Məhkəmə qərarları › İş №2(102)-7024/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-7024/2019

30.10.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7024/2019 30.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.07.2019-cu il tarixli, 2(103)4980/2018 nömrəli qərardadından iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və X1 qarşı borc tələbin ə dair iddia ərizəsi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29.11.2017-ci il tarixli 2(007)- 297/2017 saylı qətnaməsi ilə qismən təmin edilmişdir. Qətnamədən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19.09.2018-ci il tarixli 2(103)- 4980/2018 saylı qətnaməsi ilə qismən təmin edilmişdir. Sonuncu qətnamədən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu 28.01.2019-cu il tarixdə kassasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizə təqdim edərək buraxılmış müddətin bərpasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Ə.Kərimli, X.A.Cəmilova və İ.K.Xəlilov) 09.07.2019-cu il tarixli, 2(103)-4980/2018 nömrəli qərardadı ilə Bakı A pellyasiya Məhkəməsinin 19.09.2018-ci il tarixli, 2(103)-4980/2018 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş ərizə təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.07.2019-cu il tarixli qərardadından kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.07.2019-cu il tarixli qərardadından kassasiya şikayəti verərək, onun ləğv, buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə prosessual hüquq normalarını pozmuşdur. Belə ki, ərizədə müddətin ötürülməsinə üzrlü hal kimi iddiaçının ləğv prosesində olması, hüquq şöbəsinin icraatında olan mülki iş qovluqlarının bir binadan digərinə daşınması, işçilərin sayının azlığı və bəzilərinin isə məzuniyyətdə olması səbəbindən kassasiya şikayətinin vaxtında verilməsinin qeyri-mümkünlüyü göstərilmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MP M-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 09.07.2019-cu il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 19.09.2018-ci il tarixli, 2(103)-4980/2018 saylı qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş ərizəni təmin etməməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 405.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Mülki işin materiallarından aydın olur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19.09.2018-ci il tarixli 2(103)-4980/2018 saylı qətnaməsi poçt vasitəsilə iddiaçıya göndərilmiş, həmin ünvandan 15.10.2018-ci il tarixdə qəbul edilmiş, lakin kassasiya şikayəti 3 ay 13 gün sonra, yəni 28.01.2019-cu il tarixdə verilmişdir. Məhkəmə kollegiyası düzgün olaraq qeyd etmişdir ki, üzrlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzrlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Ərizədə göstərilən səbəblər qanunvericilikdə qətnamədən kassasiya şikayəti vermə müddətinin ötürülməsi üçün üzrlü səbəb hesab edilə və şikayət vermə müddətinin bərpa edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti geri q aytarılır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, müddətin buraxılmasına səbəb olanhalları tam, hərtərəflivəobyektivaraşdırmış vətətbiqedilməliolanprosessualhüquqnormalarınıdüzgüntətbiqetmiş, qanuni və əsaslı qərardad qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. İddiaçınını kassasiya şikayətində istinad etdiyi üzürlü səbəb kimi qeyd etdiyi halları apellyasiya instanisyası məhkəməsi qiymətləndirməklə bu müddətdə ötürülmüş müddətin bərpa edilməsi üçün üzülü səbəb kimi qiymətləndirməmişdir. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin apardığı qiymətləndirməni prosessual qanunvericiliyə zidd hesab etmir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09.07.2019-cu il tarixli, 2(103)-4980/2018 nömrəli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar