Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6961/2019 15.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X2, Cavabdeh və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 noyabr 2018-ci il tarixli, 2(103)-12005/2018 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nizami rayon məhkəməsinin 09 avqust 2018-ci il tarixli, 2(007)2793/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim E.A.Nuriyev) iddiaçı Ləğv prosesində olan İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” barədə iddiası rədd edilib. İddiaçı təşkilat qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 noyabr 2018-ci il tarixli, 2(103)-12005/2018 saylı qətnaməsi ilə (hakimlər V.T.Həsənov sədrlik edən, məruzəçi, Ş.A.Məmmədova və N.Ş.Cəfərov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nizami rayon məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsi iddiaçı təhkilata münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən s axlanıb. İddiaçı təşkilat qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı təşkilat məhkəmədə cavabdehə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddia qaldırıb və tələbini onunla əsaslandırıb ki, 14 yanvar 2011-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 2 ay müddətinə, illik 28 faiz ödəmək şərti ilə5.000 manat kredit verilib. İddiaçı təşkilatın 08 fevral 2018-ci il tarixli maliyyə arayışına görə, 14 yanvar 2011-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin banka 4.130 manat əsas, 1.230,32 manat faiz, 2.008,42 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu, 6.610,72 manat cərimə olmaqla, cəmi 13.979,46 manat kredit borcu vardır. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılması x ahiş olunub. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunub. Cavabdeh kassasiya şikayətinə dair etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında idd iaçı Ləğv prosesində olan İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili xxx kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Cavabdeh və vəkili Meybulla Məcidov məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətna məsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətinin yaranmasına, iddiaçı təşkilatın hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürməsinə, iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 373.2, 375.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 14 yanvar 2011-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 2 ay müddətinə, illik 28 faiz ödəmək şərti ilə5.000 manat kredit verilib. İddia əriz əsindən görünür ki, iddiaçı təşkilat iddia edir ki, 14 yanvar 2011ci il tarixli kredit müqaviləsi üzrə cavabdehin banka 4.130 manat əsas, 1.230,32 manat faiz, 2.008,42 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanmış faiz borcu, 6.610,72 manat cərimə olmaqla, cəmi 13.979,46 manat kredit borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalara bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıx anadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilmədiyi olduğu gündən başlanır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının” Azərbaycan Resp ublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasna dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarında göstərilir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərhinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddətinin əhəmiyyəti ilə bağlı qeyd edilmişdir ki, iddia müddətinin əhəmiy yəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını nəzərə a lıb, kassasiya şikayəti ilə eyni məzmunlu olan iddia ərizəsinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, bankla cavabdeh arasında 2 ay müddətinə 14 yanvar 2011-citarixdə bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icra müddəti 14 mart 2011ciil tarixidə başa çatmış və həmin tarixdən üç illik iddia müddətinin axımı başlamışdır. İddiaçı təşkilat isə hazırkı iddia ərizəsi ilə məhkəməyə üç illik iddia müddəti ərzində deyil, yalnız 06 iyun 2018-ci il tarixdə, yəni iddia müddətinin bitməsindən təxminən 7 ildən sonra məhkəməyə müraciət etmişdir. Bununla da iddiaçı təşkilat məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə da ir” 03 iyun 2013cü il tarixli qərarında göstərmişdir ki, “iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişməl ərdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Həmin Qərarda daha sonra göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də, kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayətitəmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 noyabr 2018-ci il tarixli, 2(103)-12005/2018 saylı qətnaməsiiddiaçı Ləğv prosesində olan İddiaçı ASC Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6961/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6961/2019
15.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver