Məhkəmə qərarları › İş №2(102)-693/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-693/2024

20.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-693/2024 20.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: sayğacdan kənar təbii qazdan istifadəyə görə zərər, məhkəmə aktının əsaslandırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X1 qarşı borc tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6143/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binası nda yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı və ya Birlik) əməkdaşları tərəfindən ünvan 1 ünvanında quraşdırılmış istehlakçısı (abonenti) Aydın Məmmədov olan qaz sayğacına xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 199,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 187,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əs asında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 504,0 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 648,0 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 648,0 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 648,0 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 669,6 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 2203,20 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 362,88 manat, cəmi 11133,18 manat məbləğində borc hesablanmışdır.

2. İddiaçının Bakı Regional Qazın Satışı Departamenti ilə Cavabdeh (bun dan sonra – cavabdeh) arasında eyni ünvanda quraşdırılmış qaz sayğacına dair “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019xx.xx.2022-ci il tarixli aktlar əsasında hesablanmış cəmi 11133,18 manat məbləğində borcun, ödənilmiş 124 manat məbləğində dövlət rüsumunun cavabdehdən məcburi qaydada tutularaq, iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayı ş evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi yəni, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir.

5. Cavabdeh iddianı qismən qəbul edərək, bildirmişdir ki, hazırda yaşadığı ünvana sayğac təxminən 1 il əvvəl quraşdırılıb, həmin vaxta qədər qazdan sayğacsız istifadə edilib. Ünvandakı ev atalığına məxsus olub, evdə atalığı və analığı yaşayıb. Özü uzun müddət həmin evdə yaşamayıb, abunə kodunu adına keçirəndən sonra hesablanmış cərimələr barədə məlumat alıb. Ünvanda PQ4, QSSQ və qış aylarında istifadə olunan dəmir soba olub. Aktlarda qeyd olu nan məbləğlər şişirdilib.

6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(003)-223/23 saylı iş üzrə 4 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Məmmədli) iddia qismən təmin edilmiş, cavabdehdən 1710 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 18,60 manat olmaqla, ümumilikdə 1728,60 manat pulun tutularaq iddiaçıya ödənilməsi, ödənilmiş dövlət rüsumunun 105,4 manat hissəsinin iddiaçıya aid edilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh yaşadığı evdə qanunsuz qaz xəttindən istifadə etsə də, həmin aktlara ayrı-ayrılıqda hesablama aktlar üzrə orta günlük iş rejimi 24 saat, 18 saat, 10 saat və 4 saat olmaqla müxtəlif qaydada hesablan mışdır. Halbuki, həmin aktların 17 ədədi yaz-yay aylarında təbii qazdan sayğacdan kənar qaz xəttindən istifadəyə görə, 14 akt isə qış aylarında istifadəyə görə hesablanmışdır. İşdən görünür ki, istehlakçıya məxsus evdə yaz-yay aylarında 1 ədəd PQ-4 və QSSQ-dən (samovar), qış aylarında isə əlavə olaraq dəmir sobadan istifadə olunmuşdur. Belə olan halda yaz-yay aylarında itirilmiş təbii qazın dəyərinin 17 akt üzrə bir ədəd PQ-4 qaz sobası və QSSQ-ə (samovar) görə 324 kub metr (1.2x4x30=144, 1.5x4x30=180), qış aylarında itirilmiş təbii qazın dəyərinin 14 akt üzrə bir ədəd PQ-4 qaz sobası, QSSQ-ə (samovar) və dəmir sobaya görə 828 kub metr (1.2x4x30=144, 1.5x4x30=180,1.4x12x30=504) olmaqla hesablanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə yaz-yay ayları üçün tərtib olunmuş 17 aktın hər biri üzrə 32,4 manat hesablanmaqla 550,80 manat (17 x 32,4), qış ayları üçün tərtib olunmuş 14 aktın hər biri üzrə 82,8 manat hesablanmaqla 1159,2 manat (14 x 82,8), cəmi 1710,0 manat məbləğində borcun cavabdehə hesablanmasını ədalətli və ağlabatan hesab etmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21, 385.1, 442, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra – “Qazdan istifadə qaydaları”) 5.5 və 6.5-ci bəndlərinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv, iddianın tam təmin olunmasını xahiş etmişdir. 1

0. Apellyasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmışdır.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6143/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Məhəmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərək, iddianın təmin olunmasını xahiş etmişdir.

14. Kass asiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin əldə etdiyi təbii qaz iddiaçının mülkiyyətidir, iddiaçının qazı müqavilədə nəzərdə tutulmuş şəkildə yox, qeyriqanuni əldə etməsinə və vicdansız sahib olmasına baxmayaraq, məhkəmələr bu halı araşdırmamış və qətnamə qəbul edərkən nəzərə almamışlar. Həmçinin məhkəmələr öz mövqelərini ziddiyyətli dəlillərlə əsaslandırmış, dəymiş ziyanın məbləğini mülahizələr əsasında hesablamışlar. Halbuki iş materiallarından açıq-aydın görünür ki, iddiaçı cavabdehin qeyri-qanuni əməlini və ya dəymiş ziyanını aktlar əsasında təsdiq və təsbit etmiş, məhkəmə isə mülkiyyətçiyə və ya dövlətə dəymiş ziyanı deyil, vətəndaş məmnunluğu əsas götürmüş, ekspertiza təyin etməmiş, yaxud yerində müayinə aparmamışdır.

15. Kassasiya şikayəti Mülki Məcəlləsinin 21, 157. 5 və 1091.2-ci maddələrinə, “Qazdan istifadə Qaydaları”-nın 6.5-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 88, 77 və 97-ci maddələrinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xid mətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

20. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

21. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz tə chizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

22. Maddə 11, bənd

6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Qazdan istifadə Qaydaları” (hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiya)

23. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3). İstehlakçıya tələb olunan qazın hə cmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1). Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir (5.5). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildi kdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5-6.7). Mülki Prosessual Məcəllə

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəm ə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi eti raf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş pr osessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmi ş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.

38. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

39. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rəd d etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

40. Baxılan iş üzrə iddia tələbi cavabdeh tərəfindən təbii qazdan qanunsuz istifadə nəticəsində vurulduğu iddia olunan zərərin ödənilməsi ilə bağlıdır.

41. İddiaçı cavabdehin qaz xəttinə sayğacdan kənar qoşulduğunu iddia edir və sübut qismində öz əməkdaşları tərəfindən ünvan 1 ünvanında quraşdırılmış istehlakçıs ı (abonenti) Aydın Məmmədov olan qaz sayğacına xx.xx.2019-xx.xx.2022-ci il tarixlərində tərtib edilmiş 31 akta əsaslanaraq, həmin aktlar əsasında hesablanmış orta sərfiyyatın cavabdehdən zərər qismində tutulmasını tələb edir.

42. Cavabdeh iddianı qismən qəbul etmiş və etirazını onunla əsaslandırmışdır ki, hazırda yaşadığı ünvana sayğac təxminən 1 il əvvəl quraşdırılıb, həmin vaxta qədər qazdan sayğacsız istifadə edilib. Ünvandakı ev atalığına məxsus olub, evdə atalığı və analığı yaşayıb. Özü uzun müddət həmin evdə yaşamır, abunə kodunu adına keçirəndən sonra hesablanmış cərimələr barədə məlumat alıb. Ünvanda PQ4, QSSQ və qış aylarında istifadə olunan dəmir soba olub. Aktlarda qeyd olunan məbləğlər şişirdilib.

43. İşin mübahisəsiz qaydada müəyyən edilən halı ondan ibarətdir ki, iddiaçının B akı Regional Qazın Satışı Departamenti ilə cavabdeh arasında eyni ünvanda quraşdırılmış qaz sayğacına dair “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilə xx.xx.2022-ci il tarixində bağlanmışdır.

44. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi aktlar üzrə orta günlük iş rejimi 24 saat, 18 saat, 10 saat və 4 saat olmaqla müxtəlif qaydada hesablanmışdır. Halbuki, həmin aktların 17 ədədi yaz-yay aylarında təbii qazdan sayğacdan kənar qaz xəttindən istifadəyə görə, 14 akt isə qış aylarında istifadəyə görə hesablanmışdır. Məhkəmə yaz-yay aylarında itirilmiş təbii qazın dəyərinin 17 akt üzrə bir ədəd PQ-4 qaz sobası və QSSQ-ə (samovar) görə 324 kub metr (1.2x4x30=144, 1.5x4x30=180), qış aylar ında itirilmiş təbii qazın dəyərinin 14 akt üzrə bir ədəd PQ-4 qaz sobası, QSSQ-ə (samovar) və dəmir sobaya görə 828 kub metr (1.2x4x30=144, 1.5x4x30=180,1.4x12x30=504) olmaqla hesablanmalıdır. Qeyd olunanlara əsasən məhkəmə yaz-yay ayları üçün tərtib olunmuş 17 aktın hər biri üzrə 32,4 manat hesablanmaqla 550,80 manat (17 x 32,4), qış ayları üçün tərtib olunmuş 14 aktın hər biri üzrə 82,8 manat hesablanmaqla 1159,2 manat (14 x 82,8), cəmi 1710,0 manat məbləğində borcun cavabdehə hesablanmasını ədalətli və ağlabatan hesab etmişdir.

45. Birinci instansiya məhkəməsi orta sərfiyyatla bağlı yuxarıda gəldiyi qənaəti heç bir normativ akta istinadla əsaslandırmamış, müvafiq dövr (fəsil) üçün müəyyən edilən sərfiyyat həcminin hesablanma mənbəyini göstərməmiş, sadəcə bu cür hesablamanı öz mülahiz əsi əsasında ədalətli və ağlabatan hesab etmişdir. Halbuki bu cür yanaşma məhkəmə aktlarının əsaslandırılması ilə bağlı prosessual qanunvericiliyin yuxarıda istinad olunan maddələrinə uyğun hesab oluna bilməz.

46. Eyni zamanda birinci instansiya məhkəməsi mübahisəli dövr ərzində cavabdehin yaşadığı evdə qanunsuz qaz xəttindən istifadə etdiyi barədə gəldiyi qənaəti də MPM-in 88-ci maddəsinə əsasən işdə olan sübutlara və onlara tətbiq edilməli olan normativ hüquqi aktlara istinadla əsaslandırmamış, cavabdehin dəlilləri üzrə hər hansı araşdırma aparmamış, cavabdehlə iddiaçı arasında eyni ünvanda qazın alqı-satqısı barədə müqavilə xx.xx.2022-ci il tarixdə bağlandığı halda, xx.xx.2019-xx.xx.2022-ci il tarixlərində abonent Aydın Məmmədovun adına tərtib edilmiş 31 akt üzrə cavabdehin mülki hüquqi məsuliyyətinin hansı əsaslarla yarandığı barədə mövqeyini tətbiq edilməli olan maddi hüquq normalarına istinadla əsaslandırmamışdır.

47. Halbuki iddia ərizəsinin əsası kimi iddiaçının istinad etdiyi deliktdən irəli gələn zərərlə bağlı iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 1096 və 1097.1-ci maddələrinin dispozisiya şərtlərinə görə həmin iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. 48. “Qazdan istifadə Qaydaları” hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına müvafiq olaraq qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halla rı aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5-6.7-ci bəndlər).

49. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olduğu halda işə iddiaçının apellyasiya şikayəti əsasında baxmış apellyasiya instansiyası məhkəməsi də qeyd olunan pozuntularla qəbul edilmiş birinci instansi ya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə dəyişdirilmədən saxlamışdır.

50. Qeyd edilənləri nəzərə almaqla Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual qanunvericiliyin tələblərinə əməl olunmadan qəbul edildiyi və əsaslandırılmadığı üçün ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməli, təkrar apelyasiya baxışı zamanı mübahisə ilə bağlı həm işin faktiki vəziyyəti əlaqəli və mötəbər sübutlar əsasında müəyyənləşdirilməklə, həm də müəyyən olunmuş işin hallarına tətbiq edilməli olan hüquq normaları əsasında qiymət verilməklə əsaslandırılmış məhkəmə aktı qəbul olunmalıdır.

51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6143/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar