Məhkəmə qərarları › İş №2(102)-6958/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-6958/2021

05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6958/2021 05.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin məzmununun prosessual qanunvericiliyinə uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Həsənov Vüqar Təvəkgül oğlu Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 iyul 2021-ci il tarixli, 2(103)7573/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdim, İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və sonradan iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 12.09.2018-ci il tarixli notarial qaydada bağlanılmış “mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə” əsasən borclu qaldığı 9500 manat məbləğində pul vəsaitinin, 01.09.2018-ci il tarixindən sə borclu qaldığı 9500 manat məbləğində pul vəsaitinə görə illik 5% olmaqla bir ilə görə 475 manat məbləğində pul vəsaitinin 26.04.2021-ci il tarixinədək hesablanılaraq ümumilikdə 30 ay 25 gün üçün (01.10.2018- 26.04.2021=30 ay 25 gün=930 gün.) 1210 manat məbləğində pul vəsaitinin (930 gün x 1.30 qəpik = 1210 ), məhkəməyə müraciət üçün dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsi ndə icraat Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 may 2021-ci il tаrixli qətnaməsi ilə (hakim A.Paşayeva, iş № 2(008)-2540/2021) iddia qismən təmin edilərək, Cavabdeh 8500 manat məbləğində pul vəasiti və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Babayev (sədrlik edən və məruzəçi), X.Mərdanova, E.Həsənov, iş № 2(103)-7573/2021) apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 may 2021-ci il tаrixli, 2(008)-2540/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı işti rakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil2) kasasiya şikayəti verərək, kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 iyul 2021-ci il tarixli, 2(103)7573/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsini, mümkün olmadıqda isə təkrar apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 402-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatda n az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 407.1.4-cü maddəsinə əsasən şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılm amasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, kassasiya şikayəti geri qaytarılır. 408.2-ci maddəsinə əsasən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət bu maddədə nəzərdə tutulmuş əsaslarla birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 409-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti nin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, cavabdehin kassasiya şikayətinin məzmunu Azərbaycan Respublikası MPM-in 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun tərtib olunmamışdır. Kassasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh işin hallarını, iş üzrə qəbul edilmiş məhkəmə qərarlarını sadalamış, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız olduğun u göstərmişdir. Lakin kassator qeyd olunan hüquq normalarının pozulmasının nədən ibarət olmasını, hazırki mübahisədə necə tətbiq edilməli olmasını göstərməmiş və bununla da, Azərbaycan Respublikası MPM-in 407.1.4-cü maddəsinin tələblərini pozmuşdur. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən, kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədiyi üçün icraata qəbul edilə bilməz. Odur ki, kasasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-c i maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 iyul 2021-ci il tarixli, 2(103)7573/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar