Məhkəmə qərarları › İş №2(102)-694/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-694/2022

15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-694/2022 15.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X22 iş üzrə QƏRARİ (Açar sözlər: müqavilənin ləğv edilməsi, icarə haqqının hesablanıb ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X48 oğlunun katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 iyul 2021-ci il tarixli, 2(104)777/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıda kı qərarı qəbul etdi. İşin halları

1. Tərtər rayon Aqrar İslahat Komissiyasının 12 aprel 2001-ci il tarixli qərarı ilə Tərtər rayonun Sarov kəndi sakinləri İddiaçı Aşır oğlu və onun ailə üzvlərinin (X8, X9, X15, X23, X27 və X10) mülkiyyətinə 3,62 ha torpaq sahəsi verilmiş, torpaq sahəsi üzərində mülkiyyət hüquqları kod 61109005 JN-0136 saylı dövlət aktı ilə rəsmiləşdirilmişdir.

2. İddiaçı Aşır oğlu və X24 08 avqust 2008-ci il tarixdə X36 ilə bağlanmış və notarius tərəfindən təsdiq olunmuş torpaq alğı-satqı müqaviləsi əsasında torpağa mülkiyyət hüququna dair JN-0136 saylı kod 61109005 olan dövlət aktına və Azərbaycan Respublikası DƏDRX-nin Bərdə rayon ərazi idarəsinin 28 iyul 2008-ci il tarixli, 4610 saylı arayışına əsasən Tərtər rayonu Sarov kəndində yerləşən 1,034 ha torpaq sahəsini X22 8 00 manata satmışlar. X7 aldığı həmin torpaq sahəsi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyesrtində qeydiyyata almamışdır.

3. Tərtər rayon Sarov kəndində yaşayan birgə mülkiyyətçilər İddiaçı Aşır oğlu, X27, X10 və X24, X23 və X16 ilə X25 arasında bağlanmış 04 may 2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi iddiaçı X17 mülkiyyətində olan 1,034 ha torpaq sahəsinə aid hissədə etibarsız hesab edilmişdir.

4. Torpaq sahəsinin 1,034 ha hissəsi X1 baxmayaraq, İddiaçı Aşır oğlu, Babayeva (Əsədova) Xuraman Xosrov qızı, X15, X23, X27 və X10 04 may 2019-cu il tarixli alğı-satqı müqaviləsi bağlamaqla, JN-0136 saylı kod 61109005 olan dövlət aktına əsasən onların mülkiyyətinə verilmiş 3.62 ha torpaq sahəsini bütövlükdə X2.

5. X29 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 may 2 019-cu il tarixli alğısatqı müqaviləsinin etibarsız sayılmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli, 2(061)-1325/2019 saylı qətnaməsi ilə iddiaçı X17 cavabdehlər İddiaçı Aşır oğlu, X26, X25 və Azərbaycan Respublikası DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməklə ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 09 yanvar 2020-ci il tarixli, 2(104)-736/2020 saylı qətnaməsi ilə Tərtər Rayon məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli 2(061)-1325/2019 saylı qətnaməsi ləğv edilmiş və yeni qətnamə çıxarılmaqla Tərtər rayon Sarov kəndində yaşayan birgə mülkiyyətçilər İddiaçı Aşır oğlu, X27, X10 və X24, X23 və X16 ilə X25 arasında bağlanmış 04 may 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi iddiaçı X17 mülkiyyətində olan 1,034 ha torpaq sahəsinə aid hissədə etibarsız hesab edilmişdir. Həmin qətnamədən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2020-ci il tarixli, 2(102)-3991/2020 saylı qərarı ilə təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 09 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 avqust 2008-ci ildə onunla X18 və X29 arasında bağlanan alğı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehdən dövlət aktının alınması üçün xərclənmiş 500 manat və müqavilədə göstərilən 800 manat məbləğində pulun, habelə 200 8-2019-cu illər üçün cavabdehə verdikləri 1 hektar torpaq sahəsi üçün icarə haqqının hesablanıb alınmaqla ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə heç bir ədavəti olmamış, münasibəti yaxşı olmuşdur. Ona və ailə üzvlərinə məxsus 3,62 hektar pay sahəsini 2019cu ildə X3. Notarius ofisindən, Daşınmaz Əmlakın Dövlət Reyestrindən və Asan xidmət mərkəzindən bütün sənədləri almış və heç bir məhdudiyyət olmadığına görə torpağa görə Emin Nuriyevin adına çıxarış alınmışdır. Hazırda isə cavabdeh Rəhim Aslanov iddia edir ki, onlara məxsus torpağın 1 hektar hissəsini almışdır. İddiaçının vəkalətli nümayəndəsi qeyd etmişdir ki, qardaşı Zöhrab və Şəfayət həqiqətən Rəhim Aslanovdan borc pul almışlar. Bunun əvəzində isə Rəhimə to rpaqlarını istifadəyə vermişlər. Qardaşı Zöhrabın şəxsiyyət vəsiqəsi olmadığına görə Rəhim atası İddiaçıa sənədə qol çəkməsini demişdir. Atası savadsız olduğundan həmin sənədə imza etmişdir. Sonradan bilmişlər ki, atası alğısatqı müqaviləsinə imza etmişdir. X46 satarkən 500 manat xərc çəkib dövlət aktı çıxarmışlar. Məlum olmuşdur ki, dövlət aktı Rəhim Aslanovdadır. Beləliklə, Rəhim Aslanov 500 manat ziyana salmışdır.

8. Cavabdeh X29 birinci instansiya məhkəməsində izahatında göstərmişdir ki, iddiaçı tərəflə heç bir ədavəti olmamış, münasibətləri normal olmuşdur. O, 08 avqust 2008-ci il tarixdə Tərtər rayonu, Sarov kənd sakini İddiaçı Aşır oğlundan və X6 ailə üzvlərinə verilmiş 3,62 hektar pay torpaq sahəsinin 1,034 ha torpaq sahəsini 800 manat verərək satın almışdır. Bu barədə Bərdə rayon 2 saylı Notariat Kontoru tərəfindən 08 avqust 2008-ci il tarixli alğı-satqı müqaviləsi təsdiq olunmuşdur. Uzun müddət keçdikdən sonra İddiaçı torpaq sahəsinin alğı-satqı müqaviləsinin ləğv edilməsi, dövlət aktı üçün xərclənmiş 500 manat pulun və 2008-ci ildən 2019-cu ilədək 1 ha torpağın icarə haqqının ondan alınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi əsassız və anlaşılmazdır. Belə ki, iddiaçının tələb etdiyi 800 manat pulu onlara verib 1,034 hektar pay torpaq sahəsini onlardan almışdır. Bu barədə alğı-satqı müqaviləsi vardır. Bununla yanaşı hazırda sözügedən torpaq mübahisəsi ilə bağlı əvvəllər məhkəmədə iddia qaldırılmış və son nəticədə Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Tərtər rayonu, Sarov kəndində yaşayan birgə mülkiyyətçilər İddiaçı Aşır oğlu, X27, X10 və Babayeva Şəfaət Xosrov oğlu, X23 və X16 ilə X25 arasında bağlanmış 04 may 2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi onun mülkiyyətində olan 1,034 ha torpaq sahəsinə aid hissədə etibarsız hesab edilmişdir.

9. Tərtər Rayon Məhkəməsinin 2(061)-282/2020 saylı, 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim K.Rzayev) iddia təmin edilməmişdir.

10. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 08 avqust 2008-ci il tarixdə X5 rayonu, Sarov kənd sakinləri İddiaçı Aşır oğlundan və X6 ailə üzvlərinə verilmiş 3,62 hektar pay torpaq sahəsinin 1,034 ha torpaq sahəsini 800 manat verərək satın almışdır. Məhkəmədə elan olunmuş Bərdə rayon 2 saylı Notariat Kontoru tərəfindən təsdiq olunmuş alğı-satqı müqaviləsi ilə bu fakt təsdiq olunmuşdur. Həmin müqavilədə tərəflərə alğı-satqının təfərrüatları geniş şəkildə izah ediımişdir. Məhkəmə iclasında izahat vermiş İddiaçı vəkalətli nümayəndəsi X27 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, ona və ailə üzvlərinə məxsus 3,62 hektar hektar pay sahəsini 2019-cu ildə X3. Notarius ofisindən, Daşınmaz Əmlakın Dövlət Reyestrindən və ASAN xidmət mərkəzindən bütün sənədləri almış və heç bir məhdudiyyət olmadığına görə torpağa görə Emin Nuriyevin adına çıxarış alınmışdır. Lakin cavabdeh Rəhim Aslanov onlara məxsus torpağın 1 hektar hissəsini aldığını iddia edır. Həqiqətən qardaşı Zöhrab və X21 borc pul aldıqlarını, bunun əvəzində isə Rəhimə torpaqlarını istifadəyə verdiklərini, qardaşı Zöhrabın şəxsiyyət vəsiqəsi olmadığına görə Rəhim atası İddiaçı sənədə qol çəkdirməsini, atasının savadsız olduğundan həmin s ənədə imza etdiyini, sonradan atasınnın alğı-satqı müqaviləsinə imza etdiyini, X46 satarkən 500 manat xərc çəkib dövlət aktı aldıqlarını, lakin dövlət aktının Rəhim Aslanovda olduğunu bildirsə belə, göstərdikləri ilə bağlı heç bir sübut və dəlili məhkəməyə təqdim də bilməmişdir. İddiaçı yalnız verdiyi ifadəsi ilə kifayətlənmişdir.

11. Məhkəmə hesab etmişdir ki, iddianın həmin hissəsinin təmin edilməsi məqsədə müvafiq deyildir. Bununla yanaşı əgər iddiaçının dediyi kimi sonradan X47 Babayevə sənəd adı ilə alğı-satqı müqaviləsinə imza etdirdiyini bilsə də, bunu məhkəmədə mübahisələndirməmişdir. Bunun əksinə olaraq Rəhim Aslanov hazırda sözügedən torpaq mübahisəsi ilə bağlı əvvəllər məhkəmədə iddia qaldırılmış və son nəticədə Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Tərtər rayonu, Sarov k əndində yaşayan birgə mülkiyyətçilər İddiaçı Aşır oğlu, X27, X10 və X24, X23 və X16 ilə X25 arasında bağlanmış 04 may 2019-cu il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi onun mülkiyyətində olan 1,034 ha torpaq sahəsinə aid hissədə etibarsız hesab edilmişdir. Beləliklə mübahisəli 1,034 hektar sahəsinin hazırki vəziyyətdə X17 mülkiyyətində olması faktını təsdiq edir.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində 2008-2019-cu illər üçün cavabdehə verdikləri 1 hektar torpaq sahəsi üçün icarə haqqının hesablanaraq alınıb ona verilməsini də xahiş etsə belə, tərəflər arasında belə razılaşmanın və ya hər hansı bir sənədin olmasını təsdiq edən sənədi, sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddianın həmin hissəsnin də təmin edilməsini məqsədəmüvafiq hesab etməmişdir.

13. M əhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 iyul 2021-ci il tarixli, 2(104)-777/2021 saylı qətnaməsi ilə (hakimlər Ə.İ.Məmmədov (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və A.H.Hüseynzadə) apellyasiya şikayəti təmin edilməmiş, Tərtər Rayon Məhkəməsinin 2(061)-282/2020 saylı, 17 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir k i, iddiaçı tərəfin əsas mübahisələndirdiyi hal alğı-satqı müqaviləsinin aldadılma yolu ilə rəsmiləşdirilməsini iddia etməsidir. İş materiallarında olan 08 avqust 2008-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, qeyd olunan mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsi qanunvericiliyin və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın” tələblərinə əməl edilməklə Tərtər rayon Dövlət Notariat Kontorunda rəsmiləşdirilmişdir və müqavilə rəsmiləşdirilən zaman tərəflər, yəni iddiaçılar və alıcı müstəqil olmuş, onlara qarşı qanunvericiliyin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqd, habelə hakimiyyətdən suiistifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayən dəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi halları olmamış, müqavilənin zəruri şərtlərinə əməl edilməklə tərəflərin hər biri müqavilə azadlığı prinsipinə uyğun olaraq iradə ifadələrini ifadə etmişlər.

17. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri ancaq formal mülahizələrdən ibarətdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Şikayətdə göstərilən dəlillər əsasında birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş heç bir faktiki və hüquqi əsaslar mövcud deyil. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, 08.08.2008-ci il tarixli alğı-satqı müqaviləsi saxta yollarla rəsmiləşdirilmişdir. Belə ki, həmin saxta müqavilədə Babayev Şəfayət adlı şəxsin əvəzinə digər şəxs imza etmişdir. Bu halı Şəfayət Babayev özü təsdiq edir. Bundan başqa dövlət aktına diqqət yetirdikdə aydın olur ki, orada X13 qeyd edilmişdir. Belə olan halda alğı-satqı müqaviləsinin saxta olması öz təsdiqini tapmış olur. Adi bir hərf səhvinə görə alğı-satqı notariusda həyata keçirilə bilmir. Ancaq dövlət aktında X4 qeydə heç bir əhəmiyyət verilmədən on un yerinə X14 imza edir. Qeyd olunduğu kimi Ş.Babayev icra etməmişdir. Bundan başqa, alğı-satqıda iştirak etmiş X28 və X20 bildirirlər ki, nə notariusda olmamışlar, nə də müqaviləyə imza etməmişlər. Belə olan halda alğısatqı müqaviləsindəki imzaların onlar tərəfindən icra edilib-edilməməsi üçün iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilməli olduğu halda işə baxan məhkəmə bunu etməmişdir. İş üzrə ekspertiza təyin edilməsi yolu ilə müəyyən etmək olar ki, alğı-satqı müqaviləsindəki imzalar satıcılar tərəfindən icra edilib, ya yox. Sözügedən torpaq sahəsi 7 nəfərin ümumi birgə mülkiyyətində olduğu halda, alğı-satqı müqaviləsində cəmi iki nəfər, yəni İddiaçı Aşur oğlu və Babayeva “Şəfayət” Xosrov “qızı” iştirak etmişlər. Bu hal Mülki Qanunvericiliyin tələblərinə ziddir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmələrinə baxmayaraq iş üzrə tərəflər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

22. İddiaçının vəkili Vəkil teleqramla müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iddiaçının vəkilinin vəsatətini təmin etməmiş, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Çünki Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməmə yin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Bu normanın tələbinə görə məhkəmə iclasına gəlməyən şəxs təkcə məhkəməyə gələ bilməyəcəyi barədə məlumat verməklə kifayətlənməməli, bunun üzürlü səbəbi barədə sübutu təqdim etməlidir. İddiaçının vəkili qanunun bu tələbinə əməl etməmiş, üzürlü səbəb barədə sübutu təqdim etməmişdir Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə

324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gə lməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə

325. Birtərəfli iradə ifadəsinin etibarlığı 325.1. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə

354. Etibarsız əqdlər üzrə müddətlər 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıld ığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə gö rə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə

598. Alınmış əşyanın ödənilməsi 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

77. Sübut etmə vəzifəsi 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

25. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

26. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olu nmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq ol unmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. İddiaçının müqavilənin ləğvi tələbini əsaslandırmaq üçün irəli sürdüyü dəlillər müqavilənin etibarsızlığına aid dəlillər olduğuna görə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini müqavilənin etibarsızlığına aid normalar əsasında təhlil etmişdir. Kassasiya kollegiyası hansı halları əsas götürdüyünü əsaslandırdığından apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaətlə razılaşır.

31. Məhkəmə kollegiyası kassatorun kassasiya şikayətində qeyd etdiyi dəlillərə münasibətdə qeyd edir ki, həmin dəlillər formal olmaqla, qətnamənin ləğvinə əsas vermir. Ümumiyyətlə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü madd əsi hazırki vəziyyətdə kassasiya şikayətində göstərilən dəlillərin araşdırılmasını mümkünsüz edir.

32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

33. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 iyul 2021-ci il tarixli, 2(104)777/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar