Məhkəmə qərarları › İş №2(102)-695/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-695/2023

07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-695/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı; Cavabdeh2 İddiaçı ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair ilk, Cavabdeh2 İddiaçı ASC-yə qarşı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıql ı iddia tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1126/2022 nömrəli 28 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayətlərinə 7 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh1 arasında 31 avqust 2015-ci il tarixli 03-MK/01329 saylı kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən borcalana 42 ay müddətinə, illik 25 faiz ödəmək şərtilə, 10,200 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. Götürülmüş kreditin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh2 arasında 31 avqust 2015-ci il tarixli, 03-MK/01329 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin Ca vabdeh2 borclu Cavabdeh1 31 avqust 2015-ci il tarixli № 03-MK/01329 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanan 31 avqust 2015-ci il tarixli № 03- MK/01329 saylı kredit müqaviləsinə və Cavabdeh2 arasında 31 avqust 2015-ci il tarixli № 03-MK/01329 saylı zaminlik müqaviləsinə əsasən cavabdehlərdən müştərək qaydada 9,901 ABŞ dolları əsas borcu, 1,884 ABŞ dolları faiz borcu, 200 ABŞ dollar cərimə borcu olmaqla, cəmi 11,985 ABŞ dolları pul vəsaitinin, ödənilmiş 30 manat dövlət rüsumun un cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və Yevlax Rayon Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC “28 May” filialı ilə Cavabdeh1 arasında 31 avqust 2015-ci il tarixli № 03-MK/01329 saylı kredit müqaviləsi bağlanaraq borcalana 42 ay müddətinə, illik 25 faiz ödəmək şərtilə, 10,200 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Borcalan krediti və ona hesablanmış faizləri bankın kassasına nağd şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hal-hazıradək kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmiş, borc ödənilməmişdir. Hazırda cavabdehin banka 9,901 AB Ş dolları əsas borcu, 1,884 ABŞ dolları faiz borcu, 200 ABŞ dollar cərimə borcu olmaqla, cəmi 11,985 ABŞ dolları borcu vardır. Götürülmüş kredit üzrə İddiaçı ASC “28 May” filialı ilə Cavabdeh2 arasında 31 avqust 2015-ci il tarixli № 03-MK/01329 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən Zamin Kreditor qarşısında Borclunun arasında 31 avqust 2015-ci il tarixli № 03-MK/01329 saylı Kredit- Müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürür.

5. Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil1 ərizəsi əsasında Yevlax Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilmişdir.

6. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi təqdim edərək, ilkin iddia tələbinin zaminə (Cavabdeh2) münasibətdə rədd ed ilməsini, qarşılıqlı iddianın təmin edilərək İddiaçı ASC ilə aralarıda bağlanılmış 31 avqust 2015-ci il tarixli 03-Mk/01329 nömrəli zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıхаrılmаsını хаhiş еtmişdir.

7. Qarşılıqlı iddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanan 31 avqust 2015-ci il tarixli 03-Mk/01329 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə cavabdeh İddiaçı ASC ilə aralarında 31 avqust 2015-ci il tarixli 03-Mk/01329 nömrəli zaminlik müqaviləsi bağlanılmışdır. Zaminlik müqaviləsinin məzmunundan görünür ki, müqavilədə əsas öhdəliyin həcmi, yəni məbləği, faiz dərəcəsi və müddəti göstərilməmişdir. Müqaviləni imzalayarkən ona sadəcə zamin duracağını bildirilmiş və borc barədə hər hansı bir mə lumat bildirilməmişdir. Borclu Cavabdeh1 bankdan kredit götürmək niyyəti ilə bağlı məlumatım olsa da, onun nə qədər və hansı müddətə borc götürməsi, borcu qaytarıb -qaytarmaması barədə heç bir məlumatım olmamışdır. Cavabdeh1 banka borcunun qaytarmadığını, bununla bağlı mülki mühakimə icraatı qaydasında Yevlax Rayon Məhkəməsi tərəfindən qiyabi qətnamə qəbul edildiyini icra məmurunun əmək haqqına yönəldilməsi nəticəsində öyrənmişdır. Həmin qətnamə 2016-cı il tarixdə qəbul edilib qüvvəyə minsə də, icrasına 2022-ci il tarixdə başlanılmışdır. Məhz bundan dərhal sonra da qiyabi qətnamənin ləğvi ilə bağlı ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. Hesab edir ki, zaminlik müqaviləsində ona aid mütləq göstərilməli olan mühüm şərtlər göstərilmədiyindən həmin müqavilə etibarsız hesab olunm alıdır.

8. Yevlax Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 28 iyun 2022-ci il tarixli 2(039)-1307/2022 nömrəli (hakim T.Əliyev) qətnaməsi ilk iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh1 31 avqust 2015-ci il tarixli № 03MK/01329 saylı kredit müqaviləsi üzrə 9,901 ABŞ dolları əsas borc, 1,884 ABŞ dolları faiz borcu, 200 ABŞ dollar cərimə, cəmi 11,985 (on bir min doqquz yüz səksən beş) ABŞ dollarının ödəniş gününə olan məzənnə üzrə manatla, habelə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulması, qalan hissədə ilk iddia ərizəsinin təmin edilməməsi, Cavabdeh2 İddiaçı ASC-yə qarşı aralarında bağlanılmış 31 avqust 2015-ci il tarixli 03Mk/01329 nömrəli zaminlik müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət olunmuşdur.

9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı yaranmış borcu Cavabdeh1 tələb etməkdə haqlıdır. Bundan başqa ilk iddia tələbi kredit müqaviləsi üzrə yaranmış əsas və faiz borcunun, cərimənin tutulması hissəsində əsaslıdır, həmin borcun düzgün hesablanmadığına dair sübut, habelə hesablanmış cərimənin tənasübsüzlüyü müəyyən edilməmişdir. Lakin, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsindən müəyyən olunmuşdur ki, həmin müqavilədə zaminin 31 avqust 2015-ci il tarixli № 03-MK/01329 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürülməsi qeyd edilsə də, həmin kredit müqaviləsinin mühüm şərtləri hesab edilən məlumatlar, yəni kr editin məbləği, faiz dərəcəsi, valyutası, verilmə müddəti göstərilməmişdir. Ona görə də kredit müqaviləsinin əsas məlumatları Cavabdeh2la bağlanmış zaminlik müqaviləsində qeyd edilmədiyindən, sonuncunun hansı öhdəliyə zamin olması qeyri-müəyyəndir və bu səbəbdən həmin müqavilə üzrə zaminin öhdəliyinin yaranmadığı hesab olunmalı, kredit müqaviləsi üzrə yaranmış borca görə hazırkı halda zamin məsuliyyət daşımamalıdır. Bu səbəbdən Cavabdeh2 münasibətdə ilk iddia təmin edilməməlidir.

10. Qarşılıqlı iddia ərizəsi ilə bağlı məhkəmə belə nəticəyə gəlmişdir ki, kredit müqaviləsi Mülki Məcəllə ilə müəyyən edilmiş şərtlərə uyğun bağlandığından həmin müqavilə etibarsız hesab edilə bilməz. Belə ki, kredit müqaviləsinin mühüm şərtlərinin zaminlik müqaviləsində qeyd edilməməsi, zaminlik müqaviləsinin et ibarsızılığına səbəb olmur. Bu səbəbdən qarşılıqlı iddia təmin edilməməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 385.1, 470.1, 472.1, 472.2, 477.0.1, 477.0.4, 739.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2012-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh e dilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarix Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, qətnamənin qismən zamin Cavabdeh2 münasibətdə təmin edilməyən hissədə ləğv edilməsini və iddia tələbi üzrə kredit borcunun hər iki cavabdehdən iddiaçının xeyri tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddiaçı şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarına istinad etsə də təfsir hissəsində yalnışlığa yol vermişdir. Belə ki, qərarda göstərilən hüquqi mövqe birbaşa zaminlik müqaviləsi üçün deyil, bir qayda olaraq kredit müqaviləsi üçün tələb olunur.Mə hkəmə Konstitiusiya Məhkəməsinin Plenum qərarlarında kredit müqaviləsi üçün tələb olunan standart şərtləri zaminlik müqaviləsində imperativ tələb olması kimi əsaslandırmışdır. Halbuki, öhdəlik təminatı üsulları, öhdəlik, ipoteka və zaminliklə bağlı heç bir Plenum qərarında məhkəmə qətnaməsində göstərilən məqamların zaminlik müqaviləsi üçün nəzərdə tutulmamışdır. Digər tərəfdən, məhkəmə diqqətdən qaçırmışdır ki, zaminlik müqaviləsindən daha əvvəl zamin borclunun kredit müqaviləsinin şətləri ilə tanış olmuş və borclunun öhdəliyi üzrə müşətərk məsuliyyətə şifahi razılığını bildirdikdən sonra yazılı olaraq zaminlik müqaviləsini imzalamaqla, öhdəliyi üzərinə götürmüşdür. Həmçinin, zaminlik müqaviləsinin 1.1-ci bəndində borclu ilə bağlanmış kredit müqaviləsinin rekvizitlərinə ətraflı şəkildə ist inad edilmiş və zamin həmin öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə dair məsuliyyəti öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mübahisələndirilən iş üzrə cavabdeh olan Cavabdeh2 31 avqust 2015-ci il tarixli 03MK/01329 saylı zaminlik müqaviləsini şəxsən imzalamaqla, borclunun kredit müqaviləsi üzrə öhdəliyini üzərinə götürmüşdür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər Mülki Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan və borclu ilə bağlanmış 31 avqust 2 015-ci il tarixli N 03MK/01329 saylı kredit müqaviləsinin təminatı qismində eyni tarixli zaminlik müqaviləsinin imzalanması ilə tərəflər sərbəst şəkildə öhdəlik barədə öz iradələrini ifadə edərək borc öhdəlyini üzərlərinə götürmüşlər. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kredtitora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditorun qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.31 avqust 2015-ci il tarixli 03-MK/01329 saylı zaminlik müqaviləsinin 1.1-ci bəndində borclu ilə bağlanmış kredit müqaviləsinin rekvizitlərinə ətraflı şəkildə istinad edilmiş və zamin həmin öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə d air məsuliyyəti öz üzərinə götürmüşdür.

14. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(107)-1126/2022 nömrəli 28 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – X2 (sədrlik edən və məruzəçi), X4 və X1) İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş аpellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Yevlax Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli 2(039)-1307/2022 saylı qətnaməsinin iddianın zamin Cavabdeh2 münasibətdə təmin edilməyən hissəsində dəyişdirilmədən sаxlаnılması qət edilmişdir.

15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iddianı qismən təmin, qarşılıqlı iddianı rədd edərkən zamin Cavabdeh2 münasibətdə iddianın təmin edilməyən hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığınd an məhkəmənin gəldiyi nəticə ilə razılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

16. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2012-ci il tarixli Qərarında göstərilir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas mü qaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş; Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsindən müəyyən olunur ki, həmin müqavilədə zaminin 31 avqust 2015-ci il tarixli № 03-MK/01329 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürülməsi qeyd edilsə də, həmin kredit müqaviləsinin mühüm şərtləri hesab edilən məlumatlar, yəni kreditin məbləği, faiz dərəcəsi, valyutası, verilmə müddəti göstərilməmişdir.

17. Konstitusiya Məhkəməs inin Qərarlarında qeyd edilən hüquqi mövqeyi nəzərə alaraq məhkəmə kolelgiyası belə qənaətə gəlmişdir ki, kredit müqaviləsinin əsas məlumatları Cavabdeh2la bağlanmış zaminlik müqaviləsində qeyd edilmədiyindən, sonuncunun hansı öhdəliyə zamin olması qeyri-müəyyən olduğundan həmin müqavilə üzrə zaminin öhdəliyinin yaranmadığı hesab olunması və kredit müqaviləsi üzrə yaranmış borca görə hazırkı halda zaminin məsuliyyət daşımaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə haqlı olmuşdur.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 385.1, 470.1, 472.1, 472.2, 477.0.1, 477.0.4, 739.1-ci maddələrinə, MPM-in 9.1, 9.3, 14.2, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.1, 372.1, 372.6, 372.7, 384.0.1, 385.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəll əsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2012-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarix Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək, kassasiya şikayətinin təmin edilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin zamin Cavabdeh2 münasibətdə təmin edilməyən hissədə ləğv edilməsini və iddia tələbi üzrə kredit borcunun hər iki cavabdehdən iddiaçının xeyrinə tutulması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

22. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

23. Maddə 337.2. Əqd barəsində mübahisə edildi kdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

26. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etm ədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

27. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

28. Maddə 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

29. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvaf iq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2012-ci il tarixli Qərarı

30. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. (MM-in 471-ci maddəsi). Qanunvericilikdə zaminlik müqaviləsinin yazılı formada bağlanması tələbinin nəzərdə tutulması ilə birtərəfli qaydada öhdəlik yaradan zaminlik müqaviləsinin zamin tərəfindən dərk edilmədən bağlanmasının qarşısı alınır və bununla da ilk növbədə zaminin maraqları qorunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, z aminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş; Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarix Qərarı

31. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarına və Mülki Məcəllənin 472.1-ci maddəsinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, zamin zaminlik müqaviləsi bağlandığı andan öz üzərinə öhdəlik götürmüş olur, lakin bu öhdəlik üzrə zaminin məsuliyyəti borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə yaranır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalar ının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında göstərilmişdir ki, öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müə yyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (Mülki Məcəllənin 419.1, 419.2 və 420.1.2-ci maddələri). Bu göstərişlərə əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Mülki Prosessual Məcəllə

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

36. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin a pellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətlərində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq o lunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və həmin dəlillərin əsassız olduğu isə apelyasiya baxışında sübut edilmişdir.

46. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kolle giyası Qərara aldı İddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1126/2022 nömrəli 28 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar