Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7065/2018 29.10.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-7065/2018 şəhəri 29 oktyabr 2018-ci il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.05.2018-ci il tarixli 2(107)1351/2018 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Göyçay rayon Məhkəməsinin (hakim Z.Quliyev) 18.01.2018-ci il tarixli 2(046)196/2018 nömrəli qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddiası qismən təmin edilmiş, 10.038,17 ABŞ dolları əsas borc, 1.273,32 ABŞ dolları faiz olmaqla, cəmi 11.311,49 ABŞ dolları pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi, iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun 3 manatının İddiaçı ASC-yə, 17 manatı Cavabdeh aid olunması, 10 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, 50 manat ekspertiza tədqiqatının dəyərinin 5 manatının İddiaçı ASC-yə, 45 manatının Cavabdeh aid olunması qət edilmiş, iddianın qalan hissəsi rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Əsədli, Ə.Məcidov, İ.Quliyev) 31.05.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Göyçay rayon Məhkəməsinin 18.01.2018-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Cavabdeh və vəkili Vəkil iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.05.2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: Kreditor İddiaçı ASC borclu Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair ərizə ilə 16.05.2016-cı il tarixdə məhkəməyə müraciət edərək, borclu Cavabdeh İddiaçı ASC-nin xeyrinə 10.038,17 ABŞ dolları əsas borc, 3.818,16 ABŞ dolları faiz olmaqla, cəmi 13.856,33 ABŞ dollarının və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmri verilməsini xahiş etmişdir. Göyçay rayon Məhkəməsinin 19.05.2016 -cı il tarixli 2(046)-1981/2016 nömrəli məhkəmə əmri ilə kreditor İddiaçı ASC-nin borclu Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair ərizəsi təmin edilmiş, borclu Cavabdeh İddiaçı ASC-nin xeyrinə 10.038,17 ABŞ dolları əsas borc, 3.818,16 ABŞ dolları faiz olmaqla, cəmi 13.856,33 ABŞ dollarının və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə göstəriş verilmişdir. Göyçay rayon Məhkəməsinin 19.08.2016-cı il tarixli qərardadı ilə borclu Cavabdeh məhkəmə əmrinə etirazı təmin edilmiş, iş üzrə Göyçay rayon Məhkəməsinin 19.05.2016-cı il tarixli məhkəmə əmri ləğv edilmiş, iş üzrə iddia icraatına keçilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandı rmışlar ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.05.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, Cavabdeh və vəkili Vəkil məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edi r. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 31.05.2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayətini təmin etməyib, iş üzrə Göyçay rayon Məhkəməsinin 18.01.2018-ci il tarixli qətnaməsini dəyişiklik edilmədən saxlamaq qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Be lə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, 05.03.2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh 48 ay müddətinə, illik faiz dərəcəsi 28 % olmaqla 11.207 ABŞ dolları kredit vermişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq su rətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 15.04.2016-cı il tarixli maliyyə arayışında qeyd olunmuşdur ki, Cavabdeh İddiaçı ASC-yə kredit müqaviləsinə əsasən 10.038,17 ABŞ dolları əsas borc, 3.818,16 ABŞ dolları faiz olmaqla, cəmi 13.856,33 ABŞ dolları borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24.07.2017-ci il tarixli 5054 nömrəli rəyinə əsasən Cavabdeh 15.04.2016-cı il tarixə banka olan əsas borcu 10.043,73 ABŞ dolları, faiz 1.273,32 ABŞ dolları olmaqla, cəmi 11.317,05 ABŞ dolları təşkil edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əml ak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddət də icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin Borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə, cavabdehin 05.03.2015-ci il tarixli kredit müqaviləsinə əsasən banka borcu yaranmış və dır. Bu səbəbdən, borclu Cavabdeh borcun ödənilməsi üçün bank qarşısında məsuliyyət daşıyır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin faktar nöqteyi-nəzərdən əsaslı olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.05.2018-ci il tarixli 2(107)-1351/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova
Məhkəmə qərarları › İş №2(102)-7065/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-7065/2018
29.10.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver