Məhkəmə qərarları › İş №2(102)-7041/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-7041/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7041/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcu) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-426/2021 nömrəli iş üzrə 01 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Mirzı qızı tərəfindən birgə verilmiş kasasiya şikayəti üzrə işə 07 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 16R000003460 saylı kredit müqaviləsi üzrə kreditin əsas məbləği 11357,80 ABŞ dolları,əsas məbləğə hesablanmış faiz borcu 1755,87 ABŞ dolları, cərimə 33516 ABŞ dolları olmaqla, cəmi 46629,67 ABŞ dolları məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" QSC iddia tələ bini onunla əsaslandırmışdır ki, Tovuz rayon Notariat Kontorunun notariusu P.M.Rzayev tərəfindən verilmiş 18.09.2014-cü il tarixli, 7E-9-7196 saylı “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” İcra Qeydinə əsasən ipoteka saxlayan "xxxx" QSC-nin 13.05.2011-ci il tarixli, 16R000003460 saylı kredit razılaşmasına əsasən tələbi, yəni 11357,80 ABŞ dolları məbləğində əsas borcun, 1755,87 ABŞ dolları məbləğində faiz borcunun, kreditin gecikdirilməsinə görə isə hesablanmış 33516 ABŞ dolları məbləğində cərimə borcunun, ümumilikdə cəmi 46629,67 ABŞ dolları məbləğində borcun, ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 31 manat məbləğində xidmət haqqının və icra qeydinin alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun tutulması ipoteka ilə yüklü edilmiş Tovuz şəhəri Nizami k üçəsində mülkiyyətdə olan 0,0504 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 70,4 kvm. yaşayış, 47 kvm. yardımçı sahədən ibarət 45 nömrəli fərdi yaşayış evinə yönəldilmişdir. Tovuz rayon Notariat Kontorunun notariusu P.M.Rzayev tərəfindən verilmiş 18.09.2014-cü il tarixli, 7E-97196 saylı “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” İcra Qeydi üzrə həyata keçirilmiş icra tədbirləri nəticəsində ipoteka predmeti olan 0,0504 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 70,4 kvm. yaşayış, 47 kvm. yardımçı sahədən ibarət 45 nömrəli fərdi yaşayış evini 25 iyun 2015-ci il tarixdə "xxxx" QSC hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinə əsasən 31875 manata satın almışdır. Tovuz rayon Məhkəməsinin 2(062)-4919/2016 saylı 24 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh1 mülkiyyətində olmuş Tovuz şəhəri Nizami küçəsində mülkiyyətdə olan 0,0504 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 70,4 kvm. yaşayış, 47 kvm. yardımçı sahədən ibarət 45 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi barədə Tovuz Rayon Notariat Kontorunun notariusu tərəfindən verilən 18 sentyabr 2014-cü il tarixli icra qeydi etibarsız hesab edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 13.03.2017-ci il tarixli 2(104)-926/2017 saylı qətnaməsi ilə Tovuz Rayon Məhkəməsinin 2(062)-4919/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Tovuz rayon Məhkəməsinin 06.11.2017-ci il tarixli, 2(062)-3842/2017 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdehlər AR ƏMDK yanında DƏDRXnin 15 saylı Ərazi İdarəsinə və "xxxx" QSC-yə qarşı iddiası təmin edilərək, Hüquqların dövlət qe ydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı çıxarış etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamə üzrə apelyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 13.04.2018-ci il tarixli 2(104)-1130/2018 saylı qərardadı ilə iş üzrə icraat dayandırılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1816 saylı, 27 iyun 2019-cu il tarixli qətnaməsi ilə "xxxx"MMC-nin 25 iyun 2015-ci il tarixli “Hərracın nəticələri haqqında” Y-125 nömrəli Yekun Protokolu etibarsız hesab edilmişdir. Odur ki, banka olan borcun cavabdehlərdən tələb edilməsi zərurəti yaranmışdır. Cavabdeh3 "xxxx" QSC ilə bağladığı 17.02.2010-cu il tarixli, 16S000001682 saylı zaminlik müqaviləsinə, Cavabdeh2 isə "xxxx" QSC ilə bağladığı 15.02.2010cu il tarixli, 16S000001678 saylı zaminlik mü qaviləsinə əsasən Cavabdeh1 15.02.2010-cu il tarixli, 16L000001302 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək üçün üzərlərinə öhdəlik götürmüşlər. Tovuz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 10 fevral 2020-ci il tarixli 2(062)-235/2020 nömrəli qətnaməsi ilə (hakim Qafil Baxşıyev) iddia tələbi qismən təmin edilərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 16R000003460 saylı kredit müqaviləsi üzrə kreditin əsasə məbləği 11357,80 ABŞ dolları, əsas məbləğə hesablanmış faiz borcu 1755,87 ABŞ dolları, cərimə 335,16 ABŞ dolları olmaqla, cəmi 13448,83 ABŞ dollarının icra olunduğu gün manatla məzənnəsi ilə və dövlət rüsumu hesabına ödənilmiş 30 manatın alınarq "xxxx" QSC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissəsinin təmin olunmam ası qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, "xxxx" QSC ilə Cavabdeh1 arasında 15 fevral 2010-cu il tarixdə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 bank tərəfindən 24 ay müddətinə 20000 ABŞ dolları kredit limiti ayrılmışdır. Borclunun öhdəliyinin icrasını təmin etmək məqsədi ilə həmçinin Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Borclu kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini gecikdirmiş və iddiaçı təşkilata kredit müqaviləsi üzrə kreditin əsas məbləği 11357,80 ABŞ dolları, əsas məbləğə hesablanmış faiz borcu 1755,87 ABŞ dolları, cərimə 33516 ABŞ dolları olmaqla, cəmi 46629,67 ABŞ dolları borcu qalmışdır. Bununla bərabə r məhkəmə hesab edir ki, iddiaçı təşkilat tərəfindən cavabdehlərə qarşı tənasübsüz surətdə cərimə ödənilməsinə dair tələb irəli sürülmüşdür. Qanunverici dəbbə pulunun azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehin böyük məbləğdə dəbbə pulunu ödəmək imkanında olmamasını, onun yüksək məbləğdə dəbbə pulu ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiada nəzərdə tutulan dəbbə pulu azaldılmalıdır. Məhkəmə hesab edir ki, tələb olunan cərimə 33516 ABŞ dollarının azaldılaraq 335,16 ABŞ dolları məbləğində müəyyən olunması məqsədəmüvafiqdir. Cərimənin qalan hissəsi təmin edilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbay can Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 445.1, 460.1, 465.2, 467, 472.2, 739-cu maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan cavabdehlər birgə apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin əsas borcla bağlı hissəsində və zaminlərə münasibətdə dəyişdirilməsini, borcun zaminlərdən deyil, krediti götürən şəxsdən tutulması, eyni zamanda əsas borcun 3000 ABŞ dolları məbləğində müəyyən olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Nuru Quliyev - sədrlik edən və məruzəçi, Rəhman Muradov, Şamil Rzaquliyev) 11 avqust 2020-ci il tarixli, 2(104)-2340/2020 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanı n keçirilməsi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09.04.2021-ci il tarixli, 9/768 saylı ekspert rəyinə əsasən, tərəflər arasında 15.02.2010-cu il tarixli 16L000003460 saylı kredit xətti çərçivəsində bağlanmış 13.05.2011-ci il tarixli 16R000003460 saylı kredit razılaşmasının şərtləri nəzərə alınmaqla 22.11.2019-cu il tarixinə Cavabdeh1 iddiaçı "xxxx" QSCyə olan borcu 15950.85 AB dolları məbləğində müəyyən edilir o cümlədən; əsas borc üzrə 11267.1 ABŞ dolları, faiz borcu üzrə 4683.75 ABŞ dolları müəyyən edilir. Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Afiq Hüseynzadə - sədrlik edən və məruzəçi, Şamil Rzaquliyev, Loğman Süleymanov) 01 iyun 2021-ci il tarixli, 2(104)426/2021 saylı qətnamə si ilə apelyasiya şikayəti qismən təmin edilərək, Tovuz Rayon Məhkəməsinin 10 fevral 2020-ci il tarixli, 2(062)-235/2020 saylı qətnaməsinin cavabdehlərdən tutulan əsas borc məbləği hissəsində dəyişdirilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 11267,1 ABŞ dolları əsas borc, 1755,87 ABŞ dollar əsas məbləğə hesablanmış faiz və 335,16 ABŞ dolları cərimə məbləği olmaqla, cəmi 13358,13 ABŞ dollarının icra olunduğu gün manatla məzənnəsi ilə və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq "xxxx" QSC-yə verilməsi, apelyasiya şikayətinin qalan hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, məhkəmə xərci qismində ekspertiza tədqiqatının dəyəri olan 100 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq Məhkəmə Ek spertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, cavadbeh tərəfindən ödənişlər qrafik üzrə 14 may 2012-ci il tarixinə kimi aparılmış, iddiaçı tərəfindən ümumilikdə 13114,71 ABŞ dolları pul ödənilmişdir ki, həmin məbləğin 8642,2 ABŞ dolları əsas borc məbləğindən, 4472,51 ABŞ dolları isə hesablanmış faiz məbləğindən silinmişdir ki, buna görə də cavabdehdən 11357.80 ABŞ dolları əsas borc məbləği tələb edilmişdir. İddiaçı iddia ərizəsində 11.09.2014-cü il tarixinə olan faiz borcunu tələb etdiyini qeyd etsə də, əslində iddiaçı tərəfindən 13 may 2013-cü il tarixinə olan faiz borcu hesablanaraq tələb edilmişdir. Bundan başqa iddiaçı 14 may 2012-ci il tarixindən müqavilə üzrə öhd əliyin icrasının müddətinin bitdiyi 13 may 2013-cü il tarixinədək hesablanmış faizləri qalıq 11357,80 ABŞ dolları əsas borcuna müvafiq olaraq deyil, qrafik üzrə əsas borcdan ödənişlər edildikdən sonra qalmalı olan və əsas borc məbləğinə münasibətdə hesablanmalı olan faiz məbləğlərinə görə tələb etmişdir. Lakin Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2021-ci il tarixli 9/768 saylı ekspert rəyi ilə əsas borcun 11267,1 ABŞ dolları məbləğində olması müəyyən edilmişdir. Buna görə də əsas borc məbləği hissəsində qətnamə dəyişdirilərək, cavabdehlərdən 11267,1 ABŞ dolları əsas borc məbləği tutulmalı, faiz məbləği hissəsində isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası cavabdehlərin borc məbləğinin zaminlərdən tutulmalı olmaması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə m ünasibətdə isə qeyd edir ki, cavabdehlər məhkəmə iclasında qeyd edilən apellyasiya şikayətlətinin dəlillərini zaminiyin müddətin keçməsi ilə əlaqələndirmişlər ki, məhkəmə kollegiyası cavabdehlərin qeyd edilən dəlillərini əsassız hesab etmişdir. Belə ki, tərəflər arasında bağlanmış 15 fevral 2010 və 17 fevral 2010-cu il tarixli zaminlik müqavilələrinin 4.1-ci bəndinə əsasən bu müqavilə borclu kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tam icra edənədək qüvvədədir. Göründüyü kimi zaminlik müqaviləsi üzrə müddət əsas öhdəliyə dair müqavilə üzrə öhdəliyin icrasından asılı edilməklə, zaminliyin müddəti əsas öhdəliyin tam olaraq icra edildiyi vaxtadək müəyyən edilmişdir ki, həmin müqavilə şərti də cavabdehlər tərəfindən mübahisələndirilməmişdir. Kasasiya şikayətinin və ona etirazın də lilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (vəkilləri Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, ölkədə baş verən devolvasiyalar nəticəsində onsuz da maddi cəhətdən çətinliklərlə üzləşmiş vətəndaşlara "xxxx" QSC kömək etməkdənsə heç bir xəbərdarlıq etmədən vətəndaşa məxsus evi qanunsuz aldıqları icra qeydi ilə öz mülkiyyətlərinə keçirmişlər. Cavabdeh X1 "xxxx" QSC bu qanunsuz və əsassız hərəkətləri ilə mülkiyyətində olan və faktiki olaraq əlindən alınmış evinin öz mülkiyyətinə qaytarılması ü çün hüquqi yollarla mübarizə aparmışdır. Sonda öz evinə dair "xxxx" QSC-nin adına olan çıxarışın ləğvinə nail olmuşdur. "xxxx" QSC bütün bunları, yəni öz qanunsuz əməllərini özlərinin iddia ərizəsində açıqca qeyd etmişlər. Halbuki, devolvasiyaya qədər olan məbləğ kimi Cavabdeh1 hazırkı iddia tələbində olan 11267,1 ABŞ dolları əsas borcunun 1267,1 ABŞ dollarından birgə dollar artıq ödənilmiş olsaydı bu müqavilə üzrə borc Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş 28.02.2019-cu il tarixli 551 saylı Fərmanının təsiri dairəsinə düşəcəkdi. Fərmanın müddəalarını nəzərə alaraq borcluların kredit borcu üzrə əsas borcuna əlavə olaraq faiz və cərimə məbləği hesablana bilməz. Bu baxımdan da hesab edirlər ki, "xxxx" QSC tərəfindən yuxarıda qeyd etdikləri qanunsuz hərəkətlər nəticəsində Cavabdeh1 banka olan borcu ödənilməmişdir. Belə ki, "xxxx" QSC banka olan borcun ödənilməsi üçün hərəkətlər etməkdənsə, Cavabdeh1 ipotekaya qoyduğu evi öz mülkiyyətinə keçirməyə çalışmışdır. Buna görə də faktiki olaraq əsas borcdan 3 dəfə artıq cərimə borcu hesablamaqla qanunsuz verilmiş icra qeydi alaraq Cavabdeh1 evini öz mülkiyyətinə keçirməyə nail olmuşdur. "xxxx" QSC etdiyi bu qanunsuzluqlar Tovuz Rayon Məhkəməsinin və Gəncə Apelyasiya Məhkəməsinin müvafiq qətnamələri ilə təsdiq olunaraq, həmin qanunsuz yollarla alınmış icra qeydi və çıxarış ləğv olunmuşdur. Həmin qətnamələr "xxxx" QSC vətəndaşın başına hansı əməlləri gətirdiyini sübutudur. Cavabdeh1 yalnız Tovuz Rayon Məhkəməsindən ona və ailə üzvlərinə evdən çıxarılmaları barədə məhkəmə bildirişi gələndə bilm işdir ki, evi artıq "xxxx" QSCnin mülkiyyətindədir. Hətta həmin vaxt "xxxx" QSC hazırkı iddia tələbində qeyd edilmiş əsas kredit borcunun da hazırkı iş üzrə cavabdehlərdən tutulması ilə bağlı Tovuz rayon Məhkəməsində iddia qaldırmışdır. "xxxx" QSC bu qədər artıq tamahı sonda Cavabdeh1 banka borcunun qalmasına və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş 28.02.2019-cu il tarixli 551 saylı Fərmanının təsiri dairəsinə düşməməsinə gətirib çıxarmışdır. Cavabdeh1 2016-cı ildən 2019-cu ilə qədər məhkəmələrdə öz pozulmuş konstitusion hüquqlarının bərpası ilə məşğul olmuşdur. b) Kssasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegi yası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı "xxxx" QSC-nin səlahiyyətli nümayəndəsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, onların vəkili Vəkil və digər Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını t ələb etmək hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhk əmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlili üzrə kasasiya kollegiyası qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, cavabdehlər kasasiya şikayətində iddiaçı tərəf ilə əvvəllər aralarında olmuş mülki mübahisələrə istinad edərək, fərziyyələrdən çıxış edərək hazırda mövcud olan əsas borclarından göstərmiş olduğu mübahisələr olmasa idi 1267,1 ABŞ dolları ödəyib Azərbaycan Respublikasının Prezidentinin 28.02.2019-cu il tarixli 551 saylı Fərmanının təsiri dairəsinə düşəcəklərini bildirib Fərmanının onlara tətbiq edilməli olduğ unu göstərmişlər, digər tərəfdən isə özləri borclarının Fərmanın təsir dairəsinə düşmədiklərini bildirmişlər. Hazırki halda adıçəkilən Fərmanın cavabdehlərin borclarına münasibətdə tətbiq edilməsinin əsas iş materialları ilə müəyyən edilməmişdir. Digər tərəfdən qeyd edilməlidir ki, cavabdehlər kasasiya şikayətində apelyasiya kollegiyası tərəfindən hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verilməsinə belə istinad edə bilməmişlər. Ümumi kasasiya yoxlaması nəticəsində isə apelyasiya kollegiyasının hər hansı maddi və ya prosessual hüquq normasının pozuntusuna yol verməsi müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab e dilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş kasasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-426/2021 nömrəli iş üzrə 01 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar