Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6936/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, X7 və X6 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2019-cu il tarixli 2(107)141/2019 saylı qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Qax rayon məhkəməsinin 24 noyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakim A.Q.Kiçibəyov, iş № 2(024)-1310) iddiaçı X2 cavabdehlər X4 və Cavabdeh2 qarşı borcun qaytarılması tələbinə dair iddiası qismən təmin edilərək cavabdeh X1 1800 manat alın araq iddiaçı X3 verilməsi qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 fevral 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər: M.A.Əsədli, V.K.Qasımov və Ə.T.Məcidov, iş № 2(107)-367/2017) iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək Qax rayon məhkəməsinin 24 noyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin edilib cavabdeh X1 iddiaçının xeyrinə 9960 manat tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05 iyul 2017-ci il tarixli qərarı ilə (hakimlər: Ə.Ə.Əliyev, Q.Ə.Allahverdiyev və G.A.Quliyev, iş № 2(102)4291) cavabdehin kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 fevral 2017-ci il tari xli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır. İşə təkrar apellyasiya qaydasında baxan Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: R.Ə.Əliyev, M.M.Hüseynov və İ.H.Şükürov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək Qax rayon məhkəməsinin 24 noyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin edilib cavabdeh X1 iddiaçının xeyrinə 9960 manat tutulması, iddianın qalan hissəsinin rədd olunmasına dair qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06 sentyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər: Ə.M.Rüstəmov, Ə.G.Nurməmmədov və M.T.Əhmədova, iş № 2(102)-5763/18) cavabdehin kassasiya şikayəti təmin olunaraq Şəki Apellyasiya Məhkəməsi Mülki Ko llegiyasının 16 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İşə üçüncü dəfə apellyasiya qaydasında baxan Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: G.Q.Abbasov, R.R.Rəfiyev və M.R.Hüseynov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək Qax rayon məhkəməsinin 24 noyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin edilib cavabdeh X1 9960 manat iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İşin halları: 2016-cı ilin oktyabr ayında X5 cavabdehlər X4 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2014-cü ilin aprel ayından cavabdehlərin fermer təsərrüfatı yaratmaq məqsədi ilə ondan hissə-hissə olmaqla müxtəlif vaxtlarda cəmi 11.000 manat məbləğində borc almalarını, bir-neçə aya qaytaracaqlarını vəd etsələr də cavabdehlərin müxtəlif bəhanələrlə borcu qaytarmaqdan boyun qaçırmalarını əsas göstərməklə həmin məbləğin və dövlət rüsumu kimi ödənilmiş 30 manatın cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdeh X4 kassasiya şikayəti verərək iddiaçıdan qızıl-zinət əşyalarını girov qoyaraq cəmi 1800 manat məbləğində borc almasını, girov qoyduğu qızıl-zinət əşyalarının dəyərinin isə 2500-2800 manatdan çox olmaqla iddiaçı tərəfindən ona qaytarılmamasını, işə baxan apellyasiya instansiyası məhkəm əsinin isə mötəbər sübutlar olmadan iddianı 9960 manat həcmində təmin etməklə düzgün olmayan nəticəyə gəlməsini əsas göstərməklə qətnamənin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında cavabdeh N və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı və vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, tərəflər arasında şifahi borc müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İddiaçı cavabdehlərə 2014-cü ildə 11.000 manat məbləğində borc verməsini iddia edib həmin məbləğin onlardan alınmasını tələb etsə də, cavabdeh Klara Orkocanaşvili iddiaçıdan cəmi 1800 manat məbləğində borc almasını və bunun müqabilində girov qo yduğu qızıl-zinət əşyalarının iddiaçıda qalmasını bildirərək iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçı Makvala Kuçoşvili tələbini təsdiq edən sübut kimi onunla cavabdeh Klara Okronacaşvili arasında olan danışıqları əks etdirən SD diskini təqdim etmiş və məhkəmə kollegiyasının qərardadına əsasən aparılmış ekspertiza tədqiqatının nəticəsi barədə verilmiş rəydən görünür ki, həmin səslər tərəflərə məxsus olmaqla onlar arasında olan danışıqlardan iddiaçının cavabdehə ona 9960 manat borcunun olmasını bildirmiş və cavabdeh bunu təsdiq etmişdir. Azərbaycan Respublikası MPM-nin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. (76.1) Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (76.2) Apellyasiya instansiyası məhkəməsi ekspertin həmin rəyini mötəbər sübut kimi qəbul edərkən cavabdehin iddiaçıya 9960 manat məbləğində borcunun olması barədə nəticəyə gəlmiş və iddianı həmin həcmdə təmin etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Müəyyən olunduğu kimi iddiaçı cavabdehin ondan 9960 manat məbləğində borc almasını, lakin borcu qaytarmamasını sübuta yetirmiş, cavabdeh isə məhkəməyə bunu təkzib edə bilən hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Kollegiya göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə kollegiyası iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 27 iyun 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6936/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6936/2019
13.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver