasında yönəldilməsi” tələbinə dair mülki iş üzrə kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi tələbinə dair hissədə icraata xitam verilmişdir.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Ş.Süleymanova) 15 yanvar 2024cü il tarixli, e-2(009)-157/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 39123,55 (otuz doqquz min yüz iyirmi üç manat, əlli beş qəpik) manat əsas, 2629,69 (iki min altı yüz iyirmi doqquz manat, altmış doqquz qəpik) manat faiz, 1000 (bir min) manat məbləğində dəbbə pulu borcu və dövlət rüsumu kimi ödənilmiş 220 (iki yüz iyirmi) manat məbləğində pul tutularaq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilməsi, tələbin ipoteka predmeti olan - Cavabdeh mülkiyyətində olan ünvan 1, 47 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 111.000 (bir yüz on bir min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə olan borcun ödənilməsi, mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra həmin mənzil boşaldılaraq (hərracda əldə edənə) təhvil verilməsi qət edilmişdir.
8. Məhkəmə əsas və faiz borcun tutulması ilə bağlı hissədə iddiaçının özü tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışını əsas götürərək hesab etmişdir ki, 39.123,55 manat əsas, 2.629,69 manat faiz borcu Cavabdeh tutulmalıdır.
9. Məhkəmə iddia ərizəsinin “1000 manat cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı cərimə pulunun tutulmasına dair tələb irəli sürərkən, cərimə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablamamışdır.
10. Məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini icra etmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini və açıq hərracda satılmasını məhkəmə qaydasında tələb etməkdə haqlıdır.
11. Məhkəmə iddia tələbində həmçinin ilkin satış qiymətinin 111.000 manat müəyyən edilməsinin də xahiş edildiyini nəzərə alaraq hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən likvid dəyəri 111.000 manat məbləğində müəyyən edilmişdir.
12. Məhkəmə eyni zamanda, iddia tələbinin “tutma ipoteka əmlakına yönəldildikdə və əmlak satıldıqdan 1 ay sonr a həmin mənzil boşaldılaraq, təhvil verilməsi”nə dair hissəsini araşdıraraq hesab etmişdir ki, mübahisəli mənzil mülkiyyətçisi tərəfindən ipoteka müqaviləsi üzrə kreditin təminatı olaraq qaytarılması üçün ipoteka qoyulduğundan, iddia qeyd edilən hissədə də təmin edilməlidir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1, 319.6, 385.1, 442, 445.2, 448.1, 449.4-cü maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1, 39.3, 59.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, əsas borcun və faiz borcun tutulması hissəsində dəyişdir ərək iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasından imtina etməmişdir. Müqavilə üzrə əsas və faiz borcu düzgün hesablanmamışdır. Qeyd olunan məsələ məhkəmə baxışı zamanı düzgün araşdırılaraq, hüquqi qiymət verilməmişdir. İş materiallarından göründüyü kimi, məhkəmə müvafiq əmtəəşünaslıq və mühasibatlıq ekspertizası təyin etməmiş, kredit müqaviləsi üzrə əsas borcun həqiqətən də iddia ərizəsində qeyd olunduğu kimi olmasını araşdırmamışdır. Məhkəmə yalnız iddiaçının verdiyi məlumatlara əsaslanmaqla əsassız və qanunsuz qətnamə qəbul etmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 may 2024-cü il tarixli, 2(103)-3065/2024 saylı qərardad ı ilə iş üzrə məhkəmə-mühasibatlıq və məhkəməəmtəəşünaslıq ekspertizalarının təyin edilməsi qərara alınmışdır.
17. Məhkəmənin qərardadı əsasında əldə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 10 iyul 2024-cü il tarixli, 9/4248 saylı rəyi ilə pretenziyanın göndərildiyi xx.xx.2023-cü il tarixə cavabdehin Banka 41.410,20 manat əsas, 448,61 manat faiz borcu müəyyən edilmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 sentyabr 2024-cü il tarixli, 2(103)-3065/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə-qiymətləndirmə ekspertizasının təyin edilməsi qərara alınmışdır.
19. Məhkəmənin qərardadı əsasında əldə edilmiş Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin verdiyi xx.xx.2024-cü il tarixli 9 saylı hesabat-rəydə ipoteka predmeti olan mənzilin likvid dəyərinin 135.000 manat olduğu qeyd edilmişdir.
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Səadət Səlimova və Məhəmməd Rüstəmli) 5 noyabr 2024-cü il tarixli, 2(103)-3065/2024 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli qətnaməsinin Cavabdeh 2629,69 manat faiz borcunun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin 111.000 manat müəyyən olunması hissələrində dəyişdirilməsi, kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə tutulan faiz borcunun məbləği 448,61 manat (dörd yüz qırx səkkiz manat, altmış bir qəpik), ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, məhəllə 6017, ev 7B, mənzil 47nin i lkin satış qiyməti isə onun likvid dəyərinə uyğun olaraq 135.000 (bir yüz otuz beş min) manat müəyyən edilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi faiz borcunu nəyə görə müqavilənin ləğvi barədə bildirişin (pretenziya) göndərildiyi tarixə deyil, məhz iddia tələbi həddində müəyyən etdiyini qətnamədə əsaslandıra bilməmişdir.
22. Apellyasiya instansiya məhkəməsi faiz borcu ilə bağlı ekspert rəyində göstərilənləri mötəbər sübut kimi qəbul edərək bu qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi 2.629,69 manat faiz borcunun tutulması hissəsində dəyişdirilməli və faiz borcunun məbləği müqavilənin ləğvi barədə bildirişin (pretenziya) göndərildiy i tarixə uyğun gələn 448,61 manat həddində müəyyən edilməlidir. Nəticədə, cavabdehdən kredit müqaviləsi üzrə əsas borca görə 39.123,55 manat, faiz borcuna görə 448,61 manat, dəbbə borcuna görə 1.000 manat pul tutulmalıdır.
23. Apellyasiya şikayətinin əsas borcun düzgün hesablanmaması barədəki dəlilinə münasibətdə apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh etdiyi ödənişlər nəticəsində əsas borcunun daha az məbləğdə qalmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 10 iyul 2024-cü il tarixli, 9/4248 saylı rəyi ilə pretenziyanın göndərildiyi xx.xx.2023-cü il tarixə - cavabdehin Banka 41.410,20 manat əsas borcunun olduğu müəyyən edilmiş, iddia tələbi isə 39123,55 manat həddində olmuşdur.
24. Apellyasiya instansiya məhkəməsi ipoteka pre dmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün də ekspertiza təyin etmiş, lakin ekspert rəy verməkdən imtina etmişdir.
25. Apellyasiya instansiya məhkəməsi bundan sonra xx.xx.2024-cü il tarixli qərardadla məhkəmə qiymətləndirmə ekspertizası təyin etmişdir. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin verdiyi xx.xx.2024-cü il tarixli 9 saylı hesabat-rəydə ipoteka predmeti olan mənzilin likvid dəyərinin 135.000 manat olduğu qeyd edilmişdir.
26. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsində ipoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsinə əsasən göstərildiyindən və cavabdeh bu qiyməti mübahisələndirdiyindən, mənzilin likvid dəyəri adı çəkilən hesabatında göstərilən qiymət əsas götürülməklə müəyyən olunm alıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən ipoteka müqaviləsinin bağlanmasından sonra 2 ildən artıq müddət keçdiyini və bu müddət ərzində daşınmaz əmlak bazarında müəyyən qədər bahalaşma olduğunu da nəzərə alır.
27. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh ipoteka predmeti olan mənzilin dəyərinin adı çəkilən hesabat-rəydə göstəriləndən daha yüksək olmasına dair işə baxan məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Qiymətləndirmə rəyi hər hansı şübhə doğurmadığından və ipoteka predmetinin likvid dəyərinin daha yüksək olmasına dair hər hansı sübut təqdim olunmadığından məhkəmə kollegiyası təkrar ekspertiza təyin olunmasına ehtiyac duymamışdır.
28. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 445.2.1, 448.1, 449.4-cü maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 27.3, 34, 39.3, 39.3.1, 39.3.2, 39.3.3-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli qərardadında ifadə edilmiş hüquqi mövqelərə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ipotek a predmeti olan daşınmaz əmlakın real bazar qiymətinin müəyyən edilməsi və əsas borcun düzgün hesablanaraq qismən silinməsinin araşdırılması üçün mülki işin apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi araşdırmasından görünür ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 10 iyul 2024-cü il tarixli, 9/4248 saylı rəyi ilə pretenziyanın göndərildiyi xx.xx.2023-cü il tarixə - cavabdehin banka 41.410,20 manat əsas, 448,61 manat faiz borcu müəyyən edilmişdir. Halbuki, iddiaçı bu məbləği belə qəbul etmir. Belə ki, iddiaçının ödənişləri ilə cavabdehin göstərdiyi ödənişlər üst-üstə düşməmişdir. Cavabdeh tərəf müvafiq s übutları, yəni ödəniş qəbzlərini ekspertə təqdim etmək istəsə də, bununla bağlı ondan hər hansı bir ödəniş qəbzi tələb edilməmişdir. Ekspert mülki iş materiallarına uyğun rəy vermişdir. Eyni zamanda məhkəmə qiymətləndirmə ekspertizası təyin etmişdir. Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin verdiyi xx.xx.2024-cü il tarixli 9 saylı hesabat-rəydə ipoteka predmeti olan mənzilin likvid dəyərinin 135.000 manat olduğu qeyd edilmişdir. Cavabdeh bu məbləğ ilə də razılaşmayaraq qeyd edir ki, evin hazırkı qiyməti olduqca yüksəkdir. Ekspert tərəfindən düzgün qiymətləndirmə aparmamışdır. İddiaçı tərəfindən əsassız olaraq 39.123,55 manat əsas, 2.629,69 manat faiz, 1.000 manat məbləğində dəbbə pulu borc hesablanmışdır. Cavabdeh qeyd olunan kredit müqaviləsindən irəli gələn öhd əliklərinin icrasından imtina etməmiş, lakin hesab edir ki, müqavilə üzrə borc və borca görə hesablanmış faiz borcu düzgün hesablanmamışdır. Qeyd olunan məsələ məhkəmə baxışı zamanı düzgün araşdırılaraq, hüquqi qiymət verilməmişdir. Apellyasiya instansiya məhkəməsi cavabdehin hüquqlarının qorunmasını təmin etməmiş, formal xarakterli və hüquqi cəhətdən əsaslandırılmamış qətnamə qəbul etmişdir. Halbuki, cavabdeh özünün haqlı olmasını təsdiq edən çoxsaylı sübut və məlumatları məhkəməyə təqdim etsə də, lakin məhkəmə obyektivliyi təmin etmədən, yalnız iddiaçının dəlillərini əsas tutaraq qətnamə qəbul etmişdir. Nəticədə tərəflərin hüquq bərabərliyini prinsipi və iddiaçının hüquqları pozmuşdur. Məhkəmə öz qətnaməsini əsaslandırmamış və iddiaçının yoxlanılmamış məlumatları əsasında qərar qəbul etm işdir. İddiaçının sübutlarını, mülkiyyət hüququnun qorunmasına dair qanunvericiliyin tələblərini nəzərə alınmamışdır. Həmçinin ekspert tərəfindən düzgün qiymətləndirmə aparılmamışdır. Bu hissədə də hüquqları pozulmuşdur.
31. Kassasiya şikayətində həmçinin qeyd edilmişdir ki, qətnamədə işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, nəticədə qətnamədə göstərilən hallar işin materiallarına uyğun deyildir. Cavabdehin konstitusion mülkiyyət hüququ pozulmuşdur və lakin məhkəmə bu halları əsassız olaraq nəzərə almamışdır. Qətnamə işin halları ilə uyğunluq təşkil etmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
34. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
35. Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
36. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklə rin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu:
37. Maddə 27.3. İpoteka qoyulmuş əşyadan istifadə qaydaları, ipoteka qoyulmuş əşyanın saxlanılması vəzifələri ipoteka qoyan tərəfindən kobud şəkildə pozulduqda və belə pozuntu ipoteka qoyulmuş əşyanın məhvi və ya zədələnməsi təhlükəsini yaratdıqda, habelə ipoteka qoyulmuş əşyanın sığortalanması üzrə vəzifələr icra edilmədikdə ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər. Belə tələb yerinə yetirilməzsə, ipoteka saxlayan tutmanı ipoteka predmetinə yönəldə bilər.
38. Maddə
34. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. 39. 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 40. 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 41. 39.3.2. ipoteka predmetinin təsviri 42. 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarı:
43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina bar ədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli qərardadı: 44. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə mü əyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
53. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olun maması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən ipoteka p redmeti olan daşınmaz əmlakın real bazar qiymətinin müəyyən edilməsi və əsas borcun düzgün hesablanaraq qismən silinməsi hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması üçün əsas yoxdur.
57. Kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd e dir ki, işdən görünür ki, ekspert rəylərinin qeyri-mötəbərliyinin hər hansı sübutla təsdiq edilməmiş, ekspert rəylərinin qiymətləndirilməsi zamanı hər hansı bir prosessual pozuntuya yol verməmişdir. Alınmış rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. İzah edilməlidir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslıdır, qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, gəlinmiş nəticələr qanunver iciliyin tələblərinə uyğundur.
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual qanunvericiliyinin tələblərinin pozulması halları müəyyən olunmamışdır.
60. Kassasiya şikayətlərində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
61. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 noyabr 2024-cü il tarixli, 2(103)-3065/2024 saylı qətnaməsi mübahisələndirilən hiss ədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.