Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6969/2019 04.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı “xxxx” İKB-nin cavabdehlər Cavabdeh və xxxqarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyun 2019-cu il tarixli 2(103)8232/2019 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor “xxxx” İKB ASC ərizə i lə məhkəməyə müraciət edərək, borclular Cavabdeh və xxx10011,73 ABŞ dolları əsas, 4292,99 ABŞ dolları faiz və 431,64 ABŞ dolları dəbbə borcu olmaqla, cəmi 14736,36 (on dörd min yeddi yüz otuz altı dollar, otuz altı sent) ABŞ dolları borcun və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Ramin Quliyev) 26 fevral 2019-cu il tarixli qətnaməsi ilə, iddia qismən təmin olunmuş, cavabdehlər Cavabdeh və xxxmüştərək qaydada 10011,59 ABŞ dolları əsas borc, 3663,17 ABŞ dolları faiz borcu, 20 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 13694,76 (on üç min altı yüz doxsan dörd dollar yetmiş altı sent) ABŞ dolları ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ö dənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh və xxxmüştərək qaydada iddiaçı “xxxx” İKB ASC-nin xeyrinə tutulması, ödənilməli olan 10 (on) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və xxxmüştərək qaydada Dövlət büdcəsinin xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Məmmədova - sədrlik edən və məruzəçi, V.Həsənov, X.Sarıyev) 13 iyun 2019-cu il tarixli 2(103)-8232/2019 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 fevral 2019-cu il tarixli, 2(005)-60/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə, yəni cavabdehlər Cavabdeh və xxxmüştərək qaydada 3663,17 ABŞ dolları faiz və 20 ABŞ dolları cərimə borcun un tutulması hissəsində iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.06.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kreditorun əmlak və əsaslı mənafelərini nəzərə almayaraq, yalnız ekspertiza rəylərinə əsaslanaraq cavabdehlərin kredit borcunu faiz hissəsində azaltmışdır, halbuki ekspertlər həqiqətə uyğun olmayan rəy vermişdir. Hətta təkrar ekspertiza zamanı ekspert tərəfindən heç bir əlavə araşdırılma aparılmadan formal olaraq, həqiqətə uyğun olmayan ilkin rəyə uyğun rəy verilmişdir. Ekspert rəyi ilə, həmçinin ekspert r əyinə əsasən məhkəmə tərəfindən aparılmış hesablamalar üzrə cavabdehin faiz borcunun məbləği düzgün müəyyən edilməmiş, cərimə borcu isə xeyli azaldılmışdır. İş materiallarından da görünür ki, cavabdeh kredit üzrə bu vaxtadək gecikmələrlə yanaşı az məbləğdə ödənişlər aparmışdır. Belə ki, Cavabdeh 25 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas borcdan banka cəmi 2728,27 ABŞ dolları, faiz borcundan isə 2585,7 ABŞ dolları ödəniş etməklə, əsas borc üzrə sonuncu ödənişi 18.10.2017-ci il tarixdə, faiz borcu üzrə sonuncu ödənişi isə 15.12.2015-ci il tarixdə etmişdir. Belə olan halda, ekspert rəyi ilə cavabdehin faiz borcunun məbləğinin 3663,17 ABŞ dolları müəyyən edilməsi anlaşılmazdır və ekspert tərəfindən düzgün tədqiqatın aparılmamasının nəticəsi olaraq səhvdir. Qeyd olunanlara əs asən, cavabdehin faiz borcunun məbləği onun bankdan götürdüyü 12740 ABŞ dollarına münasibətdə müəyyən edilməlidir. Bundan başqa, məhkəmə qanunda təsbit olunmuş səlahiyyətindən sui-istifadə edərək dəbbə pulunun həcmini əhəmiyyətli dərəcədə azaltmışdır. Dəbbə pulunun həcmini azaldarkən qanunvericiliyə görə məhkəmə cavabdehin deyil, kreditorun mənafelərini nəzərə almalıdır. Müqavilədə dəbbə pulunun nəzərdə tutulması müqavilə üzrə öhdəliyin vaxtında və düzgün icrası üçün qanunvericiliklə müəyyən edilmiş sanksiyadır. Ona görə də, cərimə elə məbləğdə müəyyən edilməlidir ki, pozuntu törədən şəxs pozuntuya uyğun məhrumiyyətə (pul itkisinə) məruz qalsın, bununla da mülki hüquqi cəzanın yaratdığı məhrumiyyəti öz üzərində hiss etsin. Göründüyü kimi, məhkəmə cavabdehlərin faiz və cərimə borcunun məblə ğini azaltmaqda haqlı olmamış və qətnamədə səhv nəticəyə gəlmişdir. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR İddiaçının vəkili Vəkil məhkəmə iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.. Digər proses iştirakçılarına işə baxılmasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya ins tansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə “xxxx” İKB ASC ilə cavabdehlər Cavabdeh və xxxarasında bağlanmış 25.09.2014-cü il tarixli, 6-MZ-3-0-1939-14 nömrəli bank hesabı, kredit və zaminlik müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh illik 28 faiz olmaqla, 24 ay müddətinə 12740 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən digər cavabdeh xxx(zamin) qeyd olunan kredit müqaviləsi üzrə Cavabdeh bank qarşısında götürdüyü öhdəliyini icra e tmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. Sonradan 30.03.2015-ci il tarixdə tərəflərin qarşılıqlı razılığı əsasında 25.09.2014-cü il tarixli, 6-MZ-3-0-1939-14 nömrəli bank hesabı, kredit və zaminlik müqaviləsinə əlavə edilmiş, müqavilənin bitmə tarixi 30.08.2017-ci il, müqavilə üzrə faizlər 26 faiz müəyyən edilmişdir. Bundan sonra bir daha sözügedən müqaviləyə dəyişikliklər edilərək, müqavilənin bitmə tarixi 11.07.2019-cu il, müqavilə üzrə faizlər 22 faiz müəyyən edilmişdir. İddiaçı “xxxx” İKB ASC həmin məbləğdə pulu Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdehlər bu müqavilələr üzrə öhdəlikləri lazımınca icrasını təmin etməməklə müqavilələrin və mülki qanunvericiliyin şərtlərini pozmuşlar. Azərbaycan R espublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13.07.2018-ci il tarixli, 2430 nömrəli ekspert rəyinə əsasən, 25.09.2014-cü il tarixli, 6-MZ3-0-1939-14 nömrəli bank hesabı, kredit və zaminlik müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh 12.06.2017-ci il tarixə banka olan borcu 13702,21 ABŞ dolları təşkil edir. Ondan 10011,59 ABŞ dolları əsas borc, 3663,17 ABŞ dolları faiz borcu və 27,45 ABŞ dolları cərimə borcudur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 120 (yüz iyirmi) manat təşkil edir. İddiaçı “xxxx” İKB ASC-nin nümayəndəsi X1 təqdim olunmuş ekspert rəyi ilə razılaşmadığı üçün məhkəməyə vəsatətlə müraciət edərək iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi nin 13.12.2018-ci il tarixli, 23757 nömrəli ekspert rəyinə əsasən, 25.09.2014-cü il tarixli, 6-MZ3-0-1939-14 nömrəli bank hesabı, kredit və zaminlik müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh 03.11.2017-ci il tarixə banka olan borcu 13674,77 ABŞ dolları təşkil edir. Ondan 10011,59 ABŞ dolları əsas borc, 3663,17 ABŞ dolları faiz borcudur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat təşkil edir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı bank 431,64 ABŞ dolları cərimə hesablayıb tələb etmiş, birinci instansiya məhkəməsi isə onu mütənasib hesab etdiyi 20 ABŞ dolları həddinə qədər azaltmışdır. Kollegiyanın qənaətinə görə işin halları baxımından, xüsusilə cavabdehin ödədiyi kredit borcunun məbləği nəzərə alındığında 20 ABŞ dolları məbləğinin əsas borca m ütənasib olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ağlabatan və ədalətli hesab olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi qətnamənin yoxlanılan hissələri üzrə düzgün nəticəyə gəlmiş və maddi və prossesual hüquq normalarının pozuntusuna yol verməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, k redit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş mü ddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. İş üzrə ödənilməli olan əsas, faiz borcu müvafiq ekspertiza və təkrar ekspertiza keçirilməklə müəyyən edilmişdir. Ekspert rəyində maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və kredit razılaşmasının və bu razılaşma əsasında imzalanmış əlavə sazışlərin qeyd olunan şərtləri nəzərə alınmaqla əsas və faiz borcu müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qəra rdadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Kassator kredit borcun düzgün hesablanmamasını iddia etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, iş üzrə borcun məbləğinin müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilərək keçirilmiş, kredit borcunun məbləği ekspert rəyinə uyğun olaraq müəyyənləşdirilmişdir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifad ə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Dəbbə pulunun azaldılması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikd ən sonra onun miqdarının azaldılması istisna edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli qərarında belə bir hüquqi mövqe müəyyən edilmişdir ki, kredit borcunun qaytarılmaması kimi işlərə baxılarkən borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərinin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğ unluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14.05.2015-ci il tarixli qərarında müəyyən etmişdir ki, əhalinin maraqlarını nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsi məqsədəmüvafiq hesab edilsin. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehlərdən tələb edilən cərimə borcunun məbləğinin 20 ABŞ dolları müəyyən edərkən haqlı olmuş və yuxarıda qeyd edilənləri nəzərə almışdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edi r ki, apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərdən əsaslı olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, kassasiyada qeyd edilənlər iş materialları ilə təkzib edilir, kassator həmin dəlillərlə bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi - kassasiya şikayəti vermiş şəxsə münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. QƏRARA ALDİ: İddiaçı “xxxx” İKB-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.06.2019-cu il tarixli 2(103)8232/2019 nömrəli qətnaməsi kassatora münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6969/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6969/2019
04.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver