Məhkəmə qərarları › İş №2(102)-7001/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7001/2019

15.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7001/2019 15.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Cavabdeh2 vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyun 2019-cu il tarixli, 2(107)-2123/2019 saylı qətnaməsindən Cavabdeh1 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Balakən rayon məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(019)-463/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim H.Q.Səlimov) İddiaçı cavabdehlər Ca vabdeh1 və Cavabdeh2 qarşı “borc tələbinə dair” iddiası qismən təmin edilərək, Cavabdeh1 10.000 manat pulun tutulub iddiaçıya ödənilməsi qət edilib. İddiaçı və Cavabdeh1 ayrı-ayrılıqda qətnamədən apellyasiya şikayətləri vermişlər. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyun 2019-cu il tarixli, 2(107)2123/2019 saylı qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov sədrlik edən, məruzəçi, M.A.Əsədli və İ.F.Quliyev) apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə Balakən rayon məhkəməsinin 09 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh1 qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ona borclu olduqları 10.000 manat pulun alınaraq ona verilməsi və ya borclu olduqları 10.000 manat pulun müqabilində Cavabdeh1 adına olan “BMW 528” markalı, ** XA *** dövlət qeydiyyat nişanlı avtomobilin onun adına keçirilməsi və avtomobilin üzərinə özgəninkiləşdirilməməsi və ya satılmaması barədə məhdudiyyət qoyulması barədə qətnamə çıxarılmasını xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlməyib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkə məsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Cavabdeh2 kassasiya şikayətinə dair etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Cavabdeh2 vəkili X2 məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, Cavabdeh1, vəkili X və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılma sını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, Cavabdeh2 vəkili X2un izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətlərini təm in edilmədən saxlayarkən, Cavabdeh1 yazılı ərizə verib iddiaçıdan 10.000 manat borc pul almasına etiraf etməsinə, iddia ərizəsini Cavabdeh1 münasibətdə qismən təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 442-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi və prosessual hüquq normalarının tələblərini düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdi rilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 27 fevral 2016-cı ildə Cavabdeh1 Cavabdeh2 ilə ailə qurub və onların nikahı 29 yanvar 2019-cu il tarixdə pozulub. 24 avqust 2017-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nə əsasən “BMW 528” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydə alınıb. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları və Cavabdeh1 kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, Cavabdeh1 İddiaçı oğludur, Cavabdeh2 isə onun gəlinidir. Cavabdeh1 y azılı ərizə ilə məhkəməyə müraciət edərək, atası İddiaçı 10.000 manat aldığını və həmin pulu bu günədək sonuncuya bu günədək qaytarmadığını etiraf edib. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərt ləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, İddiaçı 10.000 manat pul almasını və onu bu günədək qaytarmamasını Cavabdeh1 məhkəməyə verdiyi yazılı ərizəsində etiraf etdiyindən, habelə İddiaçı digər Cavabdeh2 hər hansı məbləğdə borc pul verməsi mülki iş materialları ilə təsdiq edilmədiyindən, iddia ərizəsini Cavabdeh1 münasibətdə qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddi hüquq nor malarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apellyasiya instansiyası məhkəməsi həmçinin “BMW 528” markalı, ** XA *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh1lə Cavabdeh2 ümumi paylı mülkiyyətində olmasını nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, həmin avtomobilin üzərinə hər hansı məhdudiyyətin qoyulması sonuncunun həmin avtomobilə olan ümumi paylı mülkiyyət hüququnu pozar. Digər tərəfdən Cavabdeh2 kassasiya şikayətinə etiraz ərizəsindən və həmin etiraz ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, onunla Cavabdeh1 arasında bağlanmış nikah sonuncunun tələbinə əsasən Balakən rayon məhkəməsinin 18 dekabr 2018-ci il tarixli qətnaməsi ilə artıq pozulmuşdur. Eyni zamanda həmin məhkəmənin digər 30 yanvar 2019-cu il tarixli qətnaməsi ilə sözügedən avtomobilin ½ hi ssəsinə Cavabdeh2 pay hüququ tanınmışdır. Göründüyü kimi Cavabdeh1 atası İddiaçı 10.000 manat borc pul aldığını yazılı etiraf etsə də, əslində hazırki iddia tələbi sözügedən avtomobildən Cavabdeh2 çatan payı verməmək və ya daha az pay vermək üçün qaldırılıb. Bu baxımdan kassasiya instansiyası məhkəməsi Cavabdeh1 kassasiya şikayətində göstərdiyi digər dəlilləri də müzakirə edib hesab edir ki, sonuncu etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəmələrinə heç bir sübut təqdim etməyib. Halbuki, MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işi n yuxarıda müəyyən edilmiş faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanı lmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayətitəmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyun 2019-cu il tarixli, 2(107)-2123/2019 saylı qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar