Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6934/2021 20.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə, Cavabdeh qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: notariusun icra qeydi, işə məhkəmədə baxılmalı deyil, iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı borcun tutulması barədə ilkin, cavabdehin iddiaçıya müqaviləsinə əsasən 15000 manatın ödənilmiş hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kolleg iyasının 2(103)-4899/2021 nömrəli iş üzrə 04 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 20 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra - iddiaçı) ilə Cavabdeh (bundan sonra - cavabdeh) arasında bağlanmış 25.06.2018-ci il tarixli, 3M-652 reyestr nömrəli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 15000 manat məbləğində faizsiz borc vermiş, cavabdeh isə aldığı krediti 31.08.2018-ci il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilə əsasında Bakı şəhəri 20 saylı Notariat kontorunun xüsusi notariusu tərəfindən 21.10.2020-ci il tarixli, 3M-652 nömrəli icra qeydi verilmişdir. Binəqədi rayon İcra və probasiya şöb əsinin 04.03.2021-ci il tarixli qərarı ilə icra qeydi tələbkarın ərizəsi ilə icra edilmədən ona qaytarılmışdır. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 11.11.2020-ci il tarixli 02/1574 saylı məktubunda qeyd edilmişdir ki, istehlak qiymətləri indeksi 2020-ci ilin sentyabr ayında 2018-ci ilin avqust ayına nisbətən 105,4 % təşkil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, 25.06.2018-ci il tarixli, 3M-652 reyestr nömrəli kredit müqaviləsinə əsasən 15000 manat borcun, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 445.7-ci maddəsinə əsasən 15000 manat borcun gecikdirilmiş vaxt üçün illik 5%-i olmaqla, 31.08.2018-ci il tarixdən bu günədək cəmi 11,17% miqdarında, yəni 1675 manatın, Azərbaycan Respublikası Dövlət Statistikası Komitəsinin 11.11.2020-ci il tarixli, 02/1-574 saylı arayışına əsasən 840 manatın və ödənilmiş 20 manat dövlət rüsumunun, ümumilikdə 17535 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 31.08.2018-ci il tarixədək ödəməli olduğu 15000 manat pul məbləğini gecikdirdiyinə görə, 31.08.2018-cı il tarixdən bu günədək həmin məbləğin Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hər gecikdirilmiş il üçün 5% olmaqla 2 il 2 ay 24 gün ərzində cəmi 11,17%-ni, yəni 1675 manat pulu ödəməyə borcludur. Cavabdeh borclu olduğu 15000 manat məbləğ, 2018-ci ilin avqust ayından 2020-ci ilin noyabr ayınadək həmin illərin cəmi in flyasiyası qədər, Azərbaycan Respublikası Dövlət Statistikası Komitəsinin 11.11.2020-ci il tarixli, 02/1-574 saylı arayışına əsasən inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksinə uyğun olaraq indeksasiya olunaraq artırılmalıdır. İstehlak qiymətləri indeksi 2020-ci ilin sentyabr ayında 2018-ci ilin avqust ayına nisbətən 105,4% təşkil edir. 2020-ci ilin oktyabr ayında isə bu rəqəm Dövlət Statistika Komitəsinin rəsmi internet saytında 100,2% göstərilmişdir. Oktyabr ayı da daxil olmaqla istehlak qiymətləri indeksi cəm olaraq 105,6% təşkil edir ki, bu da həmin müddət ərzində cəm inflyasiyanın 5,6% olması deməkdir. Yəni 15000 manat borc inflyasiya göstəricisi kimi qəbul olunmuş istehlak qiymətləri indeksi olan 5,6% qədər artırılmalıdır ki, bu da 840 manat təşkil edir. Ca vabdeh qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, 26.06.2018-ci il tarixli, 3M-652 reyestr nömrəli kredit müqaviləsinə əsasən 15000 manatın ödənilmiş hesab edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılır ki, onun iddiaçı ilə əvvəllər yaxşı münasibəti olmuş, 2018-ci ilin iyun ayında iddiaçı ona 80000 manat dəyərində Rusiya istehsalı olan “Rus Crustal” markalı arağının olmasını bildirib, ona həmin arağı satmağı təklif etmişdir. Həmin vaxt onun həmin arağı alıb-satmaq üçün pulu olmadığına görə iddiaçı ona notariat kontorunda 15000 manat məbləğində kredit müqaviləsi bağlayaraq həmin araqları satmaq üçün nisyə verə biləcəyini demişdir. O, razılaşaraq 25.06.2018-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində aralarında iddiaçı ona 2 ay ərzində, yəni 3 1.08.2018-ci il tarixədək qaytarılması şərtilə 15000 manat borc verməsi ilə bağlı 3M-652 reyestr nömrəli kredit müqaviləsi bağlanmışdır. Notariat ofisində kredit müqaviləsi bağlansa da, həmin pul, yəni 15000 manat ona verilməmişdir. Aralarında olan razılaşmaya əsasən o, arağın satışından əldə edilən pulun 10%-ni özünə götürüb, pulun qalan hissəsini iddiaçıya verməli idi. Həmin məsələ üzrə 25.06.2018-ci il tarixdə iddiaçının ona 15000 manat borc verilməsi absurddur. Belə ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə müqavilədə qeyd edildiyi kimi 15000 manat borc pul verilməmiş, müqavilə ilə razılaşdırılan məbləğ ona təqdim edilməmiş, bu haqda aralarında hər hansı bir akt imzalanmamış, eləcə də həmin pul vəsaitinin ona verilməsi ilə bağlı notarius bankda depozit hesabı açmamış, aralarında olan şifahi razılaşmaya əsasən iddiaçıdan 2 ay müddətində cəmi 20000 manat dəyərində nisyə araq alıb-sataraq pulunu qaytarmaqla, onun tərəfindən şifahi müqavilə üzrə götürdüyü öhdəliklər tam olaraq yerinə yetirilmişdir. İddiaçıdan aldığı spirtli içkilərin pulunu ödəməsini şahid ifadələri ilə təsdiq edə bilər. Pulun qaytarılması barədə iddiaçıdan hər hansı bir sənəd almamışdır. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərmişdir ki, tərəfləri tanıyır. Cavabdeh ona 2018-ci ilin iyun ayında iddiaçının “Rus Crustal” markalı arağını satmağa verməsini və arağın satılmasında ona kömək etməsini demişdir. O, təkliflə razılaşmışdır. Cavabdehin iddiaçı ilə kredit müqaviləsi bağlamasının səbəbi ona məlum deyildir. O, cavabdehin iddiaçıya dəfələrlə pul verməsinin şahidi olmuşdur. Lakin cavab dehin iddiaçıya verdiyi pulun məbləği ona məlum deyildir. Cavabdeh tərəfindən məhkəməyə qaimə - fakturalar və sertifikat təqdim edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-1359/2021 nömrəli iş üzrə 10 mart 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, cavabdehdən 25.06.2018-ci il tarixli kredit müqaviləsi üzrə 15000 manat pulun iddiaçının xeyrinə tutulması, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət olunmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 15000 manat borc vermiş, cavabdeh 31.08.2018-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürsə də borcunu qaytarmamışdır. Cavabdeh kredit müqaviləsi üzrə ona 15000 manat bo rc verilmədiyini, əslində onunla iddiaçı arasında nisyə alğı-satqı müqaviləsindən irəli gələn hüquq münasibətləri olduğunu və aldığı malın dəyərini tam olaraq iddiaçıya ödədiyini bildirsə də, istinad etdiyi halları təsdiq edə biləcək mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə cavabdehin sübut növü olaraq məhkəməyə təqdim etdiyi oxunması mümkün olmayan qaimələr, şahid ifadəsi, təsdiq olunmamış izahatlar və sertifikatın surəti ilə bağlı qeyd etmişdir ki, bu sənədlər bağlandığı gündən borcalan tərəfindən belə mübahisələndirilməyən müqavilə üzrə cavabdehin öhdəliyinin icrasından azad edilməsi üçün əsas və mötəbər sübut növü ola bilməz. Belə ki, əgər tərəflər nisyə alğı-satqı müqaviləsi bağlamaq niyyətində olsaydılar notariat ofisində bu əqd barədə iradə ifadələrini bildirərd ilər. Məhkəmə ilk iddia tələbinin icranın gecikdirilməsi nəticəsində vurulmuş ziyana görə faiz tələbi və borc məbləğinin indeksləşdirilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəliklərin icrası müddəti 31.08.2018-ci il tarixədək müəyyən olunduğu halda borcverən vaxtında borcun qaytarılması üçün müraciət etmək hüququndan istifadə etməməklə hazırda faiz və pul məbləğinin indeksləşdirilməsi tələbini irəli sürməsi hüquqdan sui-istifadə olduğundan bu iddia tələblərinin təmin edilməsi mümkün deyildir. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 385.1, 425.1, 442, 445.1, 445.2, 445.7, 560.1, 560.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin olunmayan hissədə ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddia tələbinin rədd olunması, 26.06.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 15000 manat borcun ödənilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin iddiaçının icranın gecikdirilməsi nəticəsində vurulmuş ziyana görə faiz tələbi və borc məbləğinin indeksləşdirilməsi tələbi ilə bağlı gəldiyi nəticə qüvvədə olan qanunlara əsaslanmamaqla formal mülahizələr nəticəsində qəbul edilib. Öhdəliklərin icrası müddəti 31.08.2018-ci il tarixədək müəyyən olunduğundan iddiaçı borcverən kimi məhkəməyə müraciət edənədək borcun qaytarılması üçün iddia ərizəsinin 1-ci abzasında da qeyd edildiyi kimi bu məqsədlə borcluya dəfələrlə şifahi müraciət etmiş, borcun qaytarılmasını tələb etmişdir. Məhkəmənin Mülki Məcəllənin 560.1-ci və 560.2-ci maddələrinin tələblərini əsas götürərək həmin Məcəllənin 445.7-ci maddəsinin tələbini təmin etməməsi maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir. Əgər məhkəmə cavabdehdən kredit müqaviləsi üzrə 15000 manatın iddiaçının xeyrinə tutulmasını qət edirsə, deməli həmin 15000 manat borc indi yox, 25.06.2018-ci il tarixdə yaranıb və icra müddəti 31.08.2018-ci il tarixədək olduğundan həmin tarixdən sonra gecikdirilmiş sayılmalıdır və gecikdirilmiş vaxt üçün cavabdeh Mülki Mə cəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faiz ödəməyə borcludur. Eyni zamanda həmin borc məbləği Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi inflyasiya göstəricisinə uyğun olaraq indeksləşdirilməlidir. Cavabdeh tərəf apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, notariusda kredit müqaviləsi bağlansa da həmin pul, yəni 15000 manat cavabdehə verilməmişdir. Nazirlər Kabineti “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarında dəyişiklik etmiş, həmin dəyişikliyə görə, daşınmaz əmlaka və daşınar əmlakın rəsmi reyestrlərində qeydə adınan əmlaka sərəncam verilməsi, habelə pul bağışlanılması, beh və borc verilməsi, eləcə də ilkin müqavilə üzrə ödənilən məbləğlə bağlı müqaviləl ər notariat qaydasında təsdiq edilərkən, pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi və qaytarılması notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir. Onların arasında yazılı kredit müqaviləsi imzalanmasına baxmayaraq Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulmuş hərəkətlər isə ona münasibətdə yerinə yetirilməmiş və həmin kredit müqaviləsi əvvəlcədən aralarında şifahi razılaşdırılmış nisyə araq alverinin pulunun qaytarılmasının qarantı kimi bağlanmışdır. Məhkəmə iclasında qeyd olunanları həmin hadisələrin şahidləri olmuş X5, X1 və X3 təsdiq edərək 25.06.2018-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçının cavabdehə 15000 manat borc vermədiyini, əslində cavabdehlə iddiaçı arasında nisyə alğı-satqı müqaviləsindən irəli gələn hüquq münasibətləri o lduğunu və aldığı malın dəyərini tam olaraq iddiaçıya ödədiyini bildirsələr də, məhkəmə tərəfindən qeyd edilən şahid ifadələri sübut növü kimi qəbul edilməmiş və münasibət bildirilməmişdir. Məhkəmə iclasında cavabdeh tərəfindən iddiaçı ilə aralarında alğı-satqı müqaviləsindən irəli gələn hüquq münasibətlərini təsdiq edən qaimələr və sertifikatın surətləri təqdim edilmiş, lakin məhkəmə tərəfindən həmin sənədlər sübut növü kimi qəbul edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4899/2021 nömrəli iş üzrə 04 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), N.Cəfərov və E.Mehdiyev) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin edilm iş, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 5 faizlə pulun tutulmasının təmin olunmayan hissəsində ləğv olunmuş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, ilk iddia tələbi həmin hissədə təmin edilərək cavabdehdən iddiaçının xeyrinə Mülki Məcəllənin 447.5-ci maddəsinə əsasən 1675 manat pulun tutulması, qətnamənin mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılası qət olunmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh qarşılıqlı iddia tələbində istinad etdiyi halları sübuta yetirə bilmədiyindən, ilk iddia ərizəsi 15000 manat borcun qaytarılması hissəsində əsaslı olduğundan həmin hissədə məhkəmə düzgün nəticəyə gəlmişdir. Məhkəmə cavabdehin şahid ifadələri ilə bağlı dəlilinə münasibətdə qey d etmişdir ki, cavabdeh şahidlərin təsdiq olunmamış izahatlarını məhkəməyə təqdim etmişdir. Cavabdeh məhkəməyə şahid qismində yalnız X2 təqdim etmişdir. xxx isə ona verilən suallara cavab olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim olunmuş yazılı izahatı imzalasa da, izahatda nə yazılmasından xəbəri yoxdur. Göründüyü kimi, cavabdehin “onların arasında yazılı kredit müqaviləsi imzalanmasına baxmayaraq Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulmuş hərəkətlər isə ona münasibətdə yerinə yetirilməmiş və həmin kredit müqaviləsi əvvəlcədən aralarında şifahi razılaşdırılmış nisyə araq alverinin pulunun qaytarılmasının qarantı kimi bağlanması” ilə bağlı dəlili sübut olunmamışdır. Məhkəmə cavabdehin qanunvericilikdə olan dəyişikliyə görə kredit müqaviləsi üzrə pulun depozitə keçirilməm əsi ilə bağlı dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinin 4-cü hissəsinə əsasən borc münasibətlərində pul depozitə yerləşdirilməlidir. Bu dəyişiklik 15.11.2018-ci ildə qüvvəyə mindiyi halda, hazırkı mübahisə üzrə tərəflər arasında kredit müqaviləsi üzrə hüquq münasibətləri 25.06.2018-ci ildə yaranmışdır. Məhkəmə birinci instansiya məhkəməsi tərəfindən ilk iddia üzrə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 5 faizlə pulun tutulmasının təmin edilməyən hissəsində gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, kredit müqaviləsi üzrə öhdəlik 31.08.2018-ci il tarixədək icra edilməli idi. Həmin tarixdən 2020-ci ilin noyabr ayınadək olan müddət 2 il 2 ay 24 gün təşkil edir. Belə olan halda 804 gün (2 il 2 ay 24 gün-8 04 gün təşkil edir) üçün illik 5% -15000 x 5%: 360 gün x 804 gün = 1675 manat təşkil edir. Buna görə də, iddia tələbi 5 faiz hissədə təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 1675 manat tutulmalıdır. Məhkəmə hesab etmişdir ki, ilk iddia tələbi indeksasiya ilə bağlı hissədə əsassız olduğundan, məhkəmə həmin hissədə iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, MPM-in 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Göründüyü kimi, tutulmalı olan pul məbləğinin indeksasiyası qətnamənin icrası zamanı həyata keçirilir. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 739.1, 740.1, 740.2, 385.1, 425.1, 442, 445.1, 445.2, 560.1, 560.2-ci maddələrinə, MPM-in 14.2, 77.1, 8 8, 217.2, 232.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh (Vəkil2) qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və onlara etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilərək 26.06.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 15000 manat borcun ödənilməmiş hesab edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Əsasları apellyasiya şikayətinin əsasları ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, aralarında bağlanmış kredit müqaviləsi əvvəlcədən aralarında şifahi razılaşdırılmış nisyə araq alverinin pulunun qaytarılmasının qarantı kimi bağlanmış, ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə deyi l, yalnız görünüş üçün bağlanmış, həmin əqd əvvəlcədən nisyə araq alverinin pulunun qaytarılmasını pərdələmək məqsədi ilə bağlamışlar. Bununla bağlı məhkəmə onun təqdim etdiyi qaimələri, şahid ifadələrini, izahatları və sertifikatın sürətini sübut növü kimi qəbul etməmişdir. Apellyasiya instansiyası məhkəməsi şahid ifadələri ilə bağlı dəlillərə münasibətdə obyektiv, hərtərəfli və tam baxmadan birinci instansiya məhkəməsinin gəldiyi nəticələri təsdiq etmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olu nmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayətinə əsasən ilkin iddianın təmin olunmuş və qarşılıqlı iddianın təmin olunmaması hissələrində yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və m iqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). “İcra haqqında” Azərbaycan Respublikasının qanunu Notariat orqanlarının icra qeydləri icra sənədi sayılır (maddə 6.1.4). Qanunun 8.2-ci maddəsinə müvafiq olaraq İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır (maddə 8.2). Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud ban k və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə (maddə 23.1) İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir (maddə 23.3). MPM Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər (maddə 10.8-1). İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür (maddə 151.1). Ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında bax ılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (maddə 153.2.1). İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir (maddə 261.0.1). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilkin iddianın cavabdehdən 15000 manat pulun tutulması hissəsində prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, tərəflər arasında bağlanmış 25.06.2018 tarixli kredit müqaviləsi əsasında Bakı şəhəri 20 saylı Notariat kontorunun xüsusi notariusu tərəfindən 3M-652 nömrəli, 21.10.2020-ci il tarixli icra qeydinin verildiyi hazırkı işin mübahisəsiz halıdır. MPM-in tələblərinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür (151.1). Ərizəyə məhkəmə qa ydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (153.2.1), əgər iş icraata qəbul edilibsə iş üzrə icraata xitam verir (261.0.1). “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.4-cü maddəsinə əsasən notariat orqanlarının icra qeydləri icra sənədi sayılır. Qanunun 8.2-ci maddəsinə müvafiq olaraq icra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən notariusun icra qeydi – icra sənədi mövcud olmuş, iş materiallarında icra qeydinin qüvvədən düşməsi barədə hər hansı məlumat olmamışdır. İlk iddia tələbi isə həmin sənədin verilməsinə əsas olmuş borc m üqaviləsi üzrə öhdəliyin icra edilməsi ilə bağlıdır. Nəzərə alınmalıdır ki, notariusun icra qeydi əsasında başlanmış icra icraatı üzrə icra sənədinin tələbkara qaytarılması icra qeydinin mövcud olmadığı (qüvvədən düşdüyü) anlamına gəlmir. İcra qeydinin tələbkara qaytarılması eyni şəxsin ərizəsi ilə onun yenidən icraya yönəldilməsini istisna etmir. Belə ki, “İcra haqqında” Qanunun 23.1-ci maddəsində tələbkarın ərizəsi və ya icra məmurunun təşəbbüsü ilə notariusun icra qeydinin tələbkara qaytarılması qaydası müəyyən edilir. Lakin Qanunun 23.3-cü maddəsinə əsasən həmin əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və həmin Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. Bu baxımdan mövcud vəz iyyətdə notariusun icra qeydi verdiyi kredit müqaviləsi üzrə borc məbləğinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi yolverilməz olmuşdur. Göstərilənlərə baxmayaraq birinci instansiya məhkəməsi istinad olunan prosessual hüquq normalarının tələblərini pozmuş və notarius tərəfindən icra qeydi verilmiş kredit müqaviləsi üzrə 15000 manat pulun tutulması tələbinin təmin edilməsi barədə qətnamə qəbul etmiş, apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə dəyişdirmədən saxlamışdır. Bununla yanaşı, Məhkəmə kollegiyası hesab edir ki, ilkin iddianın Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 5 faizlə pulun tutulması tələbinin təmin edilmiş hissəsində və qarşılıqlı iddianın təmin olunmayan hissəsində apellyasiya instansiyası mə hkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin həmin hissə ilə bağlı dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 15000 manat borcun tutulması tələbinin təmin olunması hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda gö stərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4899/2021 nömrəli iş üzrə 04 avqust 2021-ci il tarixli qətnaməsi ilk iddianın 15000 manat pul tələbinin təmin olunması hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə icraat xitam verilsin. Qətnamə mübahisələndirilən qalan hissədə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 5 faizlə pulun tutulması tələbinin təmin edilmiş hissəsində və qarşılıqlı iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6934/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6934/2021
20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver