Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7035/2019 09.12.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili Vəkil, Cavabdeh2 vəkili Vəkil, Cavabdeh4 və vəkili X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.08.2019-cu il tarixli 2(103)-1484/2019 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin (hakim F.Qasımov) 06.01.2017 -ci il tarixli 2(001)1484/2017 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların ləğv olunması və əmlakların mülkiyyətə verilməsi” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin (hakim F.Qasımov) 29.07.2017-ci il tarixli 2(001)1484/2017 nömrəli qərardadı ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 06.01.2017-ci il tarixli 2(001)-1484/2017 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Şirinov, T.Səmədov, E.Kazımov) 21.08.2019-cu il tarixli, 2(103)-11345 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 06.01.2017-ci il tarixli 2(001)-1484/2017 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin qeyri-mümkün hesab edilməsi və şikayətin ona əlavə olunmuş sənədlərlə birlikdə ona qaytarılması qərara alınmışdır. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.08.2019-cu il tarixli qərardadından kassasiya şikayətləri vermişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, iddiaçı şikayətində əsas səbəb kimi onun səhhətində yaranan və 2016-cı ildən indiyə qədər davam edən xəstəliklə bağlı problemlər olduğunu, bu xəstəliklə bağlı mütəmadi müalicə aldığını, ləğv olunmasını istədiyi barışıq sazişini xəstəliyi ilə bağlı affekt vəziyyətində olduğu zaman imzalandığını və buna görə həmin barışıq sazişinin ləğv olunmasını istədiyini qeyd etmişdir. Eyni zamanda iddiaçı səhhətində olan problemlərlə bağlı mütəmadi olaraq Türkiyə Respublikasında müalicə olunmasını da bütün şikayətlərində göstərmiş və bununla bağlı da həkim müayinə və müalicə sənədlərinin kserosurətlərin məhkəmələrə təqdim etmişdir. Müalicənin mütəmadi davam etdirmənin tarixlərinin təyin olunması iddiaçının arzusu ilə deyil, həkimlərin verdiyi vaxtlara görə müəyyən olunur. Belə olan halda iddiaçı həkim müayinəsinə və müalicəsinə getməyini gecikdirdiyi halda sonu ölümlə nəticələnə biləcək problemlər yaşana biləc əyini bilir. Yəni ilk növbədə onun sağlamlığıdır. Yəni onun məhkəmə iclasını təxirə saldırmaq istəməkdə məqsədi apellyasiya məhkəməsinin hakimi tərəfindən qeyd edildiyi kimi, məhkəmə tarixin gecikdirmək məqsədi daşımamış, məqsəd iddiaçının sağlamlığı ilə bağlı müalicənin vaxtında aparılması və sonra da hüquqlarının özü tərəfindən müdafiəsi olmuşdur. Bununla bağlı o, məhkəməyə Türkiyə Respublikasına müalicəyə getməyi ilə bağlı məhkəmə iclasın təxirə salmağı və onun iştirakını təmin etməyi məhkəmədən xahiş etmişdir. Eyni zamanda o, Türkiyə Respublikasına müalicəyə getməyi ilə əlaqədar təyyarə biletinin də kserosurətini məhkəməyə təqdim etmişdir. Lakin məhkəmə öz mülahizəsi əsasında qərar qəbul edərək məhkəmənin çəkişmə prinsipini pozmuş, iddiaçı öz hüquqlarını məhkəmədə müdafiə edə bilməmişd ir. Məhkəmə iddiaçının vəkilinin və nümayəndəsinin məhkəmə iclasında iştirak etmək hüququ olduğunu qərardadında qeyd edərək, iddiaçı üzrlü səbəbə görə məhkəmədə iştirak etməsə belə, vəkili və nümayəndəsi məhkəmədə üzrsüz iştirak etdiyindən məhkəmə iclasını iddiaçının iştirakı olmadan keçirilməsinin mümkün olduğunu hesab etmişdir. Məhkəmə bu fikrə gəlməklə də qanunu pozmuşdur. Belə ki, mülki prosessual məcəllədə çəkişmə prinsipinin təmin olunmasında tərəfin vəkili və yaxud nümayəndəsi sözü deyil çəkişmənin tərəfləri deyə qeyd olunmuşdur. Bundan əlavə apellyasiya məhkəməsinin hakimi, iddiaçının iddia müddətini buraxdığını qeyd etmişdir. Bu da tam qanunsuzdur. Belə ki, iddiaçı birinci instansiya məhkəməsinə müraciət edərkən, müddətin buraxdığını qeyd etmədiyi kimi, müddətin bərpası ilə bağlı da ərizə verməmişdir. O, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1484/17 saylı, 06 yanvar 2017-ci il tarixli qərardadını almadığını və həmin qərardadın ona verilmədiyini qeyd etmişdir. Həmin vaxt iddiaçı, yəni 2 yanvar 2017-ci ildən Mart 2017-ci tarixinə gədər İstanbulun Memorial xəstaxanasında açıqürək əməliyati keçirmiş və iş üzrə iddiaçı olan oğlu Yadigar, iş üzrə 3-cü tərəf olan qızı A8 onun yanında olmuşlar. Ümumiyətlə nə Barışıq sazişində Notariusda, nə də Barışıq sazişinin təsdiqində qızı A8 heç bir məlumat verilməmişdir. Barışıq sazişi tələsik 6 yanvar 2017-ci ildə Binəqədi məhkəməsində təsdiq edilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin tələblərinə əsasən 5 gün ərzində tərəflərə məlumat verməli olduğu halda, nə iddiaçının nümayəndəsi Q6, oğlu Y6, qızı A8 da heç bir rəsmi və ya ş ifahi məlumat verilməmişdir. İddiaçının hesabına X2a keçirilən 200000 ABŞ dollarını isə iddiaçı Ali məhkəmənin qətnaməsinə əsasən mənə ödənilməli olan 2,983,000 AZN bir hissəsə olduğunu zənn etmişdir. Bütün bunlar ona 2019-cu ildə məlum olduqda Barışıq sazişi ilə bağlı əvvəlcə Xəzər rayon məhkəməsinə, daha sonra Binəqədi rayon məhkəməsinə müraciət etmisdir. Məhkəmədə olan Poçt qəbzindəki imza iddiaçıya və ailə üzvlərinə məxsus olmadığından iddiaçı, bu imzaların onlara aid olmadığını bildirib, lazımı qaydada araşdırılmasını və imzanın kimə məxsus olduğunun, ona çatmalı olan qərarın hansı səbəblərə ona verilmədiyinin araşdırılmasını da məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən də qərardadın ona verilməsi barədə poçt qəbzindəki imzanın iddiaçıya məxsus olmadığı qənaət inə gəldiyi üçün də işi baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Göründüyü kimi hakim bu barədə də Azərbaycan Respublikası Mülki Prosessual Qanunvericiliyinin tələblərini pozmuşdur. Apellyasiya məhkəməsinin hakimi dövlət rüsumunun ödənilməməsini də işə baxılmamaq üçün əsas kimi göstərmişdir. Buna əsasən də MPM-nin 108-ci maddəsinə əsaslanmışdır. Lakin burada da qanun düzgün tətbiq edilməmişdir. Belə ki, iddiaçı iş üzrə icraata xitam verilməsi barədə qarərdaddan Apellyasiya şikayəti verməmişdir. O, həmin qərardaddan şikayət vermişdir. Həmin Qərardadı qəbul etmiş birinci instansiya məhkəməsinin hakimi ləğv edə bilər. Yəni o, şikayəti qərardadı qəbul edən hakimə vermişdir. Belə olan halda iddiaçı apellyasiya şikayəti vermədiyi üçün rüsum ödənilməməlidir. Göründüyü kimi burada da Apellyasiya məhkəməsi düzgün qərar qəbul etməmiş və qanunlara zidd qərardad qəbul etmişdir.Göstərilənlərə əsasən, onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.08.2019-cu il tarixli, 2(103)-11345/2019 saylı qərardadının ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Daha sonra İddiaçı və vəkili Vəkil kassasiya şikayətinə əlavə ilə məhkəməyə müraciət edərək həmin əlavədə göstərmişdir ki, mübahisələndirilən qərarla bağlı qeyd edilməlidir ki, Binəqədi Rayon Məhkəməsi 06.01.2017-ci il tarixli qərardadının hansı ünvana göndərildiyi bəlli deyildir. Çünki, mülki işin 1-ci cildindəki səhifə 184-də olan məhkəmə qərardadının tərəfə çatdırılmasına dair xəbərnamədən (qəbz) görünür ki, iddiaçının ünvanı ilə bağlı qeyd hissə ağardılmaqla silinmiş və gözlə görünəcək dərəcədə düzəlişlər edilmişdir. Həmçinin ünvan səhv göstərilmişdir. Bundan başqa birinci instansiya məhkəməsinin məhkəmə aktının tərəfə çatdırılması ilə bağlı araşdırması səthi olmuşdur. Belə ki, məktubların göndərilməsinə dair reyestr işə əlavə edilməmiş, iddiaçının qəbzdəki imzasının onun işdəki imzalardan tamamilə fərqlənməsi diqqətdən yayınmış, habelə İddiaçı həmin tarixdə səhhəti ilə əlaqədar uzun müddət ölkə hüdudlarından kənarda olması araşdırılmamış, verilmiş vəsatətlərə baxılmamış, qərardadın iddiaçıdan savayı onun nümayəndəsinə və digər iddiaçıya da göndərilməməsinə qiymət verilməmiş və sairə. Bundan başqa birinci instansiya məhkəməsinin sözügedən qərardadının tərəfə çatdırılması ilə bağlı araşdır ma apararkən “xxxx” MMC-ə göndərdiyi məktuba verilmiş cavabdan da məlum olur ki, sənədin iddiaçıya çatdırılması ilə bağlı xüsusatı öyrənmək mümkün deyildir. Məhkəmə səlahiyyətləri çərçivəsində başqa heç bir araşdırma aparmamışdır. Həmçinin iş materiallarında yaşayış və qeydiyyatda olduğum ünvan düzgün göstərilməmişdir. Belə ki, İddiaçı ünvan 20-də qeydiyyatda olduğu halda məhkəmə tərəfindən bildirişlər Bakı şəhəri, ************ 70-ə göndərilmişdir. Halbuki, işdəki sənədlər, o cümlədən şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının qeydiyyatda olduğu ünvan, 1-ci ************, ev 70-dir. Məlumat üçün bildirirəm ki, 1-ci ************ ilə ************ ayrı-ayrı ünvanlarda yerləşir. Beləliklə, məhkəmə tərəfindən 06.01.2017-ci il tarixli qərardadın iddiaçı tərəfindən alınması sübuta yet irilməmiş, gəlinən qənaət iş materiallarına və qanunvericiliyin tələblərinə uyğun olmamışdır. İddiaçı 2017-ci ilin yanvar ayında ölkə hüdudlarından kənarda olmuşdur və xəbərnamədəki imza ona məxsus deyildir. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarda göstərilən xüsusatlara münasibət bildirməməsi də məhkəmənin irəli sürülən dəlillərlə razılaşdığını təsdiq edir. Məhkəməyə ödənilən rüsumla bağlı isə qeyd edilməlidir ki, rüsum ödənilməsi tərəfə bildirilməmiş, şikayətin geri qaytarılmasına dair müvafiq qərardad çıxarılmamış və iddiaçıya hüquq və vəzifələri izah edilməmişdir. Bu səbəbdən dövlət rüsumunun ödənilməsi obyektiv səbəblərdən həyata keçirilməmişdir. Hazırda məhkəmənin hesabına müvafiq dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi işə baxan məhkəmələr lazımi araşdırma aparmadan y ekun nəticəyə gəlmiş, gəldikləri qənaət isə heç bir mötəbər faktla sübuta yetirilməmişdir. Bütün bunlar isə iddiaçının konstitutsion hüquqlarının pozulması və məhkəməyə müraciət etmək onun hüququnun məhdudlaşdırılması ilə nəticələnir. Göstərilənlərə əsasən, onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.08.2019-cu il tarixli, 2(103)-11345/2019 saylı qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, cavabdehlər Cavabdeh2, Cavabdeh1 Qabil qızı, Cavabdeh3 və Cavabdeh5 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclas ına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Bayramzadə Xanlar Əsgər kassasiya şikayətini müdafiə etdilər və şikayətdə göstərdiklərindən əlavə bildirdilər ki, iddiaçı tərəf qarşı tərəflə düşmən deyildir və hazırda da qarşı tərəflə razılığa gəlməyə hazırdır, bir şərtlə ki, qarşı tərəf iddiaçıya əlavə olaraq 100000 manat da ödəmiş olsun. Əks təqdirdə onlar şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili Hüseyinov Nüsrət Məzahir oğlu kassasiya şikayətinə etiraz edərək bildirdi ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 06.01.2017-ci il tarixli 2(001)-1484/2017 nömrəli qərardadının qəbul edilməsindən iki ildən artıq bir zaman keçmiş, mübahisələndirilən qərardad qəbul edilər kən iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etmiş və mübahisələndirilən qərardaddan məlumatlı olmuşdur. İş materiallarında olan etibarnamədən də görünür ki, İddiaçı tərəfindən nümayəndəsinə verilmiş etibarnamədə məhkəmə aktlarından şikayət vermək səlahiyyəti də verilmişdir. Buna baxmayaraq, nə iddiaçı nə də onun nümayəndəsi tərəfindən mübahisələndirilən qərardaddan şikayət verilməmişdir. İş materiallarında olan poçt qəbzindən də görünür ki, mübahisələndirilən qərardad İddiaçı tərəfindən qəbul edilmişdir. İddiaçı tərəfindən qərardad mübahisələndirilərək ondan şikayət verilmiş olsa da, ötürülmüş müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edilməmişdir. Hətta qeyd etmək lazımdır ki, müddətin bərpa edilməsinə dair ərizə verilmiş olsa idi be lə, müddətin bərpa edilməsi üçün heç bir üzrlü səbəb mövcud deyildir. Artıq iş üzrə iddiaçıların bütün tələbləri barışıq sazişi çərçivəsində tam şəkildə yerinə yetirilmiş və icra edilmişdir. Nəzərə alınmalıdır ki, qərardad ləğv edildiyi təqdirdə qərardadın icrasının geri dönüşü mümkünsüzdür. Belə ki, artıq tərəflərindən 400000 ABŞ dolları məbləğində vəsait iddiaçıya və oğluna ödənilmiş və barışıq sazişinin şərtlərinə uyğun olaraq ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 853 kv.m olan qeyri-yaşayış sahəsi Məkan MTK-nın mülkiyyət hüququ tanınmışdır. İddiaçının cavabdehlərə qarşı məhkəmələrə müraciət etməsi artıq adət halını almışdır. İddiaçının məqsədi cavabdehlərdən əlavə vəsait əldə etmək olmuşdur ki, cavabdeh bunu hazırda da ifadə etməkdədir. Göstərilənlərə əsasən o, kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 və vəkili X1 kassasiya şikayətinə etiraz edərək, Cavabdeh2 vəkili Vəkil izahatına uyğun izahat verərək,şikayətin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.08.2019-cu il tarixli, 2(103)-11345/2019 saylı qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Kassasiya yoxlaması zamanı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi 21.08.2019-cu il tarixli qərardadı ilə müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı “alqı-satqı müqa viləsinin etibarsızlığı və sair” tələbinə iddiası Binəqədi rayon məhkəməsinin icraatına daxil olduqdan 8 aydan artıq müddət sonra 30.12.2016-cı il tarixdə tərəflər arasında notariat qaydasında barışıq sazişi bağlanmış, həmin barışıq sazişini iddiaçı imza etmişdir (səh 163.165). Həmin barışıq sazişinin şərtlərinə əsasən iddiaçı və onun oğlu Y6 Binəqədi rayon məhkəməsinin 21.07.2015-ci il tarixli qətnaməsinin onların iddia tələblərinin təmin olunmuş hissəsinin icrasından və hazırki mülki iş üzrə iddia tələblərindən imtina etməsi müqabilində qarşı tərəf iddiaçı və onun oğlu Y6 ayrı-ayrılıqda 200000 ABŞ dolları olmaqla, ümumilikdə 400000 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür və Binəqədi rayon məhkəməsinin 06.01.2017-ci il tarixli qərardadı ilə tərəflər arasında bağlanmış barışıq sazişi təsd iq edilərək mülki iş üzrə icraata xitam verilmişdir. 30.12.2016-ci il tarixli barışıq sazişinin son səhifəsindən görünür ki, barışıq sazişinin şərti kimi 200000 ABŞ dolları iddiaçının oğlu Y6 tərəfindən rəsmi olaraq qəbul edilmiş (səh 163165), “X2 Azərbaycan” QSC-nın Yasamal filialının bank əməliyyat sənədindən məlum olmuşdur ki, 30.12.2016-cı il tarixli barışıq sazişinə əsasən 200000 ABŞ dolları İddiaçı şəxsi hesabına köçürülmüşdür. Bundan başqa, notariat qaydasında təsdiq edilmiş ərizədən məlum olur ki, iddiaçı və oğlu Y6 Binəqədi rayon məhkəməsinə müraciət edərək, qarşı tərəflər barışıq əldə etdiklərini və barışıq sazişi imzaladıqlarını əsas tutaraq cavabdehlərin əmlaklarına həbs qoyulması ilə bağlı iddianın təmini təbirinə dair qərardadın ləğv olunmasını xahiş etmişlər (səh 167). İş ma teriallında olan poçt xəbərnaməsindən görünür ki, mübahisələndirilən qərardad 12.01.2017-ci il tarixdə İddiaçı göndərilmiş, 21.01.2017-ci il tarixdə onun tərəfindən imza edilərək qəbul edilmişdir. (səh 182-184). İddiaçının şikayətinə məhkəmə tərəfindən vurulmuş “daxil olma” ştamından görünmüşdür ki, iddiaçının hazırki şikayəti 13.06.2019-cu il tarixdə daxil olmuşdur. Bununla da apellyasiya kollegiyası müəyyən etmişdir ki, iddiaçı tərəfindən qərardad rəsmi qaydada qəbul edildikdən 2 il keçdikdən sonra şikayət verilmişdir. Apellyasiya kollegiyası həmçinin müəyyən etmişdir ki, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Buna görə apellyasiya kollegiyası Azərbaycan Respublikasının MPM-nin 108.1.4, 361.3 və 363.1.2-ci maddələrinə istinadən qeyd etmişdir ki, müəy yən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmamışdırsa, bu apelyasiyanın qeyri-mümkünlüyü üçün əsaslardan biridir. Beləliklə apellyasiya kollegiyası müəyyən etmişdir ki, iddiaçı rayon məhkəməsinin 06.01.2017-ci il tarixli qərardadından tam məlumatlı olmuş, qərardadı isə 21.01.2017-ci il tarixdə rəsmi qaydada almış, iki ildən artıq vaxt keçdikdən sonra həmin qərardaddan şikayət vermiş, bununla da məhkəmə qərardadından şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddəti xeyli ötürmüş, müddətin bərpasına dair ərizə verməmiş, eləcə də həmin qərardaddan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödənilməmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı şikayətində ünvanının dü zgün olaraq qeyd edilmədiyini, yəni qeydiyyatda olduğu ünvan, 1-ci ************, ev 70 olduğu halda, ************ deyil, ************ qeyd edildiyini, məhkəmə sənədlərinin həmin ünvana göndərildiyini, bu səbəbdən məhkəmə qərardadının kim tərəfindən qəbul edildiyini bilmədiyini göstərsə də, iş materiallarında olan iddiaçı tərəfindən Binəqədi rayon Məhkəməsinə ünvanlanmış şikayətdən (səh 192) görünür ki, iddiaçı özü ünvanını ünvan 5iaçı şikayətində göstərmişdir ki, “rüsum ödənilməsi tərəfə bildirilməmiş, şikayətin geri qaytarılmasına dair müvafiq qərardad çıxarılmamış və iddiaçıya hüquq və vəzifələri izah edilməmişdir”. Bu dəlil ilə bağlı isə kassasiya kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 108.1.4-cü maddəsinə əsasən, apellyasiya və kassasiya şikayətləri verildikdə, el əcə də iş üzrə icraatın xitam verilməsindən, iddianın baxılmamış saxlanılmasından, məhkəmə cərimələrinin qoyulmasından şikayət verilikdə dövlət rüsumu ödənilir. Barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə qərardadından da aydın olur ki, barışıq sazişi təsdiq edilməklə yanaşı, mülki iş üzrə icraata xitam verilmişdir. Digər dəlillərə gəldikdə isə qeyd edilməlidir ki, iş materialları ilə də müəyyən edilir ki, məhkəmə qərardadı qəbul edildiyi zaman iddiaçı səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak etməsə belə, iddiaçının nümayəndəsi Q6 məhkəmə prosesində iştirak etmiş, barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Barışıq sazişi təsdiq edildikdən sonra qəbul edilmiş məhkəmə qərardadı iddiaçının poçt ünvanına göndərilmiş, iddiaçı 21.01.2017-ci il tarixdə iddiaçı m əhkəmə qərardadını rəsmi qaydada qəbul etmişdir. Beləliklə İddiaçı qərardaddan şikayət vermə müddətini ötürmüş, müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası MPM-nin 361.3-cü maddəsinə əsasən, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Beləliklə, kassasiya kollegiyası, a pellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, onları əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Belə ki, həmin dəlillərin əsaslı olmasını təsdiq edən hər hansı sübuta iş materiallarında rast gəlinməmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci madd ələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.08.2019-cu il tarixli 2(103)1484/2019 nömrəli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7035/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7035/2019
09.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver