Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6977/2019 15.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Əhmədova Mehparə Tofiq qızının sədrliyi və məruzəsi ilə, hakimlər Rüstəmov Əli Məhəmməd oğlundan, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25.04.2018-ci il tarixli, 2(103)-458/2018 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim G.Kərimova) 2(010)-327/2017 saylı, 01.03.2017-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh əsas borc üzrə 27956,70 ABŞ dolları, faiz borcuna görə 10042,38 ABŞ dolları, cərimə borcuna görə 2000 ABŞ dolları olmaqla, cəmi 39999,08 ABŞ dolları məbləğində borc, 31 manat dövlət rüsumu, tutularaq İddiaçı-yə ödənilməsi; tutma ipoteka predmetinə yönəldikməklə Cavabdeh xüsusi mülkiyyətində olan V1 saylı mənzilin ilkin satış qiyməti satıldığı ana orta bazar qiyməti ilə qiymətləndirilməklə satılması və satışdan əldə ediləcək pul vəsaiti hesabına Cavabdeh H qızının banka olan borcu ödənilməsi; iddiaçının tələbi tam ödənildikdən sonra, satışdan qalan pul vəsaiti Cavabdeh qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər X.Cəmilova, A.Hüseynov, H.Həmidov) 25.04.2018-ci il tarixli, 2(103)-458/2018 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-327/2017 saylı 01 mart 2017-ci il tarixli qətnaməsinin «cavabdehdən 10042,38 ABŞ dolları faiz, 2000 ABŞ dolları cərimənin tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi» hissələrində dəyişdirilməsi, Cavabdeh faiz borcuna görə 5001,68 ABŞ dolları (beş min bir ABŞ dolları, 68 sent), cərimə borcuna görə 100 (yüz) ABŞ dolları məbləğində borcun ödəniş gününə manata olan məzənnə ilə tutularaq İddiaçı-yə ödənilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 80000 (səksən min) manat müəyyən edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər X.Cəmilova, A.Hüseynov, İ.Xəlilov) 2(103)-458/2018 saylı 16.10.2018-ci il tari xli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər X.Cəmilova, İ.Xəlilov, İ.Kərimli) 2(103)-458/2018 saylı 19.11.2018-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-458/2018 saylı, 16.10.2018-ci il tarixli qərardadından verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər X.Cəmilova, İ.Xəlilov, İ.Kərimli) 2(103)-458/2018 saylı, 22 iyul 2019-cu il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25.04.2018-ci il tarixli, 2(103)-458/2018 saylı qətnaməsindən kassasiya şikayətinin verilmə müddətinin bərpası barədə Cavabdeh tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh və vəkili X1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.07.2019-ci il tarixli, qərardadından kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəmənin (hakim M.Əhmədova) 30.09.2019-cu il tarixli, 2(102)-6977/2019 saylı qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilərək, məhkəmə iclası 15.11.2019-cu il tarixə, saat 11:20-ə təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda göstərilənlərə əsasən iş kassasiya baxışından çıxarılmaqla apelyasiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Odur ki, kassasiya kollegiyası belə qənaətə gəlir ki, mübahisələndirilən qərardad prosessual müddətin bərpası ilə əlaqədar olduğundan, qanunverici həmin qərardaddan kassasiya şikayəti verilməsini nəzərdə tutmadığından qərardaddan verilmiş kassasiya şikayəti düzgün olmayaraq icraata qəbul edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 404-409, 417-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Ali Məhkəməsinin 15.11.2019-cu il tarixli “işin icraata qəbul edilməsinə” dair qərardadı ləğv edilsin və iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6977/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6977/2019
15.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver