Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-7066/2018 30.10.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 30 oktyabr 2018-ci il № 2(102)-7066/18 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Rüstəmli İlkin Şahin oğlunun katibliyi, iddiaçının vəkili X2 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyun 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev, iş № 2(075)-11/18 ) iddiа qismən təmin edilərək, cavabdehlər Cavabdeh12 MMC-dən və Cavabdeh1 98252,29 manat əsas borc, 6195,50 manat faiz borcu olmaqla, cəmi 104.447,79 manat məbləğində kredit borcunun, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 90 AZN məbləğində pulun müştərək qaydada tutularaq İddiaçı-nin hesabına ödənilməsi, ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Şəki şəhəri Məmmədiyyə Məmmədov küçəsində yerləşən 13 saylı fərdi yaşayış evinə, Cavabdeh8 mülkiyyətində olan Şəki şəhəri Məzahir Abbasov küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 51 saylı fərdi yaşayış evinə, Cavabdeh11 mülkiyyətində olan Zaqatala rayonu Muxax kəndində yerləşən 0,021 torpaq sahəsinə və onun üzərind ə yerləşən qeyri-yaşayış binasına tutma yönəldilərək Şəki şəhəri Məmmədiyyə Məmmədov küçəsində yerləşən 13 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 60.000 manatla, Şəki şəhəri Məzahir Abbasov küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 51 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 75.000 manatla, Zaqatala rayonu Muxax kəndində yerləşən 0,021 torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binasının ilkin satış qiyməti 70.000 manatla hərraca çıxarılaraq hərracda satılması və onların satışından əldə edilmiş pul vəsaitinin hesabına Cavabdeh12 MMC-nin kredit müqaviləsi üzrə 104.447,79 manat məbləğində kredit borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət h aqqı kimi ödənilmiş 90 AZN məbləğində pulun tutularaq İddiaçı-yə ödənilməsi, 100 manat ekspertiza xərcinin Cavabdeh12 MMC-dən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddia tələbinin qalan hissəsi təmin olunmamışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Əsədli-sədrlik edən və məruzəçi, Ə.Məcidov və İ.Quliyev, iş № 2(107)1449/18) İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməyərək Şəki Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tаrixli, 2(075)-11/2018 saylı qətnаməsi dəyişdirilmədən sаxlаnılmışdır. Cavabdeh1 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 iyun 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı İddiaçı KB Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi və sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh12 MMC-dən və Cavabdeh1 İddiaçı-nin xeyrinə 06 dekabr 2010-cu il tarixli 05bs/10 saylı kredit müqaviləsi üzrə borcun məbləği əsas kredit borcu üzrə 100748,18 AZN, faiz borcuna görə 20401,02 AZN, cərimə borcuna görə 42918,96 AZN olmaqla, cəmi 164068,16 AZN və iddiaçı tərəfindən dövlət rüsumu kimi 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 90 AZN məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Şəki şəhəri Mə mmədiyyə Məmmədov küçəsində yerləşən 0,01693 ha torpaq sahəsi və onun üzərində yerləşən 13 saylı fərdi yaşayış evinə, Cavabdeh8 mülkiyyətində olan Şəki şəhəri Məzahir Abbasov küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 51 saylı fərdi yaşayış evinə, Cavabdeh11 mülkiyyətində olan Zaqatala rayonu Muxax kəndində yerləşən 0,021 torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binasına (səadət sarayı) yönəldilməsi, bu əmlakların hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh12 MMC-nin kredit müqaviləsi üzrə 164068,16 AZN borcun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 90 AZN məbləğində pulun tutularaq İdd iaçı-yə ödənilməsi, ipoteka predmeti olan Şəki şəhəri Məmmədiyyə Məmmədov küçəsində yerləşən 0,01693 ha torpaq sahəsi və onun üzərində yerləşən 13 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 45000 (qırx beş min) manat, Şəki şəhəri Məzahir Abbasov küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 51 saylı fərdi yaşayış evininin ilkin satış qiymətinin 71000 (yetmiş bir min) manat, Zaqatala rayonu Muxax kəndində yerləşən 0,021 torpaq sahəsi və onun üzərində yerləşən qeyriyaşayış binasınının (səadət sarayı) ilkin satış qiymətinin 45000 (qırx beş min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Şəki şəhəri Məmmədiyyə Məmmədov küçəsində yerləşən 0,01693 ha torpaq sahəsi və onun üzərində yerləşən 13 saylı fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda geci 1 ay ərizində yaşayış sahəsindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və X1 çıxarılması, Şəki şəhəri Məzahir Abbasov küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 51 saylı fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda geci 1 ay ərizində yaşayış sahəsindən Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 çıxarılması, Zaqatala rayonu Muxax kəndində yerləşən 0,021 torpaq sahəsi və onun üzərində yerləşən qeyri-yaşayış binasına (səadət sarayı) evinə tutma yönəldildikdə və o satıldıqda geci 1 ay ərizində qeyri-yaşayış sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçının vəkili M.Cabbarov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdən görün düyü kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya qaydasında yalnız Cavabdeh1 mübahisələndirmişdir. İşdə iştirak edən digər şəxslər tərəfindən kassasiya şikayəti verilməmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyini və əsaslılığını yalnız Cavabdeh1 kassasiya şikayətinə münasibətdə yoxlayıb qiymət verir. Məruzəçini, vəkil M.Cabbarovun izahatını dinləyərək, eləcə də kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli,Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 07 iyun 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə a lır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh12 MMC-nin arasında bağlanmış 06 dekabr 2010-cu il tarixli 05bs/10 saylı kredit müqaviləsinə əsasən Cavabdeh12 MMC-yə 48 ay müddətinə 06 dekabr 2014-cü il tarixədək illik 18% ödəmək şərtilə 200.000 manat kredit verilmişdir. Cavabdeh12 MMC-nin bank qarşısındakı kredit öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə 06 dekabr 2010-cu il tarixdə İddiaçı ilə Cavabdeh2 arasında sonuncunun mülkiyyətində olan Şəki şəhəri Məmmədiyə Məmmədov küçəsində yerləşən 0,01693 ha torpaq sahəsi və onun üzərində yerləşən 13 saylı fərdi yaşayış evi, İddiaçı ilə Cavabdeh8 arasında sonuncunun mülkiyyətində olan Şəki şəhəri Məzahir Abbasov küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və onun üzərind ə yerləşən 51 saylı fərdi yaşayış evi, İddiaçı ilə Cavabdeh11 arasında sonuncunun mülkiyyətində olan Zaqatala rayonu Muxax kəndində yerləşən 0,021 ha torpaq sahəsi və onun üzərində yerləşən qeyri yaşayış binasının ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqavilələri bağlanmışdır. İpoteka predmeti olan həmin əmlaklar Cavabdeh12 MMC-nin İddiaçı qarşısındakı 06 dekabr 2010cu il tarixli 05bs/10 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə ipoteka ilə yüklü edilmiş və bu yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bundan başqa Cavabdeh1 ilə İddiaçı-nin arasında 06 dekabr 2010-cu il tarixdə 05bzs/10 saylı zaminlik müqaviləsi bağlanmış və zamin Cavabdeh1 06 dekabr 2010-cu il tarixli 05bs/10 saylı kredit müqaviləsi üzrə Cavabdeh12 MMC-nin öh dəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəlik yerinə yetirilərək kredit məbləği Cavabdeh12 MMC-yə verilmişdir. Lakin Cavabdeh12 MMC İddiaçı-yə olan kredit borcunun bir hissəsini bankın hesabına ödəməsinə baxmayaraq kredit müqaviləsində nəzərdə tutulmuş qaydada və müddətlərdə ödəmələri aparmadığından, yəni müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları araşdıraraq iddianın qismən əsaslı olması nəticəsinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi bununla razılaşmış və qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi halla rına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi ilk iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin iddia tələbinin “ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və onlar satıldıqda cavabdehlərin ən geci bir ay ərzində həmin yaşayış sahəsindən çıxarılması və qeyri-yaşayış sahələrinin boşaldılması” hissəsində təmin edilməməsinə aid dəlili ilə bağlı qeyd etmişdir ki, İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinin məzmunundan göründüyü kimi ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini onun s atışından sonra ən geci bir ay ərzində tərk etməlidirlər. Yaşayış sahəsinə ödəmə yönəldilmədən və onun satışı həyata keçirilmədən, mülkiyyətçinin mülkiyyət, digər şəxslərin isə istifadə hüquqlarının məhdudlaşdırılması ilə bağlı məsələnin qabaqcadan həlli yol verilməzdir. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 42.8-ci maddəsinin tələbinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab edilir. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi əmlakın satış məqamınadək ipoteka qoyanın ipoteka ilə yüklü edilmiş əmlaka mülkiyyət hüququnun qaldığını, əmlakın gələcək mülkiyyətçisinin də kimliyi yalnız onun satış məqamından sonra mü əyyənləşəcəyini nəzərə alan birincin instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası daha sonra apellyasiya şikayətinin dəbbə pulu ilə bağlı hissəsinə münasibətdə bildirmişdir ki, Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin “Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 449-cu mаddəsinin bəzi müddəаlаrının şərh olunmаsınа dаir” 09 iyul 2009-cu il tаrixli Plenum qərаrındа göstərilmişdir: “Digər tərəfdən, borclu şəxsin mülkiyyət mаrаqlаrı qorunmаlı və onun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb olunmаsının qаrşısı аlınmаlıdır.” Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə də düzgün hüquqi nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən verilmiş apellyasiy a şikayətinə münasibətdə bildirmişdir ki, apellyator şikayətində birinci instansiya məhkəməsi tərəfindən sübutlara düzgün hüquqi qiymət verilməməsi, əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və nəticədə qanunsuz, əsassız, birtərəfli və qeyri-obyektiv, maddi və prosessual qanunvericiliyin tələblərini pozmaqla qətnamə qəbul edilməsi barədə hər hansı bir dəlili apellyasiya şikayətinə əlavə etməmiş, qanunvericiliyin tələblərinin pozulmasının nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Apellyator şikayətində ödənilmiş pul məbləğlərinin əsassız olaraq əsas borcdan çıxılmayaraq faiz və cərimə adı ilə silindiyini bildirmişdir. Şikayətin həmin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Cavabdeh daha sonra ipoteka predmetlərinin ilkin satış qiymətinin ekspertiza vasitəsilə müəyyən edilmiş məbləğlərə uyğun qiymətləndirilməsinə də razı olmadığını və ipoteka predmetlərinin dəyərinin qeyd olunan məbləğlərdən xeyli yüksək olmasını bildirmişdir. Şikayətin həmin dəlilinə münasibətdə kollegiya qeyd etmişdir ki, iş materiallarında оlаn "xxxx" MMC tərəfindən verilmiş 06 noyabr 2017-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatlardan görünür ki, Cavabdeh2 məxsus Şəki şəhəri Məmmədiyə Məmmədov küçəsində yerləşən 0.01693 ha tor paq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqdan ibarət 13 nömrəli fərdi yaşayış evinin hazırkı bazarla müqayisədə ilkin satış qiyməti 60.000 manat, Cavabdeh8 mülkiyyətində olan Şəki şəhəri Məzahir Abbasov küçəsində yerləşən 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqdan ibarət olan 51 nömrəli fərdi yaşayış evinin hazırkı bazarla müqayisədə ilkin satış qiyməti 75000 manat, Cavabdeh11 mülkiyyətində olan Zaqatala rayonu Muxax kəndində yerləşən 0.021 ha torpaq sahəsində yerləşən 1 girişli, 2 mərtəbəli qeyri-yaşayış binasının hazırkı bazarla müqayisədə ilkin satış qiyməti 70000 manat təşkil edir. İş materiallarında olan 06 dekabr 2010-cu il tarixli, 05bsi/10 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, həmin müqavilədə ipoteka predmetlərinin tərəflər arasında razılaşdırılmış qiymə tləri müstəqil qiymətləndiricinin hesabatında təsvir edilmiş qiymətlərlə kəskin ziddiyət yaratmamaqla, uyğun təşkil edir. Bundan başqa “İpotekа hаqqındа” Azərbаycаn Respublikаsı Qаnununun 39.3.3-cü mаddəsinə əsаsən məhkəmənin qərаrındа ipotekа predmetinin ilkin sаtış qiyməti göstərilməlidir. İlkin sаtış qiyməti ipotekа qoyаnlа ipotekа sаxlаyаnın rаzılаşmаsı əsаsındа, mübаhisə olduqdа isə müstəqil qiymətləndiricinin rəyi əsаsındа məhkəmə tərəfindən müəyyən edilir. Cavabdeh isə ipoteka predmetlərinin qiymətlərini mübahisələndirərkən onların ipoteka müqaviləsində, eləcə də qiymətləndiricinin hesabatında təsvir edilmiş qiymətlərlə müqayisədə daha yüksək olması barədə şikayətinə hər hansı bir sübut əlavə edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətin in dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün kifayətedici hesab edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi qeyd olunanları nəzərə alaraq bu nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayətləri təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tаrixli, 2(075)-11/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şər h olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Cavabdeh1 kassasiya şikayətinin dəlilləri onun birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətinin dəlilləri ilə əsasən eynilik təşkil edir və həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi düzgün və müfəssəl hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi i stinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kon vensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası Şəki Apellyasiya Məhkəməsinin iş üzrə mübahis ələndirilən hissədə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən və qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 07 iyun 2018-ci il tarixli, 2(107)-1449/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlan
Məhkəmə qərarları › İş №2(102)-7066/2018
Ali Məhkəmə Qərar — İş №2(102)-7066/2018
30.10.2018 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver