Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-7022/2021 12.11.2021 ALİ MƏHKƏMƏ Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5238/2021 nömrəli iş üzrə 29 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh X3 vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bank) X4 və Cavabdeh2 qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X2 11 n oyabr 2015ci il tarixli 100850-38103/2 nömrəli kredit müqaviləsi üzrə cəmi 20724,56 ABŞ dolları məbləğində borcun, 19 avqust 2016-cı il tarixli 100850-138103/3 nömrəli kredit müqaviləsi üzrə 146134,85 manat əsas, 19726,82 manat faiz borcu olmaqla cəmi 165 861,67 manat borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının, iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat dövlət rüsumunun bankın xeyrinə tutulması, tutmanın ipotekaya qoyulmuş Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında istifadədə olan 0.0285 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 247,3 kv.m. ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilk in satış qiymətlərinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqdan sonra bir ay ərzində boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, X2 11 noyabr 2015-ci il tarixli 100850-38103/2 nömrəli kredit müqaviləsi üzrə 20724,56 ABŞ dolları faiz borcunun, (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), 100850138103/3 saylı 19 avqust 2016-cı il tarixli kredit müqaviləsi üzrə 146134,85 manat əsas, 9184,67 manat faiz borcu olmaqla cəmi 155 319,52 manat borcun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı olmaqla cəmi 30 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat dövlət rüsumunun tutularaq banka ödənilməsi, tutmanın Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi 32 ünvanında istifadədə olan 0.0285 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 247,3 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binasına yönəldilməsi və qeyriyaşayış sahəsinin açıq hərracda satılması, qeyri yaşayış binasının ilkin satış qiymətinin 272 000,00 manat məbləğində müəyyən edilməsi, qeyri-yaşayış binasının satışından əldə edilən vəsait hesabına banka olan borcun ödənilməsi, ipoteka predmetinin hərracda satıldıqdan bir ay sonra boşaldılması qət olunmuşdur. X1 apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmiş, şikayətini işə iştirakı olmadan baxıldığı, faiz borcunun düzgün hesablanmadığının nəzərə alınmadığı arqumentləri ilə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin 05 avqust 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 04 iyun 2018-ci il tarixli qətnaməsi iddianın Mübariz Hacıyevə qarşı təmin olunmuş faiz borcunun tutulması və ipoteka predmetinin satış qiymətinin müəyyən edilməsi hissələrində dəyişdirilməsi, 11.11.2015-ci il tarixli kredit müqaviləsi üzrə X2 tutulmalı olan faizin miqdarının 15934,83 ABŞ dolları məbləğində, ipoteka predmetinin ilkin satış qiymətinin isə 280 000 manat dəyərində müəyyən edilməsi, qətnamənin 19.08.2016-cı il tarixli kredit müqaviləsi üzrə cavabdehdən 19726,82 manat f aizin tutulması hissəsində dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olaraq 150 manat məbləğində pulun 50 manatının "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, 100 manatının isə Mübariz Hacıyevdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi, əmlakın qiymətləndirilməsi ilə bağlı qiymətləndirmənin dəyəri olaraq 500 manatın 200 manatının "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, 300 manatının X2 tutularaq "xxxx" MMC-nin hesabına köçürülməsi, apellyasiya şikayətinin verilməsi ilə bağlı X5 tərəfindən ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun ona aid edilməsi qət olunmuşdur. Həmin qətnamədən Mübariz Hacıyevin verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 mart 2021-c i il tarixli qərarı ilə qismən təmin edilmiş, qətnamənin ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən olunması hissəsində ləğv edilməsi, həmin hissədə işə yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 iyul 2021-ci il tarixli qətnaməsi ilə X3 apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-273/2018 saylı iş üzrə 04 iyun 2018-ci il tarixli qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə, yəni “Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında istifadədə olan 0.0285 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 247,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiymətinin 272.000 manat məbləğində müəyyən edilməsi” hissəsind ə dəyişdirilmiş, Bakı şəhəri, Səbail rayonu, Salyan Şossesi 32 ünvanında istifadədə olan 0.0285 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 247,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binasının ilkin satış qiyməti 280.000 (iki yüz səksən min) manat müəyyən edilmiş, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi məqsədilə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri olan 400 (dörd yüz) manatın 200 (iki yüz) manatı X4, 200 (iki yüz) manatı isə "xxxx" ASC-nə aid edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh X3 adından vəkili və nümayəndəsi qismində Vəkil kassasiya şikayəti vermişdir. İş materiallarından müəyyən olunur ki, kassasiya şikayəti cavabdeh X3 nümayəndəsi qismində Vəkil tərəfindən 27.09.2021-ci il tarixdə imzalansa da, iş materiallarının 283-cü səhifəsində olan etibarnamənin müddəti 14.09.2021-ci il tarixdə bitmişdir. Azərbaycan Respublikası MPM-nin Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti qaytarılmalıdır Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələbl ərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh X3 vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.1-ci maddəsinin tələbləri pozulmaqla verildiyindən kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli, şikayət işlə birlikdə onun geri qaytarılması məsələsinin həlli üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Bakı Apell yasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5238/2021 nömrəli iş üzrə 29 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh X3 vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.