Məhkəmə qərarları › İş №2(102)-704/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-704/2023

07.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-704/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh* və CavabdehYYY oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əşyanın hissə-hissə ödənilməsi barədə müqavilənin ləğv edilməsi, ödənilməmiş malın qaytarılması və vurulmuş ziyanın əvəzinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh* və CavabdehYYY oğluna qarşı müqavilənin ləğv edilməsi və vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbi nə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(*04)-2325/2022 nömrəli, *6 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh* tərəfindən verilmiş kasasiya şikayətinə 7 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh* arasında bağlanmış 26.03.20*9-cu il tarixli, 3*95 №-li alğı-satqı müqaviləsinə əsasən, sonuncu MMC-dən * ədəd “Changan Alsvin V7” markalı, 20*8-ci il buraxılışlı, sedan tipli, ağ rəngli, dövlət qeydiyyat nişanı **-PG-*** olan nəqliyyat vasitəsini almış, avtomobilin qiyməti 36.945 manat müəyyən olunmuşdur. Tərəflər ilkin ödəniş olaraq *485 manat ödənilməklə qalan 34.590 manat məbləği 60 ay müddətinə bərabər hissələrə böl ünməklə hər ay 576 manat ödənilməsi barədə razılığa gəlmişlər.

2. Müqavilənin “Satıcının hüquq və vəzifələri” adlanan bölməsində aşağıdakı şərtlər müəyyən olunub: 5.*.2. Alıcıdan alğı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının pulunu vaxtında ödənilməsini tələb etmək; 5.*.3. Alıcıdan alğı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının pulunu vaxtında ödəmədiyi təqdirdə avtomaşını geri tələb etmək; 5.*.4. Alıcı alğı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının aylıq ödəniş pulunu *5 gün müddətə gecikdirəcəyi təqdirdə ona qarşı cərimənin ödənilməsi, avtomaşının təhvil alınması, avtomaşının yararsız olduğu və ya baxımsızlıqdan yararsız hala düşdüyü halda avtomaşına vurulmuş zərəri n alıcının əmlakına yönəldilməsi tələbini irəli sürmək.

3. Müqavilənin 6.2.4-cü bəndində alıcının avtomaşının tam dəyərini ödəmədiyi təqdirdə vurulmuş maddi ziyana görə maddi məsuliyyət daşımaq, avtomaşını qeyd-şərtsiz satıcıya qaytarmaq vəzifəsi müəyyən olunub.

4. Müqavilənin 8.*-ci bəndinə görə, alıcı öhdəliklərini yerinə yetirmədikdə və ya müqavilənin digər şərtlərini pozduqda avtomaşın onun müvəqqəti sahibliyindən mübahisəsiz geri qaytarılır, bu müddətə qədər ödədiyi heç bir məbləğ geri qaytarılmır.

5. Alğı-satqı müqaviləsi üzrə alıcının öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə MMC ilə Cavabdeh YYY oğlu arasında 3*59 saylı, 26.03.20*9-cu il tarixli zaminlik müqaviləsi bağlanmış, zamin satıcı qarşısında alıcının müqavilə üzrə öhdəliyi ilə əlaqədar birgə məsuliyyəti öz üzərinə göt ürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - iddiaçı və ya MMC) cavabdehlər Cavabdeh* və CavabdehYYY oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh* ilə aralarında bağlanmış 26.03.20*9-cu il tarixli, 3*95 №-li alğı-satqı müqaviləsinin ləğv edilməsi, “Changan Alsvin V7” markalı, 20*8-ci il buraxılışlı, sedan tipli, ağ rəngli, qeydiyyat nişanı ** PG *** olan minik avtomaşının Cavabdeh* geri alınıb iddiaçıya təhvil verilməsi, həmin müqaviləyə görə cavabdehlər Cavabdeh* və CavabdehYYY oğlundan müştərək qaydada 5 ay üzrə 2.880 manat əsas borcun, həmin ziyanın ödənilmədiyi hər gecikdirilən günə görə hesablanmış cərimənin aylıq ödəniş məbləğinin * faizi miqdarında 30 gü nə görə *72 manat, qalan *20 günə görə gecikdirilmiş hər günə gecikmə məbləğinin * faizi olaraq *.382 manat (*50 günə görə *.554 manat cərimə borcu) cəmi 4434 manat, məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumunun tutulub "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılıb ki, alıcı əsas ödəniş cədvəli üzrə ilk bir ay gecikdirilmiş hər günə görə gecikmə məbləğinin *% həcmində, növbəti aylar ərzində ödənişi gecikdirilmiş hər günə görə gecikmə məbləğinin 2% həcmində cərimə ödəməlidir. Alıcı öhdəliyini iki dəfədən artıq yerinə yetirmədikdə, birtərəfli qaydada müqavilə satıcı tərəfindən ləğv edilə bilər. Cavabdeh müqavilə bağlandığı gündən cəmi 5.764 manat ödəniş etmişdir. Bu da ümumi *0 ay dövrü əhatə edir. 2020-ci ilin fevral ayından ca vabdehin iddiaçıya ödəniş üzrə borcu yaranmışdır. Bununla da iddiaçıya 28.769 manat əsas borcu qalmışdır. Cavabdeh 5 ay müddətində ödəniş cədvəlinə uyğun olaraq üzərinə götürdüyü öhdəliyi icra etməkdən imtina etmiş, yəni aylıq nəzərdə tutulmuş 576 manat məbləği, cəmi 2.880 manatı ödəməmişdir. Cavabdehə müxtəlif vaxtlarda şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq müqavilənin şərtlərini pozmaqda davam etmiş, müqavilənin şərtlərinə əməl etməmişdir. Cavabdehin avtomobili aldığı gündən bu günə kimi MMC-yə 2.880 manat borcu vardır. Cavabdeh gecikdirilmiş məbləğə görə əlavə *% hər gün üçün, 30 günə görə *72 manat, qalan *20 günə görə gecikdirilmiş hər gün üçün gecikmə məbləğinin 2%-i *.382 manat olmaqla - cəmi 4.434 manat ödəməlidir.

8. Birinci instansiya məhkəməsində CavabdehYYY oğlu on a qarşı irəli sürülən iddiaya etiraz edərək bildirmişdir ki, onlar öz aralarında maşını götürüb taksi kimi işlətmək barədə razılaşmışlar, avtomaşını Cavabdeh* götürmüş, özü zamin durmuş, lakin maşın alındıqdan sonra istifadə etdiyindən borcunu da Cavabdeh* ödəməlidir.

9. Göygöl Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(066)-*007/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Q.Abbasov) iddia qismən təmin edilmiş, "xxxx" MMC ilə Cavabdeh* arasında bağlanmış 26.03.20*9-cu il tarixli alğı-satqı müqaviləsi ləğv edilmiş, avtomaşının Cavabdeh* geri alınıb MMC-yə təhvil verilməsi, həmin müqaviləyə görə cavabdehlərdən müştərək qaydada 2880 manat 5 ay üzrə əsas borc, *50 manat cərimə borcu olmaqla, cəmi 3030 manat pulun və 30 manat dövlət rüsumunun tutulub i ddiaçının xeyrinə ödənilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, yaranmış borc məbləği iş üzrə cavabdehlər tərəfindən iddiaçıya ödənilməlidir. Bununla belə, iddiaçı tərəfindən tələb olunan cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından cərimənin məbləği azaldılmalıdır.

11. Birinci instansiya məhkəməsi qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.*, 445.*, 445.2.*-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

12. Cavabdehlər ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 27.*0.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etmişlər.

13. Cavabdeh* apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onu n barəsində həbs qəti imkan tədbiri seçildiyinə görə krediti vaxtlı-vaxtında ödəyə bilməmişdir. Ondan həm avtomaşının alınması, həmçinin ödənişlərinin nəzərə alınmaması, onun hüquqlarını kobudcasına pozur.

14. CavabdehYYY oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.

15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(*04)-*69*/202* saylı mülki iş üzrə 22 iyul 202*-ci il tarixli qətnaməsi ilə (hakimlər L.Süleymanov (sədrlik edən və məruzəçi) F.Mehtiyev və A.Hüseynzadə) apellyasiya şikayətləri təmin edilməmiş, Göygöl Rayon Məhkəməsinin 27.*0.2020-ci il tarixli qətnaməsinin iddia tələbinin qismən təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

16. Apellyasiya instansiyası məhk əməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin məzmunu onlar tərəfindən razılaşdırılmışdır və cavabdeh tərəf müqavilənin bütün şərtləri ilə razılaşdığına görə, həmin müqavilədən doğan öhdəliklər üçün məsuliyyət daşıyır. Ona görə də, iddiaçı avtomaşını və ödəniş üzrə borcu tələb etməkdə haqlı olmuşdur. Məhkəmənin iddia tələbinin qismən təmin edilmiş hissəsində gəldiyi nəticə işin hallarına uyğun olmuşdur. Qətnamənin həmin hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur.

17. Məhkəmə öz mövqeyini Mülki Məcəlləsinin 567, 600.*, 422, 443.*, 445.*, 445.2.*ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

18. Cavabdeh* (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

19. Şikayət onunla əsaslandırılmışdır ki, tərəflər arasında müqavilə bağlandıqdan sonra *0 ay müddətində cavabdeh vaxtlı-vaxtında ödənişlər etmiş və bu müddət ərzində cəmi 5764 manat məbləğində pul ödəmişdir. Sonradan barəsində həbs qətimkan tədbiri seçilməsi səbəbindən krediti vaxtında ödəyə bilməmişdir. Cavabdeh hazırda *2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Məhkəmənin qətnaməsində həm avtomaşının alınması nəzərdə tutulmuş, həm də 5 ay ərzində ödənilməmiş 2880 manat pulun ödənilməsi qət edilmişdir. Məhkəmə bu zaman nə *485 manat ilkin ödənişi, nə *0 ay ərzində ödənilən 5764 manat pulu nəzərə almamış, üstəlik 5 ay ərzində ödənilməmiş 2880 manat pulun alınmasını öhdəlik kimi cavabdehin üzərinə qoymuşdur. Məhkəmə nəzərə almam ışdır ki, həm ilkin ödəniş, həm ödənilən və ödənilməli olan pul əslində avtomaşının dəyəridir. Həm avtomaşının alınması, həm də ödənilən pulların nəzərə alınmaması cavabdehin hüquqlarının kobudcasına pozulması, vəziyyətinin daha da ağırlaşdırılması ilə nəticələnmişdir.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(*02)-2902/2022 saylı, *3 iyun 2022-ci il tarixli qərarına əsasən Cavabdeh* tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(*04)*69*/202* nömrəli iş üzrə 22 iyul 202*-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.

21. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırıb ki, məhkəmələr iddianı qismən təmin etməklə, həm avtomobilin Cavabdeh* alınaraq iddiaçıya t əhvil verilməsini, həm də 5 ay üçün tələb olunan 2880 manat “əsas borc”un cavabdehlərdən tutulmasını qət etmişdir. Halbuki, Mülki Məcəllənin nisyə alğı-satqı ilə bağlı hüquq münasibətlərini tənzimləyən 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Lakin işə baxmış məhkəmələr istinad olunan maddi hüquq normalarının tələblərini pozaraq iddiaçı tərəfindən eyni anda irəli sürülmüş həm verilmiş əşyanın ödənilməsi, həm də ödənilməmiş malın qaytarılması tələblərini təmin etmişdir.

22. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, bu hal müqavilədən imtina edən satıcının alıcı tərəfindən müqavilə öhdəliklərinin p ozulmasından irəli gələn zərəri tələb etmək hüququnu istisna etmir. Lakin bunun üçün zərərin ödənilməsi tələbini irəli sürən satıcı belə zərərin hansı əsaslarla yarandığını əsaslandırmalı və bu halları təsdiq edən sübutlarını məhkəməyə təqdim etməlidir.

23. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi hüquq normalarının tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir. b) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

24. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ə.İ.Məmmədov (sədrlik edən və məruzəçi), hakimlər Ş.Q.Rzaquliyev və Ə.G.Abdullayev) 2(*04)2325/2022 saylı mülki iş üzrə *6 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Göygöl Rayon Məhkəməsinin 27.*0.2020-ci il tarixli, 2(066)-*007/2020 saylı qətnaməsi iddianın qismən təmin edilmiş - "xxxx" MMC ilə Cavabdeh* arasında bağlanmış 26.03.20*9-cu il tarixli alğı-satqı müqaviləsinə görə Cavabdeh* və CavabdehYYY oğlundan müştərək qaydada 2880 manat məbləğində əsas borc və *50 manat cərimə borcu olmaqla, ümumilikdə 3030 manat məbləğində pulun tutulub iddiaçı Sirena” MMC-nın xeyrinə ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi həmin hissədə təmin olunmamış, qətnaməsi iddianın təmin edilmiş "xxxx" MMC ilə Cavabdeh* arasında bağlanmış 26.03.20 *9-cu il tarixli alğı-satqı müqaviləsinin ləğv edilməsi və avtomaşının Cavabdeh* geri alınıb, "xxxx" MMC-yə təhvil verilməsi, həmçinin, ödənilmiş Dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pulun cavabdehlər Cavabdeh* və CavabdehYYY oğlundan müştərək qaydada tutulub, iddiaçının xeyrinə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericiliyin yuxarıda sadalanan normalarından da göründüyü kimi, nisyə alğı-satqı müqaviləsi üzrə alıcı tərəfindən əşyanın dəyəri ödənilmədiyi halda satıcı müqavilədən imtina etdiyi təqdirdə satıcı öz seçiminə görə ya verilmiş əşyanın ödənilməsini, ya da ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Hazırki işdə iddiaçı cavabdehlə olan müqav ilənin ləğvi barədə iddia qaldıraraq həm avtomaşının özünü, həm də həmin avtomaşına görə ödənilməmiş məbləği cavabdehdən tələb etmiş, işə baxmış məhkəmə istinad olunan maddi hüquq normalarının tələblərini pozaraq iddiaçı tərəfindən verilmiş həm əşyanın ödənilməsi, həm də ödənilməmiş malın qaytarılması tələblərini təmin etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, pul tələbinə dair həmin hissədə qətnamə ləğv olunmalı, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh* (vəkili Vəkil) kasasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

27. Kassasiya şik ayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında müqavilə bağlandıqdan sonra *0 ay müddətində cavabdeh vaxtlı-vaxtında ödənişlər etmiş və bu müddət ərzində cəmi 5764 manat məbləğində pul ödəmişdir. Sonradan barəsində həbs qətimkan tədbiri seçilməsi səbəbindən krediti vaxtında ödəyə bilməmişdir. Hazırda *2 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Məhkəmə qətnamə çıxaranda nəzərə almamışdır ki, müqavilə ilə avtomaşının dəyəri 36945 manat müəyyən edilib və cavabdeh tərəfindən bütün borc ödənilmiş, yalnız 2880 manat əsas və *50 manat cərimə borcu qalmışdır. Belə olan halda 3030 manat borca görə cavabdehdən avtomobilin alınması ədalətsizlikdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Məhkəməyə kassasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. Tətbiq edilən hü quq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

29. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

30. Maddə 448.*. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

31. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

32. Maddə 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsu liyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır.

33. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

34. Maddə 600.*. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

35. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

36. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

37. Maddə 60*.*. Əşyanın nisyə satılması haqqın da müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

38. Maddə 60*.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərə fli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 2*7.*. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

43. Maddə 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 4*6.*. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 4*6.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 4*8.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

47. Maddə 4*7.*.*. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

48. Maddə 4*8.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışını n hədləri

49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

50. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası m əhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

52. Qeyd olunmalıdır ki, iddia tələbinin maddi-hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 600.4-cü maddəsinin dispozisiya şərtlərinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

53. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını bu əsaslar üzrə araşdırmış, iş üzrə düzgün nəticəyə gəlmişdir.

54. Məhkəmə kollegiyası kassatorun həbs olunmasına görə borcu ödəyə bilmədiyinə dair dəlili ilə bağlı qeyd edir ki, bu dəlil qətnamənin ləğvinə əsas vermir. Çünki Mülki Məcəllənin 448.*-ci maddəsinə əsasən qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

55. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

56. Kassasiya kollegiyası qeyd edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər əsas etibarilə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına, qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması barədə dəlillərdir ki, kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya icraatı müstəsna olaraq hüquqi məsələlərə baxmaqla məhdudlaşır.

38. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 4*6, 4*7 və 4*9cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(*04)-2325/2022 nömrəli, *6 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar