Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6954/2021 20.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-6954/21 (Açar sözlər: borc tələbi, apellyasiya şikayətinin qeyr-mümkün sayılması, prosessual normaların pozulması) Bakı şəhəri, 20 dekabr 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqavi ləsi üzrə borc” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9718/2021 nömrəli, 13 sentyabr 2021-ci il tarixli qərardadından iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin kassasiya şikayətinə 20 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 761,67 manat məbləğində kredit borcu və 822,59 manat məbləğində cərimə olmaqla, cəmi 1.584 (min beş yüz səksən dörd) manat 26 qəpik məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğin də dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Binəqədi Rayon Məhkəməsinin 2(001)-25/2021 nömrəli, 14.07.2017-ci il tarixli qərardadi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair hissədə mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. (hakim Fərid Hətəmzadə)
3. Binəqədi Rayon Məhkəməsinin 2(001)-25/2021 saylı, 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi Cavabdeh1 qarşı hissədə isə təmin edilməmişdir. (hakim Fərid Hətəmzadə) b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
4. İddiaçı QSC Binəqədi Rayon Məhkəməsinin 2(001)-25/2021 nömrəli, 14.07.2017-ci il tarixli qərardadından şikayət vermişdir. Binəqədi Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərə k, baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdr.
5. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8527/2021 nömrəli, 19 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-25/2021 nömrəli, 14.07.2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmışdır.
6. İddiaçı QSC Binəqədi Rayon Məhkəməsinin 2(001)-25/2021 nömrəli, 14.07.2017-ci il tarixli qətnaməsindən də apellyasiya şikayəti vermişdir
7. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9718/2021 nömrəli, 13 sentyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçının qətnamədən verdiyi apellyasiya şikayəti qeyri-mümükün hesab edilmiş, mülki işin Binəqədi rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakimlər Şeyda Məhərrəmova (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Vəfaddin İbayev)
8. Apellyasiya instansiyası ona istinad edib ki, apellyasiya şikayəti iddiaçının nümayəndəsi qismində Vəkil tərəfindən imzalanmış, iş materiallarına İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədrinin 1-ci müavini tərəfindən verilmiş etibarnamə əlavə edilmiş, həmin etibarnamədə nümayəndə Vəkil məhkəmə aktından şikayət verilməsi xüsusi göstərilsə də, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədrinin 1-ci müavininə belə bir səlahiyyət verilməsini təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir.
9. Apellyasiya instansiyasının mövqeyinə görə apellyasiya şikayəti faktiki olaraq iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmamışdır.
10. Apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 74.2, 361.2, 363.1.1, 363.4 və 366.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı QSC (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, apellyasiya şikayətinə baxılması üçün işin apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
12. Kassasiya şikayətinin dəlilləri: - məhkəmənin icraatında olmuş 2(001)-25/2021 saylı mülki iş üzrə həm qərardad, həm qətnamə qəbul edilmişdir; - həmin qərardaddan da ayrılıqda iddiaçı tərəfindən şikayət verilmiş və sözügedən şikayət İddiaçı QSC-nin İdarə Heyətinin sədrinin 1-ci müavini Evgeniya Gashikulina tərəfindən verilən etibarnamə ilə çıxış edən nümayəndə tərəfindən imzalanmışdır. Həmin şikayətə Bakı Apellyasiya Məhkəməsinin Mülk i Kollegiyasının digər tərkibində mahiyyəti üzrə müvafiq məhkəmə aktı qəbul edilmişdir: - həm də etibarnaməni imzalayan şəxsin qanuni təmsilçi olması elektorn informasiya sistemində vardır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 362.5. Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir. Mülki Prosessual Məcəllə Maddə 74.2. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa ş əxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə Maddə 414.1. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına, yaxud Kommersiya kollegiyasına işlə birlikdə daxil olmuş qətnamələrdən verilmiş kassasiya şikayətinə onun dax il olduğu gündən 3 ay müddətində, bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda qərardaddan verilmiş kassasiya şikayətinə isə 1 ay müddətində yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
14. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə ol unmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
15. Hazırkı kassasiya şikayətində qərardad iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır.
16. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlməmişdir.
18. Barəsində şikayət verilən qərardaddan görünür ki, apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayətini qeyri-mümkün sayarkən apellyasiya şikayətinin faktiki olaraq iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmamasına söykənmişdir
19. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, etibarnaməni imzalayan şəxsin iddiaçı təşkilatın qanuni təmsilçisi olması ilə bağlı apellyasiya məhkəməsində hər hansı şübhə olmuşdusa, bununla bağlı şübhələri apellyasiyanın mümkünlüyünü qanunla müəyyən edilmiş müddət ərzində tərəflərin iştirakı ilə yoxlamaqla aradan qaldıra bilərdi.
20. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 2
1. Bundan əlavə, işdən görünür ki, iddiaçının nümayəndəsinin eyni etibarnamə əsasında Binəqədi Rayon Məhkəməsinin 2(001)-25/2021 nömrəli, 14.07.2017-ci il tarixli qərardadından verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılmış və 2(103)8527/2021 nömrəli, 19 avqust 2021-ci il tarixli qərardadla şikayət təmin edilməmişdir.
22. Göründüyü kimi, iddiaçının nümayəndəsinin eyni etibarnamə əsasında qərardaddan verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılmışdır.
23. Hazırki işdə isə apellyasiya məhkəməsi qətnamədən verilən apellyasiya şikayətini qeyri-mümkün sayarkən, daha əvvəl qərardaddan verilmiş şikayətə eyni instansiya məhkəməsində baxılmasını nəzərə almamışdır.
24. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya in stansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş iddiaçının apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılmalıdır.
25. Yuxarıda göstərilənləri və MPM-in 416-418, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyəti kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9718/2021 nömrəli iş üzrə 13 sentyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. İş İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin apellyasiya şikayətinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.