Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7026/2019 13.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili Əsgərova Əfifə Füzuli qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 04 iyun 2019-cu il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və vəkili Əsgərova Əfifə Füzuli qızının kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Ba kı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tarixli, 2(004)258/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, 17 mart 2015-ci il tarixli 100/02/99195/15 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 468340,55 ABŞ dolları əsas borc, 17797,15 ABŞ dolları faiz borcu, 30 manat cərimə borcu olmaqla, cəmi 486167,70 məbləğində pulun, 30 manat məhkəmə üçün və 30 manat ipotekanın qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun tutulması, ilkin satış qiymətinin ******* manat müəyyən edilməklə tələbin Cavabdeh1 tutulmalı olan məbləğin bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri,ünvan 1 ünvanında olan 390 nömrəli, 2 mərtəbəli 196,8 kv.m ümumi, 120,6 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı fərdi yaşayış evinə və 0.2019 ha torpaq sahəsinə yönəldilməsi, əmlakın açıq hərracdan satıl ması, əmlaka tutma yönəldildikdən və o satıldıqdan sonra Cavabdeh1 ən geci bir ay ərzində fərdi yaşayış evindən məcburi qaydada çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyun 2019-cu il tarixli, 2(103)770/2019 saylı qətnaməsi ilə (hakimlər R.Qurbanov (sədrlik edən və məruzəçi), E.Nəbiyev və A.Hüseyn) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tarixli, 2(004)-258/2018 saylı qətnaməsinin qismən, yəni tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində ləğv edilməsi və dəbbə pulunun tutulması hissəsində dəyişdirilməsi, tutmanın Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən 0,2019 ha torpaq sahəsi ilə birlikdə həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsi və həmin əmlakın açıq hərracdan satılması, ipoteka predmetinin ilkin satış qiyməti ******* (bir milyon səkkiz yüz əlli min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan əmlaka tutma yönəldildikdən və o satıldıqdan sonra Cavabdeh2 ən geci bir ay ərzində fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, dəbbə pulunun 5000 ABŞ dolları məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı ləğv prosesində olan QSC «xxxxx» KB cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC «xxxxx» KB ilə Cavabdeh1 arasında bağlanmış 17 mart 2015-ci il tarixli 100/02/99195/15 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 476329,67 ABŞ dolları məbləğində əsas borc, 17957,78 ABŞ dolları məbləğində faiz borcu, 30.335,37 ABŞ dolları məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 524622,82 ABŞ dolları məbləğində pulun, 30 manat məhkəmə üçün və 31 manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 61 manat məbləğində dövlət rüsümunun tutulması, ipoteka predmetinin ilkin satış qiyməti 918000 manat məbləğində müəyyən edilməklə Cavabdeh1 tutulmalı olan məbləği bank qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, ünvan1 ünvanında olan 390 nömrəli, 2 mərtəbəli 196,8 kv.m ümumi, 120,6 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı fərdi yaşayış evinə və 0.2019 ha torpaq sahəsinə yönəldilməsi, əmlakın açıq hərracdan satılması, əmlaka tutma yönəldildikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sa həsindən çıxmadıqda həmin şəxsin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “xxxxx” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili Əsgərova Əfifə Füzuli qızı kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, “xxxx” MMC tərəfindən qiymətləndirmə düzgün aparılmamış, mübahisəli əmlakın dəyəri şişirdilərək həqiqi bazar dəyərindən yuxarı müəyyən olunmuş və bununla da apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətinin həmin rəyə əsasən müəyyən edilməsi hissəsində əsassız qənaətə gəlmişdir. Ona görə də Bakı Apelly asiya Məhkəməsinin 04 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək, iddiaçının iddia tələblərinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini, yaxud işin baxılması üçün yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Ə.F.Əsgərova Bakı Apellyasiya Məhkəməsinin 04 iyun 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası, Cavabdeh1 nümayəndəsi X1 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 04 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Q anunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırıl ması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin Mülki Məcəllənin 269.5, 317 və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 39.3 və 39.3.3-cü maddələrinə əsasən iş materialları üzrə gəldiyi nəticədən görünür ki, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun ipoteka predmeti olan torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməsini, həmin əmlakın açıq hərracdan satılmasını, əmlaka tutma yönəldildikdən və o satıldıqdan sonra Cavabdeh2 ən geci bir ay ərzində fərdi yaşayış evindən məcburi qaydada çıxarılmasını tələb etməkdə haqlıdır. Apellyasiya instansiyası məhkəməsinin ekspe rt rəyləri arasında kifayət qədər qiymət fərqi olmasına baxmayaraq iş materialları üzrə gəldiyi digər nəticədən görünür ki, ipoteka predmetinin ilkin satış qiyməti məhz ipoteka müqaviləsinə əsasən tərəflərin razılaşdığı qiymətə daha yaxın olan (918000 manat) «xxxx» MMC-nin 18 aprel 2019-cu il tarixli Ç-262 saylı ekspert rəyinə əsasən ******* (bir milyon səkkiz yüz əlli min) manat məbləğində müəyyən olunmalıdır. Apellyasiya instansiyası məhkəməsinin iş materialları üzrə gəldiyi nəticələrdən həmçinin görünür ki, 30335,37 ABŞ dolları dəbbə pulu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilməli və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, birinci instansiya məhkəməsinin müəyyən etdiyi kimi 30 manat deyil, 5000 ABŞ dolları məbləğində müəyyənləşdirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri işin tam araşdırılmış həqiqi hallarına, eləcə də mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmamaqla, həmçinin tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün qanuni və əsaslı sayıla bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin araşdırılmış halları ilə müəyyən etmişdir ki, QSC “xxxx” KB ASC ilə Cavabdeh1 arasında 17 mart 2015-ci il tarixli 100/02/99195/15 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 12 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə 577000 ABŞ dolları məblərində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi “xxxx” KB ASC ilə Cavabdeh2 arasında 18 mart 2015-ci il tarixli 100/02/99195/15 saylı ipoteka müqavilə si bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, ünvan1 ünvanında olan 390 nömrəli, 2 mərtəbəli 196,8 kv.m ümumi, 120,6 kv.m yaşayış sahəsindən ibarət 5 otaqlı fərdi yaşayış evini və 0.2019 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsində ipoteka predmetinin dəyəri 918000 manat məblərində qiymətləndirilmişdir. İddia tələbləinə əsasən Cavabdeh1 müqavilə ilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas kredit borcu 476329,67 ABŞ dolları, faiz borcu 17957,78 ABŞ dolları, cərimə 30335,37 ABŞ dolları, cəmi borc isə 524622,82 ABŞ dolları təşkil edir. Cavabdehin isə iddiaya olan etirazın əsası kimi əsasən respublikada baş vermiş devalvasiyanın onun biznesinə birbaşa təsirinə, külli miqdarda bo rcu yaranmasına və bu səbəbdən də krediti verə bilməməsinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, Məhkəmə Ekspertizası Mərkəzinin 04.01.2018-ci il tarixli 22674 saylı rəyinə əsasən cavabdehin QSC “xxxx” KB ASC-nə olan əsas borcu 468340,55 ABŞ dolları, faiz borcunun isə 17797,15 ABŞ dolları müəyyən edilməsinə baxmayaraq Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı həmin müqavilədən yaranan borcun ipoteka predmeti olan torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə yönəldilməli,, həmin əmlakın açıq hərracdan satılmalı, əmlaka tutma yönəldildikdən və o satıldıqdan sonra Cavabdeh2 ən geci bir ay ərzində fərdi yaşayış evindən məcburi qaydada çıxarılm alıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qismən əsaslı olması qənaətinə gələrkən iddiaçının apellyasiya şikayətinin iddianın tam təmin edilməli olmasına dair dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, iş üzrə aparılmış Məhkəmə Ekspertiza Mərkəzinin 04.01.2018-ci il tarixli 22674 saylı rəyinin nə üçün sübut növü kimi qəbul edilməli olmasını Azərbaycan Respublikasının MPM-nin 101.3-cü maddəsinin tələbləri baxımından əsaslandırmamışdır. Halbuki, Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasə n digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Həmçinin işin materiallarından görünür ki, “xxxx” KB ASC ilə Cavabdeh2 arasında bağlanmış ipoteka müqaviləsinə əsasən ipoteka predmetinin dəyəri 918000 manat məblərində qiymətləndirilmiş, birinci instansiya məhkəməsində təyin edilmiş iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası əsasında “xxxx” MMC-nin verdiyi 14.09.2017-ci il tarixli QXM/33M saylı rəyinə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakü şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və 0,2019 ha torpaq sahəsinin bazar dəyəri ******* manat məblərində qiymətlən dirilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinin tələblərinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İşin materiallarından daha sonra görünür ki, apellyasiya şikayətinin dəlillərini nəzərə alan apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası əsasında təqdim edilən «xxxx» MMC-nin 18 aprel 2019-cu il tarixli Ç-262 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, ünvan 1 ünvanında, Cavabdeh2 mülkiyyətində olan 0. 2019 ha torpaq sahəsi ilə birlikdə, həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 196.8 m2 ümumi, 120.6 m2 yaşayış, 76.2 m2 yardımçı sahədən və tikinti altı sahəsi 110.0 m2 olan anbar, talvar (liter İ), 17.6 m2 olan sanitar qovşaq (liter İİ), 20.3 m2 olan kölgəlik (liter İİİ), 60.5 m2 olan qaraj (liter İV), 9.8 m2 olan qazanxana (liter V), 46.3 m2 olan hasar (liter Vİ) və darvazadan (liter Vİİ) ibarət 390 nömrəli fərdi yaşayış evinin bazar qiyməti ******* (bir milyon səkkiz yüz əlli min) manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ekspert rəyləri arasında kifayət qədər qiymət fərqi olmasını düzgün qeyd etsə də, ipoteka predmetinin ilkin satış qiymətinin məhz ipoteka müqaviləsinə əsasən tərəflərin razılaşdığı qiymətə daha yaxın ola n (918000 manat) «xxxx» MMC-nin 18 aprel 2019-cu il tarixli Ç-262 saylı ekspert rəyinə əsasən ******* (bir milyon səkkiz yüz əlli min) manat məbləğində müəyyən olunmalı olmasını hüquqi cəhətdən tam əsaslandırmamışdır. Belə ki, kollegiyanın qənaətinə görə qeyd edilən rəylərin arasında kifayət qədər kəskin qiymət fərqinin olması sonuncu rəyin mötəbərliyini şübhə altına alır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi göstərilən nəticəyə gələrkən nəzərə almamışdır ki, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında baş vermiş, qiymətlə bağlı mübahisə iddiaçı ləğv prosesində olan QSC «xxxxx» KB cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 2017-ci ildə iddia ərizəsi ilə məhkəməyə müraciətindən sonra yaranmış və mübahisə ilə bağlı hazırda eyni əmlak üzrə 3 qiymətləndirmə rəyi mövcuddur. Kollegiya həmçinin qeyd edir ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəlləni n 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə kollegiyası qeyd edir ki, iş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması məhkəmə baxışının mühüm prinsipi olub, Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsi ilə nizama salınır. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddənin məzmununa görə işin hərtərəfli tədqiqi baxılan üş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki iş üzrə obyektiv nəticəyə gəlmək üçün prosessual qanunun göstərilən tələblərinə əməl olunmamışdır. Kollegiya hesab edir ki, hazırki iş üzrə qəbul edilmiş qətnamə qeyd edilən tə ləblərə cavab verməməklə yanaşı, apellyasiya instansiyası məhkəməsi işə baxarkən həmin hissə üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmişdir. Göstərilənlərə əsasən bu nəticələr maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qətnamə qanuni və əsaslı sayıla bilmədiyi üçün ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, ləğv edilmiş hissə üzrə mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi və eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 04 iyun 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsi
Məhkəmə qərarları › İş №2(102)-7026/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7026/2019
13.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver