Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-701/2019 04.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-701/2019 04 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.08.2018-ci il tarixli, 2(106)1336/2018 nömrəli qətnaməsindən Cavabdeh3 və vəkili X1 oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin (hakim Z.Əliyev) 03.10.2017-ci il tarixli, 2(032 )-58/2017 nömrəli qətnaməsi ilə iddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi, evdən çıxarılma və evin boşaldılması” tələbinə dair iddiası qismən təmin edilərək, Cavabdeh1 20 aprel 2015-ci il tarixli, 500850-123058/2 nömrəli kredit müqaviləsi üzrə 9448.34 manat əsas, 1720.64 manat faiz borcu olmaqla, 11168.98 manat, 20 aprel 2015-ci il tarixli, 500850-123058/3 nömrəli kredit müqaviləsi üzrə 4069.44 manat əsas, 621.72 manat faiz borcu olmaqla, cəmi 4691.16 manat məbləğində borcun tutularaq “xxxx” ASCnə verilməsi, borcun ödənilməsi ipoteka ilə yüklü olan Cavabdeh2 mülkiyyətində olan Şirvan şəhəri, M.S.ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq və onun üzərindəki fərdi yaşayış evinin (ümumi sahə 212.3 kv.m) açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, ipoteka predmeti olan mənzilin açıq hərracda ilkin satış qiymətinin 35000 manat müəyyən edilməsi, iddia qismən təmin edildiyindən iddia qaldırılarkən ödənimiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması üçün ödənilmiş 31 manatın Cavabdeh1 alınaraq iddiaçı “xxxx” ASC-nə ödənilməsi, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün ipoteka predmeti hərracda satıldıqda cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Şirvan şəhəri, M.S.ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq və onun üzərindəki fərdi yaşayış evinin (ümumi sahə 212.3 kv.m) çıxarılmaqla həmin əmlakın boşladılması, Cavabdeh1 iş üzrə ekspertiza tədqiqatının dəyəri 50 manatın alınaraq dövlət nəfinə köçürülməsi qət edilmişdir. Şirvan Şəhər Məhkəməsinin (hakim Z.Əliyev) 06.12.2017-ci il tarixli, 2(032)-58/2017 nömrəli qəraradı ilə iddiaçı “xxxx” ASC-nin Şirvan Şəhər Məhkəməsinin 03.10.2017-ci il tarixli, 2(032)-58/2017 nömrəli qətnaməsinin nəticə hissəsində Cavabdeh1 20 aprel 2015-ci il tarixli, 500850-123058/3 nömrəli kredit müqaviləsi üzrə tutulmalı borcun “Azərbaycan manatı” ilə deyil “ABŞ dolları” ilə göstərilməsinə dair buraxılmış yalnışlığın düzəldilməs barədə ərizəsi təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Əsədov, Q.Kərimov, Z.Zeynalov) 28.08.2018-ci il tarixli qətnaməsi ilə cavabdehlər tərəfindən verilmiş apellya siya şikayətinin təmin edilməməsi, Şirvan Şəhər Мəhkəməsinin 03 oktyabr 2017-ci il tarixli, 2(032)58/2017 saylı qətnaməsinin 20 aprel 2015-ci il tarixli, 500850-123058/3 nömrəli kredit müqaviləsi üzrə cavabdehdən borc məbləğinin tutulması hissədə ləğv edilməsi, həmin hissədə iddianın qismən təmin edilməsi, 20 aprel 2015-ci il tarixli, 500850-123058/3 nömrəli kredit müqaviləsi üzrə 4069,44 ABŞ dolları əsas borc, 621,72 ABŞ dolları faiz borcu məbləğində borcun Cavabdeh1 tutularaq «xxxx» ASC-nə ödənilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatına görə 50 manatın Cavabdeh1 tutulub Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh3 və vəkili X1 oğlu iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.08.2018-ci il tarixli qətnam əsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi, evdən çıxarılma və evin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə 04.08.2016-cı il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1 20 aprel 2015-ci il tarixli, 500850-123058/2 nömrəli kredit müqaviləsi üzrə 9448.34 manat əsas, 1720.64 manat faiz borcu olmaqla, 11168.98 manat, 20 aprel 2015-ci il tarixli, 500850-123058/3 nömrəli kredit müqaviləsi üzrə 4245.71 ABŞ dolları əsas, 650.25 ABŞ dolları faiz borcu olmaqla, cəmi 4895.96 ABŞ dolları məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyata alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı olmaqla, cəmi 31 manat xərcin və iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumunun tutularaq “xxxx” ASC-nə ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Şirvan şəhəri, M.S.ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq və onun üzərindəki fərdi yaşayış evinə (ümumi sahə 212.3 kv.m) yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin 21000 manat müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə olunmuş pul vəsaiti kredit borcunun ödənilməsi üçün yetərli olmadıqda, qalan borcun cavabdehin digər vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti hərracda satıldıqdan sonras bir ay ərzində Cavabdeh2, Cavabd eh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 Şirvan şəhəri, M.S.ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq və onun üzərindəki fərdi yaşayış evindən (ümumi sahə 212.3 kv.m) çıxarılmaqla həmin əmlakın boşladılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh3 və vəkili X1 oğlu kassasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə qətnamələri ilə onlardan tutulması müəyyən edilmiş faiz borcu hər iki müqavilə üzrə yüksək məbləğdə müəyyən edilmişdir. Hesab edir ki, hər iki müqavilə üzrə hesablanmış faiz borcu tam silinməlidir. Çünki kredit götürülərkən ABŞ dollarının Azərbaycan manatına qarşı məzənnəsi 0.78 manat idi. Həmin zamanlarda onlar öhdəliklərini lazımi qaydada y erinə yetirmişlər. Lakin məzənnə kəskin surətdə dəyişildikdən sonra ödənişlərdə çətinliklər yaranmağa başlamışdır. Onlar əvvəlki məzənnə ilə götürdükləri krediti ödəyə bilərlər. Digər tərəfdən onların başqa yaşamağa yerləri yoxdur. Belə olan halda evlərinin açıq hərracda satılaraq əldə olunmuş vəsaitin kreditin ödənilməsinə yönəldilməsi faktiki olaraq onların küçələrdə qalması deməkdir. Apellyasiya instansiyası məhkəməsi isə işin bu kimi faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.08.2018-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilm əsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, iddiaçı “xxxx” ASC-nin nümayəndəsi, Cavabdeh3 və vəkili X1 oğlu, digər cavabdehlər Mirzəyev Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şirvan Apellyasiya Məhkəməsinin Mül ki Kollegiyası qəbul etdiyi 28.08.2018-ci il tarixli qətnaməsi ilə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şirvan Şəhər Мəhkəməsinin 03 oktyabr 2017-ci il tarixli, 2(032)-58/2017 saylı qətnaməsinin 20 aprel 2015-ci il tarixli, 500850-123058/3 nömrəli kredit müqaviləsi üzrə cavabdehdən borc məbləğinin tutulması hissədə ləğv edilməsi, həmin hissədə iddianın qismən təmin edilməsi, 20 aprel 2015-ci il tarixli, 500850-123058/3 nömrəli kredit müqaviləsi üzrə 4069,44 ABŞ dolları əsas borc, 621,72 ABŞ dolları faiz borcu məbləğində borcun Cavabdeh1 tutularaq «xxxx» ASC-nə ödənilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatına görə 50 manatın Cavabdeh1 tutulub Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qənaətinə gələrkən haqlı o lmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, «xxxx» ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış 20.05.2015-ci il tarixli 500850/123058/2 saylı kredit müqaviləsi üzrə, sonuncuya 36 ay müddətinə, illik 25% ödəmək şərti ilə 11000 manat məbləğində kredit verilmişdir. «xxxx» ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış 20.05.2015-ci il tarixli 500850/123058/3 saylı kredit müqaviləsi üzrə sonuncuya 36 ay müddətinə, illik 20% ödəmək şərti ilə 5000 ABŞ dolları məbləğində kredit verilmişdir. 20 aprel 2015-ci il tarixli, 500850-123058/2 nömrəli ipoteka müqaviləsi ilə kredit müqavilələrinin təminatı olaraq Cavabdeh2 tam mülkiyyətin də olan Şirvan şəhəri, M.S.ünvan 1 ünvanda yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi (ümumi sahə 212,3 kv.m) bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Tərəflərin qarşılıqlı razılığına əsasən ipoteka predmetinin dəyəri 21000 manat müəyyən edilmişdir. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının 12.06.2017-ci il tarixli rəyindən görünür ki, 1) 20 aprel 2015-ci il tarixli, 500850-123058/2 nömrəli kredit müqaviləsi üzrə iş materiallarında olan hesabdan çıxarış məlumatları və 20 aprel 2015-ci il tarixli, 500850-123058/2 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 03.08.2016-cı il tarixə banka olan borcu 11168,98 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 9448,34 manat, faiz borcu üzrə 1720,64 manat müəyyən ed ilir. 2) 20 aprel 2015-ci il tarixli, 500850-123058/3 nömrəli kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 20 aprel 2015-ci il tarixli, 500850-123058/3 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 03.08.2016-cı il tarixə banka olan borcu 4691,16 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 4069,44 manat, faiz borcu üzrə 621,72 manat müəyyən edilir. Birinci instansiya məhkəməsi ekspert rəyini əsas tutaraq, rəydə müəyyənləşdirilmiş məbləğin tutulmasını təmin etmişdir. İpoteka predmetinin qiymətləndirilməsi üzrə ekspertiza da keçirilmiş, ipoteka predmeti olan mənzil 35000 manat qiymətləndirilmişdir. «xxxx» ASC ərizə ilə müraciət edərək birinci instansiya məhkəməsi tərə findən yanlışlığa yol verildiyini qeyd etmişdir. Belə ki, məhkəmə 20.05.2015-ci il tarixli 500850/123058/3 saylı kredit müqaviləsi üzrə borcludan 4069,44 ABŞ dolları və 621,72 ABŞ dolları tutmalı olduğu halda, səhvən 4069,44 manat və 621,72 manat tutulmasını qət etmişdir. Bank bu yanlışlığın aradan qaldırılmasını xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin qərardadı ilə yanlışlığın düzəldilməsi barədə ərizə təmin edilməmiş, lakin Şirvan Apelyasiya Məhkəməsinin 28 avqust 2018-ci il tarixli qərardadı ilə yanlışlığın düzəldilməsindən imtina barədə Şirvan Şəhər Məhkəməsinin 06 dekabr 2017-ci il tarixli qərardadı ləğv edilmişdir. Kollegiya Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən işə, cavabdehin apellyasiya şikayəti həddində qətnaməyə baxır. Bununla yanaşı, Kollegiya qeyd etməy i zəruri hesab etmişdir ki, yanlışlıq barədə (yanlışlığın düzəldilməsindən imtina barədə) qərardad qətnamənin ayrılmaz hissəsi olduğundan, iddiaçının bu şikayətinə, bununla əlaqədar həmin qərardada da qətnamə il birgə qiymət verilməlidir. Cavabdehlər apellyasiya şikayətində qətnaməni faiz borcuna dair hissədə mübahisələndirsə də Kollegiya hesab etmişdir ki, tələb edilən borc məbləğinin müəyyən edilməsinə dair hissədə işin faktiki hallarını düzgün müəyyən edilmədiyindən, prosessual pozuntuya yol verildiyindən şikayətin dəlillərindən asılı olmayaraq, qətnamə həmin hissədə qismən ləğv edilməli, 20 aprel 2015-ci il tarixli, 500850-123058/3 nömrəli kredit müqaviləsi üzrə borc məbləği düzgün müəyyən edilməlidir. Belə ki, iş üzrə keçirilmiş təkrar məhkəmə mühasibatlıq ekspertizasının 20.07.2018-c i il tarixli rəyinə görə 20 aprel 2015-ci il tarixli, 500850-123058/3 nömrəli kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 20 aprel 2015-ci il tarixli, 500850-123058/3 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 03.08.2016-cı il tarixə banka olan borcu 4691,16 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 4069,44 ABŞ dolları, faiz borcu üzrə 621,72 ABŞ dolları müəyyən edilir. Kollegiya hesab etmişdir ki, cavabdehdən 20 aprel 2015-ci il tarixli, 500850-123058/3 nömrəli kredit müqaviləsi üzrə ABŞ dolları ilə göstərilən həmin məbləğ tutulmalıdır. Beləliklə, apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319. 1, 385.1, 421.2, 423.2, 443.1 və 739.1.-ci, “İpoteka haqqında” Qanunun 33 və 34-cü maddələrinə istinad etməklə əsaslandırmış və qəbul etmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnormalarını düzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh3 və vəkili X1 oğlu oğlunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28.08.2018-ci il tarixli, 2(106)1336/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova
Məhkəmə qərarları › İş №2(102)-701/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-701/2019
04.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver