Məhkəmə qərarları › İş №2(102)-702/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-702/2020

11.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-702/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Allahverdiyev Qəhrəman Əli oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 vəkili Vəkil, cavabdeh LPO «xxxx» ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakları ilə, cavabdeh LPO «xxxx» ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və vəkili Məmmədov Azər Məhəbbət oğlunun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-13086/2019 saylı qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3652/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.C.Musayeva) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh LPO «xxxx» ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit məlumatlarının silinməsi” tələbinə dair iddiası təmin edilərək, İddiaçı1 və X1 cavabdeh LPO «xxxx» ASC-yə borclarının olmaması barədə məlumatın “xxxx” MMC-yə verilməsi vəzifəsinin LPO «xxxx» ASC-yə həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-13086/2019 saylı qətnaməsi ilə (hakimlər: sədrlik edən və məruzəçi X.A.Cəmilova, İ.K.Xəlilov, İ.Ə.Kərimli) cavabdeh LPO «xxxx» ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3652/2019 saylı xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mərkəzi Kredit Reyestri Xidmətinin məlumat bazasında adlarına əks olunan kredit məlumatlarının silinməsi və kredit məlumatlarının silinməsi vəzifəsinin LPO «xxxx» ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması” barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Sonradan iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıların «xxxx» ASC-yə borclarının olmaması barədə məlum atın “xxxx” MMC-yə verilməsi vəzifəsinin LPO «xxxx» ASC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, 28 may və xx xxxx 2008-ci il tarixlərində iddiaçılar iş yoldaşları Hafiz Həsənova verilməsi üçün öz adlarına kredit rəsmiləşdirilməsinə razılıq verərək onunla birlikdə «xxxx» ASC-nin Xəzər filialına getmişlər. Hafizin tanışı X5 adlı filialın əməkdaşına yaxınlaşaraq, sonuncunun təqdim etdiyi 2.300 və 2.500 manat məbləğində kredit rəsmiləşdirilməsinə dair sənədləri imzalamışlar. Lakin pullar verilməmişdir. Sonra isə iş yoldaşları Hafiz Həsənov onlara bildirmişdir ki, kredit verilməyəcək. Pulların verilməməsi ilə razılaşmışlar. Lakin vaxt keçəndən sonra məlum olmuşdur ki, həmin pullar götürülmüşdür. Belə əməllərə görə «xxxx» ASC- nin Xəzər filialının əməkdaşlarına dair cinayət işi başlanmış və təqsirkar əməkdaşlar cinayət məsuliyyətinə cəlb edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2013-cü il tarixli hökmü ilə cəzalandırılmışlar. Həmin cinayət işi üzrə onlar şahid qismində göstərilmişlər.Hazırda ehtiyacları olduğu üçün bankdan kreditə pul götürmək istəmiş, lakin kredit verilməmiş və bildirilmişdir ki, onlar problemli müştəri kimi bank sistemində qeyd olunmuşlar. Həmin siyahıya adlarının salınması düzgün deyil. Onların özləri dələduzların qurbanı olmuşlar. Krediti onlar almamışlar. Adlarından istifadə edərək «xxxx» ASC-nin Xəzər filialının əməkdaşları öz qulluq mövqeyindən istifadə etməklə, cinayət yolu ilə əldə etdikləri pul vəsaitlərini mənimsəmişlər. İndi isə banklar qarşısında heç bir öhdəlik daşımadıq ları halda adları “qara” siyahıya salınmışdır.Cavabdeh təşkilata müraciət edərək adlarının problemli müştərilər siyahısından çıxarılmasını xahiş etmişlər. Lakin xahişləri təmin olunmamış və məhkəməyə müraciət etməkləri tövsiyyə olunmuşdur. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq cavabdeh LPO «xxxx» ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Cavabdeh LPO «xxxx» ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortal anması Fondu və vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətini apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və qeyd etmişlər ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında cavabdeh LPO «xxxx» ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edib şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə etiraz edib şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası AR MPM-nin 67 və 415.3-cü maddəsinin tələblərini rəhbər tutaraq işə baxmışdır. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, iddiaçılar İddiaçı1, İddiaçı2 v əkili Vəkil, cavabdeh LPO «xxxx» ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlunun izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən cavabdeh LPO «xxxx» ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan **********470 saylı, xx.xx.2019-cu il tarixli arayışa əsasən LPO «xxxx» ASC ilə İddiaçı2 arasında bağlanmış İK0106 saylı, xx xxx 2008-ci il tarixli kredit müqaviləsi üzrə xx xxxx 2019-cu il tarixinə müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 9.877,13 manat təşkil etmişdir. Verilmiş kreditin məbləği 250 0 manatdır. “xxxx” MMC-dən xx.xx.2019-cu il tarixli ST-15464 saylı və ST-15463 saylı çıxarışlardakı “Borcalanın aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı1 LPO “xxxx” ASC-yə kreditin qalıq məbləği üzrə 2.040,26 manat, faiz məbləği üzrə 2.262,35 manat məbləğində, İddiaçı2 isə kreditin qalıq məbləği üzrə 2.071,13 manat, faiz məbləği üzrə 2.313,74 manat məbləğində borcu vardır. İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-75/2013 saylı, xx.xx.2013-cü il tarixli hökmünün 7-ci səhifəsindən görünür ki, “... xx xxxx 2008-ci ildən xx xxxxxx 2008-ci il tarixədək eyni niyyətlə X3 və “xxxx” ASC-nin Xəzər filialında kredit şöbəsinin mütəxəssisi vəzifəsində işləmiş X5 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, yəni Rasif Əliyevin birgə icraçılığı, Ayaz Şirəliyevin isə köməkliyi ilə, sonuncunun vasitəsilə kredit almaq üçün banka gəlmiş müştərilərə kredit məbləğindən xeyli miqdarda bank xərclərinin saxlanılması, yaxud müştəriyə kredit sənədlərinə imza etdirildikdən sonra kreditin verilməməsi barədə yalan məlumatlarının çatdırılması, həmçinin müştəriyə kreditin faktiki verilən məbləğindən artıq hissəsinin bank tərəfindən ödəniləcəyi vəd edilməklə.... İddiaçı2 2.500 manat kreditin verilməsinə dair xx xxx 2008-ci il tarixli, İddiaçı1 isə 2.300 manat kreditin verilməsinə dair xx xxxx 2008-ci il tarixli və digər şəxslərə sənədlərə şəxsən imza etdirilməsinə baxmayaraq həmin pul vəsaitlərini... kreditin verilməsinə dair rəsmi sənədlərin tərtib olunmasına nail olaraq qeyd olunan vaxtlarda bütövlükdə «xxxx» ASC-nin Xəzər filialının xəzinəsindən götürərək mənimsəmişlər. Gö stərilən hökm ilə X3 və X5 Cinayət Məcəlləsinin 179.3.2-ci və 32.5, 179.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, onlara müvafiq cəzalar təyin edilmişdir. İş materiallarına əlavə edilmiş LPO «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddiaçılara ünvanlanmış xx.xx.2018-ci il tarixli cavab məktubundan görünür ki, “Mərkəzi Kredit Reyestri Xidmətinin məlumat bazasında adına əks olunan kredit məlumatlarının silinməsinə” dair müraciətlərinə ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda baxılmışdır. Bildirilmişdir ki, ərizələrində istinad etdikləri Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(101)-75/2013 saylı hökmündə, ləğv prosesində olan «xxxx» ASCnin ləğvedicisinin üzə rinə sözügedən kredit məlumatlarının sistem məlumatlarından silinməsi öhdəliyi qoyulmamışdır. Bununla əlaqədar yaranmış məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin, “xxxx”na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının müvafiq maddələrini işin müəyyən edilmiş hallarına tətbiq edərək hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçılara kredit müqavilələri üzrə pul verildiyi məhkəmə baxışı nəticəsində öz təsdiqini tapmadığından həmin qeydlər silinməli və iddia təmin olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməklə mübahisənin faktiki halları, tərəflərin mün asibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmi şdir ki, hazırki iş üzrə cavabdeh iddianı qəbul etməyərək İKO 156 saylı, xx.xx.2018-ci il və İKO 106 saylı, xx.xx.2008-ci il tarixli kredit müqavilələrinə istinad etsə də, həmin kredit müqavilələrində nəzərdə tutulmuş məbləğlərin iddiaçılara verilməsi barədə kassa məxaric sənədinin əslini və ya təsdiq edilmiş surətini nə birinci instansiya, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçılar onlara hazırki iş üzrə cavabdehin istinad etdiyi kredit müqavilələri üzrə kreditin verilməsi ilə bağlı müvafiq sübutların mövcud olmadığı təqdirdə adlarının problemli müştəri kimi bank sistemində qeyd olunması səbəbindən hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşlar və birinci instansiya məhkəməsi tərəfindən d ə onların iddiası düzgün olaraq təmin edilmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş ü zrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh LPO «xxxx» ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-13086/2019 saylı qət naməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar