Məhkəmə qərarları › İş №2(102)-698/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-698/2020

12.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-698/2020 12.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X4 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorlar İddiaçı1, İddiaçı2 XXX oğlu və vəkilləri X5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı1, İddiaçı2 XXX oğlu və XXXqızının kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(009)-3/2019, hakim Ş.Z.Abdullayev) İddiaçı1 və İddiaç ı2 XXX oğlunun Cavabdeh1 və Cavabdeh4 qarşı iddiası qismən təmin edilmiş, “xxxx” ATSC-nin adından satıcı qismində Cavabdeh1 ilə alıcı qismində Cavabdeh4 arasında (onun adından etibarnamə əsasında çıxış edən X13) Quba rayonu, Birinci Nügədi kəndində yerləşən “xxxx” ATSC-yə məxsus 0,1005 hektar torpaq sahəsində qeyri-yaşayış binasının alqı-satqısına dair xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinin,“xxxx” ATSC-nin adından satıcı qismində Cavabdeh1 ilə alıcı qismində Maraqlı şəxs1 arasında Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanda yerləşən, istifadədə olan 0,29491 hektar torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının alqı-satqısına dair xx.xx.2013-cü il tarixli alqı-satqı müqaviləsinin,“xxxx” ATSCnin adından satıcı qismində Cavabdeh1 ilə alıcı qismində Cavabdeh3 arasında Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanda yerləşən, istifadədə olan 0,3193 hektar torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının 44,1 kv.m sahəsinin alqı-satqısına dair xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinin, “xxxx” ATSC-nin adından satıcı qismində Cavabdeh1 ilə alıcılar qismində X14, Cavabdeh2, Maraqlı şəxs1 və X11 arasında Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanda yerləşən, ümumi sahəsi 2.962,9 kv.m olan əmlak kompleksi kimi müəssisənin, tikintialtı sahəsi 365,3 kv.m, ümumi sahəsi 306,2 kv.m olan qeyri-yaşayış binasına (inzibati bina) dair xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsi və sahəsi 47,1 kv.m olan qeyri-yaşayış sahəsinin və sahəsi 27,9 kv.m olan qeyri-yaşayış sahəsinin Cavabdeh3 satılmasına dair alqı-satqı müqavilələrinin, “xxxx” ATSC-nin adından sat ıcı qismində Cavabdeh1 ilə alıcı qismində Cavabdeh4 arasında Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanda yerləşən, “xxxx” ATSC-yə məxsus ümumi sahəsi 2.777,7 kv.m olan əmlak kompleksi kimi müəssisənin, tikintialtı sahəsi 155,3 kv.m, ümumi sahəsi 118,9 kv.m oian qeyri-yaşayış binasının 50,1 kv.m sahəsini, tikilialtı sahəsi 33,1 kv.m, ümumi sahəsi 21,7 kv.m olan qeyri-yaşayış binasını, tikintialtı sahəsi 87,7 kv.m, ümumi sahəsi 71,1 kv.m olan qeyri-yaşayış binasının alqı-satqısına dair xx.xx.2011-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqavilələri əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin və verilmiş çıxarışların ləğv edilməsi, həmin daşınmaz əmlaklar üzərində “xxxx” ATSC-nin mülkiyyət hüquqlarının bərpa edilməsi qət e dilmiş,iddia qalan hissədə rədd edilmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Cavabdeh1 və Cavabdeh4 qarşı iddiası qismən təmin edilmiş, X2 məxsus “xxxx” ATSC-nin 35.618 ədəd səhmlərinin xx.xx.2007-ci il tarixdə Cavabdeh1 satılmasına dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında səhmlər üzərində Cavabdeh1 adına aparılmış qeydiyyatın ləğv edilməsi və həmin səhmlər üzərində X1 mülkiyyət hüquqlarının bərpa edilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(104)-8122/2019, hakimlər M.A.Məmmədov, Ş.Ə.Məhərrəmova, E.Y.Şamayev) Cavabdeh1, Cavabdeh4 və qeyrilərinin apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə apellyasiya baxışının p redmeti olan hissədə, yəni iddia tələblərinin təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbləri həmin hissələrdə də təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı1, İddiaçı2 XXX oğlu və XXXqızı verdikləri kassasiya şikayətində qətnamənin ləğv edilib iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşin halları: xx xxxxx 2013-cü il tarixdə iddiaçılar İddiaçı1 və İddiaçı2 XXX oğlu cavabdehlər Cavabdeh1, Cavabdeh4 və maraqlı şəxs Milli Depozit Mərkəzinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, sonradan iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə verərək, cavabdehlər tərəfindən “xxxx” X19 Cəmiyyətinin səhmdarlarına paylı mülkiyyət hüququ əsasında məxsus olan avtomobillərin təmiri üçün inşa edilmiş “Modul” adlanan, metaldan qu raşdırılmış 30.000 manat dəyərində təmir sexinin, əlvan metaldan inşa edilmiş 20.000 manat dəyərində anbarların, 70.000 manat dəyərində 17 ədəd “İkarus” markalı avtomaşınların, “Modul” təmir sexinə məxsus olmuş 2000 manat dəyərində beton panellərin, 5000 manat dəyərində avtomobillərin təmiri üçün 10 ton yük qaldırıcı kranın, ATSC-yə 8000 manat dəyərində olan avtokar və 20.000 dəyərində olan yanacaq çənlərinin, cəmi 155.000 manat vurulmuş zərərin əvəzinin və ATSC-nin təsərrüfat fəaliyyətindən əldə edilmiş gəlirlərindən paylarına düşən əldən çıxmış faydanın 65.000 manat pul vəsaitinin ödənilməsi, Quba rayonu, İ Nügədi kəndində yerləşən ATSCninistifadəsində olan 0,1005 hektar torpaq sahəsində yerləşən “A” ümumi sahəsi 187,1kv.m., tikinti altı sahəsi 228,1 kv.m., “B” ümumi sahəsi 168,2 kv.m., tikinti altı sahəsi 188,3 kv.m. olan qeyri-yaşayış binalarının, XXX ATSC-nin istifadəsində olan 0,3193 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi, 2.777,7 kv.m. olan əmlak kompleksi kimi müəssisənin, tikinti altı sahəsi 155,3 kv.m., ümumi sahəsi 118,9 kv.m. olan qeyri-yaşayış binasının 44,1 kv.m. sahəsinin, XXX yerləşən ATSC-nin istifadəsində olan 0,33983 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 2962,9 kv.m. olan əmlak kompleksi kimi müəssisənin tikinti altı sahəsi 365,3 kv.m., ümumi sahəsi 306,2 kv.m olan qeyri-yaşayış binasının 58,0 kv.m. sahəsini, 50 kv.m. sahəsinin, 47,1 kv.m. sahəsinin, 27,9 kv.m. sahəsinin, XXX 0,3193 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 2.777,7 kv.m. olan əmlak kompleksi kimi müəssisənin, tikinti altı sahəsi 153,3 kv.m., ümumi sahəsi 118,9 kv.m. ola n yaşayış binasının 50,1 kv.m. sahəsini, tikinti altı sahəsi 33,1 kv.m., ümumi sahəsi 21,7 kv.m. olan qeyri-yaşayış binasının, tikinti altı sahəsi 87,7 kv.m., ümumi sahəsi 71,1 kv.m. olan qeyri-yaşayış binasının, XXX yerləşən ATSC-nin istifadəsində olan 0,29491 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 2.590,7 kv.m. olan qeyri-yaşayış binasının, tikinti altı sahəsi 31,8 kv.m. olan, ümumi sahəsi 4,7 kv.m olan bir mərtəbəli qeyri-yaşayış binasının satılmasına dair iclas protokolunun, alqı-satqı müqavilələrinin və həmin müqavilələr üzrə verilmiş çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə üçüncü şəxs XXXqızı da müstəqil tələb irəli sürərək iddiaçılar İddiaçı1 və İddiaçı2 XXX oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh4 qarşı olan iddia tələbi nin təmin edilməsi, etibarnamənin və həmin etibarnamə əsasında bağlanılmış xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinin, vurulmuş zərərin, əldən çıxmış faydanın ödənilməsi, alqı-satqı müqavilələrinin, reyestrdən çıxarışların, iclas protokollarının etibarsız hesab edilməsi, vurulmuş zərərin cavabdehlərin səhmlərinə yönəldilməsi barədə qətnamə çıxarılmasını və cavabdehlər haqqında xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxşlərin izahatları Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Cavabdeh1 “xxxx” ATSC -nin sədri, yəni icra orqanının rəhbəri olmaqla cəmiyyətə məxsus əksər daşınmaz əmlakları öz oğlu Cavabdeh4 satmaqla özünün və ailəsinin mənafeyini cəmiyyətin mənafeyindən üstün tutaraq qanun pozuntusuna yol verməklə səlahiyyəti olmadan cəmiyyətə məxsus əmlak kompleksini ailəsinin mülkiyyətinə keçirmişdir. Həm qanunvericilikdə, həm də cəmiyyətin fəaliyyətini tənzimləyən nizamnamədə X15nə müvafiq səalhiyyətlərin verilməsini səhmdarların ümumi yığıncağının qərarı ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Səhmdarların xx xxxxxxxx 2007-ci il tarixli ümumi yığıncağında X8 Cavabdeh1 cəmiyyətin balansında olan daşınmaz əmlakların satılmasına xüsusi səlahiyyət verilməmiş, həmin protokollarda yalnız onun X15 kimi seçilməsi və digər məsələlərlə bağlı qərarlar qəbul edilmişdir. Yəni həmin protokoll ara istinad edərək Cavabdeh1 alqı-satqı müqavilələrində satıcı olaraq cəmiyyətin adından səlahiyyətli şəxs kimi çıxış etməsi qanunsuz olmuşdur. Eyni zamanda mübahisə üzrə iddia müddəti ötürülməmiş, iddiaçılar əqdlərin mövcudluğundan xəbər tutduqları vaxtdan, müstəqil iddia tələb irəli sürən üçüncü şəxs isə hazırki mübahisə məhkəmə araşdırmasının predmeti olduğu zaman alqı-satqı müqaviləsindən xəbər tutduğu andan bir il müddət keçməmiş məhkəməyə müraciət etmişlər. Məhkəmə kollegiyasının iclasında kassatorlar və vəkilləri kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayə ti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçıların və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasını qismən təmin edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107.1, 152.1, 337.1, 337.4, 354-cü maddələrinə istinad edərək qətnaməsini onunla əsaslandırmışdır ki, həm qan unvericilik, həm də cəmiyyətin fəaliyyətini tənzimləyən X10 Sədrinə müvafiq səlahiyyətlərin verilməsini səhmdarların ümumi yığıncağının qərarı ilə həyata keşirilməsini nəzərdə tutur. Yuxarıda qeyd edildiyi kimi isə alqı-satqı müqavilələrində istinad edilən səhmdarların ümumi yığıncaqları idarə heyətini sədri olan Cavabdeh1 cəmiyyətin balansında olan daşınmaz əmlakların satılmasına xüsusi səlahiyyət verilməmiş, həmin protokollarda yalnız onun idarə heyərinin sədri kimi seçilməsi və digər məsələlərlə bağlı qərarlar qəbul edilmişdir. Yəni protokollara istinad edərək Cavabdeh1 alqı-satqı müqavilələrində satıcı olaraq səhmdar cəmiyyətinin adından səlahiyyətli şəxs kimi çıxış etməsi qanunsuz olmuşdur. Eyni zamanda müəyyən edilmişdir ki, alqı-satqı müqavilələrinin predmeti olmuş daşınmaz əmlakl ar real bazar qiymətlərindən kifayət qədər aşağı qiymətə satılmış, həmin əmlaklardan bir neçəsi Cavabdeh1 oğlu tərəfindən alınmış, Həsən Həsənova satılan 47,1 kv.m qeyri-yaşayış sahəsinin dəyəri kimi 400 manat alıcı tərəfindən deyil, satıcı qismində çıxış edən Cavabdeh1 tərəfindən ödənilmişdir (Cavabdeh1 bu halı məhkəmə iclasında etiraf etmişdir). Bütün bu hallar həmin alqı-saqtı müqavilələrində bütün səhmdarların iradə ifadəsinin olmamasını və bağlanmış müqavilələrin etibarsızlığı ilə bağlı iddiaçılar tərəfindən gətirilən dəlillərin əsaslı olmasını sübut edir. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, XXXqızına məxsus səhmlərin alqı-satqısı da formal xarakter daşımış, həmin səhmlərə görə hər hansı pul məbləğinin ödənilməsi müəyyən edilmir. Həmin qətnaməni ləğv edib hər iki iddianı tam rədd edən apellyasiya məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçıların etibarsız hesab edilməsini tələb etdikləri alqı-satqı müqavilələri lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmışdır. Birinci instansiya məhkəməsinin Mülki Məcəllənin 107.1.6-cı maddəsinə istinadla səhmdarların xx.xx.2007-ci il tarixli və xx.xx.2010-cu il tarixli ümumi yığıncaqlarında Cavabdeh1 yalnız X15 kimi seçilməsi, ona cəmiyyətin balansında olan daşınmaz əmlakların satılmasına xüsusi səlahiyyət verilməməsi və buna görə də onun alğısatqı müqavilələrində satıcı olaraq səhmdar cəmiyyətin adından səlahiyyətli şəxs kimi çıxış etməsinin qanunsuz olması barədə gəldiyi qənaət düzgün deyildir. Mülki Məcəllənin 107.1.6-cı maddəsi xx.xx.2015-ci il tarixdə əlavə edilmişdir. İddiaçıla rın və müstəqil tələb irəli sürən üçüncü şəxsin mübahisələndirdikləri alğı-satqı müqavilələri isə bundan çox daha əvvəl yəni, 2011- 2013-cü illərdə bağlanmışdır. Digər tərəfdən, işin materiallarından görünür ki, ASC-nin səhmdarlarının ümumi yığıncağının xx.xx.2010-cu il tarixdə keçirilmiş iclasında ASC-nin balansında olan inzibati binanın bölünərək, istifadəsiz əsas vəsaitlərin digər şəxslərə satılmaqla ASC-nin balansından silinməsi, bundan irəli gələn məsələlərin X15 Cavabdeh1 həvalə olunması, əldə ediləcək pul vəsaitlərinin ASC-nin borclarının qarşılanmasına sərf olunması qərara alınmışdır. Sözügedən qərarların hər hansı məhkəmə aktı ilə ləğv və ya etibarsız hesab edilməsi müəyyən edilməmişdir. Apellyasiya məhkəməsi həmçinin hesab etmişdir ki, mübahisələndirilən alqı-satqı müqavilələrini n, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığı ümumiyyətlə irəli sürülməmiş, müqavilələri bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu isə sübuta yetirilməmişdir. Eyni zamanda cavabdehlər tərəfindən müddətin tətbiqi barədə ərizə verilmiş və apellyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçıların iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etməsi qəbul edilməlidir. Məhkəmə kollegiyası ağlabatan mühakimə əsasında mübahisələndirilən müqavilələrin etibarlı olması qənaətinə gəlməyə imkan vermədiyini nəzərə alaraq hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı hesab edilə bilməz. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, “xxxx” ATSC-nin nizamnamə kapitalı 424.075,60 manat, qiymətli kağızların ümumi miqdarı isə 21 2.037 manat təşkil edir. İddiaçı1 həmin səhmlərin 41.806 ədəd hissəsinin, İddiaçı2 isə 39.680 ədəd hissəsinin mülkiyyətçisidir. İddiaçılar İddiaçı1 və İddiaçı2 cəmiyyətin digər səhmdarı, eyni zamanda X8 Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində cəmiyyətə vurulmuş maddi zərərin əvəzinin, eyni zamanda cəmiyyətin fəlaiyyətindən əldə edilən gəlirlərdən onların payına düşən hissənin, yəni əldən çıxmış faydanın ödənilməsi, cəmiyyətə məxsus daşınmaz əmlaklara dair bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsini tələb edirlər. Cəmiyyətin səhmdarı olmuş üçüncü şəxs Zəhrəxanım Məmmədovanın iddia tələbinin əsasını vurulmuş zərərin əvəzinin və əldən çıxmış faydanın ödənilməsi, səhmlərinə dair Cavabdeh1lə bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi təşkil edir. Biri nci instansiya məhkəməsinin qətnaməsi iddiaların təmin edilməyən hissəsində iddiaçılar və üçüncü şəxs tərəfindən mübahisələndirilmədiyindən, apellyasiya instansiyası məhkəməsi həmin qətnaməni mübahisələndirilən hissədə yoxlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əqdlərin anlayışı və növlərini müəyyən edən 324-cü maddəsinin tələblərinə görə, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtəfəli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337-ci maddəsi ilə isə əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri göstərilmişdir. Həmin maddənin tələblərinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Deməli, əqdin etibarsızlığı anlayışı onu ehtiva edir ki, mübahisələndirilən əqd qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır. Qanunvericilikdə əqdlərin etibarlı olması üçün dörd şərt nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə, su byektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. İddiaçıların etibarlılığını mübahisələndirdikləri əqdlər cavabdehlə bərabər iddiaçıların da səhmdarları olduqları hüquqi şəxsə məxsus daşınmaz əmlakların əvəzli şəkildə özgəninkiləşdirilməsinə dair alqı-satqı müqavilələridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqı müqaviləsinin məzmununu müəyyən edən 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646-cı maddəsi ilə daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin məzmunu müəyyən edilmişdir. Həmin Məcəllənin daşınmaz əşyaların alqı-satqısı zamanı tərəflərin vəzifəsini müəyyən edən 648-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Sadalanan normaların məzmunundan göründüyü kimi, daşınmaz əşyalara dair alqı-satqı müqaviləsinin etibarlı əqd sayılması üçün müqavilə tərəflərin və ya onların adından çıxış edən nümayəndələrin buna səlahiyyətli olması, müqavilənin tərəflərin iradə ifadələri əsasında bağlanması, yəni tərəflərin arzuladıqları nəticə ilə bağlanan əqddən yaranacaq hüquqi nəticənin üst-üstə düşməsi, alqı-satqı müqaviləsində h əqiqətən də satıcının əmlakını satmaq, alıcının da əmlakın razılaşdırılmış dəyərini ödəməklə qəbul etmək barədə könüllü iradə ifadəsi olması, qanunda bu növ əqdlər üçün nəzərdə tutulmuş formaya, yəni notarial qaydada təsdiqlənməsi tələb edilən yazılı formaya əməl edilməsi zəruridir. İddiaçılar öz tələblərinin əsası kimi Cavabdeh1 alqı-satqı müqavilələrində satıcı qismində çıxış etmək səlahiyyəti olmadığına, daşınmaz əmlakların bazar qiymətlərindən qat-qat aşağı qiymətə satıldığına, əmlakın alqı-satqı müqaviləsi adı ilə əslində Cavabdeh1 yaxın qohumlarının adına rəsmiləşdirildiyinə, eyni zamanda digər səhmdarların sözügedən alqı-satqı müqavilələrində, ümumiyyətlə, iradə ifadələrinin olmamasına istinad etmişlər. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, xx xxxxxxxx 2011-ci il tarixdə ASC-nin adından satıcı qismində Cavabdeh1 tərəfindən Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisənin 58 kv.m hissəsinin 3.500 manata Maraqlı şəxs1, 50 kv.m hissəsinin 3.500 manata X9, 47,1 kv.m hissəsinin 400 manata X12 və 27,9 kv.m hissəsinin 360 manata Cavabdeh2 satılmasına dair alqı-satqı müqavilələri; - xx xxxxxxx 2011-ci il tarixdə ASC-nin adından satıcı qismində Cavabdeh1 ilə alıcı qismində Cavabdeh4 arasında Quba rayonu, Birinci Nügədi kəndində yerləşən qeyriyaşayış binasının 12.100 manata satılmasına dair alqı-satqı müqaviləsi; - xx xxxxxx 2011-ci il tarixdə ASC-nin adından satıcı qismində Cavabdeh1 ilə alıcı qismində Cavabdeh3 arasında Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanda yerləşən qeyri-yaşayış binasının 44,1 kv.m sa həsinin 5.000 manata satılmasına dair alqısatqı müqaviləsi; - xx xxxxxx 2011-ci il tarixdə ASC-nin adından satıcı qismində Cavabdeh1 ilə alıcı qismində Cavabdeh4 arasında Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisənin qeyri-yaşayış binasının 5.000 manata satılmasına dair alqı-satqı müqaviləsi; - xx xxxx 2013-cü il tarixdə ASC-nin adından satıcı qismində Cavabdeh1 ilə alıcı qismində Maraqlı şəxs1 arasında Quba şəhəri, Heydər Əliyev prospekti, 210 ünvanda yerləşən qeyri-yaşayış binasının 1.500 manata satılmasına dair alqı-satqı müqaviləsi bağlanmışdır. Göstərilən alqı-satqı müqavilələri bağlanarkən notariat kontorunda satıcı qismində çıxış edən Cavabdeh1 səlahiyyətli olması ASC-nin ümumi yığıncağının xx xxxxxxxx 2007-ci il tarixli və xx xxxxxx 201 0-cu il tarixli protokolları ilə təsdiq edilmişdir. ASC-nin ümumi yığıncağının xx xxxxxxxx 2007-ci il tarixli protokolundan görünür ki, həmin iclasda cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinə dair hesabat, maliyyə-təftiş komissiyasının təşkilati məsələləri və digər məsələlər gündəmə salınmış, Cavabdeh1 ASCni İdarə Heyətini sədri seçilməsi qərara alınmışdır. ASC-nin ümumi yığıncağının xx xxxxxxx 2010-cu il tarixli protokolundan görünür ki, həmin iclasda uzun müddət istismar olunmuş nəqliyyat vasitələri və istismara yararsız vasitələrin balansdan silinməsi və özəlləşdirilməsi üçün komissiyanın yaradılması və icarədarlarla bağlanmış müqavilələrə yenidən baxılması qərara alınmışdır. Göründüyü kimi, alqı-satqı müqavilələrində notariat orqanı tərəfindən istinad edilən ASC-nin ümumi yığıncağının nə xx xxxxxxxx 2007-ci il tarixli iclasında, nə də xx xxxxxxx 2010-cu il tarixli protokollarında cəmiyyətə məxsus daşınmaz əmlakların alqı-satqısına dair hər hansı məsələnin həll olunması və bununla bağlı X15nə hər hansı səlahiyyət verilməsi müəyyən edilmir. Cavabdeh1 tərəfindən təqdim edilən və birinci instansiya məhkəməsinin mötəbər sübut kimi qiymətləndirməyən ASC-nin ümumi yığıncağının xx xxxxxx 2010-cu il tarixli protokolu apellyasiya məhkəməsi tərəfindən Cavabdeh1 mübahisələndiirlən müqavilələri bağlamaq səlahiyyətini təsdiq edən sənəd kimi qiymətləndirilmişdir. Halbuki, həmin protokoldan görünür ki, ümumi yığıncaq tərəfindən yalnız inzibati binanın və istifadəsiz vəsaitlərin satılmaqla cəmiyyətin hesabından silinməsi və bundan irəli gələn məsələlərin Cavabdeh1 həvalə edilməsi qərar a alınmışdır. Mübahisələndirilən alqı-satqı müqavilələrinin bir qisminin predmetini isə cəmiyyətin inzibati binasından kənarda yerləşən əmlak kompleksinin hissələri təşkil etmişdir. Digər tərəfdən, Cavabdeh1 həmin müqavilələrdə ASC-nin adından çıxış etmək və həmin əmlakları satmaq səlahiyyətinin olması təsdiq edildiyi təqdirdə belə, bu, sonuncunun cəmiyyətin adından ona verilmiş nümayəndəlik səlahiyyətlərini aşmaqla istənilən məzmunda müqavilə bağlamaq səlahiyyəti kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.3-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkə n vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Deməli, hüquqi şəxsin adından çıxış edən şəxs ona verilmiş səlahiyyətlər həddində, təmsilçisi olduğu hüquqi şəxsin üstün mənafeyi prinsipinə əməl etməklə hərəkət etməlidir. Apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi ASC-nin ümumi yığıncağının xx xxxx 2011-ci il tarixli digər iclas protokolundan görünür ki, icarədarların istifadə etdikləri otaqların balans dəyərindən aşağı qiymətə satılmaması şərtləndirilm işdir. Müqavilənin qiyməti anlayışını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398-ci maddəsinin tələblərinə görə, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Həmin Məcəllənin 598-ci maddəsi ilə alqı-satqı müqaviləsi üzrə satılan əşyaların qiymətinin əsasları müəyyən edilmişdir. Sadalanan normaların məzmunundan göründüyü kimi, “qiymət” alqı-satqı müqaviləsinin mühüm şərti kimi müəyyən edilməklə, tərəflərin razılaşması əsasında müəyyən edilir. Birinci instansiya məhkəməsin tərəfindən satılan daşınmaz əmlakların qiymətlərinin müəyyən edilməsi üçün müstəqil qiymətləndiricinin rəyi alınmışdır. Həmin rəyə əsasən, cəmiyyətin mülkiyyətindən çıxmış daşınmaz əmlakların orta bazar qiymətləri alqı-satqı müqavilərində göstərilmiş qiymətlərdən q at-qat yüksəkdir. Quba rayonu, Birinci Nügədi kəndində yerləşən qeyri-yaşayış binasının 400 manata satılmış 47,1 kv.m hissəsi 13.000 manat, 360 manata satılmış 27,9 kv.m hissəsinin 8.000 manat (digər əmlakların da qiymətləri eyni qaydada müəyyən edilmişdir) məbləğində qiymətləndirilmişdir. Həmin əmlakların Cavabdeh1 xüsusi mülkiyyəti deyil, hüquqi şəxsin mülkiyyəti olması, eyni zamanda sonuncunun həmin əmlaklara dair səlahiyyətinin yalnız hüquqi şəxsin mənafeyi əsas götürülməklə onun adından sərəncam verməklə məhdudlaşdığı nəzərə alınaraq, əşyanın bazar dəyərindən kəskin şəkildə fərqlənən, on dəfədən də aşağı göstərilmiş qiymət, həmin müqavilələrin etibarlılığını şübhə altına alır. Həmçinin, həmin alqı-satqı müqavilələri üzrə alıcı qismində Cavabdeh1 oğlu Cavabdeh4 çıxış etmişdir. Digər tə rəfdən, birinci instansiya məhkəməsinin iclasında xx xxxxxxxx 2011-ci il tarixli müqavilə üzrə alıcı Həsən Həsənov alqı-satqı müqaviləsinin görünüş üçün bağlandığını, həmin əmlakın onun adına formal olaraq keçdiyini, müqavilənin dəyəri olan 400 manatın satıcı qismində çıxış edən Cavabdeh1 özü tərəfindən ödənildiyi və əmlakı faktiki olaraq sonuncunun aldığı və sonradan başqa şəxsə satdığını bildirmişdir. Həmin müqavilə üzrə 400 manatın onun tərəfindən ödənilməsi barədə xüsusat Cavabdeh1 özü tərəfindən də etiraf edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340-cı maddəsinə əsasən Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Apellyasiya məhkəməsi işin sadalanan hallarına əqdlərin etibarsızlığı əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından ümumiyyətlə düzgün hüquqi qiymət verməmiş, mübahisələndirilən alqı-satqı müqavilələrinin, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olduğu, müqavilələri bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğunun isə sübuta yetirilmədiyi barədə əsassız nəticəyə gəlmişdir. Bununla bərabər, apellyasiya məhkəməsinin iddiaçılar tərəfindən iddia müddətinin ötürülməsi barədə gəldiyi nəticə də qanuni və əsaslı hesab edilə bilməz. Apellyasiya məhkəməsi tərəfindən də müəyyən edildiyi kimi, mübah isələndirilən alqısatqı müqavilələri 2011-2013-cü illərdə bağlanmışdır. İddiaçılar isə hazırki iddia ərizəsi ilə xx xxxxx 2013-cü il tarixdə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354-cü maddəsi ilə etibarsız əqdlər üzrə müddətlərin əsasları müəyyən edilmişdir. İddiaçılar tərəfindən iddia müddətinin ötürülməsi müəyyən edilmədiyi halda, apellyasiya məhkəməsi onların mübahisələndirilən alqı-satqı müqavilələrinin bağlanmasından illər sonra, iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etdiyi barədə nəticəyə gəlməklə əqdlərin etibarsızlığı üzrə müddətlərin əsaslarını müəyyən edən qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinin tələblərinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan qətnamə qanuni və əsaslı hesab edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməklə iş yenidən baxıl ması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətində işin faktiki halları barədə irəli sürülmüş dəlillərin mahiyyətinə toxunmadan hesab edir ki, həmin dəlillər hərtərəfli araşdırılmaqla onlara qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməklə, qanuni və əsaslı qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar