Məhkəmə qərarları › İş №2(102)-697/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-697/2022

27.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-697/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi 27.01.2022 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1603/2021 nömrəli iş üzrə 14 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 27 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından gör ünür ki, İddiaçı Cavabdeh ilə torpaq sahəsinin alqı-satqısı barədə razılığa gələrək ona əvvəlcədən torpaq sahəsinin dəyəri olaraq hissə-hissə - 4700 ABŞ dolları və 50 ABŞ dolları olmaqla ümumilikdə 4750 ABŞ dolları pul vermiş, həmçinin sənədləşmə və əlavə xərclər üçün iddiaçı cavabdehə 210 manat və 150 manat olmaqla ümumilikdə 360 manat pul vermişdir. Lakin, sonradan torpaq sahəsinin faktiki və sənəd üzrə ölçülərində uyğunsuzluq yaranmış, torpaq sahəsinin alqı-satqısının sənədləşdirilməsi mümkün olmamışdır. Bu səbəbdən iddiaçı ödədiyi pulu geri tələb etmişdir. Lakin cavabdeh 4750 ABŞ dolları və 360 manat pulu İddiaçı qaytarmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4750 (dörd min yeddi yüz əlli) ABŞ dollarının, 360 (üç yüz) altmış manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehi internet vasitəsilə tanıyır. Belə ki, cavabdeh 2016-cı ilin yaz aylarında, internetdə özünə məxsus olan sənədlə 7,5 sot, faktiki olaraq isə 10 sot olan torpaq sahəsini satmaq məqsədilə elan yerləşdirmiş və torpağın dəyərini 8000 (səkkiz min) manat qoymuşur. O, həmin şəxslə əlaqə saxlamış və torpaq almaq niyyətinin olduğunu bildirmişdir. Sonradan torpağa baxmaq niyyəti ilə X kəndinə getmiş və torpaq sahəsinə və torpağın sənədinə baxmışdır. Lakin torpağa məxus olan sənəd DƏDRX tərəfindən verilmiş çıxarış olmadığından, to rpağın alqı-satqısı üçün mütləq olaraq çıxarışın olması zəruriliyini nəzərə alaraq, ərazi üzrə cavabdehin oğlu olan Nurlan adlı şəxslə DƏDRX-nin ərazi idarəsinə getdilər. Cavabdehin oğlu da bildirdi ki, qeyd edilən idarədə yaxın tanışları işləyir və o torpağın sənədləşdirilməsində onlara kömək edəcək. İdarədən torpağa dair sənədlərə baxıldıqdan sonra onlara bildirildi ki, bu kateqoriya sənədlər əsasında 20 (iyirmi) gün ərzində torpağın çıxarışı hazır olur və bundan sonra onlar alqı-satqı prosesini həyata keçirə bilərlər. O da cavabdehə torpağın çıxarışı hazır olan kimi alqı-satqıya getməyə razı olduğunu bildirdi. Sənədə baxdıqdan sonra o, Bakı şəhərinə qayıtdı. Təqribən bir həftə cavabdeh ona zəng edərək bildirdi ki, qardaşının xəstəliyi ilə bağlı İrana aparamalıdır. Əgər torpağı alacaqsa, pul ödənişini tezləşdirsin. Mümkün edib pulu dollarla versin, çünki onlar xarici ölkə olan İrana gedəcəklər, onlara dollar lazım olacaq. Əlavə olaraq bildirdi ki, “mən halal adamam, narahat olma, çıxarış alınan kimi alqı-satqını həyata keçirəcəm”. O da inanaraq, qardaşı X, dostu X birlikdə X getdi. 4700 (dörd min yeddi yüz) ABŞ dolları miqdarında pulu X işləyən cavabdehə verdi. Cavabdeh bildirdi ki, “torpaq sənin halalındır, iki üç gün sonra cavabdehin oğlu Bakıya gələrək bildirdi ki, onlara verilən dolları manata çevirdikdə torpağın pul tamamlanmır. Bu dəfə də 50 (əlli) ABŞ dollarını və 150 (yüz əlli) manat pulu cavabdehə zəng vurub bildirərək X verdi. Ondan da üç gün sonra isə Bakı şəhərində X görüşdü və o da bildirdi ki, artıq İrana gedəsi olmadılar, sənədi DƏDRX-yə veriblər, amma sə nədi almaq üçün 210 (iki yüz on) manat dövlət rüsumu lazımdır. Bu dəfə də 210 (iki yüz on) manat pulu cavabdehə zəng vurub bildirərək X verdi. Təqribən 1 həftə sonra torpağa baxış keçirilmiş və müəyyən edilmişdir ki, sənədə qeyd olunmamış yol mövcuddur. Bu səbəbdən torpağa dair çıxarışın verilməsi mümkün deyil. Həmin vaxtdan sonra müxtəlif bəhanələr gətirərək nə torpaq sənədləşdirildi, nə də pulu qaytarıldı. Əlavə bəhanə gətirildi ki, torpaqlar elektron məlumat bazasına yerləşdiriləcək, bu da 2017-ci ilin 1 yanvarınadək yekunlaşacaq. Həmin iki il müddətdə dəfələrlə kəndə getmiş, hətta fasilələrlə xeyli vaxt kənddə qalmışdır. Qonşularla tanış olmuş və bildirmiş ki, “bu torpaq sahəsinin sahibi mən olacağam”. Lakin cavabdehin hər dəfə ona müxtəlif bəhanələr gətirərək torpağı satmaqdan imtina etməsini gördükdə pulunu geri tələb etdi. Lakin cavabdeh ona bildirdi ki, pulu ancaq torpağı satdıqdan sonra qaytara biləcək, çünki pul yoxdur və xərclənib. Qeyd edilən müddətdən indiyədək cavabdeh pulun bir manatını belə olsa qaytarmayıb. Belə ki, sonradan cavabdehin hərəkətlərindən bəlli olur ki, onun pulunu qaytarmaq fikri yoxdur. Çünki, o üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək fikri olsa idi, ən azında bu qədər uzun müddət ərzində pulun müəyyən hissəsini qaytarmağa cəhd edərdi. Hesab edir ki, cavabdehin ona qarşı bu cür qanunsuz hərəkətləri onun əmlak hüquqlarını pozur və qeyd etdikləri nəzərə alınmaqla cavabdehin ona ödəməli olacağı pul ədalət mühakiməsini həyata keçirən məhkəmə tərəfindən tam şəkildə tutulmalı, borc pul ona ödənilməlidir.

4. Qəbələ Rayon Məhkəməsinin (hakim E. İsayev) 31 may 2021-ci il tarixli, 2(025)740/2021 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 4750 (dörd min yeddi yüz əlli) ABŞ dolları qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla pul vəsaiti, 360 (üç yüz altmış) manat pul vəsaiti və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə torpaq sahəsinin alqı-satqısı barədə razılığa gələrək ona əvvəlcədən torpaq sahəsinin dəyəri olaraq hissə-hissə - 4700 ABŞ dolları və 50 ABŞ dolları olmaqla ümumilikdə 4750 ABŞ dolları pul vermiş, həmçinin sənədləşmə və əlavə xərclər üçün iddiaçı cavabdehə 210 manat və 150 manat olmaqla ümumilikdə 360 manat pul vermişdir. Həmin f aktı cavabdeh də təsdiq edir. Lakin, sonradan torpaq sahəsinin faktiki və sənəd üzrə ölçülərində uyğunsuzluq yaranmış, torpaq sahəsinin alqı-satqısının sənədləşdirilməsi mümkün olmamışdır. Bu səbəbdən iddiaçı ödədiyi pulu geri tələb etmişdir. Lakin cavabdeh 4750 ABŞ dolları və 360 manat pulu İddiaçı qaytarmamışdırlar.

6. Məhkəmə hesab etmişdir ki, mülki qanunvericiliyin tələbləri baxımından Cavabdeh hərəkətləri əsassız varlanma kimi qiymətləndirilməli, bu səbəbdən İddiaçı tərəfindən Cavabdeh verilmiş 4750 (dörd min yeddi yüz əlli) ABŞ dolları və 360 (üç yüz altmış) manat məbləğində pul qaytarılmalıdır.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091, 1092.1-ci, Mülki Prossesual Məcəllənin 119, 216- 220, 227, 358, 360 və 362-ci maddələrinə istinadla əsaslandırmışd ır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir.

9. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1603/2021 nömrəli iş üzrə 14 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.Məcidov və M.Əsədli) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli, 2(025)-740/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və pr osessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apelyаsiyа şikаyətində göstərilən dəlillər əsаssız оlduğundаn qətnаmənin ləğv edilməsi və iddiа tələbinin rədd edilməsi üçün əsаs оlа bilməz.

11. Belə ki, apellyasiya şikayətində cavabdeh iddiaçı ilə aralarında olan razılaşmanı pozmadığını, qarşı tərəfin fikrini dəyişməsi səbəbindən problemin həllində mübahisə yarandığını göstərir. Məhkəmə kollegiyası bu dəlili əsassız hesab etmişdir. Çünki tərəflər alqı-satqı müqaviləsi bağlamağa hazırlaşsalar da sonda cavabdehin torpağının sənədlərində olan çatışmazlıq səbəbindən alqı-satqı prosesi baş tutmamışdır. Ona görə də hazırkı vəziyyətdə cavabdehin iddiaçıya qarşı hər hansı tələbi əsassızdır. Məhkəmə kollegiyasi tərəfindən müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh ilə torpaq sahəsinin alqısatqısı b arədə razılığa gələrək ona əvvəlcədən torpaq sahəsinin dəyəri olaraq hissə-hissə - 4700 ABŞ dolları və 50 ABŞ dolları olmaqla ümumilikdə 4750 ABŞ dolları pul vermiş, həmçinin sənədləşmə və əlavə xərclər üçün iddiaçı cavabdehə 210 manat və 150 manat olmaqla ümumilikdə 360 manat pul vermişdir. Həmin faktı cavabdeh də təsdiq edir. Lakin, sonradan torpaq sahəsinin faktiki və sənəd üzrə ölçülərində uyğunsuzluq yaranmış, torpaq sahəsinin alqı-satqısının sənədləşdirilməsi mümkün olmamışdır. Bu səbəbdən iddiaçı ödədiyi pulu geri tələb etmişdir. Lakin cavabdeh 4750 ABŞ dolları və 360 manat pulu İddiaçı qaytarmamışlar.

12. Məhkəmə kollegiyası bununla bağlı qeyd etmişdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazı əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Məhz iddiaçı tərəf iddia ərizəsində göstərilmiş ziyanın dəyməsini, zərərin məhz cavabdeh tərəfindən törədilməsini və səbəbli əlaqəsini sübut etməlidir. İddiaçı tərəfindən də tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməklə yanaşı, cavabdeh də işin bu halını mübahisələndirməmiş, əksinə məhkəmə iclasında pulu qaytarmağa hazır olduğunu, həmin puldan 5500 manatı indi, qalan hissəsini is ə bir il müddətinə qaytramaq istədiyini bildirmişdir. Cavabdehin mübahisələndirdiyi hal əsasən qalıq pulun 400 manatını iddiaçıya qaytarmamaq olmuşdur ki, bunun da əsl səbəbini inandırıcı şəkildə məhkəməyə izah edə bilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin icraatına xitam verilməsini xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında 14.11.2021-ci il tarixli barışıq sazişi bağlanmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

16. MPM-in 407. 2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

17. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

18. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

19. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

20. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. (maddə 1091.1)

21. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qaza ndıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. (maddə 1091.2)

22. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. (maddə 1092.1)

23. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. (maddə 1092.2) Mülki Prossesual Məcəllə

24. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(madd ə 14.2)

25. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

26. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

27. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

28. Kassasiya instansiyası məhkə məsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

29. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Tərəflər arasında 14.11.2021-ci l tarixli barışıq sazişinin bağlanması barədə kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan 14.11.2021-ci il tarixli barışıq sazişi notarial qaydada təsdiq edilmədiyindən qeyd edilən sazişin tərəflərin iradəsini ifadə edib-etmədiyini müəyyən etmək mümkün olmamışdır.

32. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1603/2021 nömrəli iş üzrə 14 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar