Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6941/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi İddiaçı2 Cavabdeh qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi İddiaçı2 vəkili Rəsulova Aysel Ələddin qızının və Cavabdeh qızının vəkili Vəkil iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-244/2021 nömrəli iş üzrə 17 av qust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh qızı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 14 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi İddiaçı2 Cavabdeh qızına qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızından 30.04.2018-ci il tarixə kredit öhdəliyi üzrə qalan 300000 manat əsas borc, 29999 manat faiz borcu (müddətin sonuna hesablanmış), 112309.87 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu olmaqla, cəmi 442308.87 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qızı məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək, iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh qızı arasında bağlanmış 09 aprel 2014-cü il tarixli 102/14 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə illik faiz dərəcəsi 10% ödənilməklə həyət evinin tikintisi məqsədi 300000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.1-ci maddəsinə əsasən bu müqavilə üzrə bank borcalana 12 ay müddətinə qaytarmaq şərti ilə 300000 manat məbləğində kredit verməyi, borcalan krediti qəbul edərək bu müqavilədə göstərilən müddətdə və qaydada müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və ona hesablanmış faizləri banka qaytarmağı öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.4.2-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəməlidir. Lakin buna baxmayaraq Cavabdeh qızı kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Cavabdeh tərəfindən sonuncu ödəniş banka 05 iyul 2016-cı il tarixdə 67000 manat olmuşdur. Düzdür həmin məbləğin ödənilməsini, eləcə də kim tərəfindən ödənilməsini, həmçinin sözügedən kredit müqaviləsində nəzərdə tutulan məbləğin cavabdehə verilməsini təsdiq edən sübutlar tapılmadığından məhkəməyə təqdim edilməsə də, iddia ərizəsinə əlavə olunmuş kredit müqaviləsi, maliyyə arayışı və hesabdan çıxarışla göstərilənlər təsdiq olunur. Lənkəran Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 31 avqust 2018-ci il tarixli 2(049)-3512/2018 nömrəli qətnaməsi ilə (hakim – Fuad Soltanov) iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı “Zaminbank" ASC ilə Cavabdeh qızı aras ında 09 aprel 2014cü il tarixdə Cavabdeh 12 ay müddətinə illik 10% olmaqla 300000 manat məbləğində kredit verilməsi barədə kredit müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən əsas və faiz borcunun ödənişi kredit müqaviləsinə əlavə olunan kreditin qaytarılması cədvəlinə uyğun həyata keçirilməli idi. Lakin Cavabdeh həmin kredit müqaviləsi üzrə banka heç bir ödəniş etməmişdir. "xxxx" ASC sözügedən kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi ilə məhkəməyə 13.06.2018-ci il tarixdə, yəni kredit müddəti bitdikdən 3 il 2 ay müddət keçdikdən sonra müraciət etmişdir. Cavabdeh hazırkı tələb üzrə iddia müddətinin tətbiq olunması ilə bağlı ərizəsini məhkəməyə təqdim etmişdir. İddiaçı Ləğv prosesində olan "xxxx" ASC məhkəməyə 09 aprel 2014-cü il tarixli 102/14 saylı kredit müqaviləsində nəzərdə tu tulan kredit məbləğinin Cavabdeh qızına təhvil verilməsini, həmçinin həmin müqavilə üzrə "xxxx" ASC-yə edilmiş ödənişlərin, o cümlədən 05.07.2016-cı tarixdə edilmiş 67000 manatın kim tərəfindən ödənilməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Göründüyü kimi "xxxx" ASC ilə Cavabdeh qızı arasında bağlanmış 09 aprel 2014cü il tarixli 102/14 saylı kredit müqaviləsi üzrə kredit 12 ay müddətinə verilməklə həmin öhdəliyin icrası vaxtı 09.04.2015-ci il tarixdə başa çatmışdır. İddiaçı təşkilat tərəfindən isə hazırkı iddia ərizəsi ilə 16.06.2018-ci il tarixdə məhkəmə müraciət olunmuşdur. İ ddiaçı tərəf kredit müqaviləsi üzrə 05.06.2016-cı il tarixdə 67000 manat məbləğində ödəniş edildiyini iddia etsə də, həmin ödənişin kim tərəfindən edildiyini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa iddiaçı tərəf sözügedən kredit müqaviləsində nəzərdə tutulan kredit məbləğinin Cavabdeh qızına təhvil verilməsini təsdiq edən hər hansı bir sübutu da məhkəməyə təqdim etməmişdir. Sözügedən kredit müqaviləsi üzrə Cavabdeh qızı tərəfindən banka hər hansı bir ödənişin edilməsi iddiaçı təşkilat tərəfimdən qanunvericiliklə nəzərdə tutulmuş qaydada sübuta yetirilə bilinmədiyindən bu hal cavabdehin sözügedən müqavilə üzrə banka heç bir ödəniş etməməsi barədə etirazı və dəlilləri ilə üst-üstə düşdüyündən məhkəmə 09 aprel 2014-cü il tarixli 102/14 saylı kredit müq aviləsi üzrə Cavabdeh qızı tərəfindən "Zamin Bank” ASC-və heç bir məbləğdə ödənişin edilməməsi qənaətinə gəlir və hesab edir ki, həmin kredit münasibətləri üzrə iddia rnüddətinin axımı kreditin ödənmə cədvəlinə uyğun olaraq öhdəliyin icrası müddətinin bitdiyi tarixdən hesablanmalıdır. Belə olan halda, yəni hazırki mübahisə üzrə öhdəliyin icra müddətinin bitdiyi 09 aprel 2015-ci il tarixdən hesablanmalı olduğundan 08 iyun 2018-ci il tarixdə irəli sürülmüş hazırkı tələb üzrə 3 illik iddia müddəti 09.04.2018-ci il tarixdə bitmiş olur və bu hal da cavabdeh tərəfin verdiyi ərizə əsasında məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 375.2, 376, 377.1, 377.2, 3 84.0.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.4, 218.3-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27.01.2001-ci il tarixli və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03.06.2013-cü il tarixli Qərarları ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində birinci icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Etibar Camalov- sədrlik edən və məruzəçi, Rafiq Cəfərov, Elşad Əliyev) 2(106)-3409/2018 saylı, 06 dekabr 2018-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Lənkəran Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli 2(049)-3512/2018 nömrəli qətnaməsinin apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə müəyyən olunmuş faktiki hallardan görünür ki, tərəflər arasında 09 aprel 2014-cü il tarixli 102/14 saylı kredit müqaviləsi bağlanılmaqla "xxxx" ASC tərəfindən Cavabdeh kredit məbləğinin verilməsi ilə öhdəliyini icra etməsi və bununla da digər tərəfdən kredit borcunun müqavilə ilə müəyyən edilmiş müddətdə qaytarılmasına dair tələb hüququnun kreditor təşkilat "xxxx" ASC saxlanılmasına, tələb üzrə sübyektiv hüquqa malik olmasına baxmayaraq, iddiaçı həmin hüququndan qanunla müəyyən edilmiş 3 illik iddia müddətində istifadə etməmişdir. İş üzrə müəyyən olunmuş faktiki hallardan görünür ki, "xxxx" ASC ilə Cavabdeh qızı arasında bağlanmış 09 aprel 2014-cü il tarixli 102/14 saylı kredit müqaviləsi üzrə kredit 12 ay müddətinə verilməklə həmin öhdəliyin icrası vaxtı 09.04.2015-ci il tarixdə başa çatmış, yəni hazırkı tələb üzrə iddia müddətinin axımı 10.04.2015-ci il tarixdə başlamış və 3 illik iddia müddəti 10.04.2018-ci il tarixdə bitmiş, hazırkı tələb üzrə iddia ərizəsi 16.06.2018-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Göründüyü kimi "xxxx" ASC ilə Cavabdeh qızı arasında bağlanmış 09 aprel 2014-cü il tarixli 102/14 saylı kredit müq aviləsi üzrə kredit 12 ay müddətinə verilməklə həmin öhdəliyin icrası vaxtı 09.04.2015-ci i! tarixdə başa çatmışdır. İddiaçı təşkilat tərəfindən isə hazırkı iddia ərizəsi ilə 16.06.2018-ci il tarixdə, yəni kredit müqaviləsinin qüvvədə olma müddəti bitdikdən 3 il 2 ay sonra məhkəməyə müraciət olunmuşdur. Məhkəmə kollegiaysı yuxarıda qeyd olunanlara tətbiq olunmalı maddi hüquq normalarının tələbləri baxımından qiymət verərək hesab edir ki, kreditor "xxxx" ASC 3 illik iddia müddəti ərzində hazırkı tələb üzrə subyektiv hüquqa malik olsa da, həmin hüququndan istifadə etməyərək iddianı 3 illik iddia müddəti bittdikdən sonra verdiyindən və bu hal da cavabdeh tərəfin verdiyi ərizə əsasında məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsas olduğundan birinci instansiya məhkəməsinin idd ia müddətini tətbiq edərək iddianın rədd olunmasına dair nəticəsi qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinin, həmçinin iddiaçının nümayəndəsinin həm birinci, həm də apelyasiya instansiyası məhkəmə baxışında izahatının 05.07.2016-cı il tarixdə Cavabdeh hesabına 67.000 manat mədaxil edilməsi, həmin əməliyyatın cavabdehin cari hesabının çıxarışından da görünməsi, həmin vəsaitin hesaba daxil olandan sonra faizlərə silinməsi, Lənkəran Rayon Məhkəməsi öz qətnaməsində 05.07.2016-cı il tarixdə edilmiş 67.000 AZN məbləğində ödənişi kim tərəfindən ödənilməsini təsdiq edən hər hansı bir sənədin olmadığı üçün iddia tələbini təmin etməməsi, məhkəmənin qanunvericiliyin tələblərini nəzərə almaması, qanunvericilikdə qeyd olunduğu kimi kredit üzrə ödənişin icrasının kim tərəfindən aparılmasının bank üçün əhəmiyyət daşımaması, buna görə iddia müdətının başlanğıcının 09.04.2015-ci il tarixdən deyil, iddia müddətinin axımının kəsildiyi 05.07.2016-cı il tarixdən hesablanmalı olması barədə dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər əsassız olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbində 09 aprel 2014-cü il tarixli 102/14 saylı kredit müqaviləsi üzrə iddia müddətinin axımının kəsillməsinin əsası kimi istinad etdiyi 05.07.2016-cı il tarixdə edilmiş 67.000 AZN məbləğində pulun ödənilməsi və həmin məbləğin cavabdeh tərəfindən ödənilməsini təsdiq edən hər hansı bir rəsmi sənədin olmamasına görə 17.0 8.2018-ci il tarixdə teleqramla iddiaçı təşikalata müraciət edərək iş üçün əhəmiyyət kəsb etdiyindən sözügedən maliyyə arayışında 05.07.2016-cı il tarixdə ödənilməsi göstərilən 67000 manatın hansı qaydada və kim tərəfindən ödənilməsini təsdiq edən sübutların, həmçinin həmin kredit müqaviləsi üzrə hesabdan çıxarışın 29 avqust 2018-ci il tarixədək məhkəməyə təqdim edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsinin birinci instansiya məhkəməsində verdiyi izahatından və məhkəməyə təqdim etdiyi yazılı izahatından görünür ki, maliyyə arayişinda 05.07.2016-cı il tarixdə ödənilməsi göstərilən 67000 manatın ödənilməsinə dair qəbz tapılmadığından məhkəməyə təqdim edə bilmirlər. Apelyasiya məhkəmə baxışında maliyyə arayışında 05.07.2016-cı il tarixdə ödənilməsi göstərilən 67000 manatın hansı qaydad a və kim tərəfindən ödənilməsini təsdiq edən sübutların və 300000 manat kreditin Cavabdeh verilməsini təsdiq edən kassa məxaric orderinin təqdim olunmasına görə iddiaçı təşkilata vaxt verilməsi üçun məhkəmə iclası təxirə salınmış, lakin növbəti məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən 300000 manat kreditin Cavabdeh verilməsini təsdiq edən kassa məxaric orderi təqdim olunsa da, maliyyə arayışında 05.07.2016-cı il tarixdə ödənilməsi göstərilən 67000 manatın hansı qaydada və kim tərəfindən ödənilməsini təsdiq edən hər hansı bir rəsmi sənəd təqdim olunmamış, iddiaçının nümayəndəsi bunu onunla izah etmişdir ki qeyd olunan qəbzi tapmaq mümkün olmamışdır. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinin MPM-nin 431-ci maddəsinə görə borclunun öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməli olması, bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxsin də icra edə biləcəyi və buna borclunun razılığının tələb edilməməsi, bu halda «Banklar haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsinin tələb olunmaması və həmin əsaslarla da 09 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə 05.07.2016-cı il tarixdə edilmiş 67.000 AZN-nın məbləğində pulun borclu və ya 3-cü şəxs tərəfindən ödənilməsindən asılı olmayaraq həmin halın borclu şəxsin, yəni Cavabdeh borcu etiraf etməsim göstərən hərəkətlər kimi qiymətləndirilərək iddia müdətinin başlanğıcının 09 04.2015-ci il tarixdən deyil, idd ia müddətinin axımının kəsildiyi 05.07.2016-cı il tarixdən hesablanmalı olması barədə dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən birinci və apelyasiya instansiya məhkəməsinə yuxarıda qeyd olunan məbləğin bilavasitə borclu Cavabdeh tərəfindən ödənilməsini təsdiq edən hər hansı bir mötəbər rəsmi sənəd təqdim olunmadığından həmin dəlillər 09 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə iddia müddətinin axımının kəsilməsi və eyni zamanda birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın isə təmin olunması üçün qanuni əsas kimi qiymətləndirilə bilməz. Qətnamədən narazı qalan iddiaçı kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. c) Kas asiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Ələsgər Əliyevsədrlik edən və məruzəçi, Aslan Kalbalıyev, Vəfaddin İbayev) 2(102)-2410/2019 saylı, 23 aprel 2019-cu il tarixli qərarı ilə kasasiya şikayəti qismən təmin edilərək, Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 06 dekabr 2018-ci il tarixli qətnaməsini ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Kasasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı müddətin ötürülməsi əsası ilə hazırki işə iddia müddətinin tətbiq edilməli olması barədə cavabdehin ərizəsinə etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə 05 iyul 2016-cı ildə 67000 man at ödəniş etmişdir. Həmin tarixdə iddia müddəti keçməmişdir. Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 06 dekabr 2018-ci il tarixli qətnaməsini ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Göründüyü kimi iddiaçının irəli sürdüyü dəlillər təsdiq edildiyi halda hazırkı işdə 3 illik iddia müddətinin axımı əvvəldən başlamaqla 05 iyul 2016-cı ildən axmalı idi. Lakin iş materialından görünür ki, qeyd edilən hal üzrə işə baxan məhkəmələr tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Belə ki, iş materiallarından görünür ki, 05 iyul 2016-ci ildə cavabdehin hesabına 67000 manat pul mədaxil edilmiş və həmin pul vəsaitə daxil olandan sonra faizlərə silinmişdir. İş materialları ilə qeyd edilən məbləğin faizlərə silinməsi i lə bağlı cavabdehin hər hansı bir etirazının olub-olmaması müəyyən edilmir. Beləliklə işin göstərilən halları onu təsbit edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmamaqla maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmamışdır. ç) Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Zeynal Zeynalov- sədrlik edən və məruzəçi, İlham Əsədov, Müşfiq Həsənov) 2(106)-2378/2019 saylı, 26 noyabr 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməyərək, Lənkəran Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli 2(049)-3512/2018 nömrəli qətnaməsinin apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyas iya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin faktiki hallarından görünür ki, tərəflər arasında 09 aprel 2014-cü il tarixli 102/14 saylı kredit müqaviləsi bağlanılmaqla "xxxx" ASC tərəfindən Cavabdeh kredit məbləğinin verilməsi ilə öhdəliyini icra etməsi və bununla da digər tərəfdən kredit borcunun müqavilə ilə müəyyən edilmiş müddətdə qaytarılmasına dair tələb hüququnun kreditor təşkilat "xxxx" ASC saxlanılmasına, tələb üzrə sübyektiv hüquqa malik olmasına baxmayaraq, iddiaçı həmin hüququndan qanunla müəyyən edilmiş 3 illik iddia müddətində istifadə etməmişdir. Məhkəmə kollegiyası tətbiq edilən maddi və prosessual hüquq normalarını və tərəflər arasında bağlanmış müqaviləni müqayisəli təhlil edərək apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesa b edir ki, iddiaçının hazırki iddia üzrə müvafiq subyektiv hüququ olmuş, yəni 09 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə 12 ay müddətinə 300000 manat məbləğində krediti cavabdehin mülkiyyətinə vermiş (iddiaçının tələb etmə hüququ yaranmış), cavabdeh isə həmin müqavilə ilə üzərinə düşən öhdəliyi-krediti və ona hesablanmış faizləri geri qaytarmayaraq, iddiaçının subyektiv hüququnu pozmuş, lakin iddiaçı qanunvericlikdə nəzərdə tutulmuş iddia müddəti daxilində həmin subyektiv hüququndan istifadə etməmiş və son nəticədə iddianı iddia müddətini ötürməklə vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, kreditor "xxxx" ASC 3 illik iddia müddəti ərzində hazırkı tələb üzrə subyektiv hüquqa malik olsada, həmin hüququndan istifadə etməyərək iddianı 3 illik iddia müddəti bittdikdən sonra verdiyin dən və bu hai da cavabdeh tərəfin verdiyi ərizə əsasında məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsas olduğundan birinci instansiya məhkəməsinin iddia müddətini tətbiq edərək iddianın rədd olunmasına dair nəticəsi qanuni və əsaslı olmuşdur. Belə ki, apelyasiya məhkəmə baxışında maliyyə arayışında 05.07.2016-cı il tarixdə ödənilməsi iddia edilən 67000 manatın hansı qaydada və kim tərəfindən ödənilməsini təsdiq edən sübutların və 300000 manat kreditin Cavabdeh verilməsini təsdiq edən kassa məxaric orderinin təqdim olunmasına görə iddiaçı təşkilata vaxt verilməsi üçün məhkəmə iclası təxirə salınmış, lakin növbəti məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən 300000 manat kreditin Cavabdeh verilməsini təsdiq edən kassa məxaric orderi təqdim olunsada, maliyyə arayışında 05.07.2016-cı il tarixdə ödənilməsi göstərilən 67000 manatın hansı qaydada və kim tərəfindən ödənilməsini təsdiq edən hər hansı bir rəsmi sənəd təqdim olunmamış, iddiaçının nümayəndəsi bunu onunla izah etmişdir ki, qeyd olunan qəbzi tapmaq mümkün olmamışdır. Eyni zamanda məhkəmənin 67000 manat məbləğin 05.07.2016-cı il tarixdə ödənilməsi əsas götürüldüyü təqdirdə cavabdehin əsas borcunun azalmaması və həmin məbləğin əsas və ya faiz borcuna münasibətdə necə silinməsinə dair açıqlama təqdim edilməsi barədə tələbinə cavab olaraq iddiaçı tərəf hər hansı bir sübut təqdim edə bilməmişdir, bu da özü özlüyündə cavabdeh tərəfindən iddia olunan 67000 manatın Ödənilməsini inkar edir.Qeyd edilən halla bağlı işdə olan kreditin ödənmə cədvəlindən görünür ki, 09.04.2014-cü il tarixdən 09.04.2015-ci il tarixə ödənilməli əsas məbləğ 300000.06 manat, ödənilməli faiz məbləği 16497.18 manat, cəmi 316497.24 manat göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işin yuxarıda qeyd olunan faktiki halı da cavabdeh tərəfindən 67000 manatın ödənilməsini inkar edir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinin MM-nin 431-ci maddəsinə görə borclunun öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməli olması, bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxsin də icra edə biləcəyi və buna borclunun razılığının tələb edilməməsi, bu halda «Banklar haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsinin t ələb olunmaması və həmin əsaslarla da 09 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə 05.07.2016-cı il tarixdə edilmiş 67.000 AZN-nin məbləğində pulun borclu və ya 3-cü şəxs tərəfindən ödənilməsindən asılı olmayaraq, həmin halın borclu şəxsm, yəni Cavabdeh borcu etiraf etməsim göstərən hərəkətlər kimi qiymətləndirilərək iddia müdətinin başlanğıcının 09.04.2015-ci il tarixdən deyil, iddia müddətinin axımının kəsildiyi 05.07.2016-cı il tarixdən hesablanmalı olması barədə dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən birinci və apelyasiya instansiya məhkəməsinə yuxarıda qeyd olunan məbləğin bilavasitə Cavabdeh tərəfindən ödənilməsini təsdiq edən hər hansı bir mötəbər rəsmi sənəd təqdim olunmadığından həmin dəlillər 09 aprel 2014-cü il tarixli kredit müqaviləsi üzrə iddia müd dətinin axımının kəsilməsi və eyni zamanda birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın isə təmin olunması üçün qanuni əsas kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 aprel 2019-cu il tarixli 2(102)-2410/2019 saylı qərarında göstərilən hallar araşdırılarkən cavabdehin nümayəndəsi vəkil X2 izahatında göstərdi ki, 5 iyul 2016-cı il tarixdə cavabdeh tərəfindən bankın hesabına 67000 manat pul mədaxil edilməmişdir, ona görə də həmin pulun vəsaitə daxil olandan sonra faizlərə silinməsi barədə iddiaçının dəlilləri əsassızdır və məhkəməyə yazılı vəsatət verərək göstərdi ki, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür, iddiaçının bildirməsinə görə cavabdeh tərəfindən bu müddət ərzində 67000 manat kredit borcu üzrə ödəniş edilmişdir, Cavabdeh həmin 67000 manat pulun onun tərəfindən ödənilmədiyini bildirir, yaranmış mübahisəyə aydınlıq gətirərək üçün yəni 67000 manat pulun kim tərəfindən ödənilməsini sübut etmək üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına sorğu göndərilməsini xahiş etdiyi üçün Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına, Azərbaycan Kredit Bürosu Məhdud Məsuliyyətli Cəmiyyətinə, Azərbaycan Respublikası Mərkəzi Bankına sorğular göndərilərək Cavabdeh qızı tərəfindən 5 iyul 2016-cı il tarixdə İddiaçı1-nin hesabına 67000 manat pulun həqiqətən 5 iyul 2016-cı il tarixdə Cavabdeh qızı tərəfindən ödənilib-ödənilməməsi barədə rəsmi məlumat verilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən təqdim edilmiş məktubda qeyd edilir ki, Cavabdeh qızının "Zaminbank” ASC-də olan cari hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən hesab açılan tarixdən 05.07.2016-cı il tarixə qədər hesab üzrə xeyli sayda əməliyyat aparılmışdır (əmək haqqı, ticarət və sair).Hesab üzrə sonuncu əməliyyat 05.07.2016-cı il tarixdə olmuşdur. Həmin gün borclunun hesabına 67000 manat məbləğində kredit ödənişi daxil olmuşdur və həmin vəsait elə həmin gün 09,04.2014-cü il tarixli, 102/14 saylı kredit müqaviləsi üzrə hesablanmış faizlərə silinmişdir. İddiaçının 15.10.2019-cu il tarixli məktubu ilə bağlı 15.10.2019-cu il tarixdə iddiaçıya sorğu göndərilmiş və sorğuda Cavabdeh qızı tərəfindən 15.07.2016-cı il tarixdə borclunun hesabına 67000 manat məbləğində kredit ödənişi barədə qəbzin, həmçinin Cavabdeh qızı tərəfindən göstərdikləri 67000 manat ödəniş edilmişsə cavabdehdən 300000 manat əsas borc, 29999 manat faiz borcunun tələb edilməsinin əsasları barədə 26 noyabr İ)19-cu il tarixədək məhkəmə kollegiyasına məlumat verilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasında təqdim edilmiş "xxxx" ASC-nin 11.11.2019-cu il tarixli məktubda göstərilmişdir ki, iş üzrə tərəflərindən iddianın əsaslarını sübut edən kredit müqaviləsi, maliyyə arayışı, Cavabdeh qızının "xxxx" ASC-də olan cari hesabından çıxarışı və digər sənədlər məhkəməyə təqdim edilib. Məhkəmə kollegiyasının iclasında həm məhkəmə kollegiyası tərəfindən tələb edilməsinə, həm də cavabdehin nümayəndəsi vəkil X1 vəsatətinə əsasən 5 iyul 2016-cı il tarixdə Cavabdeh tərəfindən bankın hesabına 67000 manat pul ödənilmişdirsə 8 iyun 2018-ci il tarixdə hazırki iddia ərizəsi məhkəməyə verilərkən bu barədə iddia ə rizəsində göstərilmədiyi və Cavabdeh qızından 30.04.2018-ci il tarixə kredit öhdəliyi üzrə qalan 300000 manat əsas borcun, 29999 manat faiz borcunun, 112309.87 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcunun, cəmi 442308.87 manat məbləğində kredit borcunun tələb edilməsinə baxmayaraq, 67000 manat ödənilmiş pulun iddia qaldırılarkən nəzərə alınmamasının səbəbləri barədə iddiaçıdan arayış tələb edilmiş olsa da belə bir açıqlama məhkəmə kollegiyasına təqdim edilməmişdir. Məhkəmə kollegiyasının sorğusuna əsasən verilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının 15.10.2019-cu il tarixli, 16-00507-2019 saylı məktubunda qeyd edilmişdir ki, qanunvericiliyə əsasən fiziki şəxslərə Mərkəzi Bank tərəfindən bank xidmətləri göstərilmir və onların hesabları, habelə apardıqları ba nk əməliyyatları barədə məlumatlar Mərkəzi Bankda toplanmır. Bu məlumatlar həmçinin hər hansı digər dövlət qurumunda toplanmır və yalnız fiziki şəxslərə xidmət göstərən kommersiya banklarından əldə oluna bilər. "xxxx" ASC ləğv prosesində olduğuna görə “Banklar haqqında'' Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən bütün tələb və müraciətlər həmin bankın ləğvedicisi İddiaçı2na yönəldilir. Məhkəmə kollegiyası hesab edir ki, 09 aprel 2014-cü il tarixli 102/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh qızı tərəfindən banka hər hansı bir ödənişin edilməsini iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş qaydada sübuta yetirə bilmədiyindən və bu hal, cavabdeh tərəfin cavabdehin sözügedən müqavilə üzrə banka heç bir ödəniş etməməsi barədə iddia tələbinə etirazının dəlilləri ilə üst-üstə düşdü yündən birinci instansiya məhkəməsinin qeyd olunan kredit müqaviləsi üzrə Cavabdeh qızı tərəfindən "xxxx" ASC-yə heç bir məbləğdə ödənişin edilməməsi və tələb üzrə iddia müddətinin axımının 09.04.2014-cü il tarixdə başlayaraq 09.04.2015-ci il tarixdə bitməsi və ona görə də iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi və həmin əsaslarla da iddia müddətinin tətbiq olunaraq iddianın təmin olunmamasına dair nəticəsi qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini, iddiaçının nümayəndələrinin birinci instansiya, həm də apelyasiya instansiyası məhkəməsinin iclasında verdikləri izahatın 05.07.2016-cı il tarixdə Cavabdeh hesabına 67000 manat mədaxil edilməsi, həmin əməliyyatın cavabdehin cari hesabının çıxarışından da görünməsi, həmin vəsaitin hesaba daxil olandan sonra faizlərə silinməsi, Lənkəran Rayon Məhkəməsi öz qətnaməsində 05.07.2016-cı İl tarixdə edilmiş 67000 manat məbləğində ödənişi kim tərəfindən ödənilməsini təsdiq edən hər hansı bir sənədin olmadığı üçün iddia tələbini təmin etməməsi, məhkəmənin qanunvericiliyin tələblərini nəzərə almaması, qanunvericilikdə qeyd olunduğu kimi kredit üzrə ödənişin icrasının kim tərəfindən aparılmasının bank üçün əhəmiyyət daşımaması, buna görə iddia müddətinin başlanğıcının 09.04.2015-ci il tarixdən deyil, iddia müddətinin axımının kəsildiyi 05.07.2016-cı il tarixdən hesablanmalı olması barədə dəlillərinə qiymət verərək, hesab edir ki, həmin dəlillər əsassız olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Qətna mədən narazı qalan iddiaçı kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. d) Kasasiya instansiyası məhkəməsində ikinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Gündüz Quliyevsədrlik edən və məruzəçi, İlqar Xələfov, Zaur Əliyev) 2(102)-1900/2020 saylı, 10 iyun 2020-ci il tarixli qərarı ilə kasasiya şikayəti qismən təmin edilərək, Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 26 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Kasasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbinin əsasını kredit müqavilə si üzrə öhdəliyin icrası təşkil edir. Borc müqaviləsinin əsaslarını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinin məzmunundan göründüyü kimi, razılaşdırılmış məbləğdə pul vəsaitini və ya digər əşyanı borc alana təhvil vermək borc verənin vəzifəsi olmaqla, həmin predmeti təhvil almaq borc alanın hüququdur. Bununla bərabər, aldığı məbləği və digər əşyanı razılaşdırılmış vaxtda və şərtlərlə geri qaytarmaq borc alanın vəzifəsi olmaqla, bunu tələb etmək borc verənin hüququdur. Qanuni əsaslar olmadan borclunun aldığı məbləği geri qaytarmaq vəzifəsindən azad edilməklə, kreditorun tələbinin rədd edilməsi yolverilməzdir. Bununla bərabər, kreditorun tələb hüququ üzrə müəyyənləşdirilmiş müddəti keçirdiyi təsdiq edilərsə və borclu iddia müddətinin tətbiq edilməsini təl əb edərsə, sonuncunun öhdəliklərinə xitam verilir. Bununla bərabər, Mülki Məcəllənin iddia müddəti axımının kəsilməsi əsaslarını müəyyən edən 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Bu halda, iddia müddəti tətbiq edilərkən iddia müddətinin axımının başlandığı gün dəqiq müəyyənləşdirilməlidir. Yuxarıda qeyd edildiyi kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi və borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini gö stərən və təsdiqləyən hərəkətləri borcun qismən ödənilməsi, borcun yazılı şəkildə etiraf edilməsi, öhdəliyin icrası üçün möhlət istənilməsi formasında ifadə edilə bilər. İddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim edilən cavabdehin adına hesabdan çıxarışdan görünür ki, cavabdehin adına olan hesaba 67.000 manat mədaxil edilmiş və həmin əməliyyat bankda “verilmiş kreditlər üzrə daxilolma” kimi qeydə alınmışdır. Cavabdeh həmin məbləğin onun tərəfindən ödənilmədiyini bildirir. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin adında olan hesabdan çıxarışda 09 aprel 2014-cü il tarixdə cavabdehə kredit müqaviləsi üzrə 300.000 manat ssuda verildiyi və 05 iyul 2016-cı il tarixdə həmin kredit üzrə 67.000 manat ödənildiyi göstərilmişdir. Həmin ödəniş 05 iyul 2016-cı il tarixdə bankda aparıl mış bütün əməliyyatlara aid “xəzinə əməliyyat gündəliyində” də öz əksini tapmışdır. Göründüyü kimi, cavabdehin kredit öhdəliyi üzrə 67.000 manat ödəniş icra edilməsi mübahisəsiz qaydada təsdiq edilir. Həmin ödənişin kim tərəfindən icra edilməsinə gəldikdə isə, iddiaçının da istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431-ci maddəsinin tələblərinə görə öhdəliyin üçüncü şəxs tərəfindən də icrası mümkündür ki, bu halın özü də öhdəliyin etirafı kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, ödənişin borclu tərəfindən şəxsən edilməsinin rəsmi sənədlərlə təsdiqlənməsi hazırki mübahisənin həlli üçün əhəmiyyət daşımır, çünki yuxarıda qeyd edildiyi kimi, öhdəliyin borclu və ya onun əvəzindən üçüncü şəxsin icra edilməsinin fərqi yoxdur. Hər iki halda kreditor öhdəliyin icrasından imtina edilmədiyini ehtimal edir və icranın davam edəcəyini ümid edir. Bu zaman isə müəyyənləşdirilmiş qaydada iddia irəli sürməyə ehtiyac duymur. Cavabdeh izahatlarında həmin məbləğin bank tərəfindən kassaya mədaxil edildiyini və bunun iddia müddətinin uzadılması məqsədi daşıdığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ağlabatan mühakimə əsasında ödənişin kreditorun özü tərəfindən icra edilməsi barədə nəticəyə gəlmək mümkün deyildir. Həmin məbləğin kifayət qədər yüksək olması, həmçinin, ödəniş icra edildikdən 2 il sonra iddia müddətinin bitməsi və həmin müddət keçdikdən sonra da, hazırki iddianın qaldırılması bankın iddia müddətini uzatmaq məqsədilə cavabdehin hesabına mədaxil etməsi barədə cavabdehin dəlillərini özü-özlüyündə istisna edir. Digər tərəfdən, kreditorda n ödəniş qəbzinin tələb edilməsi də əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529-cu maddəsi ilə öhdəliyin icrasının qəbulu əsasları müəyyən edilmişdir. Həmin maddədə təsbit edilmişdir ki, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Göründüyü kimi, mülki qanunvericilikdə icra sənədinin kreditorda mütləq qaydada saxlanması zəruri deyildir, qeyd edilən sənəd borcluya məhz onun tələbi ilə kreditor qarşısında öhdəliyinin icrasını təsdiq edən sənəd kimi təqdim edilir. Apelyasiya məhkəməsi işin qeyd edilən hallarına öhdəliyin icrası əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş, iddia müddətinin axımının başlanğıcını düzgün müəyyənləşdirmədən iddia müddətinin ötürülməsi bar ədə qanuni və əsaslı olmayan nəticəyə gəlmişdir. e) Apelyasiya instansiyası məhkəməsində üçüncü icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Tofiq Heydərov- sədrlik edən və məruzəçi, Tale Kərimov, İsmayıl Əhmədov) 2(106)-2520/2020 saylı, 17 noyabr 2020-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 19.04.2021-ci il tarixli, 9/5965 nömrəli rəyinə əsasən, "xxxx" ASC ilə Cavabdeh qızı arasında rəsmiləşdirilmiş 09.04.2014-cü il tarixli, 102/14 saylı kredit müqaviləsi üzrə borcu müəyyən etmək mümkün olmadı. Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Tofiq Heydərov- sədrlik edən və məruzəçi, Tale Kərimov, İsmayıl Əhməd ov) 2(106)-244/2021 saylı, 17 avqust 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Lənkəran Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli 2(049)-3512/2018 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilməsi, Cavabdeh qızından 262.999 manat əsas borc, müqavilənin bitdiyi tarixdən 13.06.2018-ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 37.881,60 manat borc olmaqla, cəmi 300.880,60 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq iddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 150 manatın Cavabdeh qızından alınaraq dövlət nəfinə ödənilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ni onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh qızı arasında bağlanmış 09 aprel 2014-cü il tarixli 102/14 saylı kredit müqaviləsinə əsasən illik 12 ay müddətinə illik 10 faiz olmaqla 300000 manat məbləğində kredit vəsaiti verilmişdir. Cavabdeh iddia tələbini qəbul etsə də, iddiaçı tərəfindən iddia müddətinin ötürülməklə məhkəməyə müraciət edildiyini mübahisələndirsə də, iş materialları ilə iddiaçının iddia ərizəsini müddətin ötürülmədən yəni 13.06.2018-ci ildə məhkəməyə müraciət etdiyi müəyyən edilmişdir ki, bu da cavabdehin dəlillərinin əsassızlığını ehtiva edir. Qeyd edilməlidir ki, müqavilə üzrə öhdəliyin icra edilməsi müqavilə tərəflərinin vəzifəsidir. Müqavilə üzrə bir tərəf digər tərəfə hər hansı bir zərərin vurulmasından çəkinməli, üzərinə düşən öhdəliyi icra etməlidir. Laki n hazırkı iş üzrə cavabdeh müqavilə üzrə öhdəliyi icra etməmiş, nəticədə onun iddiaçı tərəf qarşısında müqavilə üzrə yaranmış öhdəliyin icra edilməsi öhdəliyi yaranmışdır. İddiaçı həmin öhdəliyin icrasının təmin edilməsindən ötrü məhkəməyə müraciət etmiş, cavabdeh iddia tələbini qəbul etsə də, iddiaçı tərəfindən iddia müddətinin ötürülməklə məhkəməyə müraciət edildiyini mübahisələndirmiş, kollegiya hesab edir ki, 67.000 manat məbləğində ödənişin borclu tərəfindən şəxsən edilməsi hazırki mübahisənin həlli üçün əhəmiyyət daşımır, çünki öhdəliyin borclu və yaxud 3-cü şəxs tərəfindən icra edilməsinin fərqi yoxdur. Hər iki halda kreditor öhdəliyinin icra edilmədiyini ehtimal edir və icranın davam edəcəyini ümid edir. Bu zaman isə müəyyənləşdirilmiş qaydada iddia irəli sürməyə ehtiyac duymur. Bu isə onu göstərir ki, cavabdehin müqavilə üzrə borcundan 05.07.2016-cı il tarixdə ödənilmiş 67.000 manat məbləğ tərəflər arasında iddia müddətinin axımını dayandırmış və iddia müddətinin axımı 05.06.2016-cı il tarixdə başlamış, iddiaçı isə 13 iyun 2018-ci il tarixdə məhkəmədə iddia qaldırmışdır. Belə ki, Mülki Məcəllənin 380.1ci müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin məcəllənin 380.2-ci maddəsinə əsasən isə fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş müddət yeni müddətə daxil edilmir. Göründüyü kimi cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmamış, qanunvericiliyin yuxarıda qeyd olunan no rmalarının tələbləri pozulmuş, nəticədə qəbul edilmiş qətnamə işin faktiki hallarına uyğun olmamışdır. Məhkəmə kollegiyası ədalətli məhkəmə araşdırılmasının təmin edilməsi üçün həmçinin tərəflərin izahatını və iddiaçının apelyasiya şikayətində göstərdiyi halları müəyyən etmək üçün Şirvan Apelyasiya məhkəməsinin mülki kollegiyası 17 noyabr 2020-ci il tarixli, 2(106)2520/2020 saylı mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Məhkəmə Ekspertiza Mərkəzinin tərəfindən 19 aprel 2021-ci il tarixli, 9/5965 nömrəli ekspert rəyi ilə "xxxx" ASC ilə Cavabdeh arasında rəsmiləşdirilmiş 09 aprel 2014-cü il tarixli, 102/14 saylı kredit müqaviləsi üzrə borcu müəyyən etmək mümkün olmadığını qeyd etsə də, Rəydə təqdim edilmiş hesabdan çıxarış məluma tlarında 05.07.2016-cı il tarixdə 67.000 manat məbləğində ödənişin öz əksini tapdığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası işdə olan sübutları apelyasiya şikayətinin dəlilləri ilə müqayisəli tədqiq edərək müəyyən etmişdir ki, iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh qızı arasında 09 aprel 2014-cü il tarixli 102/14 saylı kredit müqaviləsi üzrə müqavilənin bitmə tarixinə Cavabdeh "xxxx" ASC-yə olan borcu 300000 manat əsas, 29.999 manat faiz borcu təşkil edir. Lakin 05.07.2016-cı il tarixdə ödənilmiş manat nəzərə alındığı halda 300000+29.999=329.999-67.000=262.999 manat borcun qaldığı müəyyən olunur. Məhkəmə kollegiyası iddiaçının müqavilə üzrə öhdəliyin icra edilməməsinə görə əsas borc və müqavilə müddəti üzrə əsas borca hesablanmış faiz məbləği ilə yanaşı mü qavilə müddətindən sonrakı dövrü üçün, yəni müqavilənin bitdiyi tarixdən 18.06.2018-ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 112309,87 manat borcun ödənilməsi ilə bağlı iddia tələbini əsaslı hesab edir. Belə ki, iş materiallarından müəyyən olunur ki, tərəflər 09.04.2014-cü il tarixdə kredit müqaviləsi bağlamış və həmin müqavilə 09.04.2015-ci tarixdə bitmiş, iddiaçının iddia ərizəsi 13.06.2018-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Belə olan halda müqavilənin bitmə tarixindən yəni 09.04.2015-ci ildən iddia ərizəsinin məhkəməyə daxil olduğu tarixə yəni 13.06.2018-ci il tarixə faiz 37.881,60 manat borc təşkil edir. Kollegiya dəyərləndirmə apararaq hesab edir ki, müqavilə üzrə öhdəliyin müəyyən edilmiş müddətdə icra edilməməsi nəticəsində kreditor həmin müqavilə üzrə əldə edəcəyi gəlirlərdən məhrum olur. Müqavilə müddətindən sonra da borclu şəxsin öhdəliyinin icra edilməməsi nəticəsində kreditorun dəymiş zərərin əvəzinin tələb etməsi yol verilən olduğundan, iddia tələbi qeyd edilən hissədə də əsaslı hesab edilməli, cavabdeh müqavilənin bitdiyi tarixdən 13.06.2018-ci il tarixinədək gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 37.881,60 manat məbləğində pul Cavabdeh qızından ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh qızı (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilərək, iddia tələbinin tam şəkildə rədd olu nması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh qızı arasında bağlanmış 09 aprel 2014-cü il tarixli kredit müqaviləsinə əsasən sonuncuya bank tərəfindən 12 ay müddətinə illik 10% faiz dərəcəsi ilə 300.000 manat məbləğində kredit verilmişdir. Birinci instansiya məhkəməsində tərəfimizdən iddiaya yazılı etiraz təqdim edilərək qeyd etmişdik ki, bankla cavabdeh arasında bağlanmış kredit müqaviləsinin müddəti 09 aprel 2015-ci il tarixdə bitmiş və iddiaçının tələb hüququ yaranmaqla iddia müddətinin axımı həmin tarixdən hesablanmağa başlanmışdır. Qanunvericilik müqavilə öhdəliklərindən irəli gələn tələblər 3 illik iddia müddəti şamil etməsinə baxmayaraq iddiaçı bank yalnız 08 iyun 2018-ci il tarixdə iddia qaldırmaqla idd ia müddətini buraxmışdır. Daha sonra həmin ərizədə göstərilmişdir ki, iddiaçı tərəfindən məhkəməyə kredit müqaviləsi üzrə hesabdan çıxarış təqdim edilmişdir. Həmin hesabdan çıxarışdan görünür ki, guya cavabdeh tərəfindən həmin kredit müqaviləsi üzrə 05 iyun 2016-cı il tarixdə 67000 manat məbləğində ödəniş edilmişdir. Əslində isə cavabdeh tərəfindən bu kredit müqaviləsi üzrə “Zaminbank" ASC-nin hesabına heç bir ödəniş edilməmişdir. Əgər həmin ödəniş edilmişsə də, nəyə görə kreditin əsas məbləğindən 1 manat olsun belə silinməmişdir. Bu onu göstərir ki, bank tərəfindən məhkəməyə təqdim edilmiş həmin hesabdan çıxarış həqiqəti əks etdirmir. Bank tərəfindən həmin ödənişin kim tərəfindən və cavabdeh tərəfindən ödənilməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bununla bağ lı qeyd olunmalıdır iş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi, məhkəmə tərəfindən iddiaçıya 17 avqust 2018-ci il tarixdə teleqramla müraciət edilərək iş üçün əhəmiyyət kəsb etdiyindən maliyyə arayışında 05 iyul 2016-cı il tarixdə ödənilməsi göstərilən 67.000 manatın hansı qaydada və kim tərəfindən ödənlməsini təsdiq edən sübutların, həmçinin həmin kredit müqaviləsi üzrə hesabdan çıxarışın 29 avqust 2018-ci il tarixədək məhkəməyə təqdim edilməsini xahiş edilmişdir. İş materiallarından göründüyü kimi, 31 avqust 2018-ci il tarixdə keçirilən məhkəmə iclasında tərəflərə, o cümlədən iddiaçının nümayəndəsinə hüquq və vəzifələri izah edilmiş, tərəflərdən iş materialları ilə tanış olubolmamaları, bütün sübutların təqdim edilib edilməməsi, əlavə sübutların və vəsatətlərin olubolm aması soruşulmuş. iddiaçının nümayəndəsi isə əlavə sübutların və vəsatətlərin olmamasını bildirmişdir. Eyni zamanda 17 avqust 2021-ci il tarixində keçirilən məhkəmə iclasında iddiaçının nümayəndəsinə ödənilmiş 67.000 manat məbləğinin kim tərəfindən ödənilməsi və buna dair sübutun təqdim edilməsi, həmin qəbzin təqdim edilməsi təklif edilsə də, iddiaçının nümayəndəsi adı çəkilən qəbzin təqdim edə bilməyəcəyini bildirmişdir. Bütün bunlar onu göstərir ki, həmin 67.000 manat ödəniş cavabdeh tərəfindən edilməmişdir. Bank tərəfindən cavabdehin əvəzində onun xəbəri olmadan kredit müqaviləsi üzrə ödəniş edilmişdir ki, iddia müddətini keçməsini pərdələsinlər və iddia müddətinin axımım bu yolla dayandırsınlar. İşə baxan apelyasiya məhkəməsi qətnaməsini əsaslandırarkən Məhkəmə Ekspertiza Mərkəzinin 19 aprel 2021-ci il tarixli rəyinə istinad edərək göstərmişdir ki, '‘Məhkəmə Ekspertiza Mərkəzinin tərəfindən 19 aprel 2021-ci il tarixli 9/5965 nömrəli ekspert rəyi ilə "xxxx" ASC ilə Cavabdeh arasında rəsmiləşdirilmiş 09 aprel 2014-cü il tarixli, 102/14 saylı kredit müqaviləsi üzrə borcu müəyyən etmək mümkün olmadığını qeyd etsə də, Rəydə təqdim edilmiş hesabdan çıxarış məlumatlarında 05.07.2016-cı il tarixdə 67.000 manat məbləğində ödənişin öz əksini tapdığı müəyyən edilmişdir.” İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 19 aprel 2021-ci il tarixli rəyinin “Tədqiqat prosesinin təsviri" adlanan hissəsində göstərilmişdir ki. “Təqdim edilmiş hesabdan çıxarış məlumatlarında 05.07.2016-cı il tarixdə 67.000 manat məbləğində ödəniş öz əksini tapmışdır, lakin, həmin ödənişi təsdiq ed ən ilkin mühasibat sənədi (kassa mədaxil orderi və ya ödəniş tapşırığı) iş materiallarında mövcud deyildir.” İş üzrə apelyasiya məhkəməsinin qəbul etdiyi qətnaməsindən də göründüyü kimi, apelyasiya məhkəməsi çıxardığı qətnaməsini əsaslandırmaqdan ötrü hətta iş materiallarında olan ekspert rəyinə belə düzgün istinad etməmişdir. İşin əsl həqiqi tərəfi isə yuxarıda göstərildiyi kimi, ondan ibarətdir ki, iddiaçı tərəfindən birinci və apelyasiya instansiyası məhkəməsinə 05 iyul 2016-cı il tarixdə edilmiş 67.000 manat ödənişin bilavasitə borclu Cavabdeh tərəfindən ödənilməsini təsdiq edən hər hansı bir mötəbər rəsmi sənəd təqdim edilmədiyindən həmin ödəniş iddia müddətinin axımının kəsilməsi və eyni zamanda birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın isə təmin edilməsi üçün qanun i əsas kimi qiymətləndirilə bilməz. “Zaminbank" ASC ilə cavabdeh arasında həmin müqavilə 09.04.2014-cü il tarixdə bağlanılmışdır. Həmin kredit müqaviləsinin müddəti 09.04.2015-ci il tarixdə bitmiş və iddiaçının tələb hüququ yaranmaqla iddia müddətinin axımı həmin tarixdən (09.04.2015-ci il) hesablanmağa başlanmışdır. Qanunvericilik müqavilə öhdəliklərindən irəli gələn tələblərə 3 illik iddia müddəti şamil etməsinə baxmayaraq, iddiaçı bank yalnız 08.06.2018-ci il tarixdə iddia ərizəsi tərtib edərək cavabdehə qarşı tələb irəli sürmüş və bununla da iddia müddətini buraxmışdır. Göründüyü kimi, məhkəmə qətnamə qəbul edərkən işin bu hallarına nəzər yetirməmiş və nəticə etibarı ilə, cavabdehin hüquqlarının pozulması ilə nəticələnin əsassız qətnamə qəbul etmişdir. b) Kasasiya şikayətinə qarşı etir azın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh qızı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh qızının vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi İddiaçı2 vəkili Rəsulova Aysel Ələddin qızı kasasiya şikayətinə et iraz edərək, şikayətin əsassız olduğunu bildirib təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Ə gər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.12.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb e tmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndir ildiyindən və məhkəmə aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kasasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, cavabdeh kasasiya şikayətini ödənilmiş 67000 manat məbləğində pul onun tərəfindən ödənilməməsi, iddiaçının bu barədə kassa-məxaric orderi təqdim edə bilməməsi, iddia müdd ətinin ötürülməsi ilə əsaslandırmış olsa da, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh birinci instansiya məhkəməsində ödənilmiş 67000 manat məbləğində pul vəsaitinin onun tərəfindən ödənilmədiyini, əgər ödənilmişdirsə, nəyə görə əsas kredit məbləğindən silinmədiyini göstərsə də, tərəflər arasında bağlanmış kredit müqaviləsinin (İ cild, səh 4) 3.1.4-cü bəndində qeyd edilmişdir ki, borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, cərimə faizi və dəbbə pulu daxil olmaqla kredit və faiz borcunu Borcalanın razılığı olmadan bankdakı hesabından birdəfəyə və ya hissə-hissə silmək bankın hüququdur. İş materiallarında olan ləğv prosesində olan "xxxx" ASC tərəfindən apelyasiya məhkəməsinə ünvanlanmış 15.10.2019-cu il tarixli məktubdan da g örünür ki, cavabdeh tərəfindən hesab açılan tarixdən 05.07.2016-cı il tarixə qədər hesab üzrə xeyli sayda əməliyyatlar aparılmışdır (əmək haqqı, ticarət və sair). Hesab üzrə sonuncu əməliyyat 05.07.2016-cı il tarixdə olmuşdur. Həmin gün borcalanın hesabına 67000 manat məbləğində kredit ödənişi daxil olmuşdur və həmin vəsait elə həmin gün kredit müqaviləsi üzrə hesablanmış faizlərə silinmişdir. Buradan da aydın olur ki, bank tərəflər arasında bağlanmış müqavilə üzrə öz hüququndan istifadə etməklə cavabdehin adına açılmış hesaba daxil olmuş 67000 manat pul vəsaitini faizlərə silmiş, bu zaman müqavilə tələblərinin pozuntusuna yol verməmişdir. Çünki adıçəkilən müqavilədən gecikdirmə zamanı daxil olan pul vəsaitinin əsas və ya faiz borcundan silinməli olması öhdəlik kimi müəyyən edilməmiş, ba nka yalnız həmin pul vəsaitini birdəfəyə və ya hissə-hissə silmək hüququ vermişdir ki, bank da həmin vəsaiti faiz borcuna silməkdə haqlı olmuşdur. Cavabdehin ödənilmiş 67000 manat vəsaitin onun tərəfindən deyil, 3-cü şəxs və ya bank tərəfindən müddətin axımının kəsilməsi məqsədilə ödənilməsi barədə mövqeyi ilə əlaqədar isə bildirilməlidir ki, yuxarıda qeyd edilən bankın məktubundan göründüyü kimi, ödənilmiş 67000 manat pul vəsaiti 67000 manat pulun ödənildiyi günə kimi cavabdehin aktıv olmuş və aktıv əməliyyatlar aparılmış hesabı vasitəsi ilə ödənilmişdir ki, bu zaman həmin pul vəsaitin 3-cü şəxs tərəfindən ödənilməsi hər hansı əhəmiyyət daşımır. Çünki hesab cavabdehə məxsus olmuş və həmin hesab 05.07.2016-cı il tarixinə aktiv əməliyyatlar həyata keçirilmiş hesab olmuşdur. Cavabdeh həmin v əsaitin bank tərəfindən ödənilməsini güman etsə də, onun bu fərziyyəsinin gümandan başqa hər hansı sübutla öz təsdiqini tapması müəyyən edilməmişdir. Mübahisə üzrə iddia müddətinin tətbiq edilməli və iddia tələbinin bu əsasla rədd edilməli olması barədə cavabdehin mövqeyinə münasibətdə isə qeyd edilməlidir ki, 67000 manat pul məbləğinin kifayət qədər yüksək olması, həmçinin, ödəniş icra edildikdən 2 il sonra iddia müddətinin bitməsi və həmin müddət keçdikdən sonra da, hazırki iddianın qaldırılması bankın iddia müddətini uzatmaq məqsədilə cavabdehin hesabına mədaxil etməsi barədə cavabdehin dəlillərini özü-özlüyündə istisna edir. Çünki 67000 manat pul ödənildiyi zamanda iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün hələ iki il zamanı olmuşdur. Həm də həmin pul vəsaiti müddətin ö türülməsinin qarşısının süni şəkildə alınması üçün edilmişdisə, iddiaçının bu qədər yüksək məbləğdə deyil, cüzi məbləğdə də ödəniş etməsi kifayət edərdi ki, iddia müddətinin axımı davam etsin. Göründüyü kimi, cavabdehin kredit öhdəliyi üzrə 67.000 manat ödəniş icra edilməsi mübahisəsiz qaydada təsdiq edilir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh qızı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-244/2021 nömrəli iş üzrə 17 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.