Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-698/2021 09.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: “xüsusi mülkiyyətdə olan torpaq sahəsinə nəqliyyat vasitələri ilə gediş-gəliş yolunun açılması, süni su axarının torpaqla doldurulması və yolun tutulması ilə bağlı dəymiş ziyanın ödənilməsi ” Açar sözlər: sahiblikdən məhrum olunmamaqla bağlı mülkiyyət hüququnun müdafiəsi (neqator iddia) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkili və nümayənd əsi Xammədov Elxan Əlitahir oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-61/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları JN-119A kod 80102028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin işdə olan surətindən məlum olur ki, Astara Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli, 28 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinə 0.26 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Mülki işə əlavə olunmuş xx.xx.2012-ci il tarixli, 281 saylı Astara RİHB-nın Aqrar məsələlər üzrə müavini A.Mahmudovun iddiaçıya məktubundan görün ür ki, mübahisəli torpaq sahəsində araşdırılma aparılmış və İddiaçı həyətyanı torpaq sahəsinə gedən yolun ayrı-ayrı vətəndaşlar tərəfindən zəbt olunaraq daraldığı məlum olmuşdur. Mülki işə əlavə olunmuş xx xxxxx 2018-ci il tarixli Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı ərazi üzrə ekologiya və təbii sərvətlər şöbəsinin 334 saylı məktubundan görünür ki, mübahisəli yerdə araşdırılma aparılmış, müəyyən edilmişdir ki, Astara rayonu, Ojəkəran kəndi ərazisində iddiaçının torpaq sahəsinə yaxın ərazidən keçən dağ suları üçün nəzərdə tutulmuş su ötürücü arxın əvvəlki təbii axarı dəyişdirilərək iddiaçının və digərlərinin torpaq sahəsinə gediş-gəliş yolunun 4050 metr hissəsi qazılmış, süni yolla qazılmış arx gediş-gəliş yolunun bir hissəsini yuyaraq aparmış, nəticədə yol daralmışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Astara rayon kənd təsərrüfatı idarəsinin işdə olan xx xxxxx 2018-ci 30 saylı məktubundan görünür ki, mübahisəli yola mütəxəssislər tərəfindən baxış keçirilmiş və müəyyən olunmuşdur ki, 0.06 hektar ərazidə müxtəlif növ sitrus meyvə ağacları, alma ağacları və başqa növ ağaclar əkilmişdir və İddiaçı 0.26 hektar olan ərazisinin 0.20 hektar hissəsindən tam şəkildə istifadə edə bilmir. Qonşusu həyətyanı torpaq sahəsinə gedən ümumi istifadədə olan yolun bir hissəsini zəbt etdiyindən yol daralmış və həmin 0.20 hektar ərazinin tam şəkildə istifadəsi mümkün deyildir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətdə olan torpaq sahəsinə nəqliyyat vasitələ ri ilə gediş-gəliş yolunun açılması, süni su axarının torpaqla doldurulması və yolun tutulması ilə bağlı dəymiş 105.000 (bir yüz beş min) manat maddi ziyanın ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2(018)-715/2018 saylı qətnaməsi ilə (hakim M.İ.Məmmədov) iddia qismən təmin edilərək, İddiaçı və onun ailə üzvlərinə Astara Rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1998-ci il tarixli 28 saylı qərarı, JN-119A kod 80102028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə verilmiş Astara rayonu, Ojəkəran kəndində yerləşən 0.26 hektar həyətyanı torpaq sahəsinin 0.20 hektar hissəsinə gedən gediş-gəliş yolunun Cavabdeh tərəfindən tutulmuş hissəsinin açılması, həmin yolun daralmasına səbəb olan süni arxın Cavabdeh hesabına doldurulması, Cavabdeh 18.000 (on səkkiz min) manatın alınıb, İddiaçı verilməsi, İddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manatın 20 (iyirmi) manatının Cavabdeh alınaraq iddiaçıya verilməsi qət edilmiş, həmin qətnaməyə əsasən iddianın qalan hissəsi təmin edilməmişdir. Qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-61/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Q.B.Kərimov (sədrlik edən və məruzəçi), N.F.Mirzəyev və Z.B.Babayev) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Astara Rayon Məhkəməsinin 2(018)-715/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsinin Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayət inə əsasən Cavabdeh 18.000 (on səkkiz min) manatın alınıb, İddiaçı verilməsi hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməməsi və məhkəmə xərclərini təşkil edən ekspertiza tədqiqatlarınının ümumi dəyərini təşkil edən 50+50=100 (yüz) manatın Cavabdeh alınıb (Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO**********000003944, SWİFT Bik CTREAZ22, Məhkəmə ekspertiza mərkəzi VÖEN:**********, Hesab № AZ43CTRE**********00088501, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) dövlət nəfinə ödənilməsi qət edilmişdir. Kasasiya şikayətinin dəlilləri, ona etiraz, kasasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi hissəsi ilə bağlı qüvvədə olan hüquq normalarını, ədalət prinsiplərini, həmçinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadan qərar qəbul etmiş, iddiaçıya məxsus torpaq sahəsinə gediş-gəliş yolunun kim tərəfindən tutulub-tutulmamasına dair işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apelyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. İddiaçı vəkili və nümayəndəsi Xammədov Elxan Əlitahir oğlu kasasiya şikayətinə qarşı etiraz təqdim edərək cavabdehin kasasiya şikayətinin təmin edilməməsi və Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-61/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Xammədov Elxan Əlitahir oğlu kasasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh vəkili Vəkil teleqramla müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə Cavabdeh hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişdir. Məhkəmə kollegiya sı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyət üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 110-cu maddəsinə görə torpaq sahələrinin özbaşına tutulması və torpaq sahələrində qanunsuz tikinti aparılmasına görə təqsirli şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Kasasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyas ı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qətnaməni kasasiya qaydasında yalnız cavabdeh mübahisələndirdiyindən iddianın təmin edilmiş hissəsində kasasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməlidir. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı i nstansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi İddianın qismən təmin edilməli olması ilə bağlı apelyasiya instansiyası məhkəməsi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2019-cu il tarixli və 01 iyun 2020-ci il tarixli rəylərinə istinad etməklə aşağıdakıları qeyd etmişdir: “...Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və həmin qərardadın icrası qaydasında Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx xxxx 2019-cu il tarixli rəydə göstərilmişdir ki, iddiaçı X1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.26 ha torpaq sahəsinin naturada sərhədləri və iddiaçının iddia edilən torpaq sahəsinə gedən mövcud avtomobil və piyada yolu müəyyən edilmiş və mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mühəndisi Rafiq Əliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən iddia edilən mövcud kəndarası yol Astara rayonu, Kijəbə kənd bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir, İddiaçı iddia edilən mövcud yol hissəsində və yolun kənarı ilə kanal qazılmış, digər hissəsi Cavabdeh tərəfindən çəpərə alınıb istifadə edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr v ə Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mühəndisi Rafiq Əliyevin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, kod 80102028, JN-119A saylı şəhadətnaməyə əsasən İddiaçı və onun ailə üzvləri mülkiyyətlərinə verilmiş 0.26 ha torpaq sahəsinə gedən mövcud avtomobil və piyada yolunun bir hissəsindən istifadə edirlər, digər hissəsində mövcud yolda və yolun kənarı ilə kanal qazılmış, qalan hissəsi Cavabdeh tərəfindən çəpərə salınıb istifadə edilir. Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə mülki iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və həmin qərardadın icrası qaydasında Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş xx xxxx 2020-ci il tarixli rəydə göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəs i yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mühəndisi Qiyas Quliyevin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçı X1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin 0.26 ha hissəsinə gedən yolda (iddia olunan) yolun bir hissəsi Kijəbə qəsəbəsində torpaq islahatı ilə bağlı vətəndaşların qanuni istifadəsindəki həyətyanı torpaq sahəsinə dair işlənmiş kompleks yerquruluşu layihəsində bələdiyyə mülkiyyətində olan torpaq sahəsi kimi qeyd edildiyindən, Cavabdeh tərəfindən hansı ölçüdə tutulmasını müəyyənləşdirmək tərəflərindən mümkün olmamışdır. İşin bu cür halında, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə Cavabdeh, iddiaçı X2 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin 0.26 ha hissəsinə gedən yolun bir hissəsini tutması halı sübut olunduğundan o, həmin hissələrini açmalıdır. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin 0.26 hektar həyətyanı torpaq sahəsinin 0.20 hektar hissəsinə gedən gediş-gəliş yolunun Cavabdeh tərəfindən tutulmuş hissəsinin açılması, həmin yolun daralmasına səbəb olan süni arxın Cavabdeh hesabına doldurulmasına dair nəticəyə gəlməkdə haqlı olmuşdur...”. İş materiallarından göründüyü kimi apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: “Fərhadov Şahbaz Eyvaz oğlunun və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin 0.20 ha hissəsinə gedən mövcud avtomobil və p iyada yolunun Cavabdeh Qaraxan oğlu tərəfindən tutulmuş hissələrinin parametrləri dəqiq göstərilsin “. Lakin yuxarıda qeyd olunan Məhkəmə Ekspertiza Mərkəzinin 01 iyun 2020-ci il tarixli ekspert rəyinin nəticə hissəsində bunun mümkün olmamasının səbəbləri kimi aşağıdakılar qeyd olunmuşdur: “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Cəlilabad LTİ-nin mühəndisi Qiyas Quliyevin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin 0.26 hektar hissəsinə gedən (iddia olunan) yolun bir hissəsi Kijəbə qəsəbəsində torpaq islahatı ilə bağlı vətəndaşların qanuni istifadəsindəki həyətyanı torpaq sahəsinə dair işlənmiş kompleks yerquruluşu layihəsində bələ diyyə mülkiyyətində olan torpaq sahəsi kimi qeyd edildiyindən, Cavabdeh tərəfindən hansı ölçüdə tutulmasını müəyyənləşdirmək tərəfimizdən mümkün olmadı”. Lakin bununla əlaqədar apelyasiya instansiyası məhkəməsi MPM-nin 102.1 və 102.2-ci maddəsinin tələblərini nəzərə almadan düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, MPM-nin 102.1-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. MPM-nin 102.2-ci maddəsinə görə isə məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Buna görə apelya siya instansiyası məhkəməsi işə yenidən baxılarkən Astara rayon Kijəbə bələdiyyəsini maraqlı şəxs kimi işə cəlb etməklə iddia tələbinin yolun açılması ilə bağlı hissəsində düzgün hüquqi nəticəyə gəlmək üçün yenidən əlavə və ya təkrar ekspertiza təyin olunub-olunmaması məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılma lıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Göstə rilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: Cavabdeh kasasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-61/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsi iddianın təmin edilməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yeni apelyasiya baxışına qaytarılsın. Qətnamənin digər hissəsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-698/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-698/2021
09.02.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver