Məhkəmə qərarları › İş №2(102)-703/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-703/2019

31.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-703/2019 31.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 31 yanvar 2019-cu il İş № 2(102)-703/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, iddiaçı x1 vəkili Əzizli Nəvazi Vidadi oğlunun iştirakı ilə, iddiaçı x1 Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 sentyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: İmişli Rayon Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli, 2(036)4861/2017 saylı qətnaməsi ilə (ha kim A.Əfəndiyev) iddia tələbi qismən təmin edilmiş, x2 və x3 müştərək qaydada 6030 ABŞ dolları 99 sent əsas borc, 2608 ABŞ dolları 31 sent faiz borcu və 124 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 8763 ABŞ dolları 30 sent borc və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı x1-nə verilməsi qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1702/2018 saylı, 10 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: Q.Kərimov, İ.Əsədov və Z.Zeynalov) İmişli Rayon Məhkəməsinin 2(036)4861/2017 saylı, 06 noyabr 2017-ci il tarixli qətnaməsi cavabdeh x2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən faiz borcunun tutulması hissəsində ləğv edilərək, iddia tələbinin həmin hissədə qismən təmin edilməsi, cavabdehlər x2 və x3 müştərək qaydada 6030 ABŞ dolları 99 sent əsas borc, 1876 ABŞ dolları 31 sent faiz borcu və 124 ABŞ dolları olmaqla, ümumilikdə 8031,03 ABŞ dolları 03 sent (ödəniş günü Azərbaycan manatına məzənnə ilə) pulun alınıb x1-yə verilməsi, qətnamənin cavabdeh x2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılması, ekspertiza xərcini təşkil edən 145 manatın iş üzrə iddiaçı x1dən alınaraq dövlət nəfinə ödənilməsi qərara alınmışdır. İddiaçı x1 kassasiya şikayəti verərək Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1702/2018 saylı, 10 sentyabr 2018-ci il tarixli qətnaməsinin faiz borcunun tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək c avabdehlər x2 və x3 müştərək qaydada x1-nin xeyrinə 14.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə 6030.99 ABŞ dolları əsas borc, 2608.31 ABŞ dolları faiz borcu və 1244,18 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 9883.48 ABŞ dolları borcun və 30 manat dövlət rüsumu tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, x2 ilə x1 arasında bağlanmış 14.01.2015-ci il tarixli kredit müqaviləsinə əsasən x2 24 ay müddətinə illik 28 faiz kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 10000 ABŞ dolları məbləğində nəğd pul şəklində kredit verilmiş, 05.06.2015-ci il tarixli əlavə sazişə əsasən kreditin qalıq borcu 9109.25 ABŞ dolları təşkil edir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Kredit mü qaviləsinə əsasən müştəri əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bərabər məbləğdə hər ay ödəməli idi. Lakin kreditin ödənilməsi lazımi qaydada aparılmamışdır. Belə ki, cavabdehin 07 iyul 2017-ci il tarixədək 6030.99 ABŞ dolları əsas borcu, 2608.31 ABŞ dolları faiz borcu və 1244.18 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 9883.48 ABŞ dolları borcu vardır. 14 yanvar 2015ci il tarixdə tərəflər arasında bağlanmış kredit müqaviləsinə uyğun olaraq yaranmış öhdəliyin icrasına təminat kimi iddiaçı x1 ilə x3 arasında həmin tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, borc məbləğini hal-hazıradək ödəməmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikay ətinin dəlilləri: İddiaçı x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)1702/2018 saylı, 10 sentyabr 2018-ci il tarixli qətnaməsinin faiz borcunun tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir Prosesiştirakçılarının izahatları: İddiaçı x1 vəkili Əzizli Nəvazi Vidadi oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçının vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İşə əlavə edilmiş iddiaçı ilə x2 arasında bağlanmış 14 yanvar 2015-ci il tarixli Kredit müqaviləsinin surətindən görünür ki, F.C.Heydərov arasında illik faiz dərəcəsi 28% olmaqla x1-dən 24 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit götürmüşdür. İşə əlavə edilmiş x1 ilə x3 arasında bağlanmış 14 yanvar 2015-ci il tarixli Zaminlik müqaviləsinin surətindən görünür ki. x2nun kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə x3 Bank qarşısında cavabdehliyi öz üzərinə götürmüşdür. Məhk əmə kollegiyası hesab edir ki, cavabdeh x2 kredit müqaviləsi üzrə tərtib edilmiş ödəmə qrafiki üzrə öhdəlikləri yerinə yetirməyərək, ödəmə qrafikinə müvafiq olaraq ödəniş aparmadığından, iddiaçı təşkilat olan x1 kreditin qaytarılmamış hissəsinin qaytarılmasını və əsas borca hesablanmış faizlərin ödənilməsini cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.3-cü maddəsinə əsasən, əgər borclu icra müddət çatdıqdan sonra kreditorun xatırlamasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlama üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh x2 kredit müqaviləsi əsasında iddiaçı təşkilatdan kredit almaq hüq uquna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və cərimələri iddiaçı təşkilata qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh x2 Kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, apellyasiya instansiyası məhkəməsinin kredit müqaviləsi üzrə borc məbləği, ona hesablanmış faizlərin və məhkəmə xərclərini təşkil edən dövlət rüsumunun Zaminlik müqaviləsinə əsasən kreditor qarşı sında Kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmasına görə birgə məsuliyyət daşıyan zamin x3 müştərək qaydada tutulmasına dair hüquqi mövqeyi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa zamin və borclu birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqavil əsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İşdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 08 avqust 2018-ci il tarixli ekspert rəyindən görünür ki, iş üzrə cavabdeh x2nun 14 yanvar 2017-cı il tarixə x1-yə olan əsas borc üzrə 6.030,99 ABŞ dolları, 1.876,31 ABŞ dolları faiz, cəmi 7.907,30 ABŞ dolları təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə cavabdeh x2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən ondan və digər cavabdeh x3 müştərək qaydada iddiaçının xeyri nə faiz borcu üzrə (ekspert rəyinə uyğun olaraq) 1.876 ABŞ dolları 31 sent tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x1 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar