Məhkəmə qərarları › İş №2(102)-703/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-703/2020

03.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-703/2020 03.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan X5 Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-13178/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin (hakim Solmaz Mus tafayeva) 2(006)2422/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilərək Cavabdeh ləğv prosesində olan «xxxx» ASC-nin xeyrinə 57000 manat əsas, 36480 manat faiz, 1000 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra illik beş faizlə hesablanmış 926,64 manat borcun, ümumilikdə 95406,64 manat məbləğində borcun tutulması, Cavabdeh ləğv prosesində olan «xxxx» ASC-nin xeyrinə 21 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Xəyalə Cəmilova - sədrlik edən və məruzəçi, İsmayıl Xəlilov, İlham Kərimli) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiy a şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxxxx 2019cu il tarixli qətnaməsi mübahisələndirilən - cavabdehə hesablanmış cərimə borcunun təmin edilmədiyi hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı ləğv prosesində olan «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 57000 manat məbləğində əsas borc, 25382,84 manat məbləğində faiz borcu, ümumilikdə 82382,84 manat məbləğində kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçı ləğv prosesində olan «xxxx» ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia ərizəsinə dəqiqləşmə ilə məhkəməyə müraciət ed ərək, ləğv prosesində oan “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 016/15 saylı kredit müqaviləsi üzrə Cavabdeh ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə 57 000 manat əsas borc, 36505,33 manat faiz borcu, 926,64 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan faiz məbləği, 39418,66 manat cərimə borcu, cəmi 133850,63 manat borcun və iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Ləğv prosesində olan X5 Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığort alanması Fondu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Tərəflərin izahatları: İddiaçının vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmaya raq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,tərəflər arasında bağlanmış 016/15 saylı xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank Cavabdeh illik 16% hesablanmaqla 1 2 ay müddətinə 57000 manat məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. 016/15/1 saylı xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsinə əlavənin surətindən görünür ki, Cavabdeh 016/15 saylı xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən verilmiş 57000 manat məbləğində kreditin qalıq məbləği 57000 manatın ödəniş xx xxxxxx 2015-ci il tarixli 016/15 saylı kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla xx xxxxxx 2019-cu il tarixinədək uzadılmışdır. xx xxxx 2019-cu il tarixli maliyyə arayışına əsasən borclu Cavabdeh kredit müqaviləsi üzrə xx xxxx 2019-cu il tarixinə 57000 manat əsas borcu, 36505,33 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu, 39418,66 manat cərimə borcu, 926,64 manat kredit müqaviləsinin müddəti bitdikdən gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, cəmi 133850,63 manat borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2019-cu il tarixli 7858 nömrəli ekspert rəyindən görünür ki, işdə olan çıxarış məlumatları və xx xxxxxx 2015-ci il tarixli, 016/15 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh xx xxxxxx 2016-cı il tarixə (müqavilənin müddətinin bitdiyi tarixə) «xxxx» ASC-yə olan borcu - əsas borc üzrə 57000 manat, faiz borcu üzrə 9120 manat müəyyən edilmiş və aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2019-cu il tarixli 19182 nömrəli eksp ert rəyinə əsasən ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatları və xx xxxxxx 2015ci il tarixli, 016/15 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh müqavilə müddəti bitən xx xxxxxx 2019-cu il tarixə «xxxx» ASC-yə olan borcu - əsas borc üzrə 57000 manat, faiz borcu üzrə 36480 manat olmaqla, cəmi 93480 manat müəyyən edilmiş və aparılmış tədqiqatın dəyəri 145 manat təşkil edir. İşdən göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, kredit müqaviləsində göstərilən pul məbləğini cavabdehə vermiş, bunun nəticəsində bankın borcludan müqavilələr üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhd əlikləri yerinə yetirməmişdir. Müqavilə üzrə öhdəlikləri yerinə yetirməməsinə görə cavabdehin bank qarşısında müqavilədən irəli gələn öhdəliyi icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəlik icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə cavabdehdən tutulmalı olan əsas və faiz borcunun məbləğini ekspert rəyinə uyğun müəyyən etmiş, 39418,66 manat məbləğində cərimənin miqdarını tənasübsüz surətdə yüksək qiymətləndirmiş və həmin məbləğin miqdarını 1000 manat məbləğinədək azaltmışdır. Cavabdeh qətnaməni mübahisələndirməmişdir. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı bank qətnaməni yalnız iddia tələbinin rədd edilən cərimə borcu hissəsini mübahisələndirmişdir. Apellyasiya instansiyası m əhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehə hesablanmış 39418,66 manat cərimə borcunun təmin edilmədiyi hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bununla bağlı işə birinci instansiya qaydasında baxmış məhkəmə haqlı olaraq iddiaçı tərəfindən tələb olunan 39418,66 manat məbləğində cərimə borcunu azaldaraq 1000 manat məbləğində müəyyən etmişdir. Cərimə məbləğinin hazırki iş üzrə 1000 manat müəyyən edilməsini apellyasiya instansiyası məhkəməsi 57000 m anat əsas borca və 36480 manat faiz borcuna nisbətdə ağlabatan hesab etmişdir. Bununla bağlı iddiaçının apellyasiya şikayətində cərimə məbləğinin az tutulması ilə bağlı göstərdiyi dəlil əsassızdır və təmin olunmamalıdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçının apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində g östərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Ləğv prosesində olan X5 Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortala nması Fondunun kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-13178/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar