Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-705/2023 09.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, X4 (maraqlı şəxslər Gəncə şəhəri 1 saylı Notariat Kontoruna, Maraqlı şəxs2nə, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Ərazi İdarəsinə, Maraqlı şəxs4) qarşı iş üzrə QƏRARİ iş № 2(102)-705/2023 Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğvi, pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç, X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, X4 və maraqlı şəxslər Gəncə şəhəri 1 saylı Notariat Kontoruna, Maraqlı şəxs2nə, Daşınmaz Əmlakın D övlət Reyestr Xidmətinin 3 saylı Ərazi İdarəsinə, Maraqlı şəxs4 qarşı torpağa dair alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə, torpağa dair çıxarışın ləğv edilməsinə və pul tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-3101/2021 nömrəli 28 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 09 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağı qərarı qəbul etdi. İşin halları:
1. Gəncə şəhəri, Kəpəz rayonu, X16 (keçmiş Çaparizde) küçəsi, ev 74-də yaşayan X9 adına Daşkəsən rayonu, Quşçu kənd ərazisində yerləşən, Daşkəsən rayon Quşçu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün 0.06 ha torpaq sahəsi ayrılmışdır.
2. X11 xx.xx.2016-cı il tarixdə etibarnamə ilə Daşkəsən rayonu, Quşçu kəndində yerləşən 600 kv.m torpaq sahəsinə və gələcəkdə həmin torpaq sahəsində inşa ediləcək tikililərə dair həmin etibarnamə ilə idarələrdə, təşkilatlarda, müəssisələrdə, bütün dövlət və qeyri-dövlət orqanlarında, yerli bələdiyyə orqanlarında, İcra Hakimiyyətində, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində və müvafiq ərazi idarələrində, Notariat kontorlarında nümayəndəsi olmağını, həmin torpaq sahəsinin sənədləşmə işləri ilə əlaqədar bütün növ işləri görməyi, Çıxarış, Texniki pasport, Torpağın planı və ölçüsü və digər sənədləri almağı, sənədləşdirdikdən sonra həmin torpaq sahəsinin üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, hədiyyə qəbul etməyi, dəyişməyi, əmlakı ipoteka qoymağı, ipotekanı qəbul etmək haqqında əqdlə r bağlamağı, müqaviləyə dair bütün bank əməliyyatlarını aparmağı, depozitə pul qoymağı və bu işlərlə əlaqədar lazım olan sənədləri təqdim etməyi, sənədləri qəbul etməyi, ərizə verməyi, imza etməyi, dövlət rüsumları və ödənişləri ödəməyi və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olan digər hərəkətləri etməyi İddiaçı həvalə etmiş, İddiaçı isə etibarnamə üzrə səlahiyyətləri xx.xx.2016-cı il tarixli AR-İ №476586 nömrəli etibarnaməyə əsasən Cavabdeh1, o isə xx.xx.2016-cı il tarixli etibarnamə ilə bu səlahiyyətləri oğlu X4 ötürmüşdür.
3. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X9 adına Daşkəsən rayonu, Quşçu kənd ərazisində yerləşən, Daşkəsən rayon Quşçu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 say lı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün 0.06 ha torpaq sahəsinə dair tərtib edilmiş A121719 saylı trpaq sahəsinin planı və ölçüsü əsasında X10 hal-hazırda ünvanı Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi olan 0.06 ha torpaq sahəsinə dair xx.xx.2016-cı il tarixdə çıxarış verilmişdir. 4. 06.10.2016-cı il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən X9 adından etibarnamə üzrə nümayəndə X14 şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin 4/6 hissəsini (400 kv.m) Maraqlı şəxs4 4000 manata satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1, X4 və maraqlı şəxslər Gəncə şəhəri 1 saylı Notariat Kontoruna, Maraqlı şəxs2nə, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 3 saylı Ərazi İdarəsinə, Maraqlı şəxs4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Gülüstan qəsəbəsi ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə dair onun tərəfindən Cavabdeh1 adına Gəncə şəhər 1 saylı notariat ofisində verilmiş xx.xx.2016-cı il tarixli AR-İ №476586 nömrəli etibarnamənin, cavabdeh X3 adına Bakı şəhər 14 saylı notariat ofisində verilmiş xx.xx.2016-cı il tarixli 488011 nömrəli etibarnamənin, həmin etibarnamə əsasında Gəncə “ASAN xidmət” Mərkəzinin notariat ofisində 06 oktyabr 2016cı il tarixdə tərtib edilmiş AN-İ №0553085 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsinə, Maraqlı şəxs4 adına verilmiş çıxarışın ləğv edilməsinə və torpağın əvvəlki vəziyyətinə qaytarılmasına və ya tərəfindən xərclə nmiş 15.000 manat pulun alınıb ona verilməsinə və ödənilmiş 30,4 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsini X5 xx.xx.2016-cı il tarixli 7E-358441 nömrəli etibarnamə almış və əvəzndə X10 7.000 (yeddi min) manat məbləğində pul vermişdir. Sonra iş rejimində vaxt məhdudiyyəti ilə əlaqədar olaraq həmin torpaq sahəsini onun adına keçirmək məqsədilə Gəncə şəhər Memarlıq və şəhərsalma idarəsinin keçmiş məmuru Cavabdeh1 ilə ona məxsus qəbir üstü abidə düzələn sexdə görüşərək torpaq sahəsini onun (iddiaçının) adına sənədləşdirilməsinin Cavabdeh1 tərəfindən həyata keçirilməsinə dair şifahi qaydada razılığa gəlmişlər. Bu işləri görmək üçün Cavabdeh1 2.000 (iki mi n) manat pul və həmin işləri görmək üçün müvafiq etibarnamə vermişdir. Bir müddət sonra Cavabdeh1 həmin yeri göstərmiş və onlar da tikinti quraşdırma işlərinə başlamışlar. Xeyli vaxt keçəndən sonra Asəf adlı bir nəfər onlara zəng edərək, həmin torpaq sahəsinin ona aid olduğunu bildirmişdir. Onlar da məsələyə aydınlıq gətirənə kimi tikinti işlərini dayandırmaq məcburiyyətində qalmışlar. Tikintiyə 6000 manat xərc çəkmişdir. Sonradan məlum olmuşdur ki, torpaq sahəsinə xx.xx.2016-cı il tarixli, RX seriyalı ******* nömrəli, ********** saylı çıxarış alındıqdan sonra cavabdeh həmin torpağı onun adına keçirmək əvəzinə 06 oktyabr 2016-cı il tarixdə AN-İ№ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən Şəmkir rayonu, Könüllü kənd sakini Maraqlı şəxs4 satmışdır. Cavabdeh torpaq sahəsi ni onu aldadaraq mənimsəyərək, başqasına sataraq onun hesabına varlanmış, ona edilən müraciətlərə cavab olaraq isə ya torpağı, ya də çəkilən 15000 manat xərci ödəyəcəyini bildirmiş, lakin ödəməmişdir.
7. Cavabdehlər məhkəmə iclaslarına gəlməmiş, iddiaya hər hansı münasibət bildirməmişdirlər.
8. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra –birinci instansiya məhkəməsi) 2(044)-274/2021 saylı, 02 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Ələkbərli) iddia təmin edilməmişdir.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçı verdiyi etibarnamədən Cavabdeh1 suiistifadə etdiyini bildirsə də, cavabdehin etibarnamə ilə verilən səlahiyyətlərin ziddinə hər hansı hərəkət etməsi və ya sui-istifadəsinə dair irəli sürdüyü tələblə bağlı iddiaçı hər hansı sübut təqdim etməmişdir.
10. Məhkəmə qeyd etmişd ir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, əqdin etibarsız hesab olunması üçün hə hansı əsas müəyyən edilməmişdir.
12. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 337, 337.2, 337.4, 339, 568-ci maddələrinə və istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti iddia ilə eyni məzmunda əsaslandırılmışdır.
15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellysiya instansiya məhkəməsi) 2(104)-3101/2021 nömrəli 28 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.S.Süleymanov (sədrlik edən və məruzəçi), Ş.Q.Rzaquliyev və A.H.Hüseynzadə) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi pul tələbinin təmin edilməməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilmiş, 4.000 (dörd min) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada tutularaq İddiaçı ödə nilməsi qət edilmiş, iddianın pul tələbi qalan hissədə təmin edilməmiş, qətnamə torpağa dair alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpağa dair çıxarışın ləğv edilməsi tələbinin təmin edilməməsinə dair hissədə dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə kollegiyası iddiaçının etibarnamələrin və daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi, çıxarışın ləğv edilməsi və torpağın əvvəlki vəziyyətinə qaytarılması tələbini əsassız sayaraq, qeyd etmişdir ki, iddiaçı verdiyi etibarnaməni notariat orqanında ləğv etdirə bilər. Alğı-satqı müqaviləsinin etibarsızlığı və çıxarışın ləğvi tələbini irəli sürməsi üçün iddiaçının subyektiv hüquqa malik olması tələb olunur. İş materialları ilə müəyyən olunur ki, mübahisəli torpaq sahəsi iddiaçının deyil, X9 mülkiyyətində olmuş və sonuncu iddiaçıya yalnız torpaq sahəsi ilə bağlı etibarnamə vermiş, həmçinin iddiaçı da Cavabdeh1 etibarnamə vermiş və bununla da tərəflər arasında tapşırıq müqaviləsindən əmələ gələn münasibətlər yaranmışdır.
17. Məhkəmə qeyd etmişdir ki, X6 etibar edilmişi etibar etmə qaydasında iddiaçıdan aldığı vəkalət əsasında 0,06 ha torpaq sahəsinin 4/6 hissəsini (400 kv.m) Maraqlı şəxs4 4.000 manata satmış, lakin tapşırığın icrası nəticəsində əldə etdiyini X7, o da iddiaçıya verməmişdir. İddiaçı öz iddiasında cavabdehlərdən 15.000 manat pul tələb edir ki, həmin tələbə torpaq sahəsinə görə X10 ödənilmiş 7.000 manat, sənədləşdirmə işlərinə görə Cavabdeh1 ödənilmiş 2.000 manat və torpaq sahəsində ilkin tikinti işləri aparılmasına çəkilmiş 6.000 manat məbləğində xərc daxildir. 1
8. Məhkəmə hesab etmişdir ki, iddiaçı sözügedən torpaq sahəsinə görə 7.000 manat məbləğində pul ödəsə də, onun almaq istədiyi torpaq sahəsi 0,06 ha olmuş, lakin X6 həmin torpağın 4/6 hissəsini, yəni 400 kv.m sahəsini 4.000 manata satdığı üçün, 7.000 manat məbləğində tələbin 4.000 manatı təmin edilərək, həmin pul cavabdehlər Cavabdeh1 və X2 tutularaq İddiaçı ödənilməlidir. İddianın sənədləşdirmə işlərinə görə Cavabdeh1 ödənilmiş 2.000 manat məbləğdə cavabdehə pul ödəməsinə dair mötəbər sübut növü təqdim etməmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi torpaq sahəsində ilkin tikinti işləri aparılmasına çəkilmiş 6.000 manat məbləğində xərc hissəsinə münasibətdə qeyd etmişdir ki, qanunvericiliyin tələbinə görə, iddiaçının torpaq sahəsinə sahiblik və istifadə hüququ bu barədə əqdin notarial q aydada bağlandığı andan əmələ gəlir. Lakin iddiaçının mübahisəli torpaq sahəsinə sahiblik və istifadə hüququnun əmələ gəlməsi üçün tərəflər arasında qanunvericilikdə nəzərdə tutulmuş müqavilə bağlanmadığına görə vicdanlı sahib hesab etmək olmaz və bu halda onun çəkdiyi məsrəflərin əvəzini tələb etməyə ixtiyarı çatmır.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 777.1, 777.2, 778.1, 782.1, 779.1-ci, Mülki-Prosessual Məcəlləsinın 14.2, 77.1, 80-cı maddələrinə istinadla əsaslandırmışdır Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh1 (vəkil X8) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən apellyasiya instansiyası məhkəməsinə təkrar baxışa göndərilm əsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişdir.
22. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi qətnaməsində iddiaçı sözügedən torpaq sahəsinə görə 7000 manat məbləğində pul ödəsədə, onun almaq istədiyi torpaq sahəsi 0,06 ha olmuş, lakin X6 həmin torpağın 4/6 hissəsini, yəni 400 kv.m sahəsini 4.000 manata satdığı üçün 7000 manat məbləğində tələbin 4.000 manatını təmin edilərək, həmin pulu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsini təmin edərək hər-hansı maddi-hüquq normalarına istinad etməmiş, bu hissədə sübutlara düzgün qiymət verməmişdir.
23. Belə ki, iddiaçı cavabdehlərə xx.xx.2016-cı il tarixdə etibarnamə vermiş və həmin etibarnamə bütün səlahiyyətləri o cümlədən alqı-satqı aparılmasında cavabdehə vermişdi. Həmin etibarnamə verilərkən onun həyat yol daşı da razılıq ərizəsi vermişdir. Qeyd edim ki, cavabdeh iddiaçının nə qohumu nə dostudur. Belə olan halda ortaya sual çıxır necə ola bilər ki, iddiaçı torpağın pulunu almasa, belə bir etibarnamə versin. Bu ən azından inandırıcı deyil. Bundan başqa məhkəmə nəzərə almamışdır ki, həmin əmlak etibarnamə verilən vaxtdan yəni 2016-cı ildə cavabdehin istifadəsində olmuş xx.xx.2016-cı il tarixdə etibarnamə veriləndən cəmi bir necə gün sonra yəni 06 oktyabr 2016-cı il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı bunu bilmiş və yalnız 5 ildən sonra məhkəməyə müraciət etmişdi. Axı necə ola bilərdi ki, iddiaçı bu 5 il ərzində pulunu almamışdısa pulu istəməsin. Eyni zamanda iddiaçı iddia müddətini də itirmişdi, cavabdehin isə məhkəmə iştirakı təmin edilmədiyindən o iddia müddətinin tətbiq ed ilməsinə dair ərizə verməkdən də məhrum olmuşdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı İddiaçı etirazı daxil olmuşdur. Etirazda cavabdeh tərəfindən verilən kassasiya şikayətinin rədd edilməsinə dair qərar qəbul edilməsi xahiş edilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
27. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.
28. Maddə 778.1. Vəkalət alan t apşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.
29. Maddə. 782.1.Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.
30. Maddə 779.1.Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normal arına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələr i tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı qətnamədən yalnız Cavabdeh1 kassasiya şikayəti verdiyindən qətnamə iddianın ona münasibətdə təmin edilən hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılan hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya ins tansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyrimötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
40. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etmək lə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
41. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
42. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin qeydiyyatda olduğu və faktiki ünvanlarına məhkəmə iclası barədə yazılı bildiriş və telefon nömrəsinə SMS-bildiriş göndərilmiş, lakin o həmin məhkəmə iclaslarında iştirak etməmiş, həmçinin apellyasiya instansiya məhkəməsi tərəfindən məhkəmə iclası barədə bildirişi ünvanında almasına baxmayaraq həmin instansiya məh kəməsində də iştirak etməmiş və iddia ilə bağlı münasibətini bildirməmiş, sübutlarını verməmiş, müddətin tətbiqinə dair ərizə verməmişdir. Belə olan halda, cavabdehin kassasiya şikayətinə həmin torpaq sahəsi müqabilində iddiaçıya pul verməsi, iddia müddətinin buraxılması və s. ilə bağlı faktlara istinad etməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407.2-ci maddəsinin tələbinə əsasən yolverilməzdir.
43. Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi tərə flərin şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
44. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-3101/2021 nömrəli 28 oktyabr 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.