Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6957/2019 04.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvanoğlunu katibliyiilə, Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyul 2019-cu tarixli qərardadından verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “Bank VTB(Azərbaycan)” ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka və girov predmetinə yönəldilməsi tələbi” nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1nümayəndəsi X2 məhkəməyə vəsatət təqdim edərək, işi aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasınıxahiş etmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 14 may2019-cu il tarixli qərardadı ilə (hakim R.Ə.Səmədov;iş №2(006)-3133/2019) İddiaçı “Bank VTB(Azərbaycan)” ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka və girov predmetinə yönəldilməsi tələbi” nə dair iddiası üzrə 2(006)-3133/2019 saylı mülki işin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi barədə vəsatəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 iyul2019-cu il tarixli qərardadı ilə (hakimlər: V.T.Həsənov(sədrlik edən və məruzəçi) Ş.A.Məmmədova, X.Ə.Sarıyeviş № 2(103)-9508/2019) Cavabdeh1 şikayət təmin edilməmiş, Bakı şəhər NəsimiRayon Məhkəməsinin 14 may2019-cu il tarixli qərardadı Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin mahiyyəti üzrə baxılması üçün Apellyasiya instansiyası məhkəməsinə göndərilməsibarədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadıAzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1, 32.1, 32.4, 32.5, 39.1-ci maddələrinin tələblərinin pozulması ilə çıxarılmış, onun ərizəsinin əsaslı olması nəzərə alınmamış, nəticədə əsassız və qanunsuz qərardad qəbul edilmiş dir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq,tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yo xlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Qeyd olunan Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeyd ə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən Mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Apellyasi ya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdəngörünür ki, Cavabdeh1 fərdi sahibkar olsada, iş üzrə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 fiziki şəxslər olaraq işə cəlb olunmuşlar. Mübahisə həm işdə iştirak edən şəxslərin subyektiv tərkibi, həm də predmeti və xarakteri baxımından ümumi məhkəmədə baxılmalı işdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sənədləri tədqiq edib onlara hüquqi qiymət verərək və yuxarıda göstərilən prosessual hüquq normalarını rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, ümümi məhkəmədə baxılmalıdır. İddiaçı Azərbayc an Respublikası Mülki Prosessual Məcəlləsinin 36.2-ci maddəsinə əsasən iddia ərizəsi ilə cavabdehlərdən birinin qeydiyyatda olduğu yer üzrə Nəsimi Rayon Məhkəməsinə müraciət etməkdə haqlı olmuşdur. Ona görə də apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası haqlı olaraq birinci instansiya məhkəməsinin qərardadının qanunu və əsaslı hesab edərək onu dəyişdirmədənsaxlamışdır. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qərardad qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419- cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə 02 iyul 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6957/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6957/2019
04.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver