Məhkəmə qərarları › İş №2(102)-6998/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6998/2019

23.10.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6998/2019 23.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 20 iyun 2019-cu il tarixli qətnaməsindən cavabdeh və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Yevlax Rayon Məhkəməsinin 10 yanvar 2018-ci il tаrixli, 2(039)-39/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 28000 (iyirmi səkkiz mi n) manat ləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 28030 manat məbləğində pul tutularaq iddiaçı «İddiaçı" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 20 iyun 2019-cu il tarixli qətnaməsi ilə (Ə.Məcidov (sədrlik edən), M.Əsədli (məruzəçi) və İ.Quliyev, iş № 2(107)-2044/2019) Cavabdehnun apelyasiya şikayəti təmin edilməyərək Yevlax Rayon Məhkəməsinin 10 yanvar 2018-ci il tаrixli, 2(039)-39/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: İddiaçı "İddiaçı" ASC-nin idarə heyətinin sədri X3 iddia ərizəsi ilə shkəməyə müraciət edərək, Cavabdeh 28000 (iyirmi ckiz min) manat məbləğində və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun, uni 28030 (iyirmi səkkiz min otuz manat) manat məbləğində pulun tutularaq iddiaçı «İddiaçı" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi hüquqi cəhətdən əsaslandırılmamış, yalnız iddiaçının izahatları və maddi hüquq normalarının sadalanması ilə kifayətlənmiş, hansı əsasla bu nəticəyə gəlinməsi barədə hər hansı açıqlama verilməmişdir. Kassasiya şikayətində həmçinin qeyd edilir ki, iddiaçı qanunvericiliyin tələblərinə əməl etməmiş, yaranmış mübahisənin həll edilməsini cavabdehdən vaxtında tələb etməmiş, bununla da qanunla müəyyən edilmiş iddia müddətini heç bir üzrlü səbəb ol madan ötürmüş və həmin müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən əsaslı sübut təqdim etməmişdir. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin 20 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddiaçının iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını vurğulayaraq Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası, Cavabdehnun məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə o nun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 20 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni, işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 11 mart 2014-cü il tarixində Bakı- Qazax yolunun 405-ci km-də cavabdeh X2 idarə etdiyi (mülkiyyət hüququ ilə İddiaçı ASC-yə məxsus olan) "AWM C25E421" markalı **-JH-*** dövlət nömrə nişanlı avt omobil mülkiyyət hüququ ilə X6 məxsus olan "DAFTE105XF" markalı **-DR-*** dövlət nömrə nişanlı avtomobil ilə toqquşmuşdur. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi 13.03.2014-cü il tarixli, 869647 saylı inzibati Xəta haqqında Protokoluna əsasən "AWM C25E421" maraklı **-JH-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü cavabdeh Abbasov X3 Xətalar Məcəlləsinin 155.2.1-ci maddəsinin pozulmasında təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində cərimə edilmişdir. Baş vermiş yol nəqiliyyat hadisəsi nəticəsində mülkiyyət hüququ X6 məxsus olan "DAFTE105XF" markalı **-DR-*** dövlət nömrə nişanlı avtomobilə, ümumilikdə, 36700 (otuz altı min yeddi yüz) manat məbləğində maddi zərər dəydiyi müəyyən olunmuş, şərtsiz azad olma məbləği və 5000 (beş min) manat məbləğində "xxxx" ASC tərəfi ndən sığorta ödənişi çıxdıqdan sonra "xxxx" Siğort Şirkəti ASC tərəfindən X6 30000 (otuz min) manat ödənilmişdir. Azərbaycan Respublikası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 noyabr 2014-cü il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı ASC-dən 30000 (otuz min) manat məbləğin tutularaq "xxxx" Siğorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilmişdir. «İddiaçı" ASC isə həmin məbləğdən 28000 manatını "xxxx" Siğort Şirkəti ASC-yə ödəmişdir. Nəticədə “İddiaçı" ASC-nin reqress hüququ yaranmışdır. Apelyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Cavabdehin apelyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, yol nəql iyyat hadisəsi nəticəsində iddiaçı "İddiaçı" ASC Sığorta Şirkətinə cavabdehCavabdeh tərəfindən vurulmuş ziyanı ödəmişdir, həmin hCavabdehməhkəmə qərarı ilə müəyyən edilmişdir. İddiaçı maddi ziyanın ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Cavabdeh isə maddi ziyan məbləğini iddiaçıya ödəməyə borcludur. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni aşağıdakı maddi hüquq normaları ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər də, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli ğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə qu pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən ış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1- ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və qanunla müdafiə edüən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasma irib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi(iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş ğortaçıya subroqasiya qaydasmda onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləasinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin lənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam lənilməs ini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az dqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin məcəllənin 1108.1-ci ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin h əyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak ve rmək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya in stansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və həmin nəticəyə tətbiq etdiyi hüquq normaları düzgün olmuşdur. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin iddia müddətinin ötürülməsi barədə dəlili ilə əlaqədar olaraq iş materiallarına əsasən qeyd edir ki, hazırki iş üzrə İddiaçı ASC tərəfindən verilmiş iddia ərizəsi Yevlax Rayon Məhkəməsinə 30.01.2017ci il tarixdə daxil olduğundan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, cavabdehin apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməyərə k mahiyyəti üzrə düzgün, kassasiya şikayətində göstərilən dəlillər isə əsassız olduğu üçün hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Cavabdehə 20 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar