Məhkəmə qərarları › İş №2(102)-701/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-701/2020

10.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-701/2020 10.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, iddiaçının vəkili X7 oğlunun, Cavabdeh3 və vəkili X4 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı MMC və vəkili X7 oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-5638/2019 saylı 14 noyabr 2018-ci il tar ixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 14100.66 manat məbləğində pul vəsaiti, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla - cəmi 14130.66 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 oktyabr 2019-cu il tarixli, 2(103)-12179/2019 saylı qətnaməsi ilə (hakimlər X.A.Cəmilova sədrlik edən və məruzəçi, İ.Ə.Kərimli və A.Q.Hüseynov) Cavabdeh3 apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-5638/2019 saylı 14 noyabr 2018-ci il tarixli qətnaməsinin mübahisələndirilən-iddia tələbinin Cavabdeh3 qarşı təmin edilmiş hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissəd ə rədd edilməsi, Cavabdeh3 tərəfindən ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun ona aid edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "İddiaçı” MMC-nin sabiq ticarət nümayəndəsi Cavabdeh1 və zaminləri Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ümumi olaraq 15994.89 manat pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb İddiaçınə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı MMC-nin nümayəndəsi X3 və vəkili X7 oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin qə tnaməsi çıxarılarkən maddi və prosessual hüquq normaları pozulmuş, tətbiq edilməli hüquq normaları tətbiq edilməmişdir. Belə ki, 30 avqust 2011-ci il tarixdə Cavabdeh3 İddiaçı MMC qarşısında öhdəlik götürərək əmək müqaviləsi ilə ticarət nümayəndəsi işinə qəbul edilən Cavabdeh1 yazılı formada və imzalamaqla öhdəlik götürərək zamin olmuşdur. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-12179/2019 saylı 02 oktyabr 2019-cu il tarixli qətnaməsinin öhdəliklə (zaminliklə) bağlı olan hissədə ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X3 və vəkili X7 oğlu Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdeh3 vəkili X6 iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq Bakı Apellyasiya Məhkəməsinin 02 oktyabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi, Cavabdeh3 vəkilinin çıxışı ilə razı olduğunu bildirdi. Məhkəmə kollegiyası, Cavabdeh1 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh Cavabdeh2 lazımi qaydada bildiriş göndərilmiş olsa da, o üzrlü səbəblər olmadan g əlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən cavabdeh Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 02 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apelyasiya instansiyası mə hkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, 01 fevral 2011-ci il tarixli Əmək Müqaviləsinə əsasən Cavabdeh1 İddiaçınə tic arət nümayəndəsi vəzifəsinə işə qəbul olunmuşdur. Həmin Müqaviləyə əsasən tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürürlər. Əgər bir tərəf digər tərəfin hüquqlarını pozarsa və dəymiş zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini tələb etmək hüququna malikdir. 01 fevral 2011-ci il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilə əsasında müəyyən edilmişdir ki, Cavabdeh1 maddi və mənəvi sərvətləri gələcəkdə qoruyub saxlamaq məqsədi ilə İddiaçı ilə müqavilə bağlayaraq, şirkətə mənsub olan maddi və natural vəsaitlərin (pul) qorunub saxlanmasını təmin etməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. Həmin Müqaviləyə əsasən ticarət nümayəndəsi və zifəsində işləyən işçi ona həvalə edilmiş maddi (malların) və natural vəsaitlərin (pul) qeydiyyata alınmasını, qorunmasını, saxlanmasını təmin etmək üçün ticarət obyektlərinə satılmış malların satışından toplanması ona həvalə edilmiş şirkətin maddi vəsaitinə (pul) cavabdeh olmaq, maddi vəsaitlərə ciddi yanaşmaq və maddi zərərin vurulmasının qarşısını almaq üzrə tam maddi-məsuliyyət öz öhdəsinə götürür. Şirkət işçinin günahı üzündən müəssisəyə maddi zərər vurularsa, zərərin miqdarını müəyyənləşdirir və dəyərin ödənilməsini mövcud qanunvericiliyə uyğun surətdə həll edilir. İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 ərizəsinə əsasən 14 mart 2016-cı il tarixdə işdən azad edilmişdir. İddiaçı tərəfindən verilmiş 14 noyabr 2018-ci il tarixli 178 №-li arayışla müəyyən edilmişdir ki, İd diaçı MMC-də ticarət nümayəndəsi vəzifəsində işləmiş Cavabdeh1 işlədiyi müddət ərzində ticarət obyektlərinə satmaq üçün MMC-nin anbarından cəmi 1.103.892,03 manat dəyərində şirniyyat və qənnadı məhsulları buraxılmışdır. Həmin buraxılmış malların ümumi məbləğindən ticarət nümayəndəsi Cavabdeh1 1.050.166,87 manat məbləğində pulu xəzinədarlığa ödəmiş, 35.485,36 manat dəyərində (zay) malları anbara qaytarmışdır. Hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunarkən Cavabdeh1 anbardan qəbul etdiyi malların ümumi cəmindən İddiaçı MMC-nə 14.300,66 manat məbləğində borcu qalmışdır. Bundan əlavə olaraq, iddia məbləğində göstərilən 14.300,66 manat qalıq borcu vaxtında ödənilməyərək gecikdirildiyi üçün illik 5% olmaqla, cəmi 1.694,23 manat məbləğində faiz pulu da hesablanaraq, həmin borcun üzərinə ə lavə edilmiş və ümumi olaraq ona 15.994.89 manat borc hesablanmışdır. Lakin, həmin məbləğdə zərərin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət olunduqdan sonra müxtəlif tarixlərdə, yəni 14 sentyabr 2018-ci il tarixdə 100 manat və 29 sentyabr 2018-ci il tarixdə isə 100 manat olmaqla, cəmi 200 manat məbləğində pul vəsaiti Cavabdeh1 hesabına ödənilmişdir. Həmin ödənilmiş 200 manat iddia məbləğindən çıxılmış və 14 noyabr 2018-ci il tarixinə əsas borc 14.100,66 manat miqdarında olmuşdur. Beləliklə də, 14 noyabr 2018-ci il tarixinə Cavabdeh1 İddiaçı MMC-yə faizlə birlikdə 15.794,89 manat, yəni 14.100,66 manat əsas borc və 1694.23 manat faiz borcu vardır. İşdə olan 30 avqust 2011-ci il tarixli “Öhdəlik” sənədlərinin müvafiq qaydada təsdiq olunmuş surəti ilə müəyyən edilmişdir ki, zami nlər Cavabdeh2 və Cavabdeh3 İddiaçındə işə götürülən ticarət nümayəndəsi Cavabdeh1 qohumu olaraq ona maddi-məsul vəzifəni həvalə edilməsinə və onun düzgün, təmiz işləyəcəyinə, heç bir mənimsəmə, israf etmə, yəni etibar edilmiş özgə əmlakını talama hallarına yol verməyəcəyinə zamin durmuşlar və eyni zamanda, İddiaçı MMC-də Cavabdeh1 ticarət nümayəndəsi vəzifəsində işlədiyi müddətdə yaranma mənbəyindən asılı olmayaraq hər hansı bir maddi çatışmazlığı, borcu olduğu, mənimsəmə, israf etmə, yəni etibar edilmiş özgə əmlakını talama halları olduğu halda çıxışı dayandırıldığı gündən bir ay ərzində çatışmayan məbləğin ödənilməsini öz üzərlərinə götürmüşlər. Birinci instansiya məhkəməsi mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrini tətbiq edərək iddia tələbinin qismən təm in edilərək 14100,66 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulması qənaətinə gəlmişdir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin Cavabdeh3 Xoğluna qarşı təmin olunmuş hissəsi üzrə mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadığından və həmin nəticə işin hallarına uyğun olmadığından qətnamə həmin hissədə ləğv edilməlidir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyasının gəldiyi nəticədən görünür ki, 30.08.2011-ci il tarixli “öhdəlik” sənədində (məzmunca zaminlik müqaviləsi kimi qəbul olunur) və onun təmin etdiyi əsas öhdəliyin icrası vaxtı müəyyən edilməmişdir. Belə olan halda kreditor zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində, yəni 30.08.2013-cü ilə qədər zaminə qarşı iddia irəli sürülmədiyindən Cavabdeh3 zaminliyinə qanunun imperativ göstərişinə əsasən xitam verilmişdir. Ona görə də iddiaçının həmin cavabdehə münasibətdə tələbini əsassız hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, hazırki mübahisədə Cavabdeh3 iddiaçı qarşısında hər hansı öhdəliyi müəyyən edilmədiyindən birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin Cavabdeh3 qarşı təmin edilmiş hissəsində ləğv edilməli və iddia tələbi həmin hissədə rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni aşağıdakı maddi hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz ödəliyini tamamilə və ya hissəhissə icr a etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1). Zaminlik müqaviləsi gələcəkdə yarancaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (470.2). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası v axtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir (477.0.1, 477.0.4.). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Kassator kassasiya şikayətində Mülki Məcəllənin 470.1, 470.2, 471, 472-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 sentyabr 2012-ci il tarixli qərarına istinad edərək apellyasiya məhkəməsinin öhdəliklə bağlı gəldiyi nəticə ilə bağlı qeyd etmişdirlər ki, q ətnamə tam əsassız və qanunsuz olduğu üçün və qanunvericiliyin tələblərinin pozulması ilə qəbul olunduğundan öhdəliklə (zaminliklə) bağlı olan hissədə qətnamə ləğv olunmalıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin əsas dəlili ilə bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, 30.08.2011-ci il tarixli “öhdəlik” sənədində və onun təmin etdiyi əsas öhdəliyin icrası vaxtı müəyyən edilmədiyindən kreditor zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində, yəni 30.08.2013-cü ilə qədər zaminə qarşı iddia irəli sürmədiyindən Cavabdeh3 zaminliyinə qanunun imperativ göstərişinə əsasən xitam verilmişdir, ona görə də iddiaçının Cavabdeh3 münasibətdə tələbi əsassızdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiym ət verərək hesab edir ki, bu dəlillər qanuni, əsaslı və mahiyyətcə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyildir. Belə ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, iş üzrə verilmiş Cavabdeh3 apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndini n tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmişdir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə baxılarkən hüquq normasının tətbiqində səhvə yol verilməyərək hazırki iş üzrə düzgün və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan və hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh olunanlar a əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02.10.2019-cu il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar