Məhkəmə qərarları › İş №2(102)-696/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-696/2021

15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-696/2021 15.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” xxx-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, Cavabdeh1 və vəkili Vəkil iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)83/2020 nömrəli qətnaməsindən Cavabd eh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: xx xxxx 2014-cü il tarixli, 77 nömrəli kredit müqaviləsi ilə “xxxx” xxx tərəfindən Cavabdeh1 18 ay müddətinə illik 25 faiz ödəmək şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasını təmin edilməsi üçün “xxxx” xxx və Cavabdeh2 arasında bağlanmış xx xxxx 2014-cü il tarixli zaminlik müqaviləsi ilə sonuncu borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İddiaçının təqdim etdiyi maliyyə arayışlarına əsasən Cavabdeh1 xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə xx xxxxxx 2015-ci il tarixinə 5000 manat əsas, 2250 manat faiz borcu, 1100 manat penya borcu vardır. İş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli rəyinə əsasən ekspertizaya təqdim olunmuş “xxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış 77 nömrəli xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinin kserosurətində “Borcalan” qrafasındakı imza - Cavabdeh1 tərəfindən icra olunmuşdur. İş üzrə keçirilmiş əlavə məhkəmə-xətşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli rəyinə əsasən əksi ekspertizaya təqdim edilmiş, mülki işin 245-ci vərəqəsində Cavabdeh1 adından plastik kartın X1 verilməsinə dair xx xxxx 2014-cü il tarixli qəbzin kserosurətində “İmza” qrafasında əks olunmuş imza və 265-ci vərəqəsində Cavabdeh1 adına olan 319 saylı xx xxxx 2014-cü il tarixli kassa məxaric orde rində “Aldım” qrafasındakı imza - Cavabdeh1 tərəfindən icra olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı “xxxx xxx” MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən əsas borca görə 5000 manat, faiz borcuna görə 4076 manat, penya borcuna görə 1100 manat və dövlət rüsumuna görə 20 manat olmaqla, cəmi 10196 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 kredit müqaviləsi ilə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, həmin öhdəliyi lazimi qaydada yerinə yetirməmiş və banka olan borcunu qaytarmamışdır. Füzuli Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(064)-364/2018 nömrəli qətnaməsi ilə (sədrlik edən M.A.Bağırov) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5000 manat əsas, 4076 manat faiz borcu, 500 manat penya pulu olmaqla, cəmi 9556 manat pulun və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzinin “xxxx xxx” MMC-nin xeyrinə, həmçinin 10 manat dövlət rüsumu cavabdehlərdən alınıb dövlət nəfinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Birinci instansiyası məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında qanunvericiliyə uyğun kredit müqaviləsi bağlanmış, kredit müqaviləsi ilə kredit məbləği, kreditə görə faizin miqdarı, ödəmənin gecikdirilməsi üçün cərimə və öhdəliyə görə borclunun məsuliyyəti müəyyənləşdirilmiş, kreditor tərəfindən üzərinə düşən öhdəliklər yerinə yet irilmiş, cavabdehlər müqaviləyə əsasən götürülmüş borcu vaxtında qaytarmamış və banka ödənilməmiş borcları qalmışdır. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsas borcun, faizin tutulması hissəsində əsaslıdır, cərimə hissəsində isə tələb Azərbaycan Respublikası MM-in 467-ci maddəsinə uyğun olaraq azaldılmalıdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh1 apellyasiya şikayəti verərək, Füzuli Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(064)-364/2018 nömrəli qətnaməsinin ləğv edərək, iddia ona dair hissədə rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)-83/2020 nömrəli qətnaməsi ilə (hakim Q.B.Kərimov sədrliyi və məruzəsi ilə, Z.B.Babayevdan və N.F.Mirzə yevdən ibarət tərkibdə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Füzuli Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(064)-364/2018 nömrəli qətnaməsi Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən 4076 manat faiz borcunun tutulması hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5000 manat əsas, 2250 manat faiz borcu, 500 manat cərimə olmaqla, cəmi 7750 manatın alınıb “xxxx xxx” MMC-yə ödənilməsi, Füzuli Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(064)-364/2018 nömrəli qətnaməsinin Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şi kayətinin dəlillərinə uyğun olaraq ilkin və əlavə məhkəmə-xətşünaslıq ekspertizaları təyin edərək, rəyləri almış və hesab etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə tərtib edilmiş ödəmə qrafiki üzrə öhdəlikləri yerinə yetirməyərək, müvafiq ödənişləri aparmadığından, iddiaçı təşkilat olan “xxxx xxx” MMC kreditin qaytarılmamış hissəsinin qaytarılmasını və əsas borca hesablanmış faizlərin ödənilməsini cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş xx xxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixə 5000 manat əsas, 2250 manat faiz borcu, 1100 manat penya pulu borcu qalmışdır. Belə olan halda, məhkəmə birinci instansiya məhkəməsinin əsas borca hesablanmış 4076 manat məbləğində faiz borcunun cavabdehlərdən müştərək qaydasında tutulmasına dair gəldiyi nəticəni iş materiallarına uyğun hesab etməmiş və iddia tələbinin həmin hissədə, qismən təmin edilməsinə və əsas borca hesablanmış faiz borcuna görə cavabdehlərdən 2250 manatın tutulmasına dair nəticəyə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)-83/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh xx xxxx 2014-cü il tarixdə heç bir kredit almamış, həmin vaxtlarda rayonda olmamış, həmçinin kredit təşkilatın İdarə Heyətinin sədri vəzifəsini daşıyan Cavabdeh2 ona zamin durmamışdır. İş üzrə bir dəfə müqavilənin əsli olmadığı üçün rəy verilməkdən imtina edildiyi halda, ikinci dəfə keçirilən ekspertiza tədqiqatının obyekti xx xxxx 2014-cü il tarixli 77 nömrəli kredit müqaviləsinin kserosurəti olmuşdur. Ekspert rəyi əsassız olmuşdur. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində apellyasiya şikayətində irəli sürdüyü dəlillərinin heç birinə hüquqi qiymət verilməmiş, apellyasiya şikayəti qətnamədə qısa, ixtisarlar edilərək yalnız sərf edilən formada göstərilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı “xxxx xxx” MMC kassasiya şikayətinə yazılı etiraz təqdim edərək göstərmişdir ki, şika yətdə göstərilən hallar və xüsusatlar əsassız olmaqla şər böhtan xarakteri daşıyır və aldığı krediti ödəməkdən yayınma məqsədi ilə edilmişdir. Cavabdeh kredit alarkən bütün sənədləri imzalamış və dəfələrlə keçirilən ekspertizalarda imzaların ona məxsusluğu təsdiq edilmişdir. Göstərilənlərə əsasən iddiaçı cavabdehin kassasiya şikayətinin təmin edilməməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçının nümayəndəsi və digər cavabdeh məhkəmə iclasına gəlməmiş, vəkillərinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlar a istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddia birinci instansiya məhkəməsi tərəfindən qismən təmin olunsa da, nə iddiaçı, nə də ki, Cavabdeh2 apellyasiya şikayəti verməmişlər. Apellyasiya şikayətini Cavabdeh1 vermiş və birinci instansiya məhkəməsinin qətnaməsini təmin olunmuş hissədə mübahisələndirmişdir. Hazırda kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən, kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya in stansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tər əflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. M üstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını 04020məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlə rin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən ape llyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, hazırki kassasiya şikayətinin dəlilləri ilə eyni olan apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən apellyasiya instansiyası məhkəməsi məhkəmə-xətşünaslıq ekspertizaları təyi n edərək keçirmiş və alınmış rəylərlə müəyyən olunmuşdur ki, “xxxx” MMC və Cavabdeh1 arasında bağlanmış 77 nömrəli xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinin kserosurətində “Borcalan” qrafasındakı imza, habelə Cavabdeh1 adına olan 319 saylı xx xxxx 2014-cü il tarixli kassa məxaric orderinin əslində “Aldım” qrafasındakı imza kassatora məxsusdur. Beləliklə, kredit müqaviləsinin predmeti olan 5000 manat məbləğinin verilməsini sübut edən maliyyə sənədinin Cavabdeh1 tərəfindən imzalanması ekspert rəyi ilə birmənalı olaraq müəyyən olunmuş və cavabdeh buna qarşı hər hansı tutarlı dəlil gətirməmişdir. Kredit müqaviləsinin əslinin təqdim olunmamasına dair kassasiya şikayətinin dəlili ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə müəyyən olunmuşdur ki, “xxxx xxx” MMC-nin kredit mütəxəssisi və xəzinədarı işləmiş, Azərbaycan Respublikası CM-in 179.3.2, 178.2.2, 178.2.3, 178.2.4, 313 və 326.1-ci maddələri ilə məhkum olunmuş X2 cinayət məsuliyyətinə cəlb olunmuş digər şəxslərlə birlikdə törətdiyi cinayət əməllərinin izini itirmək üçün xx xxxxx 2013-cü ildən xx xxxx 2014cü il tarixədək olan müddətdə “xxxx xxx” MMC-yə kredit üçün müraciət etmiş şəxslərin təqdim etdiyi şəxsiyyət vəsiqələrinin surətində və digər sənədlərdən istifadə etməklə adlarına kredit rəsmiləşdirib mənimsədiyi pullara dair kredit qovluğundakı ayrı-ayrı şəxslərin, o cümlədən Cavabdeh1 adına tərt ib olunmuş rəsmi sənədləri – kredit və zaminlik müqavilələrini, kassa məxaric orderlərini, ərizə və məlumatları tamah niyyəti ilə qanunsuz olaraq götürüb oğurlamaqla, məlum olmayan şəraitdə və vaxtda məhv etmişdir. Lakin həmin cinayət işində Cavabdeh1 adına kreditin rəsmiləşdirib mənimsənilməsi faktı müəyyən olunmamış, o, zərərçəkmiş şəxs qismində tanınmamışdır. Belə olan halda, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları səlahiyyətləri çərçivəsində qiymətləndirərək, əsaslı olaraq hesab etmişdir ki, iddiaçı ilə kasator arasında kredit müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuş və cavabdeh həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(106)-83/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sa xlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar