Məhkəmə qərarları › İş №2(102)-6940/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6940/2019

13.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6940/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi MülkiKollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil3 və Cavabdeh1 vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 iyun 2019-cu il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiy a şikayəti üzrə işə 13 noyabr 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 18 may 2018-ci il tarixli qətnaməsi (hakim Ş.Məhərrəmova; 2(001)-4220/2018 saylı mülki iş üzrə) ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1nə (MMC) və Cavabdeh2 qarşı borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 07 sentyabr 2018-cı il tarixli qətnaməsi ilə (hakimlər; M.Məmmədov (sədrlik edən və məruzəçi),X.Ə.Sarıyev və X.A.Mərdanov, 2(103)-9025/2018 saylı mülki iş) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 18 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 02 aprel 2019-cu il tarixli qərarı ilə (hakimlər A.Ə.İsgəndərov (sədrlik edən, məruzəçi), Ə.A.Əhmədov və İ.K.Dəmirov, 2(102)-2204/2019 saylı mülki iş) Bakı Apellyasiya Məhkəməsi MK-nın 01 mart 2018-cı il tarixli qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun verdiyi kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi MK-nın 07 sentyabr 2018-cı il tarixli qətnaməsi qismən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1nə qarşı İddiaçı ASC ilə bağlanmış 08.07.2015-ci il tarixli, KM 03 №-li kredit müqaviləsi üzrə 1 600 000 manat əsas borcun, kredit müqaviləsin in icra müddətinin bitdiyi 04.04.2016-cı il tarixə hesablanmış 30 389 manat faiz borcunun, 04.04.2016-cı il tarixdən kreditin əsas məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanmış 148 667 manat faiz borcunun və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması tələbinin rədd olunması hissəsində ləğv olunaraq iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış, qətnamənin qalan hissəsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 13 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.M.Həsənov (sədrlik edən, məruzəçi), V.N.Sadıqov və F.F.Babayev, 2(103)7883/2019 saylı mülki iş) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri B inəqədi Rayon Məhkəməsinin 2(001)-4220/2018 saylı iş üzrə 18 may 2018-ci il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni “Atrabank" ASC ilə bağlanmış 08.07.2015-ci il tarixli KM 03 №-li kredit müqaviləsi üzrə 1 600 000 manat əsas borcun, kredit müqaviləsinin icra müddətinin bitdiyi 04.04.2016-cı il tarixə hesablanmış 30 389 manat faiz borcunun, 04.04.2016-cı il tarixdən kreditin əsas məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanmış 148 667 manat faiz borcunun və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması tələbinin rədd olunması hissəsində dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ərizə ilə məhkəməyə müraciət edərək, bankla M MC arasında 08.07.2015-ci il tarixdə bağlanmış KM 03 №-li kredit müqaviləsi üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədilə 1 600 000 manatın, kredit müqaviləsinin icra müddətinin bitdiyi 04.04.2016-cı il tarixə hesablanmış faiz borcunun ödənilməsi məqsədilə 30 389 manatın, 04.04.2016-ci il tarixdən kreditin əsas məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcunun ödənilməsi məqsədilə 148 667 manatın, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin 30 manatın MMC-də tutularaq banka ödənilməsi, tutmanın ipoteka predmetinə - cavabdeh Cavabdeh2 məxsus Bakı şəhəri, ÜNVANndə yerləşən 13 “B” nömrəli fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracdan satılması, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına banka olan borcun ödənilməs i, ev satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv olunması və 08.07.2015-ci il tarixdə bağlanmış KM 03 №-li kredit müqaviləsi üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədilə 1 600 000 manatın, kredit müqaviləsinin icra müddətinin bitdiyi 04.04.2016-cı il tarixə hesablanmış faiz borcunun ödənilməsi məqsədilə 30 389 manatın, 04.04.2016-cHİ tarixdən kreditin əsas məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcunu n ödənilməsi məqsədilə 148 667 manatın, habelə iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin 30 manatın MMC-də tutularaq banka ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil3 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili Vəkil2 şikayəri qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 41 6-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, bankla MMC arasında 08.07.2015-ci il tarixdə müqaviləsi bağlanaraq bank tərəfindən MMC-yə illik 6.75 faiz dərəcəsi və 06.10.2015-ci ədək qaytarmaq şərti ilə 1 600 000 manat kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə 08 iyul 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, ÜNVANndə yerləşən 13 “B” nda yerləşən X1 və Arveladze Georgiyə məxsus fərdi yaşayış evi (torpaq sahəsi ilə birlikdə) ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş və qanuni qüvvəsini almış məhkəmə qərarları ilə müəyyən edilən digər halına görə, 07.10.2015-ci il tarixdə Mərkəzi Bankla (borcverən) bank” ASC (borcalan) arasında da kredit müqaviləsi bağlanaraq Mərkəzi Bank tərəfindən 07.10.2015-ci il tarixdən etibarən 180 gün müddətinə 1 600 000 manat məblə ğində, illik ödənilməsi şərtilə yenidən maliyyələşdirmə krediti verilmiş, Mərkəzi Bank, Georgi Arveladze, Arzu Sadıqova və bank arasında bağlanmış 08.10.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, ÜNVANndə yerləşən 13 “B” ünvanında yerləşən fərdi yaşayış evi Mərkəzi Bankın da xeyrinə ipoteka ilə yüklü edilmiş, 22.07. 2016-cı il tarixdə Mərkəzi Bankın və bankın rəsmi razılıq məktublarına əsasən ipoteka predmeti alqısatqı müqaviləsi əsasında 1 730 000 manata Cavabdeh2 satılmış, satışdan əldə olunan vəsaitin 1 629 488,90 manatı Mərkəzi Bankın, 59 312 manatı "xxxx" ASC-nin, 41 199,10 manatı satıcıların hesabına ödənilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 9.3-cü maddəsinə görə, rakı ipoteka saxlayanın tələbləri onların icra müddətindən asılı olm ayaraq əvvəlki ipoteka saxlayanın tələbləri tam ödənildikdən sonra növbəlilik qaydasında ipoteka predmetinin dərindən ödənilir. Göründüyü kimi, ipoteka qoyan tərəfindən kredit borcunun qaytarılması ipoteka predmetinin satılması yolu ilə həyata keçirilirsə, ilk növbədə əvvəlki ipoteka saxlayanın tələbləri tam ödənilməlidir və bu baxımdan, ilk olaraq Mərkəzi Bank qarşısında olan öhdəliyin icra edilməsi qanunun mənasına uyğun olmuşdur. Digər tərəfdən bank özü Mərkəzi Banka ünvanladığı 19.07.2016-cı il tarixli məktubda xahiş etmişdir ki, Mərkəzi Bankla bank arasında bağlanmış 07.10.2015-ci il tarixli kredit müqaviləsinə əsasən alınmış kredit vəsaitinin faizlərlə birlikdə tam ödənilməsi şərti ilə, ipoteka yüklü edilmiş əmlakın satılmasına Mərkəzi Bank tərəfindən icazə verilsin; Mərkəzi Bank da min şərtləri əsas götürərək, ipoteka predmeti olan əmlakın satılmasına etiraz etməmişdir. Həmçinin, bank tərəfindən 12 saylı notariat kontoruna ünvanlanmış 21.07.2016-cı il tarixli məktubla müəyyən olunmuşdur ki, bank 22.07.2016-cı il tarixə olan 59 312 manat məbləğində faiz borcunun ödənilməsi şərtilə, ipoteka predmeti olan fərdi yaşayış evinin satılmasına etiraz etməmişdir və yuxarıda qeyd olunduğu kimi, həmin məbləğ MMC tərəfindən 22.07.2016-cı il rixdə banka ödənilmişdir. Beləliklə, Fond müqavilə predmeti üzrə borc tələbinin ixtiyarlı şəxsə ödənilmədiyini irəli sürərsə də, şərh olunanlardan aydın olmuşdur ki, ipoteka predmetinin satışından əldə olunmuş məbləğ Mərkəzi Banka ödənilməklə, ödəniş bilavasitə ixtiyarlı şəxsə həyata keçirilmişdir. Ümumiyyətlə qeyd olunmuşdur ki, qanuni qüvv ədə olan məhkəmə aktları ilə MMCnin bank qarşısında kredit öhdəliklərinin mövcud olmaması halı müəyyən edildiyindən, bu öhdəlikləri hansı prosedur qaydaya əməl olunaraq icra olunması hazırki iş üzrə heç bir əhəmiyyət kəsb etməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, bankın “MMC-dən 08.07.2015-ci il tarixli KM 03 №-li kredit müqaviləsi üzrə 1 600 000 manat əsas borcun, kredit müqaviləsinin icra müddətinin bitdiyi 04.04.2016-cı il tarixə hesablanmış 30 389 manat faiz borcunun, 04.04.2016-cı il tarixdən kreditin əsas məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanmış 148 667 manat faiz borcunun və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması” tələbi, həmin tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmamaqdadır. Göstərilənlərə əsasən apellyas iya instansyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini hazırkı apellyasiya baxışının predmeti olan hissəsində, yəni “Atrabank" ASC ilə bağlanmış 08.07.2015-ci il tarixli KM 03 №-li kredit müqaviləsi üzrə 1 600 000 manat əsas borcun, kredit müqaviləsinin icra müddətinin bitdiyi 04.04.2016-cı il tarixə hesablanmış 30 389 manat faiz borcunun, 04.04.2016-cı il tarixdən kreditin əsas məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanmış 148 667 manat faiz borcunun və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması tələbinin rədd olunması hissəsində dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişd ir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 13 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar