Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7063/2018 29.10.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-7063/2018 şəhəri 29 oktyabr 2018-ci il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi, İddiaçı-nin vəkili Vəkil, Cavabdeh və vəkili X2 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.05.2018-ci il tarixli 2(107)1372/2018 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəki rayon Məhkəməsinin (hakim C. İmanov) 01.03.2018-ci il tarixli 2(075)-623/2018 nömrəli qətnaməsi ilə İddiaçı-nin Cavabdeh qarşı “subroqasiya hüququ əsasında 3.717,06 manat sığorta ödənişinin, 30,40 manat dövlət rüsumunun və 7 manat notariat xərci olmaqla, cəmi 3.754,46 manat pulun cavadehdən tutulub İddiaçı-yə ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Əsədli, Ə.Məcidov, İ.Quliyev) 31.05.2018-ci il tarixli 2(107)-1372/2018 nömrəli qətnaməsi ilə İddiaçı-nin apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şəki rayon Məhkəməsinin 01.03.2018-ci il tarixli 2(075)-623/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İddiaçı-nin İdarə Heyətinin sədri R6 və vəkili Vəkil iş üzrə Şəki Apellyasiya Məhkəmə si Mülki Kollegiyasının 31.05.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı Cavabdeh qarşı “subroqasiya hüququ əsasında 3.717,06 manat sığorta ödənişinin, 30,40 manat dövlət rüsumunun və 7 manat notariat xərci olmaqla, cəmi 3.754,46 manat pulun cavadehdən tutulub İddiaçı-yə ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 23.10.2017-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı-nin İdarə Heyətinin sədri R6 və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Cavabdeh pul tələbini ödəmə öhdəliyi hər hansı bir müqavilədən deyil, onun X1 idarə etdiyi avtomobilə zərər vurmasından, yəni deliktdən irəli gələn öhdəlikdir. “Bak ı Sığorta“ ASC və Cavabdeh arasında hər hansı bir müqavilə mövcud deyildir, yəni, İddiaçı-nin Cavabdeh qarşı iddia tələbi müqavilədən deyil, deliktdən irəli gəlir. Cavabdehin öhdəliyi və İddiaçı-nin reqres hüququ deliktdən irəli gəldiyi üçün onlara ümumi iddia müddəti şamil olunmalıdır, üç illik iddia müddəti ilə məhdudlaşdırılması yolverilməzdir. Apellyasiya instansiyası məhkəməsi işin qeyd olunan faktiki hallarını nəzərə almamış, hazırkı mübahisəyə Mülki Məcəllənin 373.2-ci maddəsində müqavilələrdən irəli gələn öhdəliklər üçün nəzərdə tutulmuş üç illik iddia müddətini tədbiq edərkən səhvə yol vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.05.2018-c i il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı-nin vəkili Məmmədov Pərvin Aftandil oğlu kassasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili X5 iddiaçının kassasiya şikayətini əsassız hesab edərək, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.05.2018-ci il tarixli qətnaməsinin dəyişiklik edilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən sübutları tam, hərtərəfli araşdırmamış, həqiqətə nail olmaq üçün işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmaqla, düzgün olmayan qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 26 dekabr 2012-ci il tarixli ************* saylı sığorta şəhadətnaməsinə əsasən fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə İddiaçı tərəfindən sığortalanmış “Hyundai Accent” markalı ***** dövlət qeydiyyat nişanlı avtomobil X4 məxsusdur. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən 07.08.2017-ci il tarixli arayışın və 03.08.2013-cü il tarixli AYP seriyalı********** inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh “Vaz-21063” markalı **** dövlət qeydiyyat nişanlı avtomobili 03.08.2013-cü il tarixdə Şəki şəhəri ərazisində idarə edərəkən yol nəqliyyat hadisəsi törətmiş, X4 məxsus olan və İddiaçı Açıq Səhmdar Cəmiyyətində 26.12.2012-ci il tarixli ********** nömrəli sığorta şəhadətnaməsi ilə fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası növü ilə sığortalanmış «Hyundai Accent” markalı **** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, sonuncu avtomobilə maddi ziyan vurmuşdur. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödəlməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respu blikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31.05.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxs in əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. 29.11.2013- cü il tarixli *********** saylı zərərin hesablanması aktından görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində X4 məxsus olan “Hyundai Accent” markalı ***** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 4.689 manat müəyyən edilmişdir. “VAZ 21063” markalı ***** dövlət qeydiyyat nişanlı avtomobilin “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası” İddiaçı-də sığortalandığından, dəymiş 4.689 manat zərərdən, sığorta ödənişi dəymiş zərərin sığortalanmış 85,67%-dən, yəni 4.017,06 manatdan *************** nömrəli sığorta şəhadətnaməsində razılaşdırılmış 300 manat azad olma məbləği çıxılmaqla, 3717,06 manat sığorta ödənişi ödənilmişdir. 05.12.2013-cü tarixli ********* nömrəli kassa məxaric orderinə əsasən İddiaçı ASC MİB-3378/12 saylı sığorta müqaviləsinin şərtlə rinə əsasən 05.12.2013-cü il tarixdə X3 3717,06 manat sığorta ödənişi etmişdir. Apellyasiya instansiyası məhkəməsi işin yuxarıda qeyd olunan faktiki hallarını tam və hərtərəfli araşdırmamış, hazırkı mübahisəyə Mülki Məcəllənin 373.2-ci maddəsində müqavilələrdən irəli gələn öhdəliklər üçün nəzərdə tutulmuş üç illik iddia müddətini tədbiq edərkən səhvə yol vermiş, Cavabdeh tələb olunan ödənilmiş sığorta ödənişinin ödənilməsi öhdəliyi hər hansı bir müqavilədən deyil, onun üçüncü şəxs X1 idarə etdiyi avtomobilə zərər vurmasından, yəni deliktdən irəli gələn öhdəlik olmasını, “Bakı Sığorta“ ASC və Cavabdeh arasında hər hansı bir müqavilənin mövcud olmamasına, İddiaçı-nin Cavabdeh qarşı iddia tələbi müqavilədən deyil, sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçə n tələb olmasını nəzərə almamış, birinci instansiya məhkəməsinin iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsinə dair qanunsuz və əsassız olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən səhvə yol vermiş, iddiaçının ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilməsi təsbit olunmuşdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanu n əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1cimaddəsinəəsasənmaddivəprosessualhüquqnormalarınınpozulmasıvəyadüzgüntətbiqolu nmamasıapellyasiyainstansiyasıməhkəməsininqətnaməvəqərardadınınləğvedilməsiüçünə sasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cümaddəsinəəsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bi lər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya kollegiyası, kassasiya şikayətinin dəlilləri ilə razılaşır və onları əsaslı hesab edərək qeyd edir ki, həmin dəlillər iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi üçün əsasdır. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq, kassasiya kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.05.2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən apellyasiya qaydasında baxılan zaman qərarın təsviri hissəsində göstərilənlər araşdırılıb hüquqi qiymət ver ilməklə mübahisənin həllinə dair qanuni və əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-in 420cimaddəsinəəsasənkassasiyainstansiyasındaişəbaxanməhkəməninqərarındaşərhediləngö stərişlərhəminişəyenidənbaxanməhkəməüçünməcburidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə 17.01.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982-ci il tarixli qərarı; “X6rşı” işi üzrə 26.10.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı-nin kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.05.2018-ci il tarixli 2(107)-1372/2018 nömrəli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova
Məhkəmə qərarları › İş №2(102)-7063/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-7063/2018
29.10.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver