Məhkəmə qərarları › İş №2(102)-6965/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6965/2019

13.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6965/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, İddiaçı, iddiaçının vəkili ENnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 09 aprel 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 13 noyabr 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Mürsəlov, iş № 2(002)-3645/2018 saylı mülki iş) İddiaçı Cavabdeh firmasına qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 09 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər V.Həsənov (sədrlik edən, məruzəçi), Ş.Məmmədova və NE.Cəfərov, 2(103)-3969/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 26 dekabr 2018-ci il tarixli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı Cavabdeh firmasına qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbi nin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı, iddiaçının vəkili EN kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materi allarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə (icarəçi) Cavabdeh firması (İcarədar) arasında bağlanılmış 17.02.2014-cü il tarixli 1307 saylı icarə müqaviləsinin surətindən görünür ki, icarədar ümumi sahəsi 20 kv.m olan qeyri-yaşayış sahəsini İddiaçı müddətsiz icarəyə verməyi öhdəsinə götürmüşdür. 24.05.2004-cü il tarixli müqavilənin surətindən məlum olmuşdur ki, Cavabdeh Firması ilə İddiaçı arasında icarə müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə əsasən icarəyə verən Cavabdeh Firması tərəfindən icarəçi İddiaçı xalq istehlakı mallarının satışı və saxlanılması üçün anbar icarəyə verilmişdir. İş materiallarında olan və məhkəmə baxışı za manı tədqiq edilmiş Qaradağ rayon məhkəməsinin 03 oktyabr 2013-cü il tarixi 2(002)-1588/2013 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh Firmasına qarşı kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamədən aydın olur ki, tərəflər arasında 24.05.2004-cü il tarixli icarə müqaviləsi bağlanmış və cavabdeh tərəfindən iddiaçıya anbar icarəyə verilmişdir. Daha sonra Azərbaycan Respublikası Prezidentinin 01 fevral 2006-cı il tarixli 1255 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində Nəqliyyat Sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər planının” 26-cı bəndinin icrası ilə əlaqədar həmin ərazidə “Zığ-Heydər Əliyev adına Hava Limanı avtomobil yolunun” tikintisi məqsədi ilə qeyd olunan obyekt sökülmüşdür. Cavabdeh, hal-hazırda Qaradağ rayonu ərizisində olan “Binə” Ticarət Mərkəzində fəaliyyət göstərir və həmin ərazidə iddiaçının müraciətinə və icarə şətrlərinə əsasən iddiaçıya icarə obyekti verilməsinə etiraz etməmişdir. İddiaçı isə hazırda obyektin sökülməsi nəticəsində məruz qaldığı maddi zərərə görə cavabdehdən 120000 manat məbləğində kompensasiya tələb etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Bakı Apellyasiya məhkəməsinin 2(103)-1094/2014 saylı, 12 fevral 2014-cü il tarixli qərardadının surətindən görünür ki, İddiaçı Cavabdeh Firmasına qarşı kompensasiyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Qaradağ rayon məhkəməsinin 03 oktyabr 2013-cü il tarixi 2(002)- 1588/2013 saylı qətnaməsindən iş üzrə İddiaçı apellyasiya şikayətindən imtina etdiyindən apelyasiya icraatına xitam verilmişdir. Həmin qərardadda göstərilmişdir ki, apellyasiya instansiyasında işə baxılarkən İddiaçı notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və əlavə olaraq Cavabdeh firmasının rəhbərliyi ilə onun arasında şifahi razılıq əldə olunduğunu və həmin razılığa əsasən cavabdeh təşkilatın ona 2014-cü ilin mart ayına kimi Cavabdeh firmasının ərazisindən 24 kv.m təmirli anbar verəcəyi barədə öhdəlik götürdüyü barədə razılşadıqlarmı bildirmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, tərəflər arasında 17.02.2014-cü il tarixdə 1307 saylı icarə müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh təşkilat “stoyankanın içi” korpusda yerləşən, sahəsi 20 kv.m olan qeyri-yaşayış sahəsini (mağazanı) iddiaçıya müddətsiz ica rəyə verməsini öhdəsinə götürmüşdür. Lakin sonradan tərəflərin deməsinə görə həmin sahənin təyinatı dəyişdirilərək sökülmüşdür. Hazırda iddiaçıya başqa sahə təklif edilsə də qəbul etməkdən imtina etmiş, icarə müqaviləsi ilə ona verilmiş 20 kv.m qeyri-yaşayış sahəsinə görə 30.000 manat kompensasiya ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1 -ci maddəsinin tələbinə əsasən, yalnız zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən deyil, icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İşin hər hansı bir halı ilə təsdiq olunmamışdır ki, iddiaçı icrarəyə götürdüyü qeyri-yaşayış sahəsinə dair hər hansı pul məbləği ödəmişdir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini İddiaçı münasibətdə dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnam ə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 09 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar