Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6976/2019 19.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, ilkin iddiaçının vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 mart 2019-cu il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(001)-2583/2018, haki m Ş.Ə.Məhərrəmova) İddiaçı Cavabdeh XXXoğluna qarşı iddiası təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq 27 iyun 2012-ci il təvəllüdlü X3, 29 iyun 2013-cü il təvəllüdlü X4 və 16 oktyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 462 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı ödənilməsi, alimentin yeni qayda ilə tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması qət edilmiş, Cavabdeh İddiaçı qarşı “alimentin azaldılması” tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 mart 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-775/2019 R.Ə.Qurbanov, A.Ə. Hüseyn, E.Q.Nəbiyev) Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə qismən, ilk iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, ilk iddia rədd edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən İddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə, Cavabdeh isə verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşin halları: Cavabdeh ilə İddiaçı rəsmi nikah qeydiyyatından keçmədən faktiki ailə qurmuş, tərəflərin 27 iyun 2012-ci il təvəllüdlü Məharət, 28 iyun 2013-cü il təvəllüdlü Müzamil, 16 oktyabr 2015-ci il təvəllüdlü Gülşad adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Binəqə di Rayon Məhkəməsinin 14 dekabr 2016-cı il tarixli qətnaməsi ilə 27 iyun 2012-ci il təvəllüdlü X3, 29 iyun 2013-cü il təvəllüdlü X4 və 16 oktyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 117 manat olmaqla, cəmi 351 manat sabit pul məbləğində alimentin alınıb İddiaçı ödənilməsi qət edilmişdir. 26 aprel 2018-ci il tarixdə İddiaçı 12 iyul 2017-ci il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılması tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 154 manat, cəmi 452 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəs i verərək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə ondan tutulan alimentin məbləğinin azaldılıb hər ay hər uşaq üçün 86,6 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri, kassasiya şikayətlərinə qarşı etirazlar və tərəflərin izahatları İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, cavabdehin maddi imkanlarının yüksək olması nəzərə alınmamışdır. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, onun əlil olması, əmək qabiliy yətinin olmaması nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında ilkin iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş qarşılıqlı iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərarda dının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İlk iddia tələbinin əsasını məhkəmə qətnaməsi əsasında uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilən alimentin məbləğinin artırılması, qarşılıqlı iddia tələbinin əsasını isə həmin alimentin məbləğinin azaldılması təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azadetmənin əsaslarını müəyyən edən 112ci maddəsinin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olu nmuş miqdarını dəyişə bilər. İlkin iddia tələbinin əsasını Binəqədi Rayon Məhkəməsinin 12 iyul 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması təşkil edir. Həmin qətnamə ilə Binəqədi Rayon Məhkəməsinin 14 dekabr 2016-cı il tarixli qətnaməsi ilə hər uşağa görə müəyyən edilmiş 117 manat alimentin məbləği artırılaraq 136 manat müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 02 noyabr 2018-ci il tarixli, 2(103)-11544/2018 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Binəqədi Rayon Məhkəməsinin12 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Binəqədi Rayon Məhkəməsinin 14 dekabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması barədə iddi ası rədd edilmiş, apellyasiya məhkəməsinin həmin qətnaməsi qanuni qüvvəyə minmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 dekabr 2016-cı il tarixli 2(001)-16426/2016 saylı qətnaməsi ilə müəyyən olunan alimentin məbləğinin artırılması üçün əsaslar mövcud deyildir. Bu baxımdan apellyasiya məhkəməsi, ilkin və qarşılıqlı iddia tələblərini təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Ailə Məcəlləsinin 112-ci maddəsindən görünür ki, məhkəmə tərəfindən aliment miqdarı müəyyən olunduqdan sonra həmin miqdarın dəyişdiirlməsi əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi təşkil edir. Lakin cavabdeh Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 14 dekabr 2016-cı il tarixli 2(001)-16426/2016 say lı qətnaməsi qəbul edildikdən sonra alimentin məbləğinin azaldılmasına təsir edə biləcək maddi və ailə vəziyyətində dəytişiklərin baş verməsi ilə bağlı sübut təqdim etməmiş və MPM-nin 77.1-ci maddəsi üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişlər. Göründüyü kimi qanunvericiliyin tələblərinə görə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsi- artırılması və ya azaldılması və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmə yalnız tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması halında mümkündür. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli qətnaməsi qəbul edildikdən sonra alimentin məbləğinin artırılmasına və ya azaldılmasına əsas ola biləcək hər hansı dəyişikl ik baş verməsi müəyyən edilmədiyindən və tərəflər bununla bağlı hər hansı sübut təqdim etmədiklərindən aliment məbləğinin artırılması barədə ilk iddia və aliment məbləğinin azaldılması barədə qarşılıqı iddia əsaslı deyildir. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan RespublikasınınMülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qə
Məhkəmə qərarları › İş №2(102)-6976/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6976/2019
19.11.2019 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver