Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-700/2022 31.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: Pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-335/2021 nömrəli iş üzrə 13 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 31 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında bax araq aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "xxxx" MMC kommersiya fəaliyyəti ilə məşğul olmaqla əsas fəaliyyəti müxtəlif növ nəqliyyyat vastələrinin satışı, icarəyə verilməsi, yüklərin daşınması və digər xidmətlərin göstərilməsindən ibarətdir. İddiaçının göstərdiyinə görə şifahi razılaşma əsasında mülkiyyətində olan H024108 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 1836 AXOR” yük markalı, H024107 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 1836 AXOR” yük markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı, “Meiller” yarım qoşqu markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı, “Meiller” yarım qoşqu markalı avtomobilləri Cavabdeh istifadəsinə vermiş, sonuncu isə avtomobilləri digər şəxslərin icarəsinə verməklə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşdür. Bununla bağlı tərəflər arasında məhk əmə mübahisəsi yaranmış və aşağıdakı qərarlar qəbul edilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3888/2017 saylı 09 iyun 2017-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək H024108 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 1836 AXOR” yük markalı, H024107 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 1836 AXOR” yük markalı, **-HZ-*** dövlət qeydiyyat nişanlı, “Meiller” yarım qoşqu markalı, **HZ-*** dövlət qeydiyyat nişanlı, “Meiller” yarım qoşqu markalı avtomobillər Cavabdeh alınaraq "xxxx" MMC-yə təhvil verilməsi,10 (on) manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə verilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh "xxxx" MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi, avtomobillərin geri qaytarılması” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edi lmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 15 mart 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş Abşeron Rayon Məhkəməsinin 09 iyun 2017-ci il tarixli Cavabdeh "xxxx" MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi, avtomobillərin geri qaytarılması” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 sentyabr 2019cu il tarixli 2(02)-6111/2019 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilərək Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 15 mart 2019-cu il tyarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş qarşılıqlı iddia qismən təmin edilərək, "xxxx" MMC-dən 32111 manat məbləğində pul vəsaitinin alınaraq Cavabdeh verilməsi qərara alınmışdır. Qanuni quvvəsini almış həmin qətnamələrdən müəyyən edilmişdir ki, iddiaçı MMCnin cavabdeh Yusif Allahverdiyə qarşı iddia tələblərində avtomobillərin icarəsinə görə ödənməmiş hesab etdiyi 70000 manat icarə haqqı və 15000 manat ziyan tələbi də öz əksini tapmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin təqsiri üzündən avtomaşınlara vurulmuş 60000 manat maddi zərərin birdəfəlik olmaqla cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 09.06.2017ci il tarixli, 2(012)-3888/2017 saylı qətnaməsinin avtomaşınların və yarımqoş quların qaytarılması hissəsi qanuni qüvvəyə minməsindən 2 ildən çox vaxt keçməsinə baxmayaraq Cavabdeh Turan Yurdakalanla razılığa gələrək avtomaşının biri sonuncunun, ikisi isə Turan Yurdakalana verməklə istismar edərək pul qazanmışlar. "xxxx" MMC-yə məxsus avtomaşınları dağıdıb yararsız vəziyyətə salaraq vaxtlı-vaxtında texniki xidmət göstərməmişlər. Cavabdeh qaynı X1 ilə şirkətə gəlmiş, Cavabdeh maşınların təmir edilərək ona verilməsini, o isə iş taparaq borcunu qaytaracağanı təklif etmişdir. "xxxx" MMC-yə məxsus avtomaşınlar T.Abdullayevin hərəkətlərinə görə yararsız vəziyyətə düşmüşdür. Cavabdeh avtomaşınları təmir etdirmək adı ilə 20000 ABŞ dolları cəmiyyətdən borca pul almış, Trabzona təmir etdirmək adı ilə aparmış, 2 il yenə avtomaşınları istismar etmiş və qarşılığında pul ödəməm işdir. Avtomaşınların alınması üçün sərf olunan 80000 avro demək olar ki, puç olub. Həmin pulların bugünkü məzənnə ilə dəyəri 151000 manatdan çox edir. Bundan əlavə 20000 manat Turana təkərlər üçün verilən pulları və 20000 ABŞ dolları Yusifə verilən pulları mənimsəmişlər. Beləliklə, Cavabdeh ümumilikdə "xxxx" MMC-yə 60000 manat zərər vurmuşdur. Hər 2 avtomaşın tam saz vəziyyətdə 22.06.2016-ci il tarixli akta əsasən təhvil verilməsinə baxmayaraq Cavabdeh qəsdən dövlət dayanacağında nəzarət altında olan avtomaşınların beyin hissələrini və digər hissələrini tam yararsız vəziyyətə gətirmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, o, 31.06.2012-ci il tarixdə "xxxx" MMC-yə hələ gəlməmiş 3 ədəd "Mersedes-Benz Axor 1836" markalı avtomaşınları lizinq yolu ilə almaq üç ün 29111 manat pul ödəmiş, 3 ay sonra Azərbaycan Respublikasına gətirilmiş, "xxxx" MMC şifahi öhdəliyə əməl etməmiş, onunla müqavilə bağlamaqdan imtina etmiş, 2014-cü ildə təkrar ofisə dəvət olunmuş, avtomaşınlar yararsız halda olduğundan, danışıqlardan imtina etmiş, o, sürücü ilə maşınları Türkiyə Respublikasına aparıb gətirməyi öhdəsinə götürmüşdür. Şirkətin tapşırıcı ilə avtomaşınları Sumqayıt Alüminium zavodunun dayanacağına yerləşdirmiş, şirkətin icraçı direktoru onun razılığı olmadan maşınlardan birini satmışdır. Abşeron Rayon Məhkəməsinin 11.06.2012-ci il tarixli qətnaməsi ilə qeyd olunan maşınlar cərimə meydançasına yerləşdirilmiş, aktdan görünür ki, avtomaşında heç bir çatışmazlıq aşkar edilməmiş, mühərriki işə sala bilməmişlər. İddiada göstərilənlər əsassızdır. Avtomaşınlar dayan acağa yerləşdiriləndən sonra heç vaxt onlardan istifadə olunmamışdır. Avtomaşınların təmirinə görə ona verilən pulları istismar prosesində avtomaşınların dəyərinin hesabından iddiaçıya qaytarmalı idi. Göründüyü kimi tərəflər arasında münasibətlər pozulduğundan avtomaşınları təmir elətdirsə də, onlardan istifadə olunmamışdır. Ona görə də, hesab edir ki, iddia tələbi əsassızdır. Abşeron Rayon Məhkəməsinin (hakim Cəmilə Səfiyeva) 2(012)-571/2020 saylı, 10 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh 20000 ABŞ dollarının iddia ərizəsinin məhkəməyə verildiyi 05 dekabr 2019-cu il tarixə olan məzənnəsi ilə 1 ABŞ dolları 1,7 manat olmaqla, cəmi 34000 manat məbləğində pulun "xxxx" MMC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçının cavabdehdən tələb etdiyi 60000 manat pulun 20000 manat hissəsi təkərlər üçün Turan Yurdakalana verilən pullardır, 20000 ABŞ dolları isə avtomobillərin təmiri üçün cavabdehə verilən pulun iddia ərizəsi məhkəməyə verilən vaxta məzənnəsi ilə borc pul tələbidir. Cavbadeh həmin pulu avtomaşınların istismar prosesində dəyərinin hesabından iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. İddia tələbinin Turan Yurdakalan adlı şəxsə verilən pulun cavabdehdən tələb edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, Cavabdeh bu hissədə iddiaya cavab verən şəxs olmadığından bu hissədə iddia əsassızdır və təmin edilə bilməz. İddia tələbinin 20000 ABŞ dolları borc tələbinə dair hissəsinə münasibə tdə məhkəmə qeyd etmişdir ki, mülki işin materiallarında olan 05.11.2014-cü il tarixli mədaxil qəbzində 10000 ABŞ dolları, 27.11.2014-cü il tarixli mədaxil qəbzində 5000 ABŞ dolları, 28.11.2014cü il tarixli mədaxil qəbzində 5700 ABŞ dolları Cavabdeh avtomaşınların təmiri üçün vəsaitlər ödənildiyi görünür. Cavabdehin məhkəmə iclasında verdiyi izahatında göstərdiyi “həmin avtomaşınların təmirinə görə ona verilən pulları istismar prosesində avtomaşınların dəyərinin hesabından iddiaçıya qaytarmalı olmasını, tərəflər arasında münasibətlər pozulduğundan avtomaşınları təmir elətdirsə də, onlardan istifadə olunmadı” kimi hallara hüquqi qiymət verərək məhkəmə qeyd etmişdir ki, avtomobillərin təmirinə görə cəmi 20700 ABŞ dolları məbləğində pulun 2014-cü ilin noyabr ayında cavabdehə verilməsi artıq sübutdur. Lakin həmin pulların avtomobillərin təmirinə xərclənməsini təsdiq edən hər hansı sübutu cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbi 20000 ABŞ dolları hissəsində əsaslı olmaqla təmin edilməli, 20000 ABŞ dollarının iddia ərizəsinin məhkəməyə verildiyi 05 dekabr 2019-cu il tarixə olan məzənnəsi ilə 1 ABŞ dolları 1,7000 manat olmaqla, cəmi 34000 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya verilməli, qalan hissədə iddia əsassız olduğundan təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 385.1, 442, 448.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkə məsində icraat Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nin “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 03.02.2018-ci il tarixli qərarının surətindən görünür ki, 24.01.2018-ci il tarixdə saat 15:36-da ünvan 1 ünvanında yaşayan X2 Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzi sisteminə müraciət edərək sahibi olduğu məxsus “Mercedes-Benz” markalı H-024-106 dövlət qeydiyyat nişanlı və H-024-107 dövlət qeydiyyat nişanlı avtomaşınların 17.01.2018-ci il tarixdə Sumqayıt şəhər Pİ-nin DYPŞ-nin müvəqqəti dayanacağından qaçırılmasını bildirmişdir. Qərardan həmçinin müəyyən edilmişdir ki, “İddiaçı” şirkətinin direktoru S.Nəbiyevanın ərizəsində qeyd etdiyi oğurluq faktı öz təsdiqini tapmadığı üçün, digər məsələlərlə bağlı Abşeron Rayon Məhkəməsinin qüvvədə olan ləğv edilməmiş qətnaməsi olduğuna görə və bu barədə Sumqayıt Apellyasiya Məhkəməsində mülki qaydada araşdırma həyata keçirildiyi üçün toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilmələdir. 05.11.2014-cü il, 27.11.2014-cü il, 28.11.2014-cü il tarixli mədaxil qəbzlərindən müəyyən edilir ki, Səbinə Nəbiyeva “Mersedes-Benz Axor” markalı avtomobillərin təmiri üçün Cavabdeh ümumilikdə 20700 ABŞ dolları məbləğində pul vermişdir. Cavabdeh 05.11.2014-cü il tarixli, 27.11.2014-cü il tarixli və 28.11.2014-cü il tarixli mədaxil qəbzlərindəki imzaların ona məxsus olmadığını göstərərək iş üzrə ekspertiza keçirilməsini tələb etmiş və məhkəmənin 05.03.2021-ci il tarixli qərardadı ilə vəsatət təmin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/848 nömrəli, 14 iyul 2021-ci il tarixl i rəyinə əsasən mülki işin 216-218-ci vərəqələrində olan 05.11.2014-cü il tarixli, 27.11.2014-cü il tarixli və 28.11.2014-cü il tarixli mədaxil qəbzlərində “Kimə” qrafasında “Cavabdeh” yazılarının qarşısındakı imzalar – Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş mülki işin 216-218-ci vərəqələrində olan 05.11.2014-cü il tarixli, 27.11.2014-cü il tarixli və 28.11.2014-cü il tarixli mədaxil qəbzlərində “Kimə” qrafasında “Cavabdeh” yazılarının qarşısındakı imzalarda imzaların qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müşahidə olunmadı. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Fuad Məmmədov sədrlik edən və məruzəçi, Ruhiyyə Əsgərova və Məhəmmədəli Rzayev) 13 avqust 2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - Cavabdeh 20000 ABŞ dollarının iddia ərizəsinin məhkəməyə verildiyi 05 dekabr 2019-cu il tarixə olan məzənnəsi ilə 1 ABŞ dolları 1.7000 manat olmaqla, cəmi 34000 manat məbləğində pulun "xxxx" MMC-nin xeyrinə tutulması hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə rədd edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəflər arasında borc münasibətlərinin olduğuna istinad etsə də, hazırkı işin hallarından tərəflər arasında borc münasibətlərinin və ya hər hansı öhdəliyin olması müəyyən olunmur. Tərəflər arasında əvvəlki məhkəmə mübahisəsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6111/ 2019 saylı, 26 sentyabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, “məhkəmə kollegiyası tərəflər arasındakı münasibətlərin mövcudluğuna və mahiyyətinə toxunmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin məsələ araşdırılmaqla qiymətləndirilmiş, tərəflər arasında hər hansı müqavilənin olmasının sübut edilmədiyi müəyyən edilmiş və ilk iddiaçının müqavilə üzrə öhdəliklərin icrası kimi tələb etdiyi məbləğin tutulması barədə tələbi rədd edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə mübahisələndirilməmiş, qətnamə həmin hissədə qüvvəyə minmişdir.” Məhkəmə qeyd etmişdir ki, iş materiallarına əsasən Cavabdeh iddiaçı MMC-nin direktoru Səbinə Nəbiyeva tərəfindən avtomobillərin təmiri üçün pul vəsaitinin verilməsi öz təsdiqini tapır. Lakin tə rəflər arasında borc müqaviləsindən irəli gələn hər hansı öhdəliyin mövcud olduğu müəyyən edilmir. İddiaçı MMC-nin məhkəməyə təqdi edilən qəbzlər əsasında cavabdehə verdiyi pul vəsaiti onun tapşırığının həyata keçirilməsi, yəni mülkiyyətindəki avtomobillərin təmiri üçün verilmişdir. Belə ki, hər üç qəbzin üzərində 27.11.2014-cü il tarixli və 28.11.2014-cü il tarixli mədaxil qəbzləri ilə verilmiş pul vəsaitinin “Mersedes Axor” H024107 nömrəli avtomobilin təmiri üçün, 05.11.2014-cü il tarixli qəbzdə isə pul vəsaitinin “Mersedes Axor”-un təmiri üçün verildiyinə dair açıqlama qeyd olunmuşdur. İş materiallarında olan (səh.35 və 42) 28.11.2014-cü il tarixli və 05.12.2014-cü il tarixli fakturalardan görünür ki, “Mersedes-Benz Axor 1836” markalı H024106 və H024107 nömrəli avtomaşınlar Türkiyə Resp ublikasında təmir edilmiş, təmir üçün müvafiq olaraq 19500,11 və 26240,89 türk lirəsi ödəniş olunmuşdur. Məhkəmə müəyyən etmişdir ki, avtomobillərin təmiri üçün iddiaçı tərəfindən ödənilmiş pul vəsaiti ilə cavabdehin təqdim etdiyi fakturalarda türk lirəsi ilə göstərilən məbləğlər həmin vaxt ABŞ dollarının məzənnəsi ilə hesablandıqda uyğunluq təşkil edir. Həmçinin, mövcud iddia ərizəsindən də görünür ki, iddiaçı ərizədə maşınların Türkiyənin Trabzon şəhərinə təmir üçün aparıldığını və bundan sonra maşınların 2 il yenidən istismar edildiyini göstərmişdir. Digər tərəfdən, iş materiallarında olan tərəflər arasında əvvəllər mövcud olmuş yuxarıda adı çəkilən mübahisəyə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin 15.03.2019-cu il tarixli qətnaməsindən müəyyən edilir ki, iddiaçı ərizəsini əsasla ndırarkən eyni zamanda - cavabdehin maşınların təmirə ehtiyacının olduğunu bildirərək MMC-dən qaytarmaq şərtilə 20700 ABŞ dolları məbləğində pul aldığını, maşınlar təmirdən qayıtdıqdan sonra işləsə də, cavabdehin qeyd edilən pulu qaytarmadığını göstərmişdir. Bundan başqa, iddiaçı avtomaşınların cavabdehə icarəyə verildiyini bildirir. Bu hal iş materialları ilə öz təsdiqini tapmasa da, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. (Mülki Məcəllənin 682-ci maddəsi) Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, 20000 ABŞ dolları pul məbləğinin cavabdehə avtomaşınların təmiri üçün verilməsi və avtomaşınların təmir edilməsi, avtomaşınlaın isə iddiaçıd a olması işin araşdırılmış halları ilə öz təsdiqini tapır. Odur ki, iddiaçının sahibi olduğu avtomobillərin təmir edilməsi üçün cavabdehə verdiyi həmin pul vəsaitini geri tələb etməsi əsassızdır və həmin tələb təmin edilməməlidir. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətində işin faktiki halları sadalanmış və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilm işdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Maddə 779.2. Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: Maddə 779.2.1. Peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; Maddə 779.2.2. Vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaş dırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamışdır. Kassasiya şikayətində faktiki halların natamam və ya düzgün müəyyənləşdirilmədiyi ilə bağlı dəlillər onların müəyyənləşdirilməsinə dair prosessual hüquq normalarının düzgün tədbiq edilmədiyi ilə əlaqələndirilmədən, ümumi qaydada faktların məhkəmələr tərəfidən düzgün müəyyənləşdirilməməsi ilə bağlı olmuşdur. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunan ları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-335/2021 nömrəli iş üzrə 13 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-700/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-700/2022
31.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver