Məhkəmə qərarları › İş №2(102)-699/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-699/2023

08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-699/2023 08.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: nisyə alqı-satqı müqaviləsi üzrə pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa (məruzəçı), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviç oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin 2(104)1849/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 08 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı q əbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra mətndə “iddiaçı”) Cavabdeh (bundan sonra mətndə “cavabdeh”) ev quşları satmış, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır.

2. Mübahisə müqavilə öhdəlikləri ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 5200 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia iddia tələbi belə əsaslandırılıb ki, cavabdeh əvvəllər iddiaçıdan 100-200 manat dəyərində ev quşları alıb pulunu ödəmişdir. Sonuncu dəfə cavabdeh hissə-hissə olmaqla Gəncə şəhərində, Balçılı kəndində və Tovuz rayonunda iddiaçıdan 5200 manat dəyərində ev quşları almış və lakin a ldığı quşların dəyərini ödəməmişdir.

5. İddiaçı pulunu tələb etmək məqsədi ilə dəfələrlə cavabdehin evinə getmiş, sonuncu borclu olduğu pulu ödəyəcəyinə dair vəd versə də, bu günədək ödəməmişdir.

6. İddiaçı bununla bağlı Gəncə Şəhəri Nizami Rayon Polis İdarəsinə müraciət etmiş, lakin orada cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar çıxarılmış və iddiaçıya mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bu səbəbdən də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.

7. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 567, 608, 1091.2 və 1092.1-ci maddələrinə istinad edib.

8. Cavabdehin nümayəndəsi (anası) X3 iddiaya etiraz edərək göstərib ki, onun qızı olan cavabdeh bir neçə dəfə iddiaçıdan 100-200 manat dəyərində ev quşları alıb pulunu ödəyib. Ha zırda cavabdehin iddiaçıya heç bir borcu qalmayıb.

9. Birinci instansiya məhkəməsində şahid X2 göstərib ki, ki, iddiaçı onun anasıdır və onlar ev quşlarının alqı-satqısı ilə məşğul olurlar. Cavabdeh bir neçə dəfə onlardan 100-200 manat dəyərində ev quşları alıb pulunu ödəyib. Amma sonuncu dəfə 5200 manat dəyərində aldığı ev quşlarının dəyərini cavabdeh onlara ödəməyib.

10. Tovuz Rayon Məhkəməsinin 2(062)-283/2022 nömrəli, 01 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Nofəl Mustafayev)

11. Birinci instansiya məhkəməsi 15 iyul 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara istinadən müəyyən edib ki, İddiaçı Cavabdeh onu aldatması və sonuncunun barəsində tədbir görülməsi barədə ərizə ilə polisə müraciət etmiş, Cavabdeh İddiaçı qarşı dələduzluq etməsi faktı öz təsdiqini tapmamış, material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.

12. Birinci instansiya məhkəməsi müəyyən edib ki, iddiaçı cavabdehin ondan 5200 manat dəyərində ev quşları almasını və dəyərini ödəməkdən boyun qaçırmasını iddia etsə də, buna dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməyib.

13. Şahid qismində ifadə verən X2 iddianın mahiyyətinə uyğun ifadə vermiş olsa da, ifadəsində iddiaçının oğlu olmasını, iddiaçı ilə ev quşlarını cavabdehə birlikdə satmalarını bildirərək, iddianın təmin edilməsində maraqlı olmasını şəksiz nümayiş etdirmişdir. Qaya Qasımovun şahid deyil, iddiaçı tərəfindən mülki mübahisənin tərəfi qismində çıxış etdiyindən şahidin ifadəsinə tənqidi yanaşılmalıdır.

14. Qanunvericilik sübutetmə yükünü i ddiaçının üzərinə qoysa da, iddiaçı istinad etdiyi halları sübut edə bilməmi.dir

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcllənin 14.2, 77.1-ci maddələri, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqları müdafiəsi haqqında” Avropa Konvensiya müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli və “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəmələrindəki icraat

16. İddiaçı apellyasiya şikay əti verərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, məhkəmənin polisin qərarına istinad etməsi düz olmayıb, işdə cavabdehin iddiaçıya ev quşlarına görə borclu olması barədə şahid ifadəsi var. Məhkəmə şahid ifadəsinə qiymət verməyib, maddi hüquq normasına istinad etməyib.

18. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1849/2022 nömrəli, 03 avqust 2022-ci il tarixli qətnaməsi ilə apellasiya şikayəti təmin edilməyib, Tovuz Rayon Məhkəməsinin 01 mart 2022-ci il tarixli 2(062)-283/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılıb. (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov, Ədil Məmmədov)

19. Apellyasiya instansiya məhkəməsi kollegiyası biri nci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn münasibətlərin olması işin mübahisəsiz halı olsa da, cavabdehin iddiaçı qarşısında iddiaçının iddia etdiyi əsasla pul vermək öhdəliyinin yaranması iş materialları ilə təsdiq edilmir. Bu barədə işdə mötəbər sübut yoxdur. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində cavabdehin iddiaçıdan 100-200 manat dəyərində ev quşları almasını və pulunu ödəməsini göstərmiş, həmin halı iddiaçı da təsdiq etmişdir. Cavabdehin iddiaçıya ev quşlarına görə 5200 manat borcu olmasını cavabdehin nümayəndəsi qəbul etməmiş və iddiaçıya heç bir borcu qalmamasını israrla bildirmişdir. İddiaçı isə həmin borca dair nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiy ası məhkəməsinə heç bir sübut təqdim etməmişdir. İddiaçı şikayətinin dəlillərini əsaslandıra bilməmiş, işin nəticəsinə təsir edən iş üçün əhəmiyyəti olan halları sübut edə bilməmişdir.

20. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əlavə olaraq Mülki Məcəllənin 385.1, 567, 581.1, 600.1, 600.4, 601.1-ci maddələri, və “S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli Qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri

21. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, işin yeni apell yasiya baxışına qaytarılmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti belə əsaslandırılıb: - iş üzrə şahid ifadəsinə əsasən cavabdeh öhdəliyini icra etməyib və borcunu ödəməyib; - cavabdeh polisə gəlməkdən imtina etməklə iddiaçıya olan borcunu ödəməmişdir. Məhkəmənin isə polisin qərarına istinad etməsi əsassızdır. Polisin qərarında əməldə cinayət tərkibinin olmaması baxımından rədd edilməsi isə işə mülki icraat qaydasında baxılmasını istisna etmir; - işin hallarından da göründüyü kimi cavabdeh aldığı ev quşlarının satışını təmin etdikdən sonra onun dəyərini ödəməmiş və bununla da iddiaçının pulunu mənimsəməklə əsassız olaraq varlanmışdır; - şahid ifadəsi, iddiaçı olaraq polisə edilən şikayət ərizəsi, cavabdehin qorxub polisə gəlməkdən imtina etməsi və məhkəmə iclas ında özünün iştirak etməkdən yayınması onun əsassız olaraq iddiaçının pulunu mənimsəməklə varlanmasını təsdiq edir; - işin halının əksini təkzib etmək üçün qarşı tərəfdən buna heç bir sübut təqdim edilməmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvə zində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər Maddə 601.1 Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında mü qavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərur ətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

25. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normal arı düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməməsinə istinad edərək, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir.

29. İddia tələbi ev quşlarının nisyə alqı-satqı müqaviləsindən yaranan borcun tutulması barədədir. İddianın hüquqi əsasını Mülki Məcəllənin 567 və 600-cü maddələri təşkil edir. Həmin normaların tələbinə görə bu iddianın təmin edilməsinin əsas şərti iddiaçının cavabdehə ev quşlarının nisyə alqı-satqı müqaviləsindən yaranan borcunun olması faktının sübut ed ilməsindən asılıdır.

30. Apellyasiya məhkəməsinin müəyyən etdiyi işin hallarından isə görünür ki, tərəflər arasında ev quşlarının nisyə alqı-satqısı ilə bağlı münasibətlərin olması mübahisəsiz hal olsa da, cavabdehin iddiaçı qarşısında həmin münasibətlərdən irəli pul öhdəliyinin yaranması iş materialları ilə təsdiq edilmir, bu barədə işdə mötəbər sübut yoxdur. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.

31. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutla rdan istifadə etməklə müəyyən nəticəyə gəlir. İddia tələblərinin təmin edilməsi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.

32. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddiaçının üzərinə düşdüyü və buna baxmayaraq, iddiaçı öz tələbini sübuta yetirə bilmədiyi üçün apellyasiya instansiyası məhkəməsi haqlı olaraq, iddianı təmin etməyən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirimədən saxlamışdır.

33. Şahid ifadəsinə əsasən cavabdeh öhdəliyini icra etməməsi halının sübuta yetirilməsi barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının istinad etdiyi yeganə sübut şahid ifadəsi olub, həmin sübuta da Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq qiymət verilib.

34. Bu baxımdan, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini əsassız sayır.

35. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)1849/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə m

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar