Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-706/2023 27.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 (hüquqi varisi X4), Cavabdeh2 Vaqif oğlu və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 (hüquqi varisi X4), Cavabdeh2 Vaqif oğlu və Cavabdeh3 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kolle giyasının 28 iyul 2*22-ci il tarixli, 2(1*4)- 2*65/2*22 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətinə 27 fevral 2*23-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. "xxxx" QSC ilə mərhum Cavabdeh1 arasında bağlanmış 2* dekabr 2*13-cü il tarixli, 16L*****4876 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 12* ay müddətinə 3**** ABŞ dollar məbləğində kredit xətti açılmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunmuşdur. 2. 2* dekabr 2*13-cü il tarixli 16L*****4876 nömrəli kredit xətti müqaviləsi üzrə *4 dekabr 2*14-cü il tarixdə bağlanmış *16R143385*223 saylı kredit razılaşmasına əsasən, "xxxx" QSC tərəfindən C avabdeh1 36 ay müddətinə aylıq 2,25 faiz ödəmək şərti ilə 2**** ABŞ dolları məbləğində kredit verilmişdir. 3. "xxxx" QSC ilə Cavabdeh3 arasında bağlanmış 2* dekabr 2*13-cü il tarixli 16С*****81*2 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh3 "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 2* dekabr 2*13-cü il tarixli, 16L*****4876 nömrəli Kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan «Kredit razılaşması», «Bank qarantiyası verilməsi haqqında müqavilə» və «Аkkreditiv açılması üçün müqavilə» formasında bağlanacaq ayrıca razılaşma (bundan sonra – kredit razılaşması) üzrə Cavabdeh1 "xxxx" QSC qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 borclu ilə birlikdə Bank qarşısında tam məsuliyyəti öz öhdəsinə götürmüşdür. 4. "xxxx" QSC ilə Cavabde h2 Vaqif oğlu arasında bağlanmış *4 dekabr 2*14-cü il tarixli *16S******5234*2 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 2* dekabr 2*13-cü il tarixli, 16L*****4876 nömrəli kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan «Kredit razılaşması», «Bank qarantiyası verilməsi haqqında müqavilə» və «Аkkreditiv açılması üçün müqavilə» formasında bağlanacaq ayrıca razılaşma (bundan sonra – kredit razılaşması) üzrə Cavabdeh1 "xxxx" Qapalı Səhmdar Cəmiyyəti qarşısında olan öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 borclu ilə birlikdə Bank qarşısında tam məsuliyyəti öz öhdəsinə götürmüşdür.
5. Cavabdeh1 21 yanvar 2*16-cı il tarixdə ölmüşdür.
6. X5 26 oktyabr 2*15-ci il tarixdə ölmüşdür. İş üzrə qəbul edilmiş m əhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 Vaqif oğluna və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 17458,32 ABŞ dolları məbləğində əsas borc, 145*,*1 ABŞ dolları məbləğində faiz borcu və 2*42,63 ABŞ dolları məbləğində cərimə, cəmi 2*95*,96 ABŞ dolları kredit borcunun müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X3 bankla bağlanmış kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetrməkdən yayınmış, dəfələrlə ödənişləri yubatmış, kredit razılaşması üzrə kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır.
9. İş materiallarına daxil olan cədvələ əsasən cavabdehin 17458,32 ABŞ do lları məbləğində əsas borc, 145*,*1 ABŞ dolları məbləğində faiz borcu və 2*42,63 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 2*95*,96 ABŞ dolları məbləğində kredit borcu yaranmışdır.
10. Qazax Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) *8 sentyabr 2*17-ci il tarixli, 2(*23)-13/2*17 nömrəli qərardadı ilə X6, X4 və X2 Cavabdeh1 hüquqi varisləri kimi tanınmışlar. Cavabdeh1 hüquqi varisi X4 cavabdeh qismində işdə iştiraka cəlb olunmuşdur.
11. Birinci instansiya məhkəməsinin *5 may 2*22-ci il tarixli, 2(*23)-2/2*22 nömrəli qərardadı ilə (hakim Nemət Musayev) iş üzrə Cavabdeh2 Vaqif oğluna aid hissədə işin icraatına xitam verilmişdir. Həmin qərardaddan apellyasiya şikayəti verilməmişdir.
12. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabde hlər Cavabdeh3 və X1 müştərək qaydada 17458,32 ABŞ dolları məbləğində əsas borc, 145*,*1 ABŞ dolları məbləğində faiz borcu və 42 ABŞ dolları məbləğində cərimə, cəmi 1895*,33 ABŞ dolları məbləğində kredit borcunun tutularaq, "xxxx" QSC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
13. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarına istinadən iddia edilən kredit borcu cavabdehlər X4 və zamin Cavabdeh3 müştərək qaydada tutulmalıdır. Tərəflər arasında bağlanmış kredit və zaminlik müqavilələrin tələblərinə görə onlar həmin borcun banka ödənilməsinə məsuliyyət daşyırlar.
14. Məhkəmə iddia tələbinin təmin olunmayan hissəsi ilə bağlı isə qeyd etmişdir ki, tərtib edilən cərimə pulunun miqdarı yaranmış müqavilə üzrə əsas borc 17458,32 ABŞ dolları məbləğ inə mütənasib olmadığından 2*42,63 ABŞ dolları məbləğində cərimə pulunun 42 ABŞ dolları məbləğinə azaldılması məqsədəuyğundur.
15. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 385.1, 442, 443.1, 448.1, 449.4 və 739.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun *4 iyun 2*18-ci il tarixli qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və onun bağlanmış zaminlik müqaviləsinə xitam verilməklə iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla iddiaçı "xxxx" QSC ilə Cavabdeh 1 arasında bağlanmış 2* dekabr 2*13-cü il tarixli, 16L*****4876 nömrəli kredit xətti müqaviləsinə əsasən "xxxx" QSC Cavabdeh1 12* ay müddətinə 3**** ABŞ dolları məbləğində kredit xətti açmışdır. Həmin müqavilə üzrə Cavabdeh1 öhdəliklərinə zamin dursa da, Cavabdeh1 ilə "xxxx" QSC arasında bağlanmış *4 dekabr 2*14-cü il tarixli, *16R143385*223 saylı kredit razılaşması üzrə Cavabdeh1 öhdəliklərinə zamin durmamışdır. Həmin müqavilə üzrə Cavabdeh1 "xxxx" QSC qarşısındakı öhdəliklərinə Cavabdeh2 Vaqif oğlu olmuşdur.
18. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 28 iyul 2*22-ci il tarixli, 2(1*4)-2*65/2*22 nömrəli qətnaməsi ilə (hakimlər Ə.M.Məmmədov (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və Ə.G.Abdullayev) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və müvafiq əsaslandırma ilə razılaşmış, həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin Cavabdeh3 qarşı irəli sürülən tələbi təmin edərkən gəldiyi nəticə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun *4 iyun 2*18-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə uyğun olmuşdur. Kassasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh3 (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahi ş etmişdir.
21. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun belə əsaslandırılmış, qeyd edilmişdir ki, 12* ay müddətinə 3**** ABŞ dolları məbləğində kredit xətti açılması barədə 2* dekabr 2*13-cü il tarixli, 16L*****4876 nömrəli kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinə görə məsuliyyət barədə zaminlik müqaviləsi bağlasa da, bankla Cavabdeh1 arasında bağlanmış *4 dekabr 2*14-cü il tarixli, *16R143385*223 saylı kredit razılaşmasından məlumatı olmamış, bu barədə zaminlik müqaviləsi bağlamamış, sonucu müqavilə üzrə borcalan Nurəddin Sarıyevin öhdəliklərinə zamin durmamışdır. *4.12.2*14-cü il tarixli Kredit razılaşması ilə Nurəddin Sarıyevin öhdəlikləri dəyişdirilmiş, bu dəyişdirilmə kredit xətti müqaviləsi üzrə zamin olan onun məsuliyyətinin artmırmışdır. İşə baxan aşa ğı aşağı instansiyası məhkəmələri bu məsələnin həllində maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə 47*.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
25. Maddə 47*.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.
26. Maddə 47*.2. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.
27. Maddə 477.*. və 477.*.1. Zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə aşağıdakı hallarda xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.*.1-ci maddəsinin həmin Məcəllənin 47*.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.*.8 və 1*.5-ci maddələri, eləcə də Azərbaycan Res publikası Mülki Məcəlləsinin 269.11 və 3*7.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 1*.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2*18-ci il tarixli qərarı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
30. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fa ktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araş dırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Apellyasiya instansiyası məhkəməsi işə Cavabdeh3 apellyasiya şikayətinə əsasən baxmış, iddia tələbinin ona aid təmin olunması hissədə yoxlamışdır. Digər cavabdeh və iddiaçı bank apellyasiya şikayəti verməmişdir. Qətnamədən Cavabdeh3 kassasiya şikayəti verməsi və kassasiya şikayətində iddianın ona aid təmin olunması hissəsi mübahisələndirildiyindən apellyasiya məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verild iyindən, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
40. MPM-in 9, 14 və 88-ci maddələrinə əsasən tam hüquqlu məhkəmə kimi işə baxan apellyasiya instansiyası məhkəməsi əgər qanunda göstərilən müstəsna hallar mövcud deyilsə, yalnız işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qərar qəbul etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.
41. Eyni z amanda prosessual qanunvericiliyə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.
42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə gön dərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan prosessual hüquq normalarının tələblərinə cavab verən əsaslandırılmış məhkəmə aktı qəbul edilməlidir.
43. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 29 iyul 2*22-ci il tarixli qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
44. Belə ki, işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə iddiaçı "xxxx" QSC ilə mərhum Cavabdeh1 arasında bağlanmış 2* dekabr 2*13-cü il tarixdə kredit xətti müqaviləsinə əsasən Nurəddin Sarıyevə 12* ay müddətin ə 3**** ABŞ dollar məbləğində kredit xətti açılmışdır. Müqavilənin 1.3-cü bəndinə görə verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları ilə müəyən edilir.
45. Bank ilə cavbdeh Cavabdeh3 arasında bağlanmış 2* dekabr 2*13-cü il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh3 "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 2* dekabr 2*13-cü il tarixli Kredit xətti müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasına görə məsuliyyəti üzərinə götürmüşdür. 46. 2* dekabr 2*13-cü il tarixli kredit xətti müqaviləsi üzrə *4 dekabr 2*14-cü il tarixdə bağlanmış Kredit razılaşmasına əsasən, "xxxx" QSC tərəfindən Cavabdeh1 36 ay müddətinə aylıq 2,25 faiz ödəmək şərti ilə 2**** ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh3 həmin kredit razılaşması üzrə borcalanın öhdəliklərinin icrasına görə məsuliyyət barədə bankla ayrıca zaminlik müqaviləsi bağlamasa da, *4 dekabr 2*14-cü il tarixli Ödəniş planında kredit məbləğinin banka qaytarılmasına zamin durması barədə qeydiyyat apararaq imzalamışdır.
47. Lakin 3* mart 2*15-ci il tarixdə *4 dekabr 2*14-cü il tarixli Kredit razılaşmasının yeni Ödəniş planı tərtib edilmiş, həmin plan bank və borcalan Nurəddin Sarıyev tərəfindən imzalanmış, zamin Ceyhun Sadıqov tanış edilməmiş və onun tərəfindən imzalanmamışdır. 3* mart 2*15-ci il tarixli Ödəniş planı nəzərdən keçirdikdə aydın olur ki, kreditin qaytarılma tarixi *4 dekabr 2*17-ci il tarixdən *4 mart 2*19-cu il tarixə kimi uzadılmış, ödəniləcək faiz borcunun məbləği 956*,* 9 manatdan 11464,8 manata, cəmir borcun məbləği isə 2956*,*6 manatdan 3*538,*6 manat artırılmışdır.
48. Göründüyü kimi yeni Ödəniş planı cavabdeh-zaminin məsuliyyətinin artmasına və uzun müddət ödəmələrin həyata keçirməli olduğu halda onun üçün əlverişsiz nəticələrə səbəb olmuşdur. Lakin işə baxan məhkəmələr cavabdeh-zamin Cavabdeh3 qarşı iddianı təmin edərkən işin mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən göstərilən hala diqqət yetirməmiş, 3* mart 2*15-ci il tarixli Ödəniş planına hüquqi qiymət verməmiş, nəticədə düzgün olmyana qətnamə qəbul etmişdir. 49. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.*.1-ci maddəsinin həmin Məcəllənin 47*.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.*.8 və 1*.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 3*7.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 1*.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 31 may 2*18-ci il tarixli qərarında qeyd edilmişdir ki, “zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.*.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kre ditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur”.
50. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün hüquqi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...Mülki Məcəllənin 477.*.1-ci maddəsində qeyd edilmişdir ki, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öh dəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına: kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər.
51. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüqu qi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 iyul 2*22-ci il tarixli, 2(1*4)2*65/2*22 nömrəli qətnaməsi qismən ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.