Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-697/2020 29.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(105)-1151/2019 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Abşeron rayon məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim İ.Ə.Kərimli, iş 2(012)-4856/2018) iddiaçı ASC İddiaçıkının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabd eh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı borcun tutulması, borcun ipoteka predmetinə yönəldilməsi və cavabdehlərin evdən çıxarılması tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh1 iddiaçı ASC İddiaçıkın xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 103.449,69 manat əsas borc, xx.xx.2018-ci il tarixədək illik 16 faiz dərəcəsi ilə hesablanmış 23.035,55 manat adi faiz borcu, xx.xx.2018-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 1787 manat məbləğində penya olmaqla, cəmi 128.272,24 manat məbləğində pul vəsaiti tutulması, borcun ödənilməsi üçün ipoteka predmeti olan və Cavabdeh1 mülkiyyətində olan N küçəsində yerləşən 0,10 ha torpaq sahəsi və onun üzərində yerləşən 12 nömrəli fərdi yaşayış evinə tutma yönəldilməsi, fərdi yaşay ış evinin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh1 iddiaçı ASC İddiaçıkına olan borcunun ödənilməsi, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, onların ailə üzvləri və digər şəxslərin mənzili 1 ay ərzində tərk etmədikləri halda həmin şəxslərin məcburi qaydada çıxarılması, ipoteka predmetinin ilkin satış qiyməti 205.000 manat müəyyən edilməsi, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, habelə sənədlərin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 15 manat pul vəsaitinin əvəzi Cavabdeh1 iddiaçının xeyrinə tutulması qət edilmişdir. Sumqayı t Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: G.F.Tağızadə, T.O.Quliyev və E.G.Rəhimov) Cavabdeh3 verdiyi apellyasiya şikayətinin qismən təmin edilərək, Abşeron rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş, İddiaçık ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsi və cavabdehlərin evdən çıxarılması tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh1 iddiaçı ASC İddiaçıkın xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 103.449,69 manat əsas borc, xx.xx.2018-ci il tarixədək illik 16 faiz dərəcəsi ilə hesablanmış 23.035,55 manat adi faiz borcu, xx.xx.2018-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 1787 manat məbləğində penya olmaqla, cəmi 128.272,24 manat məbləğində pul vəsaitinin tutulması, borcun ödənilməsi üçün ipoteka predmeti olan və Cavabdeh1 mülkiyyətində olan N küçəsində yerləşən 0,10 ha torpaq sahəsi və onun üzərində yerləşən 12 nömrəli fərdi yaşayış evinə tutma yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh1 iddiaçı ASC İddiaçıkına olan borcunun ödənilməsi, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, onların ailə üzvləri mənzili 1 ay ərzində tərk etmədikləri halda həmin şəxslərin məcburi qaydada çıxarılması, ipoteka predmetinin ilkin satış qiymətinin 206.000 manat m üəyyən edilməsi, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, habelə sənədlərin notarial qaydada təsdiq edilməsi üçün ödənilmiş 15 manat pul vəsaitinin əvəzinin Cavabdeh1 iddiaçının xeyrinə tutulmuşdur. Həmin qətnamə ilə Abşeron rayonu, N küçəsində yerləşən 0,10 ha torpaq sahəsi və onun üzərində yerləşən 12 nömrəli fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan digər şəxslər mənzili 1 ay ərzində tərk etmədikləri halda həmin şəxslərin məcburi qaydada çıxarılması hissəsində iddianın təmin edilməməsi qət edilmişdir. İşin halları: ASC İddiaçık ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 16 faiz olmaqla 48 ay müddətinə 202.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan, Abşeron rayonu, N küçəsində yerləşən 0,10 ha torpaq sahəsi və onun üzərində yerləşən 12 nömrəli fərdi yaşayış evi eyni tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. 2017-ci ilin avqust ayında bank iddia ərizəsi ilə və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən qeyd olunan kredit müqaviləsi üzrə yaranmış 153.905,46 manat məbləğində borcun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi və s. dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən m əhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh3 qızı qətnamədən kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında Cavabdeh3 və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Digər cavabdehlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiklərindən məhkəmə tərəfindən onların izaha tları dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, İddiaçık İKB ASC ilə Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsini bağlamaqla üzərlərinə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərə kəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bank iş üzrə müəyyən olunduğu kimi, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulmuş kreditin ilə Cavabdeh1 verilməsini təmin etmiş və tərəflərin ümumi razılığına əsasən kreditin qaytarılma müddətini və şərtlərini müəyyən edən ödəniş cədvəli tərtib olunmuşdur. Lakin işdən göründüyü kimi ilə Cavabdeh1 kreditin qaytarılması qaydası və şərtləri ilə əlaqədar üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə onun banka əsas, faiz və cərimə borcu yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması v ə ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Müəyyən olunduğu kimi Cavabdeh1 bankla bağladığı kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı kimi mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Mülki Məcəllənin 307.7 və 309.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariatda təsdiq olunmalı və dövlət qeydiyyatına alınmalıdır. İşdən görünür ki, bankla bağlan mış ipoteka müqaviləsi qanunun yuxarıda göstərilən normalarının tələblərinə müvafiq olaraq notariatda təsdiq olunmuş və ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. Mülki Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Kollegiya yuxarıda göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisə maddi və prosessual hüquq normalarının tələblərinə və müəyyən olunmuş sübutlara uyğun həll edilməklə qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbay can Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-697/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-697/2020
29.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver