Məhkəmə qərarları › İş №2(102)-6935/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6935/2019

14.10.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6935/2019 14.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Quliyev Şəmsəddin İbrahim oğlunun və cavabdehin vəkili Məmmədov Fərhad Möhübbət oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 19 iyun 2019-cu il tarixli qətnaməsindən Cavabdeh və vəkili Məmmədov Fərhad Möhübbət oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2 (039)-2028/2018 nömrəli qətnaməsi ilə (hakim Toğrul Əliyev) iddia qismən təmin edilmiş, Cavabdeh vurulmuş maddi ziyanın əvəzi olaraq 65,000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.40 manat, cəmi 65,030 (altmış beş min otuz) manat 40 (qırx) qəpiyin İddiaçı xeyrinə tutulması, qalan hissədə iddianın təmin edilməməsi, ekspertiza xərci – Cavabdeh 120 (bir yüz iyirmi) manatın tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN ********** Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. BİK CTREAZ 22. hesabına köçürülməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 19 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və İ.Quliyev, iş № 2(107)-1705/2019) Cavabdeh apellyasiy a şikayəti təmin edilməyərək Yevlax Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 2(039)-2028/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh tərəfindən ona məxsus Mercedes Benz Aktros 1814LS markalı ** LV *** dövlət qeydiyyat nişanlı yük avtomaşına, qoşqusu ilə birlikdə dəymiş 70.000 ABŞ dolları ziyanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və vəkili Məmmədov Fərhad Möhübbət oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün b ütün faktiki halları hərtərəfli tam, obyektiv araşdırmamış, mübahisə mahiyəti üzrə düzgün həll olunmamış, maddi və prosessual hüquq normaları pozulmaqla qətnamə qəbul edilmişdir. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin 19 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni məhkəmə qərarı qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Məmmədov Fərhad Möhübbət oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, iddiaçının vəkili Quliyev Şəmsəddin İbrahim oğlu isə kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq şikayətin təmin edilməməsini Şəki Apellyasiya Məhkəməsinin MK-nın 19 iyun 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkə mə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 19 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiy a instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin A zərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1096, 1097-ci maddələrinə istinadən işin materialları üzrə gəldiyi nəticədən görünür ki, Cavabdeh təqsirli hərəkəti nəticəsində İddiaçı məxsus Mercedes Benz Actros1814 LS markalı, ** LV *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə maddi ziyan vurulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmamaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, şassi WDB9340621L224757 mühərrik nömrəsiz tip Yəhərli dartıcı 2008-ci il buraxılışlı, ban-Ağ rəng, ** LV *** dövlət qeydiyyat nişanlı Me rcedes Benz Actros1814LS yük markalı avtomobili 09.10.2017-ci il tarixli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən İddiaçı, şassi WSM**********9495 ban tip Furqon soyuducu 2008-ci il buraxlışlı ağ rəng, ** ZC *** dövlət qeydiyyat nişanlı marka SCHMİTZ SKO24 yarımqoşqu isə 12.07.2017-ci il tarixli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən X3 məxsusdur. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 24 aprel 2018-ci il tarixli «İcarə müqaviləsi»ndən görünür ki, Azərbaycan Respublikası 09.10.2017-ci il tarixli «Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi»nə əsasən, şassi WDB9340621L224757 mühərrik nömrəsiz tip Yəhərli dartıcı 2008-ci il buraxılışlı, ban-Ağ rəng, 99LV794 dövlət qeydiyyat nişanlı Mercedes Benz Actros1841LS yük markalı avtomobili və Azərbayca n Respublikası 12.07.2017-ci il tarixli «Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi»nə əsasən şassi WSM**********9495 ban tip Furqon soyuducu 2008-ci il buraxlışlı ağ rəng, 99ZC712 dövlət qeydiyyat nişanlı marka SCHMİTZ SKO24 yarımqoşqu 1 il müddətinə icarəyə verilmişdir. İşdə olan «Mülki Məsuliyyət haqqında müqavilə»dən görünür ki, Cavabdeh ona etibar edilmiş 99LV794 dövlət qeydiyyat nişanlı Mercedes Benz Actros 1841LS yük markalı avtomobili və 99ZC712 dövlət qeydiyyat nişanlı SCHİTZ SKO 24 yarımqoşqu markalı nəqliyyat vasitəsini qoruyub saxlanmasını, istifadə etməsini, texniki qaydalara uyğun istismarını layiqincə tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. İşdə olan İnzibati xəta haqqında 09 may 2018-ci il tarixli qərardadın surətindən görünür ki, Cavabdeh barəsində Rusiya Federasiya sı İnzibati Xətalar Məcəlləsinin 12.24cü maddəsinin 2-ci hissəsi ilə inzibati iş açılmışdır. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirli Məhkəmə Ekspertizası Mərkəzinin 26 oktyabr 2018-ci i tarixli ekspert arayışında qeyd olunur ki, Mercedes Benz Actros1814 LS markalı, ** LV *** dövlət qeydiyyat nişanlı, 2008ci il buraxılışlı, yük tipli, mühərrik gücü 11946 sm 3 olan, normal vəziyyətdə saxlanılmış istifadəyə yararlı avtomobilin nəzəri orta bazar qiyməti təxminən 65,000.00 manat müəyyən olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni araşdırarkən ilk növbədə cavabdehin iddiaçı qarşısında mülki məsuliyyət daşımaması ilə bağlı dəlilləri üzrə araşdırma aparmamış və onlara hüquqi qiymət verməmişdir. Belə ki, apell yasiya şikayətinin dəlillərindən görünür ki, şikayət müəllifi yolda qalmış avtomobilini aparmaq üçün iddiaçının onu aidiyyatı üzrə Rusiya Federasiyasının Svetloqrad Blaqodarnıy Budonevsk yoluna aparmasını xahiş etməsini, yolda qəzanın baş verməsi və avtomobilə zərər dəyməsinin onun günahı ucbatından baş verməməsini, aralarında nə bir müqavilə, nə də onunla məsuliyyəti müəyyən edə biləcək heç bir dəlil mövcud olmamasını və ola da bilməməsini, vurulmuş zərərə görə məsuliyyət daşıyıcısı olmamasını, baş verən hadisənin onun təqsiri ucbatından yox, avtomobilin özündə olan ciddi qüsurlar səbəbindən baş verməsini, qəzanın onun təqsiri ucbatından baş versəydi, Rusiya İnzibati Xətalar Məcəlləsində inzibati qərar qəbul edilməsini, onun təqsirli hərəkətləri olmamamasını, onunla mülkiyyətçi arasında a vtomobilin təhlükəsizliyi baş verə biləcək hadisə ilə əlaqədar mülki məsuliyyətin heç bir halda müəyyən edilməməsini göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi 24 aprel 2018-ci il tarixli İcarə müqaviləsinə və Mülki Məsuliyyət haqqında müqaviləyə istinad etsə də, cavabdehin apellyasiya şikayətinin əsas dəlili kimi aralarında belə bir müqavilə olmamasına dair dəlili üzrə araşdırma aparmayaraq həmin sənədlərin əslinin iş materiallarında olmasına baxmayaraq bu müqavilələrdəki imzanın cavabdehə məxsusluğu, müqavilələrin bağlanamasının, eləcə də iddiaçının tələbinin əsası kimi niyə həmin müqavilələrə istinad etməməsinin səbəbləri, tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə cavabdehin icarə haqqını ödəyib- ödəməməsi istiqamətində heç bir araşdırma aparmamışdır. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi işdə olan Cavabdeh barəsində Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 12.24-cü maddəsinin 2-ci hissəsi ilə inzibati iş açılmasına dair İnzibati xəta haqqında 09 may 2018-ci il tarixli qərardadın surətinə istinad etsə də, cavabdeh tərəfindən bununla bağlı inzibati istintaq müddətinin uzadılması haqqında 09.06.2018-ci il tarixli qərardadın, inzibati hüquq pozuntusu haqqında iş üzrə icraatın dayandırılması haqqında 09.07.2018-ci il tarixli qərarın məzmununda göstərilənlərə, həmçinin sözügedən qəzanın cavabdehin təqsiri ucbatından baş verdiyi halda, Rusiya İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun qəbul edilmiş inzibati qərarın iş materiallarında olmamasına hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qeyd edilən dəlillər üzrə tam araşdırma aparmamasından əlavə, tərəflər arasında müqavilə münasibətlərinin olmasını müəyyən edərkən hazırki işə deliktlə bağlı maddi hüquq normalarının tətbiqini əsaslandırmamışdır. Halbuki, qanunvericiliyə əsasən tərəflər arasında müqavilə münasibətləri olmadığından, mülki hüquq pozuntusu ilə əlaqədar mübahisə yarandığından mübahisənin həllinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1-ci maddəsinə əsasən həll edilməli olması təsbit edilmişdir. Mülki Məcəllənin 21., 1096,1097.1-ci maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Bunun nəticəsində yaranmış öhdəlikdə delikt törətmiş zərərvuran və zərərçəkmiş şəxs iştirak edir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedidə, mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyyatsızlığı nəticəsində yaranır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin tələbindən də aydın olduğu kimi mülki hüquq pozuntusu törətmiş şəxs hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurduğu zərərəin əvəzini tam həcmdə ödəməlidir. İşdə olan Mülki Məsuliyyət haqqında müqavilənin 3-cü hissəsinə əsasən icarəçinin günahı üzündən avtonəqliyyat vasitəsinə dəyən ziyanvn miqdarı müəyyən edildikdən sonra onun ödənişi mövcud qanunvericilik əsasında həyata keçirilir. İcarədar icarəçidən bu müqavilədə nəzərdə tutulan vəzifələrin icra olunmasını tələb etməlidir. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öh dəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası MM-nin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyy əti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tə rəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Qanunun yuxarıda göstərilən normalarına əsasən öhdəliklərin lazımınca yerinə yetirlməməsi və bununla əlaqədar dəymiş ziyanın ödənilməsi onun məzmunu ilə müəyyən olunur ki, bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən onun iştirakçıları arasında müvafiq müqavilənin bağlanması yolu ilə həyata keçirilir. Belə müqavilənin mövcudluğu öhdəliklərin yaranması üçün zəruri şərtdir, belə ki, onun məzmunu tərəflərin etməli olduğu hərəkətləri müəyyən edir. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranması faktı sübuta yeti rildiyi halda iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməli idi. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi eksper rəyinə qiymət verərkən nəzərə almamışdır ki, ekspertizanın nəticəsi olaraq təqdim edilmiş arayışda qeyd edilmişdir ki, qüsur aktı təqdim edilmədiyindən dəymiş zərəri müəyyən etmək mümkün olmamışdır. İstismarda olan avtomobilin qiyməti nəzəri hesablama yolu ilə şərti olaraq müəyyən edilir. Rəyə əsasən isə Mercedes Benz Actros1814 LS markalı, ** LV *** dövlət qeydiyyat nişanlı, 2008-ci il buraxılışlı, yük tipli, mühərrik gücü 11946 sm 3 olan, normal vəziyyətdə saxlanılmış istifadəyə yararlı avtomob ilin nəzəri orta bazar qiyməti təxminən 65,000.00 manat müəyyən olunmuşdur. Ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPMnin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Azərbaycan Republikası MPM-nin 101.3 və 20 6.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə ekspertiza təyin edilərkən və hazırki ekspertiza aparılarkən ilk növbədə diqqət yetirilməli olan məqama, yəni, tədqiqat predmetinin harada olmasının müəyyən edilməsi istiqamətində araşdı rılma aparılmamasına, mübahisənin obyektiv aparılması baxımından ekspertiza tədqiqatının nəzəri hesablama yolu ilə deyil, nəqliyyat vasitəsinə baxış keçirilməsi ilə ararılmasının daha məqsədəuyğun olmasına hüquqi qiymət verməmişdir. İş materiallarına əsasən cavabdehin bildirildiyinə görə həmin nəqliyyat vasitəsi təmir edilib və başqasının icarəsinə verilib. Kollegiya həmçinin qeyd edir ki, mübahisənin obyektiv həlli baxımından baxmayaraq ki, apellyasiya instansiyası məhkəməsi Furqon soyuducu 2008-ci il buraxlışlı ağ rəng, ** ZC *** dövlət qeydiyyat nişanlı marka SCHMİTZ SKO24 yarımqoşqunun iddiaçıya deyil, X3 məxsus olmasını müəyyən edərək bu səbəbdən də həmin hissədə iddianın təmin edilməli olmaması nəticəsinə gəlsə də, 24 aprel 2018-ci il tarixli İcarə müqaviləsinə və Mülki Məsuliyyət ha qqında müqavilələrində iddiaçının özünə məxsus olmayan yarımqoşqunu cavabdehin icarəsinə verməsinin və buna onun səlahiyyəti (hüququ) olub-olmamasını da araşdırmamış, təqdim edilmiş fotoşəkillərdən həmin avtomobilə yol nəqliyyatı hadisəsi nəticəsində zərər vurulması, avtomobilin yararsız hala düşməsi müşahidə olunsa da, yarımqoşquya vurulan ziyanla bağlı onun mülkiyyətçinin cavabdehə qarşı iddia qaldırmamasının səbəblərini müəyyən etməmiş, göstərilənlər məsələlərin aydınlaşdırılması ilə bağlı İcarə müqaviləsinə və Mülki Məsuliyyət haqqında müqavilələrdə qeyd edilmiş yarımqoşqunun mülkiyyətçi iş üzrə cəlb edilib dindirilməsinin məqsədəmüvafiqliyi müzakirə edilməmişdir. Belə ki, mülkiyyətçisi olduğu yarımqoşqunun sözügedən İcarə müqaviləsinə və Mülki Məsuliyyət haqqında müqavilələrə əlavə ed ilməsinin səbəbləri onun iştirakı ilə aydınlaşdırılması ilə yanaşı, onun tərəflər arasında müqavilə münasibətləri ilə bağlı digər məsələlər bağlı mövqeyinin öyrənilməsi iş üçün mühüm əhəmiyyət kəsb edə bilər. Həmçinin kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sözügedən nəqliyyat vasitəsinin sığortalı olub-olmamasını, qəza ilə bağlı sığorta ödənişinin aparılıbaparılmamasını müəyyən etməmiş, bununla bağlı cavabdeh tərəfin təqdim etdiyi sənədlərə hüquqi qiymət verməmişdir. Kollegiyanın qənaətinə görə cavabdeh tərəfin prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddiaya olan etirazının əsası kimi istinad etdiyi dəlillərin müzakirə edilməməsi, qiymətləndirilməməsi onun tərəf kimi ədalət məhkəmə araşdırılması hüququnun pozulmasına gətirib çıxarır. Məhkəmə kollegiyası ka ssasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Kollegiya qeyd edir ki, “Məhkəmələr və hakimlər haqqında” qanunun 3-cü maddəsinə əsasən məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formas ından asılı olmayaraq şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edirlər. Həmin qanunun 8-ci maddəsinə görə ədalət mühakiməsi heç bir məhdudiyyət qoyulmadan ədalətlə həyata keçirilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Həmin Qərarının 17-ci bəndinin tövsiyyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələri nin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qəzərsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddəsinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabhdehin apellyasiya şikayətində göstərilənlərə qeyd edilən Plenum qərarının tələbləri baxımından müfəssəl hüquqi qiymət verməyərək işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işi n faktiki hallarını düzgün müəyyənləşdirməmiş, iddiaçının iddia tələbinin əsası kimi, cavabdehlərin isə iddiaya olan etirazının əsas kimi istinad etdikləri hallara və sübutlara lazımi hüquqi qiymət verməyərək vurulmuş zərərə görə məhz Cavabdeh məsuliyyət daşıması barədə gəldiyi nəticə qanuna uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol verməklə düzgün hüquqi nəticəyə gəlmədiyindən qəbul etdiyi qətnaməsi qanuni, əsaslı sayıla bilmədiyi üçün ləğv edilməl i və iş yeni apellyasiya baxışına qaytarılmalı, lakin cavabdehin kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar kifayət qədər olmadığı üçün və iş üzrə apellyasiya qaydasında müəyyən araşdırmalar aparılması zərurəti olduğundan hazırki iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları ara dan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, ən əsası isə araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 19 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar