Məhkəmə qərarları › İş №2(102)-707/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-707/2022

31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-707/2022 31.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, X9 və X13 qarşı iddia tələbinə, İddiaçı Cavabdeh1 qarşı iddia tələbinə dair bir icraatda birləşdirilmiş işlər üzrə QƏRARİ Açar sözlər: əsassız varlanma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, iddiaçının vəkili Vəkil1, Cavabdeh1 vəkili Vəkil5, cavabdeh X12 nümayəndəsi və vəkili X7 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X9 və X13 qarşı müqavilənin etibarsız hesab edi lməsi və sair tələbi barədə (birinci iş), İddiaçı Cavabdeh1 qarşı pul tələbi barədə (ikinci iş) bir icraatda birləşdirilmiş Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)169/2021 nömrəli iş üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 31 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları ünvan 1 ünvanında yerləşən 11 saylı mənzil (bundan sonra – mübahisəli mənzil) 09.02.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı (bundan sonra – iddiaçı) adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İddiaçı 14.11.2009-cu il tarixdə XXXqızı ilə nikaha daxil olmuş, həmin nikahdan onların 2 övladı var. İddiaçı "xxxx" ASC-nin baş direktoru olmuşdu r. Bankın fəaliyyətində aşkar edilmiş pozuntularla bağlı 2013-cü ildə cinayət işi başlanmış və iddiaçı Azərbaycan Respublikasını tərk etmiş, bir neçə il ərzində xaricdə (Dubay şəhərində) yaşamışdır. O, 24.06.2019-cu il tarixdə Azərbaycana qayıtmış, istintaq orqanı tərəfindən həbs olunmuş və hazırda cəzaçəkmə müəssisəsindədir. Mübahisəli mənzil 13.05.2011-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən "xxxx" ASC qarşısında ipoteka ilə yüklü etmişdir. Bakı Şəhəri 13 saylı Notariat Kontoru tərəfindən 09.06.2013-cü il tarixdə rəsmiləşdirilərək reyestrdə 7E-7403 nömrə altında qeydə alınmış etibarnaməyə əsasən, iddiaçı, ona məxsus əmlaka (o cümlədən mübahisəli mənzilə) dair bütün səlahiyyətləri 3 il müddətinə Şahid1 etibar etmişdir. Şahid1 iddiaçının adından 13.09.2014-cü il tarixdə Cav abdeh1 (iddiaçının qayınanasıdır) Bakı Şəhəri 13 saylı Notariat Kontorunda rəsmiləşdirilmiş, 09.06.2016-cı il tarixə kimi qüvvədə olan AR-İ seriyalı, 339845 saylı etibarnamə vermişdir. Səlahiyyətlər sırasında harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakların idarə edilməsi və onların üzərində sərəncam verilməsi səlahiyyəti də nəzərdə tutulmuşdur. Etibarnamə əsasında iddiaçının adından çıxış edən Cavabdeh1 ipoteka ilə yüklü olan mübahisəli mənzili Bakı Şəhəri 53 saylı Notariat Kontorunda təsdiqlənmiş 23.02.2016-cı il tarixli, İP-AS 016 AİF saylı ipoteka ilə yüklü edilmiş əmlakın alqı-satqı müqaviləsinə əsasən X2. Müqavilədə mənzilin satış qiyməti 100.000 manat müəyyən edilmiş, mənzilin dəyərinin 54.400 manatının alıcı tərəfindən birdəfəlik olaraq, 45.600 mana tının isə kredit müqaviləsi üzrə satıcının hüquq və vəzifələrinin alıcıya verilməsi yolu ilə ödənilməsi nəzərdə tutulmuşdur. Mübahisəli mənzil 26.02.2016-cı il tarixdə X8 adına qeydiyyata alınmışdır. Bakı Şəhəri 19 saylı Notariat Kontorunda təsdiqlənmiş 29.04.2017-ci il tarixli, AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, X10 tam mülkiyyət hüququ üzrə ona məxsus olan mübahisəli mənzili 100.000 manata Cavabdeh1 satmışdır. Mübahisəli mənzil 19.05.2017-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Bakı Şəhəri 38 saylı Notariat Kontorunda təsdiqlənmiş 01.10.2018-ci il tarixli, AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 tam mülkiyyət hüququ üzrə ona məxsus olan mübahisəli mənzili 285.000 manata X4. Mübahisəli mənzil 04.10.2018-ci il tarixdə X12 adına qeyd iyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat Birinci iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1, X9 və X13 (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinın (DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsi, Bakı Şəhəri 19, 38 və 53 saylı Notariat Ofisləri) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilin iddiaçının adından X3 barədə Bakı Şəhəri 53 saylı Notariat Ofisinin 23.02.2016-cı il tarixli 4Ə-164 reyestr qeydli, İP-AS 016 AİF nömrəli “ipoteka ilə yüklü edilmiş əmlakın alqı-satqısı” müqaviləsinin; həmin mənzilin X8 adından Cavabdeh1 satılması barədə Bakı Şəhəri 19 saylı Notariat Ofisinin 29.04.2017-ci il tarixli 4Ə-117 reyestr qeydli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin və həmin mənzilin cavabdeh X12 adına özgəninkiləşdirilməsi barədə Bakı Şəhəri 38 saylı Notariat Ofisinin 01.10.2018-ci il tarixli 4Ə-225 reyestr qeydli, AN-İ ******* nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi; cavabdehlərin adına verilmiş və X12 adına DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 04.10.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış üzrə qeydin ləğv edilməsi və iddiaçının əmlaka dair hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, mübahisəli mənzil iddiaçının mülkiyyətində olmuşdur. İddiaçının işində problemləri olduğuna görə bir müddət Azərbaycandan kənara g etmişdir. Dubayda yaşayarkən iddiaçı ilə arvadı X17 münasibətləri korlanmış və sonuncu Bakıya qayıtmışdır. Bu müddət ərzində əmlakını idarə etmək üçün tanışı Şahid1 etibarnamə vermişdir. İddiaçı ölkədə olmadığı zaman Şahid1 onun səlahiyyətlərini 13.09.2014-cü il tarixli etibarnamə ilə iddiaçının qayınanası Cavabdeh1 vermişdir. Bundan istifadə edən Cavabdeh1 iddiaçıya məxsus olan mübahisəli mənzili 285.000 manata X4. İddiaçıya məxsus olan mənzilin real dəyəri 350.000 manat olduğu halda, həmin mənzil son olaraq 285.000 manata satılmaqla, iddiaçıya 350.000 manat zərər vurulmuşdur. Cavabdeh1 mənzilin satışından əldə etdiyi vəsaiti iddiaçıya verməmiş, özü mənimsəmişdir. Mənzilin satılması barədə iddiaçı qayınanasına heç bir tapşırıq verməmiş və mənzilin satılmasından xəbəri olmamışdır. 2019-cu ilin yayında iddiaçı Azərbaycana qayıtmış və həbs olunmuşdur. Bundan sonra mənzilin satılmasından xəbər tutaraq məhkəmədə iddia qaldırmışdır. Cavabdeh1 nümayəndəsi məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və izahatında bildirmişdir ki, iddiaçının 13.05.2011-ci il tarixli kredit müqaviləsi üzrə "xxxx" ASC-yə borcu olmuş və mülkiyyətində olan mübahisəli mənzil 13.05.2011-ci il tarixli alqısatqı və ipoteka müqaviləsinə əsasən "xxxx" ASC-nin qarşısında ipoteka ilə yüklü edilmişdir. Banka olan borcunu ödəmək üçün iddiaçı mənzilini satmaq qərarına gəlmiş və bu məqsədlə arvadı X18 Bakıya göndərmişdir. İddiaçı axtarışda olduğuna görə mənzilin satılması üçün arvadına Dubaydakı Konsulluqda etibarnamə verə bilməmişdir. Sonradan Bakıda olarkən dostu Şahid1 etibarnamə verdiyini xatırlamış və onun tapşırığına əsasən Şahid1 iddiaçının adından sonuncunun qayınanası Cavabdeh1 mənzilin satılması və Banka olan borcun ödənilməsi məqsədilə etibarnamə vermişdir. Bundan sonra, "xxxx" ASC, satıcı İddiaçı və alıcı X10 arasında, iddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 13.05.2011-ci il tarixli kredit müqaviləsi və 13.05.2011-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi üzrə öhdəliklərin verilməsinə dair 22.02.2016-cı il tarixli müqavilə bağlanmışdır, müqaviləni iddiaçının əvəzindən etibarnamə əsasında Cavabdeh1 imzalamışdır. Müqaviləyə əsasən iddiaçının müqavilə imzalanan ana qrafik üzrə Banka olan 4.400 manat borcu ödənilmiş, qalan 45.600 manat borc və əsas borca hesablanacaq faizləri isə alıcı X10 "xxxx" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, mübahisəli mənzilin 100.000 manata X1 dair satıcı İddiaçı və alıcı X10 arasında ipoteka ilə yüklü edilmiş əmlakın alqı-satqısına dair 22.02.2016-cı il tarixli müqavilə bağlanmış, müqaviləni iddiaçının əvəzindən etibarnamə əsasında Cavabdeh1 imzalamışdır. Sonuncu, mənzilin satışından əldə olunan vəsaitin bir hissəsi ilə iddiaçının Banka olan borcunu ödəmiş, qalan pulu isə iddiaçının arvadına vermiş və sonuncu aldığı pulu iddiaçı ilə öz ehtiyaclarına xərcləmişdir. Sonradan evi su basmış və parket zay olmuş, X10 mənzili satmaq istədiyini bildirmişdir. Cavabdeh1 mənzili X6 almağa razılaşmış və alqı-satqı müqaviləsinə əsasən X10 həmin mənzili 100.000 manata Cavabdeh1 satmışdır. Sonuncu, mənzili aldıqdan sonra əsaslı təmir etdirmiş, mənzilin təmirinə 50.000 manata yaxın vəsait xərcləmişdir. Bundan sonra mübahisəli mənzili 285.00 0 manata X4. Alqı-satqı müqavilələri qanunvericiliyin tələbinə uyğun bağlanmışdır, mənzilin satılmasından iddiaçının məlumatı olmuşdur. Həmçinin, iddiaçı müqavilənin etibarsız hesab edilməsi üçün iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş bir illik müddəti də buraxmışdır. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-669/2020 nömrəli iş üzrə 26 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim V.Hacıyev) iddia təmin olunmamışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, alqı-satqı müqavilələri qanunvericiliyin tələbinə uyğun bağlanmışdır, iddiaçının tapşırığı ilə Şahid1 iddiaçının adından 13.09.2014-cü il tarixdə Cavabdeh1 etibarnamə vermiş və mənzilin satılmasından iddiaçının məlumatı olmuşdur. Həmçinin, iddiaçı müqavilənin etiba rsız hesab edilməsi üçün iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş bir illik müddəti də buraxmış, 22.02.2016-cı il tarixdə bağlanmış müqaviləni 02.12.2019-cu il tarixdə mübahisələndirmişdir. Məhkəmə, həmçinin qeyd etmişdir ki, əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və buna baxmayaraq, onlar əqdi bağlamalıdırlar. Hazırkı halda isə, X16 bağladığı əqdə münasibətdə vicdanlı olmuş, əqdin legitimsizliyi barədə onda hər hansı şübhə olmamış və əqd üzrə üzərinə düşənləri edərək, mənzil əldə etmiş, həmin mənzili icbari sığorta etdirməklə, mənzilə dair hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. Bununla da vicdanlı əldə edən kimi X16 iddi açıya nisbətdə daha üstün hüquqi mövqeyə çıxmışdır. Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında X12 adına verilmiş çıxarışın ləğv edilməsi və mənzilin iddiaçının mülkiyyətinə qaytarılması üçün qanuni əsaslar mövcud deyildir. X12 mənzil üzərindəki mülkiyyət hüququ toxunulmaz hüquq olmaqla, dövlət tərəfindən müdafiə olunmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra – Mülki Məcəllə) 140, 144.1, 144.2, 152.4, 337.1, 337.2, 337.4, 354.2, 359.1, 394, 399.1, 567, 646.1, 646.2, 648.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. İkinci iş üzrə İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilin cavabdeh tərəfindən 01.10.2018-ci il tarixdə Bakı Şəhəri 38 s aylı Notariat Kontorunda bağlanmış və reyestrdə 4Ə-225 nömrə altında qeydə alınmış AN-İ seriyalı, ******* saylı alqı-satqı müqaviləsi əsasında X5 nəticəsində əldə olunmuş 285.000 manat, mənzilin real bazar dəyərindən aşağı qiymətlə satılması nəticəsində ona dəymiş maddi zərərin əvəzi olaraq 65.000 manat, cəmi isə 350.000 manat məbləğində pulun Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının qayınanası olan Cavabdeh1 və keçmiş həyat yoldaşı qanunsuz olaraq onun mənzilini özgəninkiləşdirmiş və külli miqdarda ziyan vuraraq əsassız varlanmışlar. Əgər mübahisəli mənzilin özgəninkiləşdirilməsi ilə bağlı bağlanmış müqavilələri etibarsız hesab etmək mümkün deyilsə, o zaman Cavabdeh1 mənzilin satılması nəticəsi ndə XXXdən aldığı 285.000 manat məbləğində pul ondan alınaraq iddiaçıya ödənilməlidir. Çünki Cavabdeh1 həmin məbləği özündə saxlamaqla iddiaçının hesabına əsassız olaraq varlanmışdır. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçıya məxsus həmin mənzilin real bazar dəyəri 350.000 manatdır. Lakin Cavabdeh1 mənzili tez satmaq və gəlir əldə etmək niyyətində olduğu üçün mənzili daha aşağı qiymətə - 285.000 manata satmaqla iddiaçıya (350.000 – 285.000=) 65.000 manat məbləğində maddi zərər vurmuşdur ki, bu zərərin əvəzi də iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında Cavabdeh1, onun nümayəndəsi iddia tələbini qəbul etməyərək qeyd olunan mənzilin mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə özgəninkiləşdirildiyini və əldə olunmuş pul vəsaitinin iddiaçının, onun ailə üzvlərinin tələbatının ödənilm əsinə sərf edildiyini, Cavabdeh1 pul tələbi barədə iddia ərizəsi üzrə cavabdeh qismində tanınmalı olmadığını bildirərək, iddia ərizəsinin əsassız olduğuna görə təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, vaxtilə "xxxx" ASC-də iddiaçı ilə birlikdə işləmiş, həmin Bankda departament rəhbəri olmuşdur. Onun iddiaçı ilə münasibətləri əvvəl yaxşı olmuş, XXXAzərbaycandan getdiyi üçün burada olan əmlaklarına dair ona etibarnamə vermişdir. 2013-cü ildə onların münasibətləri pozulmuş və 2014-cü ilin əvvəllərində XXXın arvadı XXX ona zəng edərək burada XXXın işlərini gördüyünü bildirmiş və həmin etibarnaməni istəmişdir. O, XXXin sürücüsü xxxx vasitəsi ilə etibarnaməni ona gön dərmişdir. 2016-cı ilin fevral ayında XXX ona zəng edərək XXXın pula ehtiyacı olduğu üçün ipoteka ilə yüklü edilmiş mübahisəli mənzili satmaq istədiklərini bildirmişdir. Mənzil ipoteka yüklülüyündə olduğundan və XXXın burada problemləri yarandığından mənzili onun adından çıxarmaq üçün alqı-satqını XXXin rəfiqəsi XXXnın adına sənədləşdirmişlər. Həmin mənzil təmirli olmuşdur. İddiaçının nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, vaxtilə "xxxx" ASC-də iddiaçı ilə birlikdə işləmiş, həmin Bankda ipoteka şöbəsinin rəhbəri olmuşdur. 2016-cı ilin fevral ayında Şahid1 ona zəng edərək XXXın evinin ipotekadan çıxarılmasının sənədləşdirilməsinə kömək etməsini xahiş etmişdir. Bu işi yaxşı bildiyi üçün onlara məsləhət vermiş və iddiaçının arvadı XXXin rəfiqəsi XXXnın əmək haqqı kifayət etdiyi üçün mənzil onun adına formal olaraq sənədləşdirilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, əri XXXın Bakı şəhərində problemləri olduğu üçün Dubay şəhərinə uşaqları ilə birlikdə köçmüşlər. Mübahisəli mənzilin ipotekada olduğu və XXXın ipoteka borcunu ödəyə bilmədiyi üçün əllərindən çıxacağına görə mənzilin satılmasını XXXa təklif etmişdir. XXXona bildirmişdir ki, həmin mənzilə görə 31.000 manat xərci çıxmış və hazırda 100.000 manata satılarsa maddi durumlarını yaxşılaşdırarlar. XXXDubayda olan Səfirliyə getmiş, lakin axtarışda olduğuna görə etibarnamənin rəsmiləşdirilməsinin mümkün olmaması bildirilmişdir. Onun sonradan yadına düşmüşdür ki, Bakıdan getməmişdən əvvəl Şahid1 etibarnamə vermişdir. XXXXXXlə əlaqə yaradaraq həmin mənzili satmaq istədiyini XXXə bildirmişdir. XXXmənzilin alqı-satqısının sənədləşdirilməsi üçün onu Bakı şəhərinə yola salmışdır. Həmin etibarnamə əsasında mənzil XXXya satılmış və ipoteka borcu ödənildikdən sonra qalan məbləğ XXXla onun birgə yaşayışı üçün istifadə olunmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2009-cu ildən 2013-cü ilədək "xxxx" ASC-də hüquqşünas vəzifəsində çalışmışdır. İddiaçı həmin Bankda baş direktor vəzifəsində işləmişdir. XXXonun həm etibarlı insan olmasını, həm də hüquqşünas olmasını həyat yoldaşı XXXə bildirərək onunla əlaqə saxlamasını xahiş etmişdir. O, XXXilə skype sosial şəbəkəsi vasitəsi ilə iki dəfə əlaq ə saxlamış, XXXmübahisəli mənzili satmaq istədiyini bildirmiş və alqı-satqının sənədləşdirilməsinə kömək etməsini ondan xahiş etmişdir. Əmlak Ekspert Mərkəzinin 25 iyul 2019-cu il tarixli, ƏEM/İ 57-747/19 №-li qiymətləndirmə arayışında ünvan 1 ünvanında yerləşən mübahisəli mənzilin dəyərinin 340.000-350.000 manat təşkil etdiyi qeyd edilmişdir. Birinci instansiya məhkəməsinin 2(004)-3695/2019 nömrəli iş üzrə 26 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev) iddia təmin olunmamışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh1 onun mülkiyyətində olmuş mənzilin onun iradə ifadəsi olmadan satılması, nəticədə ona 350.000 manat ziyan dəyməsi barədə iddia tələbini əsaslandıra və bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, i ddia tələbi təmin oluna bilməz. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 6.2, 14.2, 21.1, 21.2, 144.1, 359.1, 386.1, 646.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 2.1, 4.1, 9, 14.2, 77.1, 78.1, 80, 81, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Yuxarıda qeyd edilən hər iki mülki iş iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən Bakı Apellyasiya Məhkəməsinin icraatına daxil olmuş, həmin işlər bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-169/2021 nömrəli iş üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Məmmədov (sədrlik edən və m əruzəçi), Ş.Məhərrəmova və V.İbayev) birinci instansiya məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 26 oktyabr 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmış, birinci instansiya məhkəməsinin 26 iyul 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 26 iyul 2019-cu il tarixli qətnamə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul olunaraq, iddiaçının Cavabdeh1 qarşı pul tələbi barədə iddiası qismən təmin edilmiş, 285.000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Məhkəmə birinci iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 mənzilin iddiaçının razılığı ilə s atılmasını bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir. İşin halları ilə müəyyən edilir ki, mənzil, mənzilin mülkiyyətçisi olmuş iddiaçının razılığı olmadan özgəninkiləşdirilmişdir. Məhkəmə yuxarıda qeyd edilən alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə tələbə kəsici müddətin tətbiqi ilə bağlı qeyd etmişdir ki, hazırkı iş üzrə həmin müddət tətbiq edilə bilməz. Belə ki iddiaçının, müqavilələr bağlanan zaman Azərbaycan Respublikasında olmaması, yəni cinayət təqibi ilə bağlı istintaqdan yayınmaq məqsədi ilə 2013-cü ildə Azərbaycanı tərk etməsi, 24.06.2019-cu il tarixədək Respublikada olmaması və bununla əlaqədar mənzilin aqibətindən xəbərsiz olması anlaşılandır və bu, üzrlü hal kimi qəbul edilməlidir. Hər bir halda nəzərə alınmalıdır ki, cavabdeh tərəf iddiaçının mənzilin satılmasından (yəni iddiaçının bildirdiyi kimi hüququnun pozulmasından) xəbərdar olmasını, xəbərdar idisə hansı vaxtdan xəbərdar olmasını təsdiq edə biləcək sübutları təqdim etməmişdir. Bununla belə, məhkəmə hesab etmişdir ki, mənzilə dair bağlanmış alqı-satqı müqavilələri etibarsız hesab oluna bilməz. Çünki işin halları ilə müəyyən edilir ki, mənzili sonuncu növbədə almış XXX vicdanlı əldə edən şəxsdir. Belə ki, iddiaçı tərəfindən sübuta yetirilməmişdir ki, XXXnin iddia ərizəsində qeyd edilən faktlardan xəbəri olmuşdur. Bu hal sübuta yetmədiyindən qəbul olunmalıdır ki, mənzili sonuncu növbədə əldə edərkən XXX mənzilin Cavabdeh1 mülkiyyətində olması barədə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş “Çıxarışa” etibar edərək mənzili almaqla hər hansı q anun tələbini pozmamışdır. Mülki Məcəllənin 140-cı maddəsinə görə də, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin birinci iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalı, həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə, eyni zamanda, qeyd etmişdir ki, iddiaçı iş üzrə cavabdeh olan XXXnin vicdanlı əldə edən şəxs olmasını nəzərə alaraq pozulmuş hüququnun əvəzinin alternativ qaydada ödənilməsini tələb edə bilər. Məhkəmə mövqeyini Mülki Məcəllənin 140, 337, 339.2-ci, MPM-in 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Məhkəmə pul tələbi barədə ikinci iş üzrə gəldiyi nəticə ilə b ağlı qeyd etmişdir ki, cavabdehlər Cavabdeh1 ilə XXX arasında 01.10.2018-ci il tarixdə bağlanmış və Bakı Şəhəri 38 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilərək reyestrdə 4Ə-225 nömrə altında qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 mənzili 285.000 manata XXXyə satmışdır. Həmin iddia tələbinə qarşı Cavabdeh1 etirazı ondan ibarət olmuşdur ki, mənzil, mənzilin mülkiyyətçisi olmuş iddiaçının razılığı və real qiymətə satılmış, satışdan əldə olunmuş pul vəsaiti isə iddiaçıya verilmişdir. Hər bir halda nəzərə alınmalıdır ki, iddiaçı bu iddia üzrə də tələbetmə müddətini ötürmüşdür. Lakin birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, mənzilin satışından əldə edilmiş pul vəsaitinin iddiaçıya çatdırılması faktını sübuta yetirmək vəzifəsi üzərinə düşən Cavabdeh1 qeyd edilən halı təsdiq edə biləcək etibarlı sübutları məhkəməyə təqdim etməmişdir. Onun qızı - iddiaçının arvadı olmuş XXX birinci instansiya məhkəməsi tərəfindən şahid qismində dindirilərkən pul məbləğinin iddiaçıya verilməsini ifadəsində bildirsə də, həmin ifadəyə tənqidi yanaşılmalıdır, çünki şahid ilə iddiaçının münasibətləri gərgindir və bu səbəbdən şahidin iddiaçının ziyanına, lakin anasının mövqeyinə uyğun ifadə verməsi anlaşılandır. Məhkəmə hesab etmişdir ki, mənzilin satışından əldə edilmiş pul vəsaiti Cavabdeh1 tərəfindən iddiaçıya verilməmişdir. Həmin pul vəsaitinin Cavabdeh1 qalmasının hüquqi əsası yoxdur. Belə olan halda qəbul edilməlidir ki, o, iddiaçının hesabına əsassız olaraq varlanmışdır. Məhkəmə əsassız varlanma barədə tələbə kəsici müddətin tətbiqi ilə bağlı qeyd etmişdir k i, hazırki iş üzrə də həmin müddət tətbiq edilə bilməz. Çünki iddiaçının, mənzil satılan zaman Azərbaycan Respublikasında olmaması, cinayət təqibi ilə bağlı istintaqdan yayınmaq məqsədi ilə 2013-cü ildə Azərbaycan Respublikasını tərk etməsi, 24.06.2019-cu il tarixədək Respublikada olmaması və bununla əlaqədar mənzilin aqibətindən xəbərsiz olması anlaşılandır və bu, üzrlü hal kimi qəbul edilməlidir. Məhkəmə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin yuxarıda göstərilən hallarını müəyyən edə bilməmiş, işin bütün faktiki halların aydınlaşdırmamış və nəticədə, müzakirə edilən və əsaslı olan bu tələbi təmin etməmişdir. Odur ki, ikinci iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisəli mənzilin özgəninkiləşdirilməsi ilə bağlı bağlanmış müqavilə üzrə Cavabdeh1 alıcı XXXdən aldı ğı 285.000 manat məbləğində pulun Cavabdeh1 iddiaçının xeyrinə tutulması barədə tələbin rədd edilməsi hissəsində ləğv edilməli və həmin tələb təmin edilərək, göstərilən pul məbləğinin Cavabdeh1 iddiaçının xeyrinə tutulması barədə iş üzrə yeni qətnamə qəbul olunmalıdır. Məhkəmə, həmçinin hesab etmişdir ki, ikinci iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə iddiaçıya 65.000 manat məbləğində dəymiş maddi zərərin əvəzinin Cavabdeh1 iddiaçının xeyrinə tutulması barədə tələbin rədd edilməsi hissəndə ləğv edilməli və həmin tələbin başqa (mənzilin hazırkı qiymətini müəyyən etmiş qiymətləndirici mənzilə dair alqı-satqı müqaviləsinin bağlandığı 01.10.2018-ci il tarixə mənzilin qiymətini müəyyən etməmişdir) əsasla təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul olunmalıdır. Məhkəm ə mövqeyini Mülki Məcəlləsinin 1091, 1092.1-ci, MPM-in 8.1, 9.1, 9.1, 14.2, 76.1, 76.2, 78.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən Cavabdeh1 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil5) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və iş üzrə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri iddia tələblərinə verilmiş etirazların dəlilləri ilə eynidir. Şikayətdə qeyd olunmuşdur ki, işə apellyasiya qaydasında baxan məhkəmə şahid ifadələrini dəqiqləşdirməmiş, onlara düzgün hüquqi qiymət verməmiş, iş üçün əhəmiyyət kəsb edən məlumatları əldə etməmiş, qanunsuz və əsassız n əticəyə gəlmişdir. Mənzil satılan vaxt XXX iddiaçının arvadı olmuş və onlar Dubayda birlikdə yaşamışlar. Hamıya məlumdur ki, həmin şəhərdə yaşamaq üçün kifayət qədər pul vəsaiti lazımdır. Bundan başqa, XXX həmin ərəfədə mübahisəli mənzilin satılması və əldə olunmuş vəsaitin iddiaçıya çatdırılması ilə əlaqədar Bakı şəhərinə gəlmiş və ərinin verdiyi tapşırığı (mübahisəli mənzilin satılmasını) yerinə yetirmişdir. İddiaçı Bakı Şəhəri 13 saylı Notariat Kontorunda 09.06.2013-cü il tarixdə iş üzrə əsas şahidlərdən biri olan Şahid1 10 il müddətinə ona məxsus əmlaka (o cümlədən mübahisəli mənzilə) dair etibarnamə vermişdir. Həmin etibarnamədə iddiaçının bütün əmlakına dair Şahid1 geniş səlahiyyətlər verilmiş və etibarnamədə başqa şəxsə etibar etmək hüququ öz əksini tapmışdır. Belə olduğu halda, ilk növbədə, təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlanmasına yönələn iradə ifadəsinin olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir. İş üzrə iddiaçı əmlakına (mübahisəli mənzilə) dair Şahid1 uzunmüddətli etibarnamə verərkən, sonuncuya həmin etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və iddiaçının maraqlarından hərəkət etmək səlahiyyəti vermişdir. Məhkəmə qeyd olunan halları nəzərə almamış, həmçinin iddia müddətinin keçməsi ilə əlaqədar ver ilmiş ərizəyə də heç bir hüquqi qiymət verməmişdir. Şikayətin əsası kimi Mülki Məcəllənin 359.1, 359.3, 362.1, 362.2-ci maddələrinə istinad olunmuşdur. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassatorun vəkili kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv olunmasını xahiş etdi. İddiaçının vəkili apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh XXXnin vəkili hüquqlarını müdafiə etdiyi şəxsin vicdanlı alıcı olduğunu, pul tələbi barədə mübahisənin həllini məhkəmənin mülahizəsinə buxardığını qeyd etdi. Bakı Şəhəri 19 və 53 saylı Notariat Ofi slərinin notariusları məhkəməyə ərizələr göndərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında İddiaçı ona qarşı pul tələbinə dair i ddiasının təmin olunmuş hissəsində yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 88). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətind ə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə mübahisələndirilən hissədə iddiaçı cavabdeh tərəfindən mübahi səli mənzilin 01.10.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X5 nəticəsində əldə olunmuş 285.000 manatın ona ödənilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onun mənzilini özgəninkiləşdirmiş və külli miqdarda ziyan vuraraq əsassız varlanmışdır. Əgər mübahisəli mənzilin özgəninkiləşdirilməsi ilə əlaqədar bağlanmış müqavilələri etibarsız hesab etmək mümkün deyilsə, o zaman Cavabdeh1 mənzilin satılması nəticəsində XXXdən aldığı 285.000 manat məbləğində pul ondan alınaraq iddiaçıya ödənilməlidir. Çünki Cavabdeh1 həmin məbləği özündə saxlamaqla iddiaçının hesabına əsassız varlanmışdır. Əqdlərin etibarsızlığı barədə iddianın rədd olunması barədə qətnaməni dəyişdirilmədən saxlamış apellyasiya instansiyası məhkəməsi 01.10.2018-ci il tarixli alqısatqı müqaviləsi üzrə cavabdehin aldığı 285.000 manatın iddiaçıya ödənilməli olması barədə qənaətə gəlmişdir. Məhkəmə həmin hissədə mövqeyini onunla əsaslandırmışdır ki, mənzilin satışından əldə edilmiş pul vəsaitinin iddiaçıya çatdırılması faktını sübuta yetirmək vəzifəsi üzərinə düşən Cavabdeh1 qeyd edilən halı təsdiq edə biləcək etibarlı sübutları məhkəməyə təqdim etməmişdir. Onun qızının verdiyi şahid ifadəsinə tənqidi yanaşılmalıdır. Mənzilin satışından əldə edilmiş pul vəsaiti Cavabdeh1 tərəfindən iddiaçıya verilməmişdir. Həmin pul vəsaitinin Cavabdeh1 qalmasının hüquqi əsası yoxdur. Belə olan halda qəbul edilməlidir ki, o, iddiaçının hesabına əsassız olaraq varlanmışdır. Halbuki Mülki Məcəllənin əsassız varlanmanın anlayışını müəyyən edən 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan, yəni buna haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Hüquqi əsas olmadan varlanma, həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Baxılan iş üzrə Cavabdeh1 01.10.2018-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 285000 manat pulu daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə adına qeydə alınmış mübahisəli mənzilin satılması nəticəsində əldə etmişdir. Məhz bu iş üzrə qeyd olunan müqavilənin, həmçinin mübahisəli mənzilin Cavabdeh1 tərəfindən əldə edilməsi barədə alqı-satqı müqaviləsinin etibarsızlığı tələbləri təmin edilməmiş, qətnamə həmin hissədə mübahisələndirilməmişdir. Bu baxımdan Cavabdeh1 mülkiyyətində o lan evin alqı-satqısı üzrə əldə etdiyi 285000 manat pul hesabına əsassız varlandığı barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət Mülki Məcəllənin 1091-ci maddəsinin tələblərinə uyğun deyil. Nəzərə alınmalıdır ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarına görə Cavabdeh1 yalnız 23.02.2016-cı il tarixli ipoteka ilə yüklü edilmiş əmlakın alqı-satqı müqaviləsi üzrə etibarnamə əsasında iddiaçının adından çıxış etmiş və müqavilə üzrə ona çatacaq pulu almışdır. Lakin iddiaçı iddia ərizəsində Cavabdeh1 həmin müqavilə əsasında əldə etdiyi pulu deyil, məhz 01.10.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X11 aldığı 285.000 manatın ona ödənilməsini xahiş etmişdir. Bu baxımdan mövcud vəziyyətdə iddiaçı tərəfindən 23.02.2016-cı il tarixli müqavilə üzrə tapşırıq m üqaviləsi əsasında təmsilçi qismində Cavabdeh1 alıcıdan aldığı pul tələb edildiyi və həmin pulun iddiaçıya verildiyi sübuta yetirilmədiyi halda alqı-satqı müqaviləsi üzrə ödənilmiş pul iddiaçının xeyrinə tutula bilər. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən - pul tələbinə dair iddianın təmin olunmuş hissəsində ləğv edilməli və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalıdır. Yeni apellyasiya baxışı zamanı mübahisəyə isin müəyyən olunmuş hallarına tətbiq edilməli olan hüquq normaları əsasında qiymət verilməklə əsaslandırılmış məhkəmə aktı qəbul olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassas iya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-169/2021 nömrəli iş üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsi qismən – İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddiasının təmin olunmuş hissəsində ləğv edilsin və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar