Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-698/2022 08.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı XXXnun cavabdeh "xxxx" MTK-ya, iddiaçı "xxxx" MTK-nın cavabdeh İddiaçı XXXna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-698/22 (Açar sözlər: kooperativ mənzillərin təhvil verilməsinə dair mübahisə) Bakı şəhəri, 08 fevral 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi İddiaçı XXX və vəkili Məmmədov Hafiz Səttar oğlunun iştirakı ilə, İddiaçı XXXnun cavabdeh "xxxx" MTK-ya qarşı “mənzilin və ona dair sənədlərin təhvil verilməsi, mənzildən istifadə və sahiblik hüqu qunun tanınması, bu hüquqların həyata keçirilməsində yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair ilk, iddiaçı "xxxx" MTK-nın cavabdeh İddiaçı XXXna qarşı “mənzil tikintisi müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-977/2020 nömrəli, 24.09.2020-ci il tarixli qətnaməsindən "xxxx" MTK tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı XXX ilə "xxxx" MTK arasında bağlanmış 28 iyul 2017-ci il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqaviləsinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, X3, 1 ünvanındakı yaşayış binasının 4-cü giriş, 3-cü mərtəbə, 21 nömrəli, ümumi sahəsi 85 kv.m. olan mənzilin dəyəri 55250 manat məbləğində razılaşdırılmışdır. Müqavilədə qeyd edilmişdir ki, ödəniş başa çatdıqdan sonra mənzil payçının şəxsi mülkiyyəti hesab olunacaq. 28 iyul 2017-ci il tarixli qəbzə əsasən, İddiaçı XXX müqaviləyə əsasən mənzilin dəyəri olan 55250 manat məbləğində pul ödəmişdir. Müqavilə bağlanandan xeyli müddət keçməsinə baxmayaraq, MTK üzərinə düşən öhdəliyi icra etməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı XXX iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 28.07.2017-ci il tarixdə onunla, Xırdalan şəhəri, X3 1 ünvanında yerləşən "xxxx" Mənzil Tikinti Kooperativi arasında bağlanmış “Kooperativ binanın mənzil tikintisi haqqında” müqaviləyə əsasən satın aldığı, dəyəri 55250 (əlli beş min iki yüz əlli) man at olan Abşeron rayonu, Xırdalan şəhəri, X3 1 ünvanında yerləşmiş tikintidə mövcud olan yaşayış binasının 4-cü giriş, 3-cü mərtəbə, 21 saylı, ümumi sahəsi 85 kv.metr olan mənzilin və ona dair zəruri sənədlərin "xxxx" MTK tərəfindən ona təhvil verilməsi, habelə, onun mənzilə dair mülkiyyət hüququnun ayrılmaz hissəsi sayılan sahiblik və istifadə hüquqlarının tanınması və bu hüquqlarının sərbəst surətdə həyata keçirilməsində "xxxx" MTK-nın ona qarşı yaratdığı maneənin aradan qaldırılması, eləcə də iddianın məhkəmədə baxılması üçün ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, X3 1, ünvanındakı yaşa yış binasının 4-cü giriş, 3-cü mərtəbə, 21 nömrəli, ümumi sahəsi 85 kvadrat metr olan mənzilin dəyəri olaraq 55250 manat pulu cavabdeh MTK-ya ödəməklə mənzili almışdır. Müqavilənin 2-ci bəndinə görə kooperativ mənzili son variant daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən bilavasitə payçının özünə verir. Müqavilə bağlanandan xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh üzərinə düşən öhdəliyi icra etmir, mənzili ona təhvil vermir, iddiaçının mənzilə sahiblik, istifadə hüququnun həyata keçirilməsinə maneəçilik törədir. 4. "xxxx" Mənzil Tikinti Kooperativi qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1 ünvanında yerləşən yaşayış binasının 4-cü giriş, 3-cü mərtəbəsində, ümumi sahəsi 85 kv. metr olan 2 (iki) o taqdan ibarət 21 saylı mənzilinə dair İddiaçı XXX ilə «kooperativ binanın mənzil tikintisi haqqında» 28 iyul 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanan müqavilə MTK tərəfindən yuxarıda qeyd edilən ünvanda inşa edilən binanın qaraj hissəsinin Namiq Həmidov adlı şəxs tərəfindən inşa olunmasının müqabilində əmək haqqının əvəzi olaraq verilməsi olmuşdur. Buna görə də, belə razılaşma olmuşdur ki, Namiqin təklif etdiyi İddiaçı adlı şəxsin adına müqavilə rəsmiləşdirilsin və mənzilin dəyərinin 55250 manat olması barədə ona sənəd verilsin. Qarajın tikintisi başa çatandan sonra, mənzil tikintisi haqqında müqavilə mənzilin alqı-satqı müqaviləsi ilə, qeyd edil ən sənəd isə kassa-mədaxil orderi ilə əvəz edilsin. Lakin, Namiq Həmidov üzərinə düşən öhdəliyi icra etməmiş, bu səbəbdən də İddiaçılə mənzilin alqı-satqısı müqaviləsi bağlanmamışdır. İddiaçının pulun köçürülməsi əsası kimi təqdim etdiyi qəbz göründüyü kimi kassa mədaxil qəbzi deyil və orada yalnız mənzilin dəyəri göstərilib, pulun mədaxil edilməsi göstərilməmişdir. Buna görə də, qarşılıqlı iddia tələbi təmin edilməlidir.
6. Abşeron Rayon Məhkəməsinin 2(012)-1851/2018 nömrəli, 16 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva) İddiaçı XXXnun "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı ilk iddiası təmin edilməmiş, "xxxx" Mənzil Tikinti Kooperativinin qarşılıqlı iddiası təmin edilmiş, "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı XXX arasında Abşeron rayonu, Xırdalan şəhəri, X3 1, ünva nındakı yaşayış binasının 4-cü giriş, 3-cü mərtəbə, 21 nömrəli, ümumi sahəsi 85 kv.m. olan mənzilə dair bağlanmış 28 iyul 2017-ci il tarixli müqavilə etibarsız hesab edilmişdir.
7. İşin materiallarında olan iddiaçı ilə "xxxx" MTK arasında bağlanmış 28 iyul 2017-ci il tarixli kooperativ binanın mənzil tikintisi haqqında müqavilənin mətnindən müəyyən edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, X3 1 ünvanındakı yaşayış binanın 4-cü giriş, 3-cü mərtəbə, 21 nömrəli, ümumi sahəsi 85 kv.m. olan mənzilin dəyəri 55250 manat məbləğində razılaşdırılmışdır.
8. İşin materiallarında olan eyni tarixli qəbzdən İddiaçı XXXnun müqaviləyə əsasən, mənzilin dəyəri 55250 manatdır, baş mühasib və kassir qrafasında imza yoxdur, həmin pul məbləğinin cavabdehə mədaxil olunması barədə qeyd yoxdur.
9. Məhkəmə tər əfindən müəyyən edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, X3 1 ünvanındakı yaşayış binanın 4-cü giriş, 3-cü mərtəbə, 21 nömrəli, ümumi sahəsi 85 kv.m. olan mənzilə dair tərəflər arasında mənzil tikinti müqaviləsi bağlansa da, mənzilin dəyərinin ödənilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Qarşılıqlı iddianın dəlillərinə hüquqi qiymət verərək məhkəmə qeyd etmişdir ki, tərəflər arasında işbirliyi olmuş, iddiaçının adına verilən müqavilə məhz Namiq Həmidovun təqdimatı ilə tərtib olunmuş, lakin aralarında olan razılaşma tam icra olunmadığından mənzil tikinti haqqında müqavilə mənzilin alqı-satqı müqaviləsi ilə, qəbz isə kassa-mədaxil orderi ilə əvəz edilməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə ilkin iddianı əsassız, qarşılıqlı iddianı isə əsaslı hesab etmişdir.
10. Qətnamədən İddiaçı XXX apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-3738/2018 nömrəli, 04 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Abasov – sədrlik edən və məruzəçi, A.Abbasov, T.Məmmədov) İddiaçı XXX tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 16 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
13. Qətnamədən İddiaçı XXX kassasiya şikayəti vermişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)7643/2019 nömrəli, 19 dekabr 2019-c u il tarixli qərarı ilə (hakimlər – Ə.Nurməmmədov – sədrlik edən və məruzəçi, M.Əhmədova, Ə.Rüstəmov) kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-3738/2018 nömrəli, 04 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
15. Kassasiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya məhkəməsi nəzərə almamışdır ki, kooperativ binalar dövlət reyestrində qeydiyyata alınmadığından həmin binada mənzillərin faktiki alqı-satqısı alqı-satqı müqavilələri ilə deyil, “Kooperativ binada mənzil tikintisi haqqında müqavilə” ilə rəsmiləşdirilir və mənzillərin pay haqqı həmin müqavilələrə uyğun olaraq MTK-lara ödənilir. Müxtəlif mənzil-tikinti kooperativlərində həmin müqavilələr fərqli for mada tərtib edilərək fərqli adlandırılsa da, təşəkkül tapmış işgüzar adətlərə görə, bu müqavilələr MTK-nın binasında mənzil alqı-satqısı müqavilələridir. Məzmunlarına görə, MTK ya tikilib hazır vəziyyətdə olan binadan, ya da tikilməkdə olan binadan alıcıya konkret mənzili satır, alıcı isə həmin mənzilin müqavilə ilə müəyyən edilmiş dəyərini ödədikdən sonra mənzilə pay hüququnu əldə edir (Mübahisə yaranan zaman qüvvədə olan normaya və işgüzar adətlərə əsasən).
16. Məhkəmə mənzilin dəyərinin ödənilməsi barədə qəbzi də sübut kimi qəbul etməmişdir. Halbuki həmin qəbzdə iddiaçının adı, mənzilin dəyəri, MTK-nın möhürü və imza əks olunmuşdur.
17. Qəbzdəki rekvizitləri tam olmamasına gəldikdə isə, bu məsələyə görə alıcı deyil, satıcı MTK məsuliyyət daşıyır. Qəbzdə göstərilən 55250 manat məbləğin i sə iddiaçı tərəfindən mənzilin ödənilmiş dəyərinin deyil, mənzilin satış qiyməti olmasına dair apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mənzilin qiyməti olan 55250 manat tərəflər arasında bağlanmış müqavilədə göstərilmişdir, bu alqı-satqı müqaviləsinin mühüm şərti olmaqla müqavilənin özündə göstərilməlidir, ayrıca qəbz yazılmasına zərurət yoxdur.
18. Müqavilənin və qəbzin Namiq Həmidov adlı şəxsin MTK-ya görəcək işlərin təminatı kimi yazılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin qənaətinə gəldikdə isə həmin sənədlər Namiq Həmidovun deyil, sonuncuya və MTK-ya aidiyyatı olmayan İddiaçı adına tərtib olunmuşdur. İş materiallarında Namiq Həmidovla MTK arasında hər hansı bir iş birliyinin olması barədə müqavilə, yaxud başqa sənəd yoxdu r. Əgər belə bir hal mövcdu olsa belə MTK-nın İddiaçı qarşı deyil, Namiq Həmidova qarşı iddiası ola bilər ki, öhdəliyə götürdüyü işləri görüb başa çatdırsın. Bu hallar apellyasiya məhkəməsinin iclasında MTK-nın sədri X1 izahatı (iş və 180-181) və şahid kimi dindirilmiş X2 ifadəsindən də (iş v 181-183) irəli gəlir.
19. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, “Kooperativ binada mənzil tikintisi haqqında müqavilə”nin və qəbzin surətini əlavə etmiş, məhkəmələr həmin sənədlərin əsillərinin məhkəməyə təqdim edilməsini təklif etməmişdir.
20. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırma dan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
21. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-977/2020 saylı, 24 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və G.Tağızadə) İddiaçı XXXnun apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-1851/2018 nömrəli, 16 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, ilk iddianın təmin edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, X3 1 ünvanında yerləşmiş tikintidə mövcud olan yaşayış binasının 4-cü giriş, 3-cü mərtəbə, 21 saylı, ümumi sahəsi 85 kv.metr olan mənzilin və ona dair zəruri sənədlərin "xxxx" MTK tərəfindən ona təhvil verilməsi, onun mənzilə dair mülkiyyət hüququnun ayrılmaz hissəsi sayılan sahiblik və istifadə hüquqlarının tanınması və bu hüquqlarının sərbəst surətdə həyata keçirilməsində "xxxx" MTK-nın ona qarşı yaratdığı maneənin aradan qaldırılması, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.
22. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı mübahisələndirilə n mənzilin ödənişini tam şəkildə həyata keçirmişdir. Belə olan halda iddiaçının həmin mənzilə istifadə və sahiblik hüququ yaranmışdır.
23. Bundan başqa, iddiaçı iddia tələbinin əsası kimi məhkəməyə MTK ilə arasında bağlanmış “Kooperativ binada mənzil tikintisi haqqında müqavilə”nin və mənzilin dəyəri qismində 55250 manat ödənilməsi barədə qəbzin surətini əlavə etmişdir. Birinci instansiya məhkəməsi həmin müqaviləyə görünüş üçün bağlanmış əqd kimi qiymət vermiş, mənzillə bağlı iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanmadığını qeyd etmişdir. Məhkəmə nəzərə almamışdır ki, kooperativ binalar dövlət reyestrində qeydiyyata alınmadığından həmin binada mənzillərin faktiki alqı-satqısı alqısatqı müqavilələri ilə deyil, “Kooperativ binada mənzil tikintisi haqqında müqavilə” ilə r əsmiləşdirilir və mənzillərin pay haqqı həmin müqavilələrə uyğun olaraq MTK-lara ödənilir. Müxtəlif mənzil-tikinti kooperativlərində həmin müqavilələr fərqli formada tərtib edilərək fərqli adlandırılsa da, təşəkkül tapmış işgüzar adətlərə görə, bu müqavilələr MTKnın binasında mənzil alqı-satqısı müqavilələridir. Məzmunlarına görə MTK-ya tikilib hazır vəziyyətdə olan binadan, ya da tikilməkdə olan binadan alıcıya konkret mənzili satır, alıcı isə həmin mənzilin müqavilə ilə müəyyən edilmiş dəyərini ödədikdən sonra mənzilə pay hüququnu əldə edir (Mübahisə yaranan zaman qüvvədə olan normaya və işgüzar adətlərə əsasən).
24. Birinci instansiya məhkəməsi mənzilin dəyərinin ödənilməsi barədə qəbzi də sübut kimi qəbul etməmişdir. Halbuki, həmin qəbzdə iddiaçının adı, mənzilin dəyəri, MTKnın möhürü və imza əks olunmuşdur. Qəbzdə qeyd olunan rekvizitlərinin tam olmamasına görə alıcı deyil, satıcı MTK məsuliyyət daşıyır.
25. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, mənzilin qiyməti olan 55.250 manat tərəflər arasında bağlanmış müqavilədə göstərilmişdir, bu alqı-satqı müqaviləsinin mühüm şərti olmaqla müqavilənin özündə göstərilməlidir, ayrıca qəbz yazılmasına zərurət yoxdur. Apellyasiya məhkəməsi müqavilənin və qəbzin Namik Həmidov adlı şəxsin MTK-ya görəcək işlərin təminatı kimi yazılması ilə bağlı məhkəmənin gəldiyi nəticə ilə əlaqədar qeyd etmişdir ki, həmin sənədlər Namik Həmidovun deyil, sonuncuya və MTK-ya aidiyyatı olmayan İddiaçı adına tərtib olunmuşdur.
26. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçının etibarsız hesab olunmasını tələb etdiyi müqavilə qanunvericiliyin tələblərinə uyğundur və onun etibarsızlığı üçün isə heç bir əsas yoxdur. Qarşılıqlı iddianı əsaslandıran hər hansı bir sübut təqdim olunmamışdır. Eləcə də, qarşılıqlı iddia tələbində qeyd olunan dəlillər iş materialları ilə təkzib olunur.
27. Qətnamədən "xxxx" MTK kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri 28. "xxxx" MTK apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, işin faktiki hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı İddiaçı XXXnun etirazı daxil olmuşdur. d) Məhkəmə icraatı iştirakçılarının izahatları
30. İddiaçı XXX və vəkili Məmmədov Hafiz Səttar oğlu kassasiya şikayətini əsassız hesab edərək, təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. 31. "xxxx" MTK məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
32. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya x itamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
33. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
34. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
35. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
36. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
37. Maddə 646.1. Daşınmaz əşyaları n alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
38. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına mü vafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
43. Maddə 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
45. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxl ayır.
46. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
49. Apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin göstərişlərinə riayət etməklə, ətraflı araşdırma aparmış, iş üzrə gəldiyi nəticəni qanunvericiliyin tələblərinə müvafiq əsaslandırmışdır.
50. Ali Məhkəmənin göstərişinə əsasən, apellyasiya instansiyası məhkəməsinin baxış predmeti sübutların yenidən qiymətləndirilməsi ilə bağlı idi.
51. Apellyasiya məhkəməsi kassasiya məhkəməsinin göstərişlərinə uyğun olaraq işin faktiki halları, tərəflərin izahatları və iş materiallarında olan yazılı sübutlara əsasən müəyyən etmişdir ki, iddiaçı mübahisələndirilən mənzilin ödənişini tam şəkildə həyata keçirdiyi üçün iddiaçının həmin mənzilə istifadə və sahiblik hüququ yaranmışdır. İddiaçı müqavilə üzrə öz vəzifəsini y erinə yetirsə də, cavabdeh MTK öz vəzifələrini yerinə yetirməyərək müqavilə şərtlərini pozmuşdur.
52. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, işin faktiki hallarına uyğun olmayan qətnamənin qəbul edilməsi olsa da, Kassasiya kollegiyasının araşdırması zamanı qeyd olunan hallar öz təsdiqini tapmamışdır.
53. Odur ki, kassasiya şikayətinin dəlilləri formal olmaqla, apellyasiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
55. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (MPM 88-ci maddə)
56. Qeyd olunanları nəzərə alaraq Kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
57. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: "xxxx" MTK-nın kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Ko llegiyasının 2(105)-977/2020 nömrəli, 24.09.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Elşad Şamayev