Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-703/2022 08.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-703/22 (Açar sözlər: evdən istifadə hüququnun tanınması) Bakı şəhəri, 08 fevral 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “evdən istifadə hüququnun tanınması” tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-3309/2021 nömrəli, 30.08.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı q ərarı qəbul etdi. İşin halları
1. İddiaçı və Cavabdeh 1994-cü ildə ailə həyatı qurmuş, nikahlarını 28 yanvar 1997-ci il tarixdə rəsmiləşdirmişlər. Nikahlarından 15 noyabr 1994-cü il təvəllüdlü X1 və 01 may 1996-cı il təvəllüdlü X2 doğulmuşdur. Bərdə Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli, 2(021)-1456/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı və Cavabdeh arasındakı 28.01.1997-ci il tarixli, Vİİ-JQ 298450 nömrəli nikah qeydi ilə bağlanmış nikah pozulmuşdur. Bundan sonra iddiaçı yaşadığı evdən çıxarılması ehtimalı olduğu üçün hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh ilə 1994-cü ildə qeyri-rəsmi el adəti ilə ailə quraraq faktiki nikahlarını 28 yanvar 1997-ci il tarixdə rəsmiləşdirərək gəlin köçdüyü Bərdə şəhəri, H.Z.Tağıyev 37 ünvanında yerləşən evdən övladları 15 noyabr 1994-cü il təvəllüdlü X1 və 01 may 1996-cı il təvəllüdlü X2 ilə birgə evdən istifadə hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bərdə Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(021)-1013/2021 nömrəli qətnaməsi ilə (hakim M.Allahverdiyev) iddia rədd edilmişdir.
4. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə 1994-cü ildə ailə həyatı qurmuş, nikahlarını 28 yanvar 1997-ci ildə rəsmiləşdirmişlər. Tərəflər evləndikdən sonra ünvan 2 ünvanında yaşamışlar. Tərəflər arasında nikah 06 sentyabr 2019-cu il tarixdə pozulmuşdur. Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində fərdi yaşayış evi qeydiy yata alınmamışdır.
5. Məhkəmə qeyd etmişdir ki, iddiaçının övladları X1 və X2 yetkinlik yaşına çatdıqlarından hazırki iddianı irəli sürmək onların subyektiv hüquqlarıdır. Hazırki iş üzrə iddiaçının övladlarıyla birlikdə evdən istifadə hüququnun tanınmasına dair tələb irəli sürmək hüququ yoxdur.
6. Məhkəmə Mülki Məcəllənin tələbinə əsasən belə nəticəyə gəlmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, iddia tələbi təmin edilə bilməz.
7. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Gəncə Apellyasiya Məhkəməsinin (hakimlər – Ə.Abdullayev (sədrlik edən və məruzəçi), R.Mamedov və Ş.Rzaquliyev) 30.08.2021-ci il tarixli, 2(104)-3309/2021 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyas iya şikayəti təmin edilməmiş, Bərdə Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(021)-1013/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı hazırda da mübahisəli evdə yaşayır, lakin cavabdehin hər an onu evdən çıxaracağından ehtiyat edərək, hazırki tələblə məhkəmə müdafiəsindən istifadə etmişdir.
10. Apellyasiya məhkəməsi qanunvericilik normalarının tələblərinə əsasən qeyd etmişdir ki, daşınmaz əmlaka dair mülkiyyət hüququ və digər hüquqların əmələ gəlməsi üçün dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatına alınmamış əmlaka dair hər hansı hüququn əldə edilməsi və ya tanınması istisna edilir.
11. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
12. İd diaçı qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, kassasiya şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
15. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülki yyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
16. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
17. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
18. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin ed ilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
19. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilm iş qüvvəsi yoxdur.
23. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (v ə ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
28. İşin mübahisəsiz halı bundan ibarətdir ki, iddiaçının mübahisələndirdiyi fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış özbaşına tikilidir. Buna görə də, Mülki Məcəlləyə əsasən (§16, §18, §19, §20), həmin ev üzərində mülkiyyət hüququ və həmin hüquqla bağlı digər hüquqlar yaranmamışdır. Belə olan halda isə, həmin daşınmaz əmlak üzərində hər hansı hüququn tanınması tələbi təmin edilə bilməz.
29. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırkı tələb cavabdehin g ələcəkdə iddiaçını evdən qovması ehtimalının mövcudluğu zəminində irəli sürülmüşdür. İddiaçı nikaha daxil olandan həmin evdə yaşayır və nikah dövründə doğulmuş uşaqları da həmin evdə onunla birlikdə yaşayırlar. Gələcəkdə cavabdehin iddiaçının evdən çıxarma ehtimalı reallığa çevriləcəyi təqdirdə iddiaçı və uşaqları yaşayış yerindən qanunsuz məhrum edilmələri ilə bağlı pozuntuların aradan qaldırılması və evə köçürmə ilə bağlı mübahisə açmaq hüququnu özlərində saxlayırlar. Hazırkı qətnamə həmin mübahisəyə baxmağa mane olmayacaqdır. 30. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Q ərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
31. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdir ilməsi üçün əsas yoxdur.
32. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (MPM 88-ci maddə)
33. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş, nəticə etibarı ilə düzgün qərar qəbul etdiyindən qətnamə dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır.
34. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kol legiyasının 2(104)-3309/2021 nömrəli, 30.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Mehparə Əhmədova