Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-704/2020 05.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Məmmədov İman Gülağa oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 sentyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı x1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 fevral 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 27 aprel 2018-ci il tarixli, 2(008)-2358/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İ.R.Burcayev) iddiaçı x1nun cavabdeh x2 qarşı “yazılı müqavilə üzrə 32.000 ABŞ dolları, şifahi razılaşma üzrə 2.800 ABŞ dolları, cəmi 34.800 ABŞ dolları pul tələbinə dair” iddiası rədd edilib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 noyabr 2018-ci il tarixli, 2(103)8421/2018 saylı qətnaməsi ilə (hakimlər İ.S.Şirinov sədrlik edən, məruzəçi, T.S.Səmədov və E.C.Kazımov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 27 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 07 iyun 2019-cu il tarixli qərarı ilə (sədrlik edən hakimlər Ə.Əhmədov, A.İskəndərov və İ.Dəmirov, iş No 2(102)-4654/19 saylı mülki iş ) iddiaçı x1nun kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 noyabr 2018-ci il tarixli, 2(103)- 8421/2018 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən, məruzəçi), M.Məmmədov və E.Şamayev, 2(103)-10738/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı x1 məhkəmədə cavabdeh x2 qarşı iddia qaldıraraq, sonuncudan “yazılı müqavilə üzrə 32.000 ABŞ dolları, şifahi razılaşma üzrə 2.800 ABŞ dolları, cəmi 34.800 ABŞ dolları pulun tutulub” ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yu xarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı x1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Məmmədov İman Gülağa oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası A zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan fakt lara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İddianın təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlayan apellyasiya instansiyası məhkəməsi öz qətnaməsini onunla əsaslandırmışdır ki,iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək qanunla müəyyən edilmiş 3 illik iddia müddətini üzürsüz səbəblərdən ötürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin həqiqi hallarına uyğun olmamaqla qətnamə maddi hüquq normaları pozulmaqla qəbul edilmişdir. İş materiallarında olan tərəflər arasında 23 sentyabr 2011-ci il tarixdə sadə yazılı formada bağlanmış təbii gönün alqı-satqısına dair müqaviləyə əsasən, cavabdeh 06 fevral 2011-ci il tarixdə dörd dəfə iddiaçıdan şəxsi zavodunda istifadə etmək məqsədilə təbii gön alıb və aldığı mallar ona Bakı şəhərində Azərbaycan Şirkəti (Qasım Şirkəti) vasitəsilə verilib. Qeyd edilən malların dəyəri 32.000 ABŞ dollarına bərabərdir və cavabdeh həmin məbləği iddiaçıya ödəyəcəyini öhdəsinə götürür. Eləcə də tərəflərin imzaladıqları 23 sentyabr 2011-ci il tarixli yazılı qəbzdən görünür ki, bəzi maddi sıxıntılara və problemlərə görə cavabdeh iddiaçıya olan borcunu ödəyə bilmir və belə qərara gəlir ki, iddiaçıya hər ay 2.000 ABŞ dolları ödəsin və cəmi 32.000 ABŞ dol larına bərabər olan borcunu zaman içində tamamilə geri qaytarsın. Əks təqdirdə iddiaçı Azərbaycan Respublikasının qanunverciliyi çərçivəsində hazırki məsələ ilə bağlı müvafiq məhkəməyə müraciət etmək hüququna malikdir. Daha sonra iddiaçı iddia edir ki, cavabdehə 32.000 ABŞ dolları məbləğində təbii göndən əlavə, onun atasının xahişi ilə yazılı müqavilə imzalamadan əlavə olaraq ona 2.800 ABŞ dolları məbləğində təbii gön satıb və hazırda nisyə satdığı təbii gönün dəyəri olaraq cavabdehdən cəmi 34.800 ABŞ dolları pul tələb edir. Göründüyü kimi cavabdehin 23 sentyabr 2011-ci il tarixli sadə yazılı formadan bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçıdan 32.000 ABŞ dolları məbləğində təbii gönü satın alması və ötən müddət ərzində nisyə aldığı həmin təbii gönün dəyərini təşkil edən 32.0 00 ABŞ dollarını iddiaçıya ödəməməsi, eləcə də həmin müqavilədə öhdəliyin icrası müddətinin təyin edilməməsi işin mübahisə olunmayan hallarıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərələr üçün məcburi olur. Həmin Məcəllənin 399.3-cü maddəsində göstərilir ki, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Həmin Məcəllənin 427.2-ci maddəsində göstərilir ki, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 07 iyun 2019-cu il tarixli qərarı ilə hazırkı iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburi olmasına baxmayaraq apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmə MK-nın 07 iyun 2019-cu il tarixli qərarında göstərilənlərə əməl etməmiş, iddiaçının 23 dəfə Azərbaycan Respublikasında olmasına əsaslanmış, iddiaçının cavabdehin 2013-cü ildə ona ayda 200 manat ödəyəcəyini bildirməsinə dair dəlillərinə obyektiv qiymət verməmiş, cavabdeh üzürsüz səbəblərdən məhkəmə icla sına gəlməməsinə baxmayaraq iddiaçının bu dəlillərinə cavabdehin münasibətini aydınlaşdırmadan, əsaslandırmadan iddiaçının bu dəlillərini inandırıcı hesab etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə qiymət verərək belə nəticəyə gəlir ki, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir. İşin yeni apellyasiya baxışı zamanı qərarda göstərilənlərə əməl edilməklə iddia müddətinin ötürülüb-ötürülməməsi, iddiaçının öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün o byektiv sübutlara əsaslanmaqla müəyyən edilməli, əldə edilmiş nəticədən asılı olaraq qanuni qərar qəbul edilməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı x1nun kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 16 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-704/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-704/2020
05.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver