Məhkəmə qərarları › İş №2(102)-695/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-695/2019

23.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-695/2019 23.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-695/2019 şəhəri 23 yanvar 2019-cu il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2018-ci il tarixli 2(106)1929/2018 saylı qətnaməsindən cаvаbdeh Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cəbrayıl rayon məhkəməsinin 13 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakim T.T.Hüseynova, iş № 2(072)-193/2018) iddiaçı “xxxx” QSC-nin cаvаbdehlə r Cavabdeh1, X3 və Cavabdeh3 qаrşı kredit borcunun ödənilməsi tələbinə dair iddiasının qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 1131,11 manat məbləğində əsas borc, 533,98 manat məbləğində faiz borcu, 200 manat məbləğində cərimə borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 1895,09 manat məbləğində pulun alınıb “xxxx” QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: Q.B.Kərimov, İ.Q.Əsədov və Z.A.Zeynalov) cаvаbdeh Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Cəbrayıl rayon məhkəməsinin 13 mart 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: “xxxx” QSC ilə Cavabdeh1 arasında bağlanmış 28.11.2014-cü il tarixli kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh1 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2.4167% olmaqla 3000 manat məbləğində kredit verilmişdir. Həmin sazişə əsasən Cavabdeh1 оğlunun öhdəlikləri zaminliklə təmin edilmiş və 28.11.2014-cü il tarixli zaminlik müqavilələrinə əsasən X4 və Cavabdeh3 Cavabdeh1 оğlunun öz öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, müəyyən edilmiş əsas borcun, kreditdən istifadəyə görə faiz borcunun, habelə gecikməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğinin ödənilməsini öhdələrinə götürmüşlər. 2018-ci ilin yanvar ayında “xxxx” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh1 оğlunun kredit razılaşması üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən banka cəmi 2372,63 manat məbləğində borcunun yaranmasını əsas göstərməkl ə cavabdehlərdən həmin məbləğin və iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun bankın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cаvаbdeh Cavabdeh1 qətnamədən kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərməklə qətnamənin iddia tələbinin 533,98 manat məbləğində faiz borcu, 200 manat məbləğində cərimə borcunun cavabdehlərdən tutulması hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında Cavabdeh1 vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasına gəlmiş cavabdeh X4 vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən işin baxılmasında onun iştirakı mümkün hesab edilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, “xxxx” QSC ilə Cavabdeh1 28 noyabr 2014-cü il tarixli kredit razılaşmasını bağlam aqla üzərlərinə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bank iş üzrə müəyyən olunduğu kimi, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulmuş kreditin Cavabdeh1 verilməsini təmin etmiş və tərəflərin ümumi razılığına əsasən kreditin qaytarılma müddətini və şərtlərini müəyyən edən ödəniş cədvəli tərtib olunmuşdur. Lakin işdən göründüyü kimi Cavabdeh1 kreditin qaytarılması qaydası və şərtləri ilə əlaqədar üzərinə götü rdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə onun banka əsas və faiz borcu yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilən Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyət i öz üzərinə götürür (470.1). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (470.2.). Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır(472.2.). Kredit müqaviləsi üzrə borclu Cavabd eh1 kreditin qaytarılmasını təmin etmədiyindən, X4 və Cavabdeh3 isə belə vəziyyətin baş verməsi halı ilə əlaqədar borcun qaytarılması üçün zamin kimi üzərilərinə öhdəlik götürdüklərindən, kollegiya hesab edir ki, məhkəmə kredit müqaviləsi üzrə borcun onlardan müştərək qaydada tutulmalı olması barədə düzgün nəticəyə gəlmişdir. Kollegiya yuxarıda göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisə maddi və prosessual hüquq normalarının tələblərinə və müəyyən olunmuş sübutlara uyğun həll edilməklə qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddə lərini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar