Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7044/2019 14.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi, İddiaçı ASC-nin vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 fevral 2019-cu il tarixli 2(103)1769/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai rayon məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim L.O.Talıbova, iş № 2(011)-1035/2018) İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzr ə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, 05.06.2013-cü il tarixli kredit müqaviləsi üzrə 33.453,83 manat əsas borcun, 10.143,74 manat faiz borcunun və gecikdirməyə görə 200 manat cərimə, cəmi 43.797,57 manatın və 30 manat dövlət rüsumunun, bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, sənədlərin notarial qaydada təsdiqlənməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, Cavabdeh məxsus N saylı evin 3 saylı mənzilinin ilkin satış qiymətinin 80.000 manat müəyyən olunması, tələbin ipotekaya qoyulmuş Cavabdeh məxsus N saylı mənzilinin açıq hərracda satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun İddiaçı ASC-nin xeyrinə ödənilməsi, Cavabdeh N saylı evin 3 sa ylı mənzili satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılması və mənzilin boşaldılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: M.A.Məmmədov, X.A.Mərdanova, X.Ə.Sarıyev) İddiaçı ASC və cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 03 may 2018-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni cavabdehdən iddiaçı Bankın xeyrinə tutulacaq faiz və cərimə borcunun məbləğinin müəyyən edilməsi hissələrində dəyişdirilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05.06.2013-cü il tarixli “Kredit müqaviləsi” üzrə kreditdən istifadəyə görə hesablanmış faiz bor cunun ödənilməsi məqsədi ilə 6.071,66 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 1.738,72 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı-yə ödənilməsi qət edilmiş, qətnamə apellyasiya baxışının predmetini təşkil edən qalan hissədə, yəni ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 80.000 manat müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Qətnamə ilə həmçinin müəyyən edilmişdir ki, Xətai rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 may 2018-ci il tarixli qətnamə 05.06.2013-cü il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 33.453,83 manat, “tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” bildirişin qeydə alınmasına görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, sənədlərin notarial qaydada təsdiqlənməsi üçün çəkilmiş xərclərin əvəzi olaraq 20 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehin həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 250 manat məbləğində pulun dövlət büdcəsi xeyrinə, digər bir ekspertiza tədqiqatının dəyərini təşkil edən 250 manat məbləğində isə pulun “xxxx” MMC-nin xeyrinə cavabdehdən tutulması hissəsində hazırki apellyasiya baxışının predmeti olmamışdır. İşin halları: İddiaçı ASC ilə Cavabdeh a rasında bağlanmış 05.06.2013-cü il tarixli “Kredit müqaviləsinə” əsasən Cavabdeh illik 14 faiz olmaqla 96 ay müddətinə 42.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq cavabdeh özünə məxsus mənzili bankın xeyrinə ipoteka ilə yüklü etmiş və bu barədə onunla bank arasında 05.06.2013-cü il tarixli ipoteka müqaviləsi bağlanmışdır. 2017-ci ilin iyun ayında İddiaçı ASC iddia ərizəsi və iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən 33.453,83 manat, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 10.143,74 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 1.738,72 manat məbləğ ində pulun; 20.04.2018-ci il tarixdən başlayaraq tələblərin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 14 faiz dərəcəsi ilə hesablanmaqla əldən çıxmış faydanın əvəzinin, “tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” bildirişin qeydə alınmasına görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, sənədlərin notarial qaydada təsdiqlənməsi üçün çəkilmiş xərclərin əvəzi olaraq 20 manat, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi; tutmanın cavabdehə məxsus olan və N nömrəli mənzilinə (bundan sonra mübahisəli mənzil) yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 57.200 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə oluna biləcək pul vəsaiti hesabına cavabdehin ona olan borcunun ödənilməsi, satıldıqdan sonra 1 ay ərzində boşaldılmadığı halda mənzilin məcburi qaydada boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh qətnamədən kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərməklə qətnamənin cərimə məbləğinə dair hissədə dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məl umatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya etmişdir. işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından göründüyü kimi cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin qanuniliyi yalnız cərimə məbləğinə dair hissədə mübahi sələndirilmişdir. Belə olan halda qətnamənin qanuniliyi yalnız mübahisələndirilən hissədə yoxlamılmalıdır. İşə baxan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasında bağlanmış “Kredit müqaviləsinin” şərtlərini əsas götürməklə cavabdehə 1.738,72 manat məbləğində cərimə borcu hesablanmış. Birinci instansiya məhkəməsi sözügedən borcu tənasübsüz surətdə yüksək hesab edərək, Mülki Məcəllənin 467-ci maddəsi ilə təsbit olunmuş səlahiyyətindən istifadə etməklə borcu azaltmış və 200 manat məbləğində müəyyən etmişdir. Qətnamənin mübahisələndirilməyən hissəsi ilə cavabdehdən tutulmuş əsas borc məbləğinin 33.453,83 manat təşkil etməsi nəzərə alınarsa, tələb olunan 1.738,72 manat məbləğində cərimə borcunun əsas borca nisbətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gəlinə bilm əz.Birinci instansiya məhkəməsi 1.738,72 manat məbləğində cərimə borcunu azaldaraq 200 manat məbləğində müəyyən etməklə, iddiaçı Bankın əmlak mənafelərini nəzərə almamış, işə bu hissədə birtərəfli yanaşmışdır. Ona görə də, iddia bu hissədə tam təmin edilməli və “Kredit müqaviləsi” üzrə cavabdehə tətbiq olmuş cərimə borcu, yəni 1738,72 manat məbləğində pul cavabdehdən tutularaq Banka ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 222.2-ci maddəsinə görə, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı- ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Apellyasiya instansiyası məhkəməsi qanunun həmin normalarının müddəalarına əsaslanaraq bankın iddia tələbini qismən təmin etmişdir. Kollegiya yuxarıda göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisə maddi və prosessual hüquq normalarının tələblərinə və müəyyən olunmuş sübutlara uyğun həll edilməklə qətnamə mübahisələndirilən hissədə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiy a şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 15 fevral 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-7044/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-7044/2019
14.11.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver