Məhkəmə qərarları › İş №2(102)-694/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-694/2023

07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-694/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun ödənilməsi, öhdəlik münasibətləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh qarşı “borc və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(*04)-368/2022 nömrəli, 0* sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh (vəkili Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 07 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları *.*8 avqust 20*5-ci il tarixdə "xxxx" ASC ilə Cavabdeh arasında 6*9 №-li kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən borclana illik 4 % ilə 348 ay müddətinə 48.000 manat məbləğində kredit verilmişdir. Kreditin təyinatı Göygöl rayonu, Çaykənd kəndi *5/*5 ünvanında yerləşən yaşayış sahəsinin alınması olmuşdur. 2.*8 avqust 20*5-ci il tarixdə satıcı X*, ipotekasaxlayan "xxxx" ASC və alıcıipotekaqoyan Cavabdeh arasında alqı-satqı və ipoteka müqaviləsi bağlanmış, Göygöl rayonu, Çaykənd kəndi *5/*5 ünvanında yerləşən yaşayış sahəsi 57.000 manata satılmış, həmçinin kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmiş və ipoteka predme ti kimi kimi 65.000 manat məbləğində müəyyən edilmişdir. 3."xxxx" ASC-nin bank lisenziyası ləğv edildiyindən ipoteka kağızlarına edilmiş indossament qeydinə əsasən ipoteka kreditləri üzrə tələb hüquqları "xxxx" ASC-yə ötürülmüş, "xxxx" ASC isə ipoteka kreditlərinə xidmət olunmasını Bank "xxxx" ASC-yə həvalə etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış *8.08.20*5-ci il tarixli, 6*9 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, 06.05.202*-ci il tarixinə olan 44.953,82 manat əsas, 4.642,2* manat faiz, cəmi 49.596,03 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumu, 0.40 manat bank xidməti haqqı, eləcə də, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bild irişin qeydiyyata alınması üçün ödənilmiş 55 manat dövlət rüsumunun Cavabdeh iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, Cavabdeh ilə bağlanan *8.08.20*5-ci il tarixli, 4Ə-2264 nömrəli ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Göygöl rayonu, Çaykənd kəndi, *5/*5 ünvanında yerləşən fərdi yaşayış evinə və 0.2242 ha torpaq sahəsi ilə birgə tutma yönəldilməsi, açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilə vəsait kredit brcunu ödəməzsə qalan məbləğin Cavabdeh tutulması və fərdi yaşayış evinin boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Nəticədə "xxxx" ASC ilə cavabdeh arasında olan kredit müqaviləsinin bəndlərinə əsasən məhkəməyə müraciət edilmişdir. 6.Göygöl Rayon Məhkəməsinin *8 iyun 202*-ci il tarixli, 2(066)-757/202* saylı qətnaməsi ilə (sədrlik edən hakim Qələmdar Abbasov) iddia tələbi təmin edilərək, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış *8.08.20*5-ci il tarixli, 6*9 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 06.05.202*-ci il tarixinə olan 44953.82 manat əsas, 4642.2* manat faiz, cəmi 4 9596.03 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumu, 0.40 manat bank xidməti haqqı, eləcə də, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bldirişin DƏDRX-də qeydiyyata alınması üçün ödənilmiş 55 manat dövlət rüsumu Cavabdeh iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutularaq ödənilməsi, Cavabdeh ilə bağlanan *8.08.20*5-ci il tarixli, 4Ə-2264 nömrəli ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Göygöl rayonu, Çaykənd kəndi, *5/*5 ünvanında yerləşən fərdi yaşayış evinə və 0.2242 ha torpaq sahəsi ilə birgə tutma yönəldilməsi, açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh tutulması və fərdi yaşayış evinin boşaldılması, ipoteka predmeti olan Cavabdeh məxsus Göygöl rayonu, Çaykənd kəndi, *5/*5 ünvanında yerləşən fərdi yaşayış evinin və 0.2242 ha torpaq sahəsinin ilkin satış qiymətinin 65.000 manat məbləğində müəyyən edilməsi qət olunmuşdur. 7.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 269.7, 295, 307.6, 307.7, 3*7.*, 3*9.*, 385.*, 425.*, 442, 443.*, 739.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 36.*, 36.3, 39.*, 39.3.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin *4.2, 77.*, **9.*, 2*7.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat 8.Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv ed ilməsi xahiş etmişdir. 9.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, hazırki Göygöl Rayon Məhkəməsi bir mənalı şəkildə bank müqaviləsinə istinad edərək, işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış maddi hüquq normalarını düzgün tətbiq etməyərək, işin həqiqi hallarına uyğun olmayan səhv nəticəyə gəlmiş, düzgün nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları ətraflı araşdırmamış və yalnız iddiaçını müdafiə etmişdir. Bank müqavilələrində “fors major” nəzərdə tutulub. Bütün dünyada və Respublikada baş verən pandemiya və digər çətinliklər onun iradəsindən asılı olmayan haldır. *0.İşin apellyasiya məhkəməsində araşdırılması zamanı məhkəmə-mühasibatlıq (Məhkəmə Ekspertizası Mərkəzi) və məhkəmə-əmtəəşünaslıq (“AB Consulting MMC”) ekspertizaları təyin edilmiş, tərəflər arasında bağlanmış *8.08.20*5-ci il tarixli, 6*9 saylı kredit müqaviləsinə əsasən iddia tələbinin tarixinə, yəni 06.05.202*-ci il tarixə Cavabdeh "xxxx" ASC-yə olan əsas borcun 44.856,00 manat, faiz borcunun isə 3.40*,99 manat təşkil etdiyi, Göygöl rayonu, Çaykənd kəndi *5/*5 ünvanda yerləşən fərdi yaşayış evinin likvid dəyərinin 56000 manat təşkil etdiyi müəyyən edilmişdir. **.Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(*04)-368/2022 nömrəli iş üzrə 0* sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Rəşad Mamedov (sədrlik edən və məruzəçi), Ədil Məmmədov və Əlizamin Abdullayev) apellyasiya şikayətinin qismən təmin edilməsi, Göygöl Rayon Məhkəmə sinin *8.06.202*-ci il tarixli, 2(066)-757/202* saylı qətnaməsinin «44953.82 (qırx dörd min doqquz yüz əlli üç manat səksən iki qəpik) manat əsas, 4642.2* (dörd min altı yüz qırx iki manat iyirmi bir qəpik) manat faiz, cəmi 49596.03 (qırx doqquz min beş yüz doxsan altı manat üç qəpik) manat borcun Cavabdeh iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutularaq ödənilməsi» hissəsində dəyişdirilməsi, Cavabdeh tutulmalı olan əsas borcun məbləğinin 44.856,00 manat, faiz borcunun məbləğinin isə 3.40*,99 manat məbləğdə müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, iş üzrə *00 manat ekspertiza xərcinin tərəflərə aid edilməsi, *00 manat pulun iddiaçı və cavabdehdən müştərək qaydada tutulması qət edilmişdir. *2.Məhkəmə kollegiyası apellyasiya şikayətinin borca məbləğinin düzgün hesablanmaması və ekspertiza təyin olunması barədə dəlillərinə münasibətdə qeyd etmişdir ki, ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Ona görə də borcalandan tutulmalı olan əsas və faiz borcunun məbləğinin iddia tələbində göstərilən kimi müəyyən olunması əsaslı olmuşdur. Ekspert rəyi ilə də əsas və faiz borcu iddia tələbində göstərilən məbləğdə müəyyən edilmişdir. *3.Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, işin halları tutmanın kredit üzrə öhdəliklərin təminatı kimi ipotekaya Göygöl rayonu, Çaykənd kəndi, *5/*5 ünvanında yerləşən fərdi yaşayış evinə və 0.2242 ha torpaq sahəsinə yönəldilməsi üçün əsas olmuşdur. Borcalan kre dit müqaviləsi üzrə öhdəliyini vaxtında icra etməmişdir. *4.Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 385, 425.*, 442, 448.*, 449-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 76.2, 88, *03, **9.*, 2*7.4, 372, 385.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun *.0.6, 33, 39-cu maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri *5.Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması və barışıq sazişinin müzakirəsi üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. *6.Kassasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, cavabdeh və üçüncü şəxs kredit borclarını ödəmək istədiklərini v ə bank tərəfindən onlara şərait yaradılmadığını bildirmişlər. Belə olan halda məhkəmə iddiaçı bankın nümayəndəsinin məhkəmə iştirakını təmin edib ən azından tərəflər arasında barışığın mümkün olubolmamasını araşdırmalı idi. Məhkəmə cavabdeh tərəfin barışıq müqaviləsi bağlamaq təklifini iddiaçının nümayəndəsinin iştirakı ilə müzakirə etməli olsa da, çəkişmə prinsipini pozmaqla bankın nümayəndəsinin iştirakı olmadan işə baxmış və özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə hesab etmişdir ki, iddiaçı və bank arasında heç bir razılaşma olması mümkün deyildir. Qəbul etdiyi qətnamə nəticəsində hər hansısa bir ailə, 3 azyaşlı uşağı ilə birlikdə yaşadığı evdən məhrum olacaqdır və evdən çıxarıldıqdan sonra hansı çətin məqamlarla qarşılaşacaqdır. b)Kassasiya şikayətinə qarşı etirazı n dəlilləri *7.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə *8.Maddə 385.*. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. *9.Maddə 425.*. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 20.Madd ə 443.*. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 2*.Maddə 448.*. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 22.Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 23.Maddə 449.*. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmək lə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Prosessual Məcəllə 24.Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 25.Maddə 77.*. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 26.Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcada n müəyyən edilmiş qüvvəsi yoxdur. 27.Maddə 2*7.*. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 28.Maddə 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 29.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 30.Maddə 4*6.*. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 3*.Maddə 4*6.2. Apellyasiya instansiya sı məhkəməsi tərəfindən bu Məcəllənin 4*8.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 32.Maddə 4*8.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri 33.Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfind ən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 34.Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 35.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 36.Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. 37.Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquq i qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. 38.Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 39.Göstərilənlərə əsasən və MPM-in 4*6, 4*7 və 4*9-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(*03)-368/2022 nömrəli, 0* sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar